Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 

93 


sevinc  –  ananın  səsi  lirik  “Mən”in  dünyasını 

yerindən  qoparır.  O,  Leylasının  ayrılığı  ilə  –  bu 

qütsal  həsrətlə  doludur  –  deməli,  doyumsuzdur. 

Ana  səsi  isə  bu  doyumsuzluğa  bir  məlhəm, 

təminat gətirir. Leylası ilə Tanrıya yaxın olan lirik 

“Mən”  ana  səsi  ilə  o  ucalıqdan  “enir”,  –  o  zəng 

Leylanı lirik “Mən”dən qoparır –ana səsindəki qü 

tsal  güclə  bağlayır.  Lirik  “Mən”  yenidən  dolur, 

çünki  Leylası  əlləri  qoynunda  göydəki  ulduzlara, 

aya  yalvaranda  səsi  gülüş-sevinc  olub  suya 

doğranmışdı,  suya  tökülmüşdü  –  göylərdən  işıq 

istəmişdi!  Lirik  “Mən”  bunu  Xəzər  sularının 

parıltısından  duymuşdur,  həsrətlənmişdir.  Ölmək, 

göylərə, 

ulduzlara 

yaxın 


olmaq 

istəyirdi. 

Ulduzlara  baxmışdı,  ulduz  axmamışdı...  Bu  anda 

göydən  üç  alma  düşmüşdü...  Lirik  “Mən”  öz 

qüdrətli, qütsal ana səsi ilə doyulmuşdu. 

P.Qəlbinur  “Sənsən”  şeirində  yuxugörmədən 

bir  məqam  kimi  istifadə  edib.  Lirik  “Mən” 

ekzistensial  hallar  yaşayır,  həsrətdədir,  yuvası 

dağılmış  qaranquş  kimidir.  Başı  üstündə  gecələr 

dağlanır.  Yaddaş  gecələrə  qarışıb  itib.  Leyla 

boyda  həsrət  otaqda  bitib.  Gecədir...  Sağ-sol  od 

tutub  yanır  –  alov  dilim-dilim  Leylaya,  lrik 

“Mən”ə  doğru  uzanır,  lakin  odu  söndürmək  üçün 

əllər  yoxdur,  alov  çataçatdadır,  birdən  Leyla 

tüstüləyir, birdən görünməz olur. Lirik “Mən”: 

 

Gördüm infarkt olur göydə buludlar 



Göydən ildırımlar evimə dolur. 

Birdən... hardan işıqlandı otağım Allah 

Telefon zəng çaldı... Ayıldım – Leyla...  

 

94 



          

 P.Qəlbinur  uşaq  mövzusuna  tez-tez,  həm  də 

mətniçi  müraciət  edir,  ona  çox  yer  ayırır,  – 

uşaqlarda  təmizlik,  saflıq  görür.  Bu  uşaq,  bu  işıq 

ululuğa, 

öyüdə-nəsihətə, 

müdrikliyə 

doğru 


böyüyür,  –  belə  olanda  uşaq  böyüklüyə, 

müdrikliyə  –  nuraniliyə  doğru,  Allaha  doğru  yol 

götürür və bu yol – işıq yolu olub “iç” dünyamıza 

doğru gedir – Allaha qovuşur! 

Şair  xoşbəxtlik  hissinin  poetik  ifadəsini  uşaq 

şeirlərində yanqulu verir: 

 

Ayanım, həyanım, ruhum, ürəyim, 



Mənim nağıl payım, noğul payımsan. 

Gecikmiş demirəm – təndir çörəyim 

Sən mənim ətirli zəmzəm çayımsan. 

 

Və ya “Ayanım” şeirindən:  



 

Nəfəsində 

İşığın ətri, günəşin dadı 

Səsin – 


            Allahın adı... 

Elə bil bağrımnan çıxan ürəksən 

Elə bil bu dünya heç olmayıbdı, 

Ya mən olmamışam 

                         dünyada min il... 

Gəl ürək, gəl görək, gəl boynuma min 

Ürəyim boynumda  

                     dünyanı gəzək. 

P.Qəlbinur  şeirində  poetik  xüsusiyyətdir  ki, 

şair  sadalama  intonasiyasından,  fikir  və  düşüncə 




 

95 


müxtəlifliyinin 

adlıq 


cümlələrlə 

təhkiyəyə 

çəkilməsindən  poetik  yekuna,  ümumiləşməyə  də 

gəlir: 


Ağ – qorxu, 

ağrı öpüşü, 

Ömür tufanının  

               incə görüşü, 

Duzsuz göz yaşı, 

Xeyirxah – yalan dünyası – 

Uşaq xəstəxanası 

                 (“Uşaq xəstəxanası”) 



 

P.Qəlbinurun 

mövzuları 

kənarda 


deyil, 

özündədir, o özünü sənətkarlıqla ifadə edir. Lakin 

onun 

özünüifadəsi 



şəxsi 

deyil, 


ictimaidir, 

universaldır.                     

 

96 


Üçüncü fəsil 

 

Paşa Qəlbinur poeziyasının 

 məcazlar sistemi 

 

Kamil 


Vəli 

Nərimanoğlu 

demişkən: 

“Azərbaycan  şeirində  öz  forma  fərdiliyini  ortaya 

qoymaq  olduqca  çətindir.  Kəmiyyət  və  keyfiyyət 

baxımından 

çox 

zəngin 


Azərbaycan 

türk 


poeziyasında  yeni  bədii  söz  demək  çətindir.  Bu 

çətinliyə  baxmayaraq,  Paşa  Qəlbinur  Vaqif 

Səmədoğlu,  Ramiz  Rövşən,  Vaqif  Bayatlı  Odər, 

Sabir  Rüstəmxanlı,  Rüstəm  Behrudi  sözünün 

yanında  omuz-omuza  dayana  bilən,  bədii  sözün 

çətin,  ağır  sınağına  tablaşan  söz  deyə  bilir  və  o 

sözün arxasında şəxsiyyəti ilə dayana bilir”

1

.   



P.Qəlbinur  poeziyasında  təsvir  vasitələrini  hər 

hansı  poetik  fiqurun  varlığı  kimi  yox,  həm  də 

birikmiş  poetik  vasitələrin  zənginliyi  kimi  qəbul 

edirik.  Onun  ən  çox  işlətdiyi  təsvir  vasitəsi 



təşbehdir.  Şair  sadə  və  mürəkkəb,  açıq  və  örtülü 

təşbehlərdən istifadə etmişdir. Onun təşbehlərində 

sanki güclü bir işıq əlaməti, bir parlaqlıq duyulur. 

Paşa çox həssas müşahidəli sənətkardır. İncə, 

zərif, 

emosional-psixoloji 



təşbehlər 

onun 


poeziyasını süsləyir: 

 

Kirpi balaları – 



Tut dənələri. 

                                                

1

K. V. N ərim anoğl u.  S ö



z ü

nd ə nur,  ü

z ü

nd ə nur  –



  Paşa  Q əlbinur  / 

Al t ay M

əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əsri n  ast anası nda. 

Bakı:  “G əncli k ”,  1999,  s. 188

 



 

97 


Yaxud: 

 

Dilinə söz qonub – bal arısıymış. 



 

Şair  bəzən  mətndə  bənzəyənlə  bənzədilənin 

yerini  də  dəyişdirir,  bənzədilən  bənzəyəndən  irəli 

də düşür: 

 

İnəyin  əmcəyində südün sancısı kimi, 



Bıçağımdan süzülən işığın səsi kimi, 

Budaqda gül açır, 

Ayanım dil açır. 

 

P.Qəlbinur  informasiyanı  ötürür  –  nəqli 



sintaqmlar qurur, sonra onun əhatəsini, predmetin 

təşbehini – müncərini yaradır: 

 

Yerə düşüb sərçənin 



Sarıdimdik balası 

Gözlərində 

Gəlin örpəyi kimi 

 

 



 

nazik pərdə. 

 

Sarıdimdik  sərçə  balasının  nazik  göz  pərdəsi 



gəlin örpəyi nə qiyasdır. 

P.Qəlbinur  poeziyasında  obrazlaşdırma  iki 

səviyyədədir:  

1)  Duyğu,  qavrayış,  təsəvvür  –  hissi  idrakda 

obrazlaşdırma. Bu çoxluq, üstünlük təşkil edir. 

2)  Anlayış,  mühakimə,  əqli  nəticə  –  məntiqi 

idrakda obrazlaşdırma. 

 

98 



Lakin  belə  bölgü  əlbəttə,  bir  şərtilikdir. 

Əslində belə obrazlaşdırma arasında sədd qoymaq 

düzgün 

deyil. 


P.Qəlbinur 

duyğu 


və 

qayrayışlarında ifadə olunan obraz hissidir, fəlsəfi 

dərkində 

ifadə 


olunan 

obraz 


məntiq 

və 


mühakiməlidir.  

Harayın obrazı neçə-neçə yüz ildırımın damar-

damar  şaxələnib  bir  otaqda  çaxması,  bir  gülləlik 

ürəyin  damar-damar  nəştərlənib  üstünə  qan 

axmasıdır. 

Səs və qan assosiasiyaları: qan – lirik “Mən”in 

iliyindən, 

sümüyündən, 

damarlarından 

axan 


təlatüm,  səs  –  nəğməkarın,  bu  təlatümü  dolduran 

cadugərin  əlində  nəğmədir,  –  səs  qandan  da 

ağırdır! (“Orqan konsertində”) 

P.Qəlbinur  ənənəvi  olan,  örtüsüz  təşbehlərə  – 

misradaxili  olanlara  çox  da  meylli  olmur;  o, 

mətniçi  təşbehlərdən,  oxşatmalardan  daha  çox 

faydalanır, bənzəyənlə bənzədilən yaxın məsafədə 

yox, yaxın və uzaq bədii məsafələrdə görünür. Bir 

şeirində: 

 

Sinəsində döyünən 



Ürək deyil 

 

 



elə bil 

Yumurta sarısıdır 

...Bu sarı gül bir az da 

Bir az da saralacaq... 

 

P.Qəlbinuru  kontekstdə  daha  aydın  başa 



düşmək  olur,  nəyisə  mətndən  ayıranda  bədii 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə