Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə12/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   133

38 

ilə doldurulur, sonra üzərinə natrium xlorid məhlulu əlavə olunur

qarışdırıldıqdan sonra 1-2 dəqiqə natrium hidrokarbonat məhlulu 

əlavə olunur. Sonra saturator tutumunun ¾ hissəsi qədər soyudul-

muş  su  ilə  doldurulur,  üzərinə  karbon  qazı  əlavə  olunaraq  30 

dəqiqə qarışdırılır. 

Saturatora vurulan su ilə duz məhlullarının nisbəti resepturada 

nəzərdə tutulan duzların miqdarına uyğun olmalıdır. 

Qazlaşdırma  prosesi  0,3-0,4  Mpa  təzyiqdə  40-50  dəq  müd-

dətində  aparılır,  sonra  su  qazlaşdırılmış  spirtsiz  içkilərə  analoji 

qaydada doldurulmağa yönəldilir. 

Ölkəmizdə meyvə-giləmeyvə və tərəvəzlər əsasında olduqca 

çox çeşiddə spirtsiz içkilər hazırlanır. Bunlar arasında nar, limon, 

albalı, portağal, tərxun, armud və s. içkilər öz orijinallığı ilə seçilir 

(şəkil 1.2).  

 



39 

 

 



 

 

   

 

 

Şə



kil 1.2. Az

ərbaycanda istehsal olunan spirtsiz içki 

nümunə

l

ə

ri  

 

 

 


40 

1.1.4. Eynil

əşdirmə

 v

ə

 ekspertiza 

 

1.1.4.1. M

ə

hsulun q

ə

bulu v

ə

 

nümunənin götürülmə

 

qaydası

 

 

İçkilərin rəngi, dadı və ətirli xüsusiyyətləri ilkin xammala xas 



və hər məhsul növü üzrə reseptura ilə müəyyən olunan səciyyəvi 

əlamətlərə uyğun olmalıdır. 

Xammalın  təhlili  orqanoleptik,  fiziki-kimyəvi  və  texniki 

göstəricilər üzrə daxil olan məhsul partiyasına görə uyğun standart 

və normativ-texniki sənədləşmələr əsasında aparılır. 

İstehsalın  texnoloji  parametrlərinə  nəzarət  ümumi  qəbul 

olunmuş ölçü vahidlərinə əsasən həyata keçirilir. 

Doldurulmadan  əvvəl  hər  kupaj  şərbəti  partiyasında  xarici 

görünüş, şəffaflıq, rəng, dad, ətir, quru maddələrin kütlə payı, tur-

şuluq, spirtin kütlə payı analiz edilir.  

Hər  bir  hazırlanan  kvas  partiyasında  doldurulmadan  əvvəl 

quru maddələrin kütlə payı, turşuluq, spirtin kütlə payı müəyyən 

edilir. Dənli xammaldan hazırlanan içkilər üçün kupaj şərbətində 

quru maddələrin kütlə payı, kupajın turşuluğu və butulkaya dozası 

analiz  edilir.  Hər  bir  hazırlanan  süni  minerallaşdırılmış  su  parti-

yasında rəng, dad, iy, şəffaflıq, duzların miqdarı müəyyən olunur. 

Hazır içkilər reseptura ilə müəyyən olunmuş göstəricilərə uyğun 

yoxlanır. 

Maye  spirtsiz  içkilər,  əmtəəlik  şərbətlər,  kvaslar  və  süni 

minerallaşdırılmış  suların  qəbulu,  həm  də  onlardan  nümunələrin 

götürülməsi 6687 saylı QOST-a uyğun yerinə yetirilir. 

Məhsul  partiyalarla  qəbul  edilir.  Keyfiyyət  göstəricilərinə, 

istehlak yaxud nəqliyyat qablarına görə bircinsli, vahid hazırlanma 

tarixli, keyfiyyət həmçinin qəbulla bağlı bir vaxtda sənədləşməni 

keçmiş eyni adlı məhsul miqdarı partiya hesab edilir. Xüsusi dəmir 

yol sisternləri ilə nəql edildikdə hər bir sistern ayrıca partiya hesab 

edilir. 



41 

Məhsul  qəbul  olunarkən  qabın  düz  markalanması  yoxlanır, 

markalanma  normativ-texniki  sənədləşmələrə  uyğun  olmadıqda 

partiya çıxdaş edilir.  

Məhsulun  keyfiyyətinin  tələblərə  uyğunluğu  qruplaşdırılan 

keyfiyyət göstəricilərinə görə aparılır (cədvəl 1.3). 

Cədvəl 1.3 

Qruplar üzrə göstəricilər 

Göstəricilər 

Qrupu 


Butulka və bankaların xarici tərtibatı 

Məhsulun xarici görünüşü 



CO



kütlə payı 

Selter və soda suyunun rəngi, dadı, ətri, quru maddələrin kütlə 



payı, spirt, toksiki elementlər, duzlar, turşuluq və davamlıq 

Məhsulun həcmi 



 

 Nümunə  hissəciyinin  dayanıqlığını  müəyyən  etmək  üçün 



məhsulu hazırlayan müəssisədə hazırlandığı gün yoxlama aparılır. 

1-ci, 2-ci və 3-cü qrup üzrə keyfiyyət göstəriciləri cədvəl 1.4-

ə,  4-cü  qrup  üzrə  keyfiyyət  göstəriciləri  isə  cədvəl  1.5-ə  əsasən 

müəyyən olunur. 

Cədvəl 1.4 

1-ci, 2-ci və 3-cü qrup üçün nümunənin miqdarı 

Məhsul partiyasının 

həcmi, butulka 

yaxud banka 

1-ci qrup / 2-ci qrup / 3-cü qrup 

Götürülən nümunənin miq-

darı, butulka yaxud banka 

Qəbul edilən 

rəqəm 


91 – 150 

8/8/3 


1/0/0 

151 – 500 

13/13/3 

1/1/0 


501 - 1200 

20/20/5 


2/1/0 

1201 - 10000 

32/32/3 

3/2/0 


10001 - 35000 

50/50/8 


5/3/1 

35001 - 150000 

80/80/13 

7/5/1 


 

Çəllək,  flyaqa,  konteyner,  avtosistern,  izotermik  rezervuar-

larda  (hazır  məhsul  toplayıcılarda),  həmçinin  tutumu  3000  sm

3

 



olan (spirtsiz içkilərdən başqa) bankalardan nümunə götürülməsi 

bir pilləli nəzarət planı əsasında aparılır (cədvəl 1.6). 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə