Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

99 


bütövlük  pozulur,  effekt  azalır,  bəzən  dağılıb 

təhrif olur. 

“Durna  qatarı”  şeirində  şair  durna  obrazına 

ənənəvi  yox,  məna  və  baxışın  yozumundan  asılı 

olaraq  yeni  dəyər  verir.  Durnanın  doğurduğu 

həsrətin ağırlığını, yükünü belə mənalandırır: 

 

Həsrəti qaynayıb od olub nədi, 



Elə bil zəhərdi göydən ələnir. 

Haydı “dəliləri” qovun gecəyə 

Məlhəm kimi ağır-ağır qəhər yağır gecəyə. 

 

Oksimoronlardan  istifadə  yolu  ilə  poetik  şərh 



və  izah  əyanilik  yaradır,  emosiya,  məna  doğurur. 

Təşbeh orijinallığına fikir verin:  

 

Köçür durna qatarı, 



Köçür qaraçı köçü. 

 

“Bu  gecə  göylərdən  durna  səsləri  yağır. 



Arabaya  bağlanıb  ağır  pəncəli  itlər”.  Zaman 

əlaqəsi, 

zaman 

ümumiliyi 



əsasında 

poetik 


sintaksis 

fiquru 


yaradılmışdır. 

İlk 


baxışda 

oxşatmalar,  müqayisələr  uyarlı  görünmür.  Diqqət 

edəndə  obraz-parallellər:  durna  uçuşu  (qatarı, 

düzümü)  ilə  köç  arabasını  çəkən  qoşqudan  sağa-

sola  yayınıb  dartınan  ağır  pəncəli  itlər  arasında 

şərtiliklər  yolu  ilə  müqayisə  yaradılıb,  hissi 

səviyyədə qavranılıb. 

Durna  həsrətlə  bərabər,  azadlığın  rəmzi, 

azadlığın  simvoludur,  eyham,  işarədir.  Buna  görə 

də  P.Qəlbinur  azadlığa  çatımdakı  ağırlığı, 

 

100 


məşəqqəti  ifadə  etmək  üçün  belə  əyar  verir; 

assosiasiyalar  tamamilə  qulaqlarımızın  öyrəşə 

bilmədiyi təşbehlər üstündədir: 

 

Bu gecə göylərdən durna səsi yağırdı, 



Səs deyildi, yuyulmuş 

   


 

 

Azadlıq külçəsiydi. 



Bu gecə göylərdən durna səsi yağırdı, 

Min orqan nəğməsindən, 

Min falçı nəfəsindən ağırdı, ağırdı... 

 

“Ağac  kötüyündə  tale  yazılar”  şeiri  təşbehlər, 



metaforalar üzərində qurulub: 

 

Ağac kötüyündə tale yazılar, 



Halqalar əyilir, sıxılır odur. 

Nə vaxt susuz qalıb, nə vaxtsa donub 

Qışqırıb!.. eşidən olmayıb onu. 

 

“Gedər” şeirindən: 



 

Qara güzgü gözlərinin 

                      parıltısı. 

 

Bu  nümunədə  oksimoronla  təşbeh  eyni 



müstəvidə təzahür etmişdir.  

Sabaha  getməyin  rəmzi,  onun  üstüörtülü 

mənası zəhmətli irəliləyişdir, sabaha qalmaqdır: 

 

Mən sabaha  



Getdiyim üçün qalacam. 

 



 

101 


P.Qəlbinur 

folklordan, 

klassikadan, 

müasirlərindən sözü elə ustufca alır ki, bunlar şeiri 

daha  təbii  qaynaqlandırır,  ideya-məzmunun  alt 

qatlarına  ötürülür.  “Paşa  Qəlbinur  dilimizin 

şəffaflığını da, çox rəngliliyini, çox çalarlılığını da 

duyan,  yazan  şairdir”

1

.  Azadlığın  əsarət,  hicran, 



etiraz,  qəzəb,  həsrət,  ölüm,  ümidsizlik  (Paşada 

bunlar  hamısı  Azadlıqdan  gələnlərdir),  etiraf 

çalarları  tamamilə  orijinal  duyum  və  dərkdə  – 

təşbehlər  təzəliyi,  zənginliyində  ifadə  olunur. 

Şairin ağrısı, psixologiyası, əzabı bənzədilənlə bir 

yerdədir. Bəzən məcaz həm həqiqi, həm də poetik 

mənasında  qavranılır;  eyhama,  reallığa  səmtləyir 

fikri, yaddaşı: 

 

Azadlıq! – deyirəm, 



Dünyam od tutub yanır. 

Tankların üstünə ulduzlar sanı –  

Yolların sinəsi qərənfil qanı!.. 

Azadlıq! – deyirəm, 

Zəncir-zəncir – ilanlar 

Bağrıma qançır salır. 

 

Azadlıq deyirəm, 



Ölüm başa düşürlər. 

Qurğuşun tək əridib 

Boğazıma tökürlər! 

Qollarımı bağlayıb 

                                                

1

K. V. N ərim anoğl u.  S ö



z ü

nd ə nur,  ü

z ü

nd ə nur  –



  Paşa  Q əlbinur  / 

Al t ay M

əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əsri n  ast anası nda. 

Bakı:  “G əncli k ”,  1999,  s. 188

 

 

 



102 

Qubadlıdan, Qazaxdan 

Ciyərimi sökürlər. 

 

Azadlıq! – deyirəm 



    gözlərimdən 

    


qanlı-qızıl yaş sıçrayır  

 

ox kimi. 



Ürəyimdən ucalan ah! 

Üç rəngli bayraq kimi... 

 

Azadlıq! – deyirəm, 



Dil-dodağım cadar-cadar – qan axır, 

Axır mənim od püskürən dilimdən 

Durub mənə matdım-matdım 

                       Neçə milyon göz baxır!.. 

 

Azadlıq! – deyirəm, 



öz neftimin, dəmirimin zirehi. 

Ayaq açır üstümə. 

Allah, Allah! 

Gözlər niyə kor olmadı tüstümə, 

                    kor olmadı tüstümə. 

 

“Şəhid  ruhlarıdı  göylərim,  Allah!”  şeirinin 



təşbehlərlə,  assosiasiyalarla  ifadəsinə  aid  bir 

nümunə: 


İtmiş inam kimi, 

             Axan qan kimi 

Daha damarıma qayıtmayacam. 

 

Şəhidlik – itmiş inamdır, axan qandır, damara 



qayıdılası mümkün deyil. 


 

103 


Şəhidlik –  doğranıb yolunda qurban getdiyim 

torpaqdır, doğranıb gedən torpaqdır – 

daha yatanları oyadası deyil. 

Şəhidliyin  doğurduğu  rituallar:  nifrət  və 

qəzəbdir. 

Allah 


nidası, 

gecikən 


anlam, 

bağışlanmaz 

səhv 

– 

göz 



dağıdır, 

götürə 


bilmədiyimiz ah-nalədir. 

Təşbeh,  metafora,  eyham  və  işarə  birliyi  ilə 

şəhidliyin  ifadəsinə  aid  də  bir  nümunə:  lirik 

“Mən”  gözlərindən  tökülən  qanlı-qızıl  yaş  kimi 

şəhidlərə boylanır. 

Kəsik 


uşaq 

qolu, 


kəsik 

baş 


– 

sarı 


assosiasiyasını,  gözlərə  çökən  sarılığı  çəkib 

gətirir, işıq saçan güllələrdə də sarılıq var, – ölüm 

yarlığı gətirir. 

Təşbeh  –  metafora,  metonimiya  birliyində 

şəhidliyin ifadəsi: 

Göydə  buludları  şəhid  ruhlarına  baxan 

Azərbaycan gözlərini sıxır. 

Paralellər-işarələr  vasitəsilə  şəhidliyin  orijinal 

ifadəsi:  axan  çaylar  qədər  şəhid  qanı  damarımda 

qan  durmağa  aman  vermir,  qanımı  tökür,  boğur 

məni.  Əlacsızlıq,  çarəsizlik,  çıxılmazlıq  qarğışa 

dönür  –  Dədə  Qorqud  kimi  –  qanınız  buza 

dönsün, çörəyim gözünüzdən gəlsin nöyütümüzün 

işığına,  istisinə  qızınanlar,  faşist  çəkmələrinin 

tapdağından  qoruduğumuz  nankorlar,  rus-erməni 

daşnakı, faşisti, torpağımdan, dənizimdən olanımı 

bağışladım, 

bilmədiniz. 

P.Qəlbinur 

çörəyim 


gözünüzdən gəlsin – deyə bilir, özünə bu cür gücü 

çatır, etiraflarında qalır.  

 

104 


Şair  bəzən  qüvvətli  təşbehi  təəssüf  ki,  zəif 

ifadə formasında təqdim edir: 

 

Həzin-həzin titrəyir 



O titrəyən yarpaqların 

ətir gölü alır məni qərq eləyir... 

 

“Titrəyən  yarpaqlar”  deyəndə  dənizin  ahəstə 



ləpələri  yada  düşür.  Lakin  “qərq  eyləyir”  nə 

deməkdir? Burada ən azı obyekt təsəvvürü yoxdur 

və  bu  “yox”  da  qüsur  doğurub  –  poetik  obrazı 

çatışmaz edib. 

P.Qəlbinur  çox  halda  birbaşa  predmetdən 

danışmır,  həmişə  həmin  predmetin  özü  üçün 

“görünən”  tərəfindən  –  görünməzlikdən  başlayır, 

görünməyən  tərəfə  işıq  salıb  işıqlandırır.  Bu,  şeir 

müəyyənliyidir  ondaki,  çox  vaxt  təşbehlər, 

metaforalar hesabına belə olur: 

 

Sən, mənim ürəyim! 



Ürəyimin də 

Sevincdən gözləri dolub, Ayselim. 

Ürəyim – qəfəsə düşmən kəpənək 

Kəpənəyin də 

Arzusu, diləyi olur, Ayselim.  

 

Ürəyin  özü,  onun  sevincdən  dolan  gözü, 



ürəyin  özü  yox,  onun  kəpənək  kimi  qəfəsdə 

çırpınan  xisləti,  kəpənək  yox,  onun  insan  kimi 

arzu, dilək olan hissi şair təsvirində, obyektivində 

olur.  



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə