Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

Elbəyi CƏLALOĞLU 
40 
Yerindən  ayağa  durmuş  Şəms Təbrizi Cəlaləddinin  dilinə 
gətirdiyi bu kəlməyə  görə  də  onu  cavabsız  qoymadı  və  – 
“Allahu-əkbər” deyirsən, yəni Allah böyükdür. Alahın bö-
yüklüyü bəndəyə nümünə olmalıdır. Onda sən də çalış ki, 
böyük olasan! – deyərək ona bu cür açıqlama verdi.  
Mövlana Cəlaləddin Rumi hələ bu görüşün lap başlan-
ğıcından  Şəms Təbrizinin  qeyri-adi  hikmətlərinin  sehrinə 
düşmüşdü,  bunun  nə  sirri-xuda  olduğunu  heç  cürə  anşıra 
bilmirdi. Bu məqamda onun anlaya bildiyi yeganə şey Şəms 
Təbrizinin şax duruşu, təmkinli və iti baxışı, səsinin ahəngi, 
nitqinin səlisliyi idi ki, bu da onun şüurunu dumanlandırır, 
ağlının və ruhunun yeni qatlarına nüfuz edir, vücudunu bü-
tünlüklə çulğalayan anlaşılmaz bir əndişə doğururdu. Bunu 
diqqətindən  qaçırmayan  ustad,  –  deyirsən  ki,  Allah birdir, 
nə olsun, sən ki təfriqə içindəsən, fikir ayrılığının üfüqündə-
sən, bir deyilsən! – kəlmələri ilə söhbətinə son qoydu... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Eşq dənizləri qovuşanda 
 
41 
I V   F Ə S İ L  
Allahın nuru 
Şəms Təbrizinin gəlişindən xəbər tutan bütün müridlər 
mədrəsənin geniş zalında toplaşmışdılar. Nəhayət, Mövlana 
Cəlaləddin Rumi ilə Şəms Təbrizi içəriyə daxil olaraq, onla-
rın intizarına son qoydular. Qonaq toplaşanları ədəb-ərkan-
la salamladı.  Mövlana  Cəlaləddinlə  Şəms Təbrizi mədrəsə 
zalında  üzü  əyləşənlərə  tərəf oturdular.  İştirakçılar  Şəms 
Təbrizini əvəzsiz bir heyranlıqla seyr edirdilər, elə bil onun 
işıqlı simasında Tanrının nuru zühur etmişdi. Mövlana Cə-
laləddin Rumi bu halı aşkarca sezdiyindən üzünü yetirmə-
lərinə tutaraq təmkinli, açıq və uca səslə, – füsünkarcasına 
baxışlarınız aydın görünür, “Allahın nuru” bizə təşrif gəti-
rib, – dedi. Bundan sonra hamı qonağa baş əydi, bağır bas-
dı.  Mövlana  Cəlaləddinin  müridlərinin  təzim etməsindən 
təsirlənən  Şəms Təbrizi  onlara müraciətlə,  –  təzimi mənə 
yox, bizi yaradana edin, etiqadınız dinə, inamınız və sevgi-
niz Allaha olsun! – söylədi. Hamının diqqətinin ona yönəl-
diyini  görən  Şəms Təbrizi,  –  özünü  üstün  görənlərin  sonu 
zillətə  düşməkdir,  insan  Qaf  dağı  qədər yüksək  olsa  da, 
kəfənə sığacaq qədər kiçikdir, – deyə sözünə əlavə etdi. 
Dinləmə  zalında  əyləşən  müridlərin  heç  birindən  səs 
çıxmırdı, Şəms Təbrizi söhbətinə fasilə verdiyi anlarda bu-
rada milçək vızıldasa eşidilərdi. Mövlana Cəlaləddin Rumi 
fikir göylərində  qartal kimi süzürdü.  Mürşidi-kamil  danı-
şanda isə o, iri qonur gözlərini ona zilləyib diqqətlə dinləyir 
və nəsihətlərini yaddaşına yığır, onları elmi əsaslarla müqa-
yisə edirdi. 
Şəms Təbrizinin səsi yenidən eşidildi: 


Elbəyi CƏLALOĞLU 
42 
–  Dünyanın ağız sulandıran, göz qamaşdıran, qulaq ka-
rıxdıran  min  cürə  naz-nemətindən  və  müdhiş  uçurumlara 
sürükləyən əyləncələrindən xilas olmaq üçün insan ilk növ-
bədə  nəfsinin  hakimi olmağı  bacarmalıdır.  Çünki  nəfsdə 
şeytanın sifəti təcalla edir. Nəfs həm də insanın azad sevgi-
sinin boğazına zəncir salıb öz dalınca sürükləyir, onun sev-
gisini  eyş-işrətə  və  digər aludəçiliklərə  xərclədir.  Nəfsinə 
hakim olmaq  üçün  isə  qəlbindən  qorxu  hissini  kənarlaşdı-
rıb,  özündə  cəsarət hiss etməlisən,  –  Şəms Təbrizi burada 
sözünə bir az ara verib, əyləşənlərə göz gəzdirdi və yenidən 
sözə başladı: 
–  İnsanı  bütün  qorxulardan  iman  və  eşq  azad  edər. 
İman və eşq ilk məqsəd olmalıdır və bu yolda idrakla inam 
qoşa addımlamalıdır. Çünki inamsız idrakı, idraksız inamı 
təsəvvür etmək  mümkünsüzdür.  Ona  görə  də,  məqsəd 
iman və eşqdirsə, səni isidən hər inamı saxla, səni soyudan 
hər inamdan  uzaqlaş.  Unutma  ki,  elm  eşqə  doğru gedənə, 
alimlik aşiqliyə çevrilənə, həsəd isə sonu inamla bitənə, de-
yərlər, – bu dəfə o, fikrini belə izah etdi. Onu dinləyən mü-
ridlər qaşlarını çatdılar, möminlər gözlərini döyərək bir-bi-
rinə baxdılar. Hamı Ustadın qızıldan qiymətli, böyük fikir-
lərinin  ağuşunda  çırpınırdı.  Onun  sözlərindən  kimi sonu 
görünməyən  xəyallara qapılır,  kimi  də  anlamaqda  çətinlik 
çəkdiyindən üzündə yaltaq bir təbəssüm təzahür edirdi. Əl-
bəttə  ki,  bunların  heç  biri  Şəms Təbrizinin  gözündən  qaç-
mırdı. İndi o, düşünürdü ki, yaltaq təbəssüm o adamlarda 
olur ki, onun ya qulağı zəif eşidir, ya gözü zəif görür, ya du-
yumu və biliyi zəifdir və ya heç yoxdur, ya da nəfsinə ha-
kim deyil. Ona görə də “Dinin günəşi” üzünü Mövlana Cə-
laləddin  Rumiyə  tərəf çevirərək,  –  insan,  onun  əbasını  sö-
kən, barmağına sancılan, gözünü qanadan tikanlardan ətra-
fını təmizləməyi də bacarmalıdır, çünki bu cür tikan kolları-
nın açdığı gül də faydalı deyil, – söylədi. Mövlana Cəlaləd-
din ustadının nə demək istədiyini dərhal anladı və yuxudan 
oyanmış  kimi gözünü  ovuşduraraq müridlərini  nəzərdən 
keçirdi. Əlbəttə o, müridlərinə yaxşı bələd idi və kimin qa-


Eşq dənizləri qovuşanda 
 
43 
bında nə olduğunu ovucunun içi kimi bilirdi. Şəms Təbrizi-
nin bu müraciətindən sonra tək-tük başını aşağıya dikib ya 
xəcalətdən, ya da dilxorçuluqdan pörtənlər və incik düşən-
lər  də  onun  gözündən  qaçmadı.  Öz  məqamının  fərqində 
olan Şəms Təbrizi isə bilirdi ki, onu anlamaq elə də asan iş 
deyil, onu tək-tük adam anlaya bilərdi. Eyni zamanda, Mür-
şidi-kamil onu da bilirdi ki, indiki halda onun hikmətlərini 
dərindən dərk edən yalnız alim Mövlana Cəlaləddin Rumi 
ola bilər. Odur ki, Şəms Təbrizi bu günkü söhbətini yekun-
laşdırmaq məqsədilə  məclisə  yenidən  müraciət  edərək  son 
söz söylədi: 
– İman və eşq Tanrını dərk etməkdir. Tanrının dərki isə 
idraka yüksəlmək  deməkdir.  İdraka yüksəlişə  təkcə  ağılla 
qatılmaq sadəlövhlükdür,  burada  bir  insan  kimi vicdanın 
da fəallığı görünməlidir, eyni zamanda bütün daxili imkan-
lar bu gedişdə öz varlığını sübut etməlidir! Vicdanın fəallığı 
ruhun  fəallığıdır,  çünki vicdan  vəcd  anıdır,  yəni  Tanrının 
ruhun  vasitəsilə  ağıla birbaşa  verdiyi hökmdür.  Bu  fikri 
başqa cür də ifadə etmək olar, belə ki, vicdan ağlın haqqla 
buyurduğudur. Haqq isə “ədalət”in Tanrı məqamıdır, İlahi 
qatıdır.  Fikirmizi  bir  az  da  aydınlaşdırsaq  demək  olar  ki, 
ədalət ağıldan gəlir, haqq isə ağlın ağlından, – Şəms Təbrizi 
bu  günkü söhbətini  belə  bitirdi,  müridlər isə  bu  lal  axan 
müdrik fikir sularında baş vurub üzür, feyziyab olur, bun-
dan  məmnunluq  duyurdular.  Şəms Təbrizinin  hikmətləri 
əlində çıraq tutmuş zülmət dolanbacların bələdçisi kimi on-
ların dərrakəsinin qaranlıq güşələrinə işıq salır, zülmət pər-
dəsini yırtırdı... 
Beləcə,  günün  sonunda  müridlər  dağılışdılar. Mövlana 
isə Şəms Təbrizi ilə birlikdə evlərinə yollandı... 
Axşam düşmüşdü. Mövlana Cəlaləddin Şəms Təbriziyə 
dincəlmək üçün otaq ayırdı, onu yerləşdirdikdən sonra isə 
öz otağına  qayıtdı.  Bu  günkü görüşünün  təəssüratları  onu 
dinc  buraxmırdı,  nəydi  onu  düşündürən?  Mövlana  bütün 
ömrünü elmə, biliyə həsr etmişdi, çox alimlərdən,  mürşid-
lərdən  dərs almışdı,  özü  də  çox  alimlər yetişdirmişdi.  O, 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə