Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

117 


gecələrimə... 

Sənsiz qalsam, 

Ölüm 

Dadlı gələr mənə – 



Ana südü kimi 

               ... çataram sənə... 

 

P.Qəlbinurun bədii təzadları həm sadədir, həm 



də bir çox poetik fiqurla birlikəndir, mürəkkəbdir. 

Yuxarıdakı  nümunədə  təzad  təşbeh  –  metafora, 

metafora – təşbeh əhatəsində ifadə olunmuşdur.  

Paşanın  şeirlərində  psixologizm  əksər  halda 

duyğudan,  epik  başlanğıcdan  ayrı  deyildir, 

hərəkət,  münasibətlər  sistemi  və  konkretliklərlə 

bağlı təzahür edir, bəzən isə sırf psixoloji  məqam 

şeir  predmetinə  çevrilir,  maddilik  qazanır  – 

mətnin  məğzində  obyektivlik  dayanır.  Paşa 

müəllim  psixologizmlərini  həmişə  təbii,  obyektiv 

olaraq  təzadlardan  keçirir.  Bu  təzadlar  isə 

obyektlə 

subyekt 

arasında 

mövcud 

olub 


dargözlüyə,  xəbisliyə  qarşı  tuşlanır:  şair  həm  də 

ümumi  olandan  çox,  ümumidən  ayrılan  hissəni  – 

metonimik keyfiyyəti obrazlaşdırır, metonimiyalar 

fonunda  psixoloji  ovqatı  gücləndirir.  Belə  olanda 

da psixoloji təsvirləri obrazlılıq müşaiyət edir: 

 

Kürəyimdə yad baxış 



Ağır daş kimi gedir. 

Gözlərimin acısı  

Yaxamı didir...  

 

 



118 

Psixoloji  təzadların  hərəkəti  –  Allahla,  xaliqlə 

– məxluq, dünya ilə bəşər, “öz”lə “Mən” arasında 

gedir: 


 

Əlvida, “dostlarım”,  

                 yoxuymuşsunuz...   

Tanrıyla aramda yollar qısalır, 

Tənhalıq nə imiş,  

                     indi bilirəm. 

Mən onu saymadım, 

                  o qisas alır. 

 

Mənim öz ürəyim özümə düşmən, 



Daha doğmalardan nə umu-küsüm?! 

...Ya dolu zəncirli məhbusam, Allah? – 

Qara zəncirimə çatır şir gücüm!.. 

 

P.Qəlbinur 



psixoloji 

təzadlardan 

fikri 

qüvvətləndirmək  üçün  yaxşı  istifadə  edir.  Belə 



şeirlərdə  (“Görən  gözlər  üçündür  –  qaranlıq”) 

güclü  məntiq  olur.  Doğrudan  da,  görən  göz 

üçündür  qaranlıq  –  görmək  qavrayışı  fəlsəfi 

əyardadır,  dərketməyə  qiyasdır.  Hərfi  mənada 

olanın yozumu, eyhamı, dərki ikinci misradır:                

 

Görməyənlər – 



  dünyanı boz görürlər... 

 

Şeirin  sətiraltı  mənası  dünyanı  dərklə  görmək 



fəhmidir. 

P.Qəlbinurun  psixoloji  təzadlarının  iç  tərəfi 



oksimoronlarla  bağlıdır.  Belə  təzadlar  tamda, 


 

119 


əksliyi,  antitezalığı  ifadə  edir,  poetik  mənanı 

gücləndirir:   

 

Ölürəm... 



Arılar balında boğulan kimi.   

 

Yaxud: 



Sən mənim günahsız günahkarımsan.   

 

Belə 



nümunələr 

çoxdur 


P.Qəlbinur 

poeziyasında. 

“Paşa 

Qəlbinur 



poeziyasının 

metaforası 

üzərində  dayanmaq  istəyirəm.  Paşanın  şeirləri 

qəribə  bir  işıq  içindədi.  Hər  misrada,  hər  sözdə, 

hətta  misralar  arasında  gözlə  görünməyən,  əllə 

tutulmayan  bir  sehr,  bir  ilahi  işıq  var.  Sözlər, 

qafiyələr,  misralar  bir-birinin  işığına  uçub  gəlir. 

P.Qəlbinur 

poeziyasının 

metaforası 

İşıq 

metaforasıdı.  Mən  bu  metaforanı  söz-söz,  rəng-



rəng, 

misra-misra 

yozmağa, 

çözələməyə, 

açıqlamağa  cəhd  etdim.  Və  son  ucda  gördüm  ki, 

yozulan,  çözələnən,  açıqlanan  metaforanın  sehri, 

sirri, ecazı hansı bir məqamdasa birdən-birə qeybə 

çəkilir  və  sən  röyalarla  gerçəklər,  gerçəklərlə 

röyalar arasında qalırsan”

1

.       



Paşanın 

metonimiyaları 

əsasən 


leksik, 

semantik səviyyədədir. Bunlar yeni olub psixoloji-

mənəvi  və  sosial  gerçəkliyin  ifadəsinə  xidmət 

edir. 


                                                

1

Adi l M irseyi d.  İşı q m



etaforası  /  Alt ay M

əmm ədov.  Q əlbi nur 

poezi yası  XXI  əsri n  astanası nda.  Bakı:  “G ənclik ”, 1999,  s. 202

 

 



120 

Bu gün sənsizliyi qələbə kimi  

Doldurub birbaşa başıma çəkdim. 

 

            * * * 



Bağrıma dedim ki, bu gecəni çək. 

                

* * * 

Qurtarınca içəcəyəm sənsizliyi. 



 

                          * * * 

Toxlar oxumasınlar səni, 

Aclar üçün də deyil 

                        bu şeirlər. 

Ac-yalavaclar, 

Tək-tənhalar və 

çox yox, az – toxlar üçündür 

Bu şeirlər, Vaqif bəy... 

 

 “Mən  ağ  işığam”,  “Bağrıma  dedim  ki,  bu 



gecəni  çək”,  “Qurtarınca  içəcəyəm  sənsizliyi”, 

“Toxlar  oxumasınlar  səni...”  şeirlərindən  nümunə 

gətirdiyimiz 

substantivləşdirilmiş 

“sənsizlik”, 

“oxumasınlar”,  “toxlar”,  “gecələr”  kimi  leksik 

vahidlər  mətn  içərisində  semantik  mənadan  asılı 

olaraq metonimiya kimi işlənmişdir. 

“Bu  gecənin  saat  beşi”  şeirində  şair  həsrətdə 

işıq-ruh görsə də, göz yaşı da görür, lakin bu “göz 

yaşını”  olduğu  kimi  yox,  əyarı,  örtülü  təşbeh  və 

eyhamla  birlikdə  “Həsrətin  işığı  suludu,  nəmdi” 

şəklində ifadə edir: 

 

Bu gecənin saat beşi domdolu 



Həsrətin işığı suludu, nəmdi... 

Bu gecənin saat beşi tək deyil, 

Neçə-neçə mininci, 

Sənsiz keçən gecəmdi. 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə