Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə66/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   133

221 

 

Şə



kil 2.22

. “I salxım” Gə

nc

ə

 Beyn

əlxalq şə

rab 

dequstasiyasından görünüş

 

 

Dequstasiyaya  ölkənin  ən  aparıcı  şərabçılıq  müəssisəsindən 



34  nümunə  təqdim  olunmuşdu.  Dequstasiyada  qiymətləndirmə 

Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) 1993-cü ildə işlə-

yib hazırladığı meyarlara uyğun qaydada 100 bal sistemi ilə apa-

rıldı. Qeyd etmək yerinə düşər ki, uzun illər SSRİ-də və hazırda 

MDB ölkələrində 10 ballı dequstasiya sistemindən istifadə olunsa 

da,  Qərb  ölkələrində  və  Beynəlxalq  müsabiqələrdə  100  ballıq 

sistem  tətbiq  olunmaqdadır.  Ölkəmizdə  artıq  bu  sistem  qəbul 

olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda belə dequs-

tasiyanın keçirilməsi ilk dəfədir və bu sahədə tarixi hadisədir. Bu 

tədbir xarici ölkə iştirakçılarına Azərbaycanın qədim üzümçülük-

şərabçılıq ənənələrinə malik olduğunu bir daha göstərmiş oldu. 

Azərbaycanın  şərab  nümunələrini  dequstasiya  edən  Fransa, 

İtaliya, Moldova, Gürcüstan və b. ölkələrin nümayəndələrinin yek-

dil rəyi ondan ibarət oldu ki, indi Azərbaycan şərablarının keyfiy-

yəti  xeyli  yüksəlmişdir.  Məsələnin  ən  əhəmiyyətli  məqamı  isə 

Azərbaycan şərablarının məhz qərb bazarlarında yüksək qiymət-

ləndirilən şərab çeşidlərinə aid olması idi. Bu şərablar istehsalında 

kənardan spirt və şəkər əlavə olunmasına icazə verilmir. Ona görə 

də həmin şərablar natural şərablar adlandırılır. 

Bir  faktı  xatırlatmaq  yerinə  düşər  ki,  keçmiş  Sovetlər  birli-

yində Azərbaycanda əsasən spirtləşdirilmiş şərablar istehsal olun-



222 

maqla,  natural  şərabların  ümumi  istehsalda  payı  3-5%-lə  məh-

dudlaşırdı. İndi isə bu nisbətin əksinə dəyişməsi müşahidə olunur 

ki, bu da tamamilə qərb istehlakçılarının tələblərinə cavab vermək-

dədir. Dequstasiyanın sonunda yerli istehsalçılar assosiasiyasının 

yaradılmasına  dair  ilkin  razılıq  əldə  olunması  da  əsaslı 

nəticələrdəndir. 

“I  salxım”  Beynəlxalq  dequstasiyasının  nətisələrinə  əsasən 

Qəbələ  rayonunun  “ASPİ-Aqro  Savalan”  müəssisəsinin  istehsal 

etdiyi Viognier şərab ən yüksək mükafat – Qran Pri; Az-Granata 

MMC-nin “Rübai”, Abşeronun Fireland Vineyards müəssisəsinin 

“Yallı”, Şərq Ulduzu MMC-nin “Rkasiteli”, Göygöl Şərab ASC-

nin “Azərbaycan” Gəncə Şərab-2  ASC-nin  «Sevgilim» şərabları 

qızıl  medalla  təltif  olundu.  Eyni  zamanda  Cəlilabad,  İsmayıllı, 

Qəbələ  rayonunun  “Aqroinvest”  müəssisələrinin  məhsullarından 

da  medallarla  təltif  edilənlər  oldu.  İstehsalçılara  diplom  və 

medalların təqdimatı xarici qonaqların iştirakı ilə yerinə yetirildi. 

Robert Parkerin yüzballıq şkalası. Robert Parkerin şkalası 

–  şərabın  qiymətləndirilməsi  üçün  dünyada  ən  populyar  şkala 

hesab olunur. Şkala adından məlum olduğu kimi keçən əsrin 70-ci 

illərində  Amerikalı  şərab  jernalisti  R.Parker  tərəfindən  işlənib 

hazırlanmışdır. 

Şkala əslində yüzballı deyil, əlli ballıdır – demək olar. Belə ki, 

onda minimum qiymət – 50 bal, maksimum 100 baldır. “Parkerə 

görə” reytinq de yuri analitik hesablanır: rəng, ətir, dad və “poten-

sial  ümumi  səciyyə”-yə  görə  qiymətlərin  cəmi  müəyyən  edilir. 

Müəllifə görə şkalada “şərabın ümumi görünüşü və rəngi” 5 bala 

qədər  (əslində  bu  rəngin  bütünlüklə  deyil,  şərabda  qüsurların 

əlamətlərinin baxmaqla müəyyən edilməsidir). Ətrə görə şəraba 15 

bal; dad və dadmadan sonrakı tam üçün (bu Parkerdə birgə təyin 

olunur) – 20 bal verilir. Sonra “keyfiyyətin ümumi səciyyəsi yaxud 

butulkada  inkişaf  üçün  potensial”  10  bal  həddində  qiymətlən-

dirilir. 

100  ballı  sistemin  strukturu  belədir:  istənilən  şəraba  50  bal 

verilir, sonrakılar isə layiq olduqda üzərinə gəlinir. 




223 

Xarici görünüş – 5 

Ətir, buket – 15 

Dad, daddan sonrakı tam – 20 

Ümümi  təəssürat  və  yetişdirilməyə  yararlığı  –  10.  Əgər 

qiymətin dəyişmə ehtimalı olarsa “+” əlavə edilir. 

Rəng 

Ətir 


Dad 

Saxlanma 

yetişdirilməyə 

potensialı 

Cəmi 

1-5 


bal 

1-15 


bal 

1-20 


bal 

1-10 


bal 

 

50-60  –  şərab  ortadan aşağı,  həqiqi  dəyərləndiricinin  diqqə-



tinə layiq olmayan; 

70-79  –  şərab  orta  səviyyəli,  kifayət  qədər  xoşagələn,  lakin 

çox zərif və mənalı olmayan; 

80-84  –  çox  yaxşı  şərab,  şəxsi  kolleksiyaya  daxil  edilməyə 

layiq; 

90-95 – çox gözəl (fövqəladə) şərab; 



96-100 – müstəsna şərab.  

20  və  100  bal  sistemləri  arasındakı  əlaqəni  cədvəl  2.19-da 

verilən qiymətləndirmə özündə əks etdirir. 

Şərabçılıq məhsulları nümunələri dequstasiyaya azı 3 butulka 

miqdarında və hər biri 0,5 dm

3

 olmaqla yaxud 2 butulka 0,75 dm



3

 

tutumunda və daha çox olmaqla verilir. 



Ölkə nümunələri aşağıdakı sənədlərlə müşayət olunur: 

 



Hazırlayıcıdan  analizin  məqsədi  göstərilməklə  müşayət 

edici məktub; 

 

Sınanılacaq məhsula fəaliyyətdə olan normativ sənəd



 

Məsul şəxs tərəfindən imzalanan və nümunənin götürülmə 



tarixini özündə əks etdirən nümunə götürülməsinə dair akt

 



Məhsul  nümunəsi,  yaxud  partiyasının  keyfiyyətinə  dair 

vəsiqə (uyğunluq sertifikatı); 

 

Məhsulun  qısa  əlavə  səciyyəsi  (kupaj  ilə,  texnologiyanın 



xüsusiyyətləri, reseptura və s.). 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə