Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

139 


ehtiyatlanır.  O  mavi  gözlər  mələr  qalan  lirik 

“Mən”in  həm  də  duz  dağıdır,  onun  yay  odunda 

buzu,  qarıdır,  günahsız  günahkarıdır.  O,  lirik 

“Mən”in həm sinə odu, həm də sinə dağıdır – lirik 

“Mən”in  haldan-hala  düşən  əsrarlı  varlığıdır.  Bu 

əsrarlar  içində  lirik  “Mən”  üçün  bu  dünya 

sevgilinin  ətir  nəfəsi  içində  nəfəs  alır,  bu  dünya 

lirik  “Mən”in  gözünə  isə  görünmür  –  “Bu  eşqlə 

min il yaşayan” o var, özü var..    

  “Çay  axır...  içində  daşlar  əriyir...”  şeirində 

P.Qəlbinur  poeziyasının  ritm-intonasiyasının  bir 

xüsusiyyəti  də  nəqli  və  adlıq  cümlə  –  sintaqmlar 

üzərində  qurulan,  bərabər  ritmə  əsaslanan, 

sadalama  intonasiyası,  pilləli  intonasiyadır.  Yağış 

damlalarının ritmini tutan şair belə bir ahəng verir. 

Ritmdə intonasiya eyni cür davam edir: 

“Yağış damlaları...nın” assosiasiyası: 

 

Mavi gözlərinin şıltaqlıqları... 



Sinəmdə ürəyim xurmayı – sarı, 

Sarı saçlarına bürünmüşdü yar, 

Yarsanız köksümdə yeddi gül yeri, 

Yeddi möhür yeri, ətir yeri var. 

Yeddi gün qeybətdən, sözdən aralı – 

Bu dünyanın yeddi gözəl nağılı... 

 

Şeir  parçasında  birinci  misradakı  yağış 



damlalarının  doğurduğu  məna  –  assosiasiya 

misradan  –  misraya  ötürülür  və  yeni-yeni  məna 

çalarları  doğurur  (yağışın  doğurduğu  əhval,  mavi 

gözlərin  sevinci,  yarın  sarı  –  xurmayı  saçlarının 

doğurduğu  əhval,  ürəkdə  yeddi  rəngin  doğurduğu 

 

140 



duyum,  emosiya  –  7  rəng,  onun  doğurduğu  söz-

söhbətdən  uzaq  nağıl...  yeddi  gözəlin  söylədiyi 

nağıl kimi nağıl).  

“Çay  axır...  içində  daşlar  əriyir”  şeirində 

təhkiyə  intonasiyası  nəqli  sintaqmlara  əsaslanır, 

bərabər  ritmdə  paylanır  intonasiya  (2-2  misra...) 

hecaya  əsaslanan  ritmi,  intonasiyanı  bir-birilə 

bağlayan  isə  hər  bənddəki  ikinci  misraların 

qafiyələnməsidir: 

 

Üç saat gecikən təyyarəmizin 



Ağır qədəminə nəzir deyirdik... 

Xoşbəxt anlarımız uzandı bir az 

Ayı dilimləyib göydə, yeyirdik... 

Çay axır... içində daşlar əriyir 

Ancaq əriməyir o günlərimiz. 

Doğur, dodağıma nəfəsin dəyir 

Birimiz Əsliydik, Kərəm birimiz. 

 

P.Qəlbinurun  şeir  intonasiyası  orta  tonda,  orta 



ahəngdədir.  Çünki  P.Qəlbinur  şeirləri  müdrik 

olduğundan intonasiyası da “orta həddədir”. Şairin 

misraları  hecalı  sərbəstlikdə  və  ya  sərbəst 

hecalıdadır. Bu isə ona imkan vermir ki, misraları 

çox ölçülü, çox qatlı makro və mikro həddə olsun. 

P.Qəlbinur  poeziyasında  misralardakı  uzunluq  və 

qısalıq,  sürətlənmə  və  ləngimələr  bir-birindən 

“uzaq  məsafədə”  deyil  –  bunlar  Paşada  demək 

olar  ki,  yoxdur.  Onun  şeir  təbiətində  intonasiya 

şeirin strukturundan asılı olaraq dəyişkən də  olur. 

Belə  dəyişkənliyi  şeirdəki  hipostasalar,  bənd-

qafiyə  müxtəlifliyi  yaradır.  “Bir  ətrim  var” 




 

141 


şeirində  intonasiyanı  təhkiyə,  nəqletmə,  sadalama 

intonasiyası  müəyyənləşdirirsə,  emfatik  vurğular 

(bədii  sual,  xitab  və  nidalar),  məntiqi  vurğular 

(xəbər  öncəsi  gələn  söz  və  ifadələr,  sintaqmlar) 

ona rezonans-impuls verir: 

 

Hardan tutdu məni bu eşq?! 



Qəfil gülləm, bağrımı deş!..  

Bir ətrim var, üzə çıxsa solası, 

Bir arzum var, söz donunda öləsi, 

Bir dərdim var, bircə Allah biləsi, 

Allah, mənim köməyim ol, 

Anam, mənim köməyim ol!  

 

Paşa Qəlbinurun intonasiyası təmkinlidir. 



Sənətkar  bəzən  mətn-strukturda  –  I,  II  şəxsə 

xitab  və  münasibətləri  ilə  vahid  intonasiya 

daxilində  ahəngi  qismən  dəyişir.  Bu,  təsvirdəki 

lirik  “Sən”  və  lirik  “Mən”lə  bağlıdır.  Belə  hal 

kompozisiya səddi yaratsa da, intonasiyaya demək 

olar  ki,  zədə  vurmur.  Mətndə  I  şəxs  çoxluq  təşkil 

edir: 

Bu yazağzı bənövşəyə dönəcəm 



Ürəyimin oduyla 

Nəğmə olub, çiçək olub, gül olub 

Yenə   

       Sənə dönəcəm... 



 

Mətndə II şəxs azlıq təşkil edir: 

İydələr çiçəkləyəcək 

Dünyanın ən gözəl gülləri 

 

 

142 



       Ləçək-ləçək 

                   Qədəminə səpiləcək.    

 

P.Qəlbinur həmişə misraları dolu edir, obrazla, 



məcazla  göllədir,  poetizmlik  qabarıq  keyfiyyət 

olur,  şair  söz  yox,  obrazlı  təsvir  verir.  “Bu  göl 

niyə  quruyubdu?”  adlı  təbiət  şeiri  emfatik 

vurğular  –  intonasiyalar,  məntiqi 

vurğular 

üzərində qurulan şeirdir: 

 

Bu göl niyə quruyubdu? 



...Yaddaşımın xatirələr oylağını 

Qıyma-qıyma didirəm... 

Bu göl niyə quruyubdu?  

 

P.Qəlbinur 



poeziyasında 

təkrir 


üstündə 

qurulan  intonasiya  və  ritmin  hərəkəti  var. 

Mövzusu 

bir 


ceviz 

təbiət 


ağacı 

olan 


“Doluxsunmuş 

sükut” 


şeirində 

şəlalə 


öz 

təbiiliyində yox, poetik görümündə şairin gözündə 

dəyər,  qiymət  götürüb.  Sudan  şəlalə  yox,  yarpaq-

yarpaq  ağac  boyu,  ceviz  boyu  şəlalə;  suyun 

sellənməsi  yox,  işığın  sel-sel  olub  süzülməsi, 

tökülməsi  –  bütün  bunlar  yeni  gözlə  poetik  dəyər 

alıb. Sükut var, sükut da var, – şair isə belə deyir: 

doluxsunmuş sükut, yaxud sükutun doluxsunması, 

doluxsunmuş 

səs-səmir, 

kəsilmiş 

ceviz 


– 

güllələnmiş  cüyür,  kəsilmiş  budaq  –  soyuqdan 

donmuş  körpə.  Həssas  sükutun  dərinliklərindən 

gəlir  P.Qəlbinurun  səsi,  şeiri.  “Ağ  çiçək  kimi”  və 

“Bilmirəm  bu  şeiri  necə  yazacam”  şeirləri 

“Doluxsunmuş sükut”a oxşardır.   




 

143 


P.Qəlbinurun  mövzularının  bədii  həlli  həmişə 

heyrət,  təəccüb  doğurur.  Bənzətmə  orijinallığı, 

metafora,  bədii  təyin  yenilikləri  ilə  “Mənzil” 

obrazının 

doğurduğu 

emosiya 


kirayəşinin 

həyatının ağırlığını poetik əks etdirir: “Bu kirələr, 

bu cirələr ürəyimdən çimdik-çimdik ət götürdü,  

 

144 



 


 

145 


gözlərimin  insaf  yükü  töküldü”.  Mənzil  almaq 

sevincinin  emosiyası:  “gözümə  yağ,  üzümə  yağ, 

yaz yağışı...”. Mətnarası eyham, işarələrlə fikir və 

təsəvvürü  doğurmaq  üçün:  “kirələrdə,  cirələrdə 

üzüm  üzlər  görübdü,  üzümə  yağ...”  –  deyə  xitab 

edir.  


“Soyuldu”  –  mövzusu  alimin  rüşvət  alması 

olan bu şeirdə mövzu və ideyanın həlli publisistik 

genişlikdədir  –  danışıq  intonasiyalıdır.  Adlıq 

cümlə  –  sadə  sintaqmlar  əsasında,  sadalama 

intonasiyasında,  informativ  təbiətli  təhkiyədən 

yaranan 


ilmə, 

naxış 


mühakiməsiz 

forma 


müəyyənliyi  “Yayın  cırhacırında”,  “Boynuma 

düşdü...” şeirləri üçün də səciyyəvidir: 

 

Boynuma düşdü  



                    bir gün. 

İməkləmək, 

              sonra yerimək. 

Boynuma düşdü 

                 oxumaq. 

Sevmək,  

               konqreslərə getmək, 

Evlənmək. 

Boynuma düşdü 

Qırx beş il əvvəl 

                 dünyaya gəlmək 

Boynuma düşəcək 

                        bir gün... 

(“Boynuma düşdü”) 

 

 

146 



“Qrafik” 

təsvirlərdə, 

bədii 

sintaqmlarda 



sətiraltı 

eyhamlarda, 

metaforalarda 

həyatın, 

zəmanəmizin sərt üzü də görünür... 

 

Böyüyübdü göy rəngli pul! 



Seyrəlibdi bağrımız, 

Ürəyimiz yalan deyir, 

Çörəyimiz küt gedir. 

Allah görür – Allahdandı ağrımız... 

 

Lirik “Mən”in lirik “sən”, “o”, “biz”, “onlar”la 



bağlantıları  olanda  əmr  cümlələri,  sintaqmları 

intonasiyanı 

gücləndirir, 

P.Qəlbinur 

darmacallıqdan  “iki  daşın  arasından”  məramını 

ümumiləşdirilmiş  fikir  və  məna  üzərində  qurur, 

onu qabardır, sürətlə ideyasına doğru gəlir. Qənaət 

onun poetik sözünün canıdır. Baxın: 

 

Allahın 


“pambıq”dakı briqadirlərə, 

“qəbul”dakı müəllimlərə, 

Və kimlərə, kimlərə... 

                     acığı tutdu. 

İndi hər gün  

imtahan veririk 

                  aclığa... 

P.Qəlbinur  qanı  işıq  kimi  alıb  mənalandırır. 

Bağıra  dolan,  bağırdan  gələn  qan-işıq  qaranlıq 

otaqda  lirik  “Mən”i  şam  kimi  işıqlandırır,  onun 

qələm-bıçağı  da  işıqdır.  Allahın  ətəyindən,  günəş 

nurundan  yapışan  lirik  “Mən”  Allahına  etiqadda, 

onunla həsb-haldadır. P.Qəlbinur xəlqi olanları öz 



 

147 


poetik  aləminin  işığında  yaxşı  mənalandırır, 

başqasına,  oxşarına  müncər  edir:  “Allah,  sənin 

ətəyin İşıqdı, ətəyindən tutmuşam”. 

P.Qəlbinur  poeziyasında  formanı  tamamlayan 

qafiyə  orijinallığı  səciyyəvi  xüsusiyyətdir:  çək  // 

rəng,  dadan  –  adam.  Paşanın  qafiyələri  mətnin 

müxtəlif yerində gəlir. Lakin şair mətni qafiyəyə – 

ənənəyə tabe tutmur. 

P.Qəlbinur 

şifahi 


və 

yazılı 


şeirimizin 

janrlarından  da  faydalanmışdır.  Onun  şeirlərində 

yaradıcı  surətdə  işlətdiyi  atalar  sözü,  bayatılar, 

nağıl  ünsürlərinə  rast  gəlirik.  Şairin  işlətdiyi 

bayatılar  orijinaldır.  Ənənvi  tərəfi  budur  ki, 

forma-qəlibi,  mövcud  obrazları  saxlayır,  ideya-

məzmunu  orijinal  təqdim  edir.  Şair  “Ah,  dedim”, 

“İtmiş  həsrət  kimi”  şeirlərində  belə  bayatılar 

işlətmişdir:  

Aman Araz, xan Araz 

Bingöldən qalxan Araz, 

Al başımdan sevdayı – 

Xəzərdə çalxan Araz. 

 

P.Qəlbinur  sinekdoxa,  perifraz,  effemizm, 



asendeton,  monoloq,  dialekt  söz,  idiom,  təşxis, 

reali 


və 

başqa 


bədii 

vasitələrdən 

də 

faydalanmışdır. 



Təəsüf ki, “Meynəm”, “Şeytana”, “Qazamatda 

Xaqani  yatıb”,  “Dərdimizin  dəliləri”,  “Ayda  ilan 

olsaydı”, 

“Mikloş 


Rodnoti” 

kimi 


şeirləri 

P.Qəlbinur 

poeziyasının 

ümumi 


poetik 

səviyyəsindən aşağıdır.   

 

148 


P.Qəlbinurun ahəng və intonasiyası, şeirlərinin 

bədii  bütövlüyü  milli  ədəbi  dilimizlə  möhkəm 

bağlıdır.  Sənətkarın  poeziyasının  ahəng  və 

intonasiyasından  danışmaq  vəzn,  janr  və  bənddə 

fonetik, leksik və qrammatik normalarda ahəng və 

intonasiyadan  danışmaq  deməkdir.  P.Qəlbinurun 

şeirlərinin  poetik  gücü  onun  kifayət  qədər 

bədiiliyində, poetikliyindədir.    

 

 

                                              



 

 



 

149 


Son söz əvəzi 

 

Bu  monoqrafiya  yazılarkən  Paşa  Qəlbinur 

poeziyasına 

kənardan 

gəlmədik. 

Yəni 


ədəbiyyatşünaslıq  və  tənqid  materiallarına,  elmi 

sitatlara,  ümumiləşdirmələrə  gen  yer  vermədik. 

Yalnız  bəzi  söz  adamlarının  P.Qəlbinur  poeziyası 

haqqında 

fikirləri 

ilə 


kifayətləndik. 

Şairin 


poeziyasına  münasibətdə  daha  çox  adekvat 

görünmək  istədik.  Daha  çox  tənqidlə  poeziya 

yaxınlığındakı 

ekvivalentliyi 

əks 

etdirmək 



məqsədi izlədik.  

Nə üçün P.Qəlbinur şeirini qıçaladıq? Bəlkə də 

onun poetik harmoniyasını zədələdik. Çünki şairin 

həssas,  tül  qədər  zərif  şeiriyyətini,  obraz,  məcaz 

orijinallığı,  müəyyənliyini  göstərmək  istədik. 

Buna  görə  də  daha  çox  məzmun  və  ideya 

təhlillərimizdə mücərrəd və ümumi, özünəməxsus 

görünməyimizdən 

çox, 

şeirlərinin 



verdiyi 

məzmunun  özü  ilə  hərəkətdə  olduq  –  daha  çox 

adekvat görünmək istədik. 

Biz  P.Qəlbinur  poeziyasının  bədii  üslub 

fərdiyyətini  sözə  çevirib  ifadə  etməklə,  şairi  daha 

çox  saxlamaqla  kifayətlənmişik.  Necə  deyərlər, 

bir 

az 


“uzaqdan”, 

“kənardan” 

getmək 

istəməmişik. 



Bu 

baxımdan 

geniş 

ümumiləşdirmələrə,  milli  ədəbiyyat  tariximizin 



zəngin  ənənələri,  şəxsiyyətləri  ilə  təmaslara 

demək  olar  ki,  yer  verməmişik.  P.Qəlbinuru 

özünün 

bədii 


üslub 

fərdiyyətində, 

poetik 

sferasında oxumaq istəmişik. 



 

150 


Şairin  poeziyasında  modernist  şeirin,  müxtəlif 

“...  izmlərin”  izlərini,  əlamət  və  xüsusiyyətlərini 

də  axtarmaq  olar.  Biz  buna  ötəri  toxunduq. 

P.Qəlbinur  şeirində  dünya  poeziyasının  çağdaş 

bədii  xüsusiyyətləri  ilə  səsləşə  bilən  məqamlar 

vardır.  Gələcək  tədqiqatlar  yəqin  ki,  belə  təhlil 

yönünü  də  diqqətdə  saxlayacaqdır.  Bizim  isə 

P.Qəlbinur 

poeziyasına 

poetika 


baxımından 

münasibətimiz 

ilkin 

təşəbbüs 



olaraq 

qiymətləndirilə bilər.  

P.Qəlbinur  poeziyasında  vəzndən  və  janrdan 

istifadə  etməyin  özünəməxsus  yeniliyi  var.  Biz 

bunlara  demək  olar  ki,  toxunmadıq.  Yalnız  bədii 

formaya  aid  olanların  özgün  xüsusiyyətlərindən 

danışdıq. XX əsr Azərbaycan şeirinin poetikasının 

öyrənilməsində milli sərbəst şeirimizin yaranması, 

inkişafı  və  çağdaş  durumu  sahəsində  R.Rza, 

F.Qoca,  R.Rövşən,  V.Səmədoğlu,  Ə.Salahzadə, 

Vaqif  Bayatlı  Önər  və  başqaları  ilə  bərabər, 

P.Qəlbinurun  da  özümlü  xidmətləri  vardır. 

“Paşanın  poeziyası  incə  eyhamla  sərt  həqiqətin, 

müdrik 


düşüncə 

ilə 


lirik-psixoloji 

ovqatın 


kəsişdiyi məqamın şeiridir”

1



Biz  inanırıq  ki,  Paşa  Qəlbinur  poeziyası 

çoxsaylı 

monoqrafiyalarla 

bərabər, 

qiymətli 

tədqiqatların da araşdırma predmeti olacaqdır.     

   

                                                



1

K. V. N ərim anoğl u.  S ö

z ü

nd ə nur,  ü



z ü

nd ə nur  –

  Paşa  Q əlbinur  / 

Al t ay M

əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əsri n  ast anası nda. 

Bakı:  “G əncli k ”,  1999,  s. 188

 



 

151 


Mündəricat 

 

 

Ön söz əvəzi...................................................  3 

 

 

I fəsil. Paşa Qəlbinur poeziyasının ənənə və 

yenilik keyfiyyəti..............................................6 

 

II fəsil. Şairin  poeziyasının bədii obrazları və 

ideya-məzmun xüsusiyyətləri...........................21 

 

III fəsil. Paşa Qəlbinur poeziyasının 

 məcazlar sistemi............................................ 92 

 

 

Son söz əvəzi................................................. 141   



 

 

 



152 

 

 



 

 

Əlizadə Əsgərli 



 

Fərdi üslubun poeziyası 

 

 

 



 

 

 



 

Чапа имзаланмыш: 21.02.2017 

Каьыз форматы: 60x84 1/////16 

Щяъми: 9,5 ч.в.; Сифариш: 667; Sayы: 500// 

 

 

 



 

 

 



«ВЕКТОР» БЕЙНЯЛХАЛГ ЕЛМL

Ə R 


AKADEM

İ Y ASI  

«ВЕКТОР» BEYN

Ə L XAL Q 

НЯШРЛЯР ЕВИ 

Цнван: АЗ1018. Бакы шящ, Зыь йолу, 20 г 

тел: (+99470) 3007000; (+99412) 4471404 

faks: (+99412) 4796003 

е-mail: isgenderzadeh@rambler.ru 

www. vekt or. az



 

 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə