Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

89 


P.Qəlbinur  poeziyasında  vaxt  –  an  qurtarmır, 

uzanır,  yollar  kimi  tükənmir,  epik  zaman  alır, 

sonsuzluğa  dirənir.  Hardasa  əlvida,  ayrılıq 

xiffətindən 

şam 

kimi, 


şam 

kimi 


əriyir... 

P.Qəlbinurun  bütün  sevgi,  məhəbbət  şeirlərində 

doyumsuzluq,  həsrət,  hicran  ayrılığının  poetik 

“oxu”su,  müqəddəs  kədərə  köklənmək  qüdrəti, 

özəlliyi,  heyrəti  var.  “Bəs  mən  niyə  sənsizəm”, 

“Gəlmişdim  sizə”,  “İsti  qar”  və  başqa  şeirlərində 

olduğu kimi.  

Paşanın  lirikasında  bir  Leyla  obrazı  var.  O, 

taleyi  qəbul  edən  və  ona  doğru  yol  gedən  şairdir. 

Özü  deyir  ki,  “Ağlıma  gələnlər,  başıma  gəldi”. 

Paşa bir vaxt taleyinə yazılanları başına gətirir və 

onu öz əlləriylə oxuyur. Bəs lirik “Mən”i özündən 

silkələyən,  dağlar  kimi  min  illik  mürgüdən 

ayıldan  nədir?  Leylasına  rast  olan  lirik  “Mən” 

ürəyindən  böyüyür,  qanadından,  arzusundan  güc 

alır  və  bir  Leyla  olur.  Bu  vüsal,  lirik  “Mən”i 

böyüdən  bu  vüsal  həm  də  onu  haldan-hala  salıb 

şam  kimi  əridir.  “Məcnun  olub,  eşq,  sevda 

yuxusuna dalır”: 

 

Ruham, möcüzəyəm, işığam, ünəm 



Gülü ləçəyində yeriyə billəm. 

Şamın dodağında əriyə billəm 

Allah, bu sevdadan ölləm, dirilləm. 

Məni bu röyadan ayırma, Leylam... 

 

Lakin  bədii  mətndə  çatışmayan  cəhətdir  ki, 



“əriyib-əriyib  Məcnun  olan”  lirik  “Mən”  şeirin 

son  bəndində  Leylasından  gülüş  istəyir,  çünki 

 

90 


gülüşü ilə qanadlanır, nur, işıq qanına qarışıb onu 

alışdırır.  Təzad  deyilmi?  Məcnunluq  fəlsəfəsi, 

dərki  təzad  deyilmi?!  “Gizli  söhbətim  bu  gecə 

Ayla”  şeirində  əriyib-əriyib  Məcnun  olan  lirik 

“Mən” təzədən özünə qayıdır, telefon dəstəyindən 

Leylanın səsi, ətri gələndə lirik “Mən”in evi, yolu 

işıqlanır.  Lakin...  İki  aşiq,  iki  aşina  arasında 

“evlər”,  “divlər”  dayanıb.  Bu  səbəbdən  də  əriyib-

əriyib  Məcnun  olan  aşiq  həsrət  içindədir. 

Məcnunluğa qayıdışdadır. 

 

Sənsizmi qalacam mən əvvəl-axır?! 



– Damıb ürəyimə, damıb bu həsrət... 

 

Və  bu  həsrəti  də  “Mənim  taleyimə  yazılan 



yazı”  şeirinə  çəkdiyi  şəkildə  Sürəyya  Muğanlı 

təsirli əks etdirib: “Gecə qaranlıqda Leylinin qəbri 

üstünə  qara  bulud,  çaxan  ildırımlar  qoynunda 

eşqi-ahı  ilə  yol  götürmüş  Məcnunun  dağınıq 

saçları,  “Yarəb  bəlayi  eşq  ilə  qıl  aşina  məni” 

deyib,  ilahi  eşq  diləyən  Məcnunun  köksündən 

ürəyini çıxarıb Leyli qəbrinə doğru yol alması”.  

P.Qəlbinur  anı,  məqamı  “əks  kimi  tutub 

çəkir”,  sonra  onun  duyulmuş,  dərk  olunmuş  əks-

sədasını,  ritm-intonasiya  gücləntilərini,  duyğu  və 

emosiya  rəngləri  ilə  birlikdə  təqdim  edir. 

“Dünyam” 

şeirində 

lirik 


“Mən”in 

Leylası 


təyyarədədir.  Bu  təyyarə  nələr  doğurur?  “Yaman 

çağı  ilə”  olan  lirik  “Mən”in  qanını  Leylasının 

şimşəkli 

gülüşləri 

gəzir, 

təyyarədə 



uçan 

Leylasının ardınca baxışları səpilib, “göz”lə deyən 

odlu  naləsindən,  aləm  od  tutub  yanır  və  lirik 



 

91 


“Mən”  öz  Allahından  “gözlə”  dediyi  Leylasına 

səbir, səbrinə uğur diləyir:  

 

İlahi, mən ona, – “gözlə” demişəm 



Sən onun səbrinə, gəl uğur çilə... 

 

“Səndən  uzaqlarda”  şeirində  lirik  “Mən” 



Məcnunluğunda  daha  ardıcıldır.  Eşq,  sevgi 

doyumsuzdur, 

hüdudsuzdur. 

Bu, 


insanda 

çatışmayan, 

ona 

bəs 


etməyəndir! 

Leylaya 


məhəbbət,  kədərin,  həsrətin,  dərdin  ifadəsi, 

fəlsəfəsidir. 

Allaha 

öz 


natamamlığı 

ilə 


yaxınlaşma,  tama  qovuşmadır.  Baxın:  Siam 

əkizləri olan xoşbəxtlik, həsrət baş-başa gəlib lirik 

“Mən”lə öcəşir – tale lirik “Mən”i qayalara çaxır, 

daşlara  əkir...  Çünki  Leylasız  olan  lirik  “Mən”in 

üstünə  dağ  boyda  dağlar  yeriyir.  Masası  üstündə 

rəng-rəng  olan  güllər,  kağız,  qələm  izah 

olunmazdır.  Lirik  “Mən”in  qara  ürəyi  isə  sanki 

xıncım-xıncım  olub  Leylanın  tellərinə  doğranıb, 

ürəyi  Məşuqə  ilə  getdiyindən  Leylanın  səsi  də 

qəhərlidir,  səsində  qəm  var.  Gülə-gülə  göz  yaşını 

silir. Lirik “Mən” isə əsrarlı, ecazlı tale yaşayır: 

 

Mən indi qayada bitən çiçəyəm – 



Tufan da qopara bilmir, a dünyam 

Bağrına qor dolmuş bir əlçim neyəm 

Bu sirri kimsələr bilmir, a dünyam. 

 

Mənim hər zərrəmdən bir Leyla baxır 



İslanmış namusam, qaralan huşam. 

 

 



92 

Çırpındım, çırpındım, anladım axır, 

Mən əl-ayağımdan bağlanmamışam... 

 

P.Qəlbinur  şeirində  obyekti  birbaşa  təsvir  və 



təhkiyə  etmək  təqdimatı  demək  olar  ki,  yoxdur. 

Şair obyektə xitab etməklə özünün əsrarlı hallarını 

sadəcə  ya  iqrari,  ya  da  inkari  olaraq  ifadə  etmir, 

psixoloji aləminin əsrarlı, baş-başa gələn hallarını 

–  hissi  poeziyasını,  fəlsəfəsini  yaradır.  “Falçı” 

şeirində  də  lirik  “Mən”  doyumsuzdur,  bir  əlac 

kimi falçıya üz tutur, bəlkə eşqinin şah qapılarının 

açılması  üçün  bu  da  bir  “açar”  ola...  Lirik  “Mən” 

araya düşmüş ayrılıq  “dağ”larından sinəsinin daş-

divarına baş qoyub yetim quzu  kimi ürəyi ağlayır 

– ruhu, eşqi, Tanrı dərki ilə! İşıq olan lirik “Mən” 

bağrı  ilə  qan  yox,  həm  də  göz  yaşlarıdır.  Çünki 

aralıqda  dağlar  var  –  o  dağlar  ayrı  dağlardır.  O 

dağlar  lirik  “Mən”in  diləyində  min  Fərhad 

olmağına baxmayaraq, çapılmayır, kiçilməyir... 

Biz  P.Qəlbinurun  “35  yaşımdan  17  yaşıma 

gecikmiş  sevgi  məktubu”,  “Mənim  icazəm” 

şeirlərini  onun  poeziyasının  ruhundan  aşağı 

səviyyə  hesab  edirik.  Çünki  sadəcə  P.Qəlbinur 

şeiriyyətində “yüngül”, “ucuz” məcaz yoxdur. 

“Xoşbəxtlik”  şeirində  epik  dayaqlardan  tuta-

tuta  əlvan  duyğularını,  sevinc  və  kədərini  ifadə 

edən  lirik  “Mən”  anası  ilə  görüşünü  özü  üçün 

xoşbəxtlik  sayır.  “Uzaqdan  vurduğun  zənginə 

qurban”  şeirində  lirik  “Mən”  ana  ilə  Leyla 

obrazını qarşılaşdırır. Qarşılaşdırırmı? Bizcə, yox. 

Şairin  ruhi  aləmindəki  boşluğu,  həsrəti,  daxili 

potensiyanı  nizamlayır.  Uzaq  naqildən  axan 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə