Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

133 


O sözü soruşmaq istəyəndə mən 

İçimdə dalğalar baş-başa dəyir. 

Dağlar ağrı çəkir 

Ağır gəlir çən 

Yarpaq ağırlaşır 

Çinarı əyir. 

 

P.Qəlbinur  eyhamlarıyla  kədərin  ifadəsi  üçün 



predmetli  təsvirlər  də  yaradır.  Baş-başa  gələn 

duyğularından  dağlar  ağrı  çəkir,  çən  ağırlaşır, 

yarpaq, çinar ağırlaşır. 

Həsrət, 


hicran 

və 


kədərin 

P.Qəlbinur 

poeziyasında  öz  fəlsəfəsi  var.  P.Qəlbinur  şeirində 

ikibaşlı  ifadələr,  eyham  əlvanlığı  da  diqqəti 

çəkəndir.  

Ürəyim dünya kimidi –  

Bir başında gün od ələr, 

Bir başında donar dilim. 

                                (“Qarşıla”) 

 

P.Qəlbinurun 

poeziyası 

litotalardan, 

“kiçiltmələr”dən  güc  alır.  Litotalar  P.Qəlbinurun 

bədii  üslubunda  təşbehlər  kimi  dominantlıq  təşkil 

edir:  


Dağlara çən düşür, çən düşür yenə 

Çən nədi – kəpənək qanadlarının, 

Tozudu dağları bürüyən belə.  

Çən – kəpənək tozu qədər kiçildilib. 

 

Yaxud: 


Dağlara çən düşür, çən düşür yenə 

Dağlar kəpənəkdi bu yay günündə. 

 

134 


Dağların oxşadılıb kəpənəyə qədər kiçildilməsi 

– litota – təşbehdir.  

P.Qəlbinur 

çox 


halda 

obyekti, 

təsvir 

predmetini  qeyri-adi  dərəcədə  kiçildir,  məna, 



düşüncə  və  ideyanı  isə  böyüdür,  fəlsəfi  əyara 

çəkir.  Oxucunun  öz  heyrətinin  dərinliklərinə 

aparır: 

 

Qanayıb Kəpəzin dizi deyəsən 



Dağ qanı göllənib 

               göyərir belə. 

Təkrarsız təbiət   

            – qan və gözəllik! 

Ölçüsüz heyrətim “göldü” bir gilə. 

                                 (“Göygöl”)  



 

“Göygöl” 

şeirində 

P.Qəlbinur 

Ə.Cavad, 

S.Vurğun,  M.Müşfiq,  X.Rza,  M.Araz,  Z.Xəlil 

ənənəsindən  uzaqdır.  O,  təsvirlərində    obyektiv, 

statik  və  seyrçi  olaraq  yox,  hər  dəfə  hecanın 

simmetriyasında,  ahəng  və  harmoniyasında  yox, 

ölçülü  sərbəstlikdə,  N.Hikmət,  M.Müşfiq,  R.Rza, 

Ə.Kərim kimi anaklazalılığa vararaq poeziya əsəri 

yaradır. 

P.Qəlbinur təsvir zamanı obyekti böyütməyə – 

dərkolunmazlığa  qədər  genişləndirməyə  ilham 

yandırır: 

Dörd dişin üstdədi, bir cütü altda 

Gülüşün – ən baha ürək məlhəmi! 

Allahım göylərdə – yeddinci qatda! 

Göndərdiyi payı sənsən, eləmi?! 



 

135 


P.Qəlbinurun  “Günlərin  bir  həsrət  muncuğu 

kimi...”  şeirində  poetik  şərtilik  də  diqqəti  cəlb 

edir.  Sənətkarın  istifadə  etdiyi  hiperbola  və 

litotalar şərtilik üçün bir vasitə olmuşdur: 

 

Babam Nizaminin, Afaq xanımın 



800... neçənci nəvəsisən sən 

Mən səni görəndən, 

Səni görəndən, 

İçimdə zəlzələ, bağrım od ağlar, 

Tökülür üstümə yuxulu dağlar – 

Sürüşüb ovcuma düşdü “Göy göl”üm. 

   (“Günlərin bir həsrət muncuğu kimi...”) 

 

Şair  təsvirləri,  obrazları  duyğu,  emosiya  və 

düşüncələrinin ifadəsinə daha çox yaxınlaşdırmaq 

əziyyətinə  qatlaşır.  Obyektiv  olanlarla  subyektiv 

olanların,    informasiya  ilə  mənalandırmanın 

birliyindən şeir alır: 

 

Ay gecəyə hicran sıxır, 



İslanmışam... 

Əynim-başım, hər yan işıq. 

Ürəyimdən işıq axır – 

                    qan qarışıq. 

           (“Ay gecəyə hicran sıxır”) 

 

P.Qəlbinurun  poeziyasında  məntiqli,  müha-

kiməli mənalandırmalar sıxlığı ilə seçiləndir: 

 

Dünya insan sevgisindən 



Milyon dəfə kiçikdir. 

 

136 



İnsan dünyadan böyük, 

Sevgisiz ömür – dünya boyda yük! 

 

P.Qəlbinur  poeziyasında  mücərrəd  məfhumu 



predmetləşdirmə, 

substantivləşdirmə 

poetik 

xüsusiyyətdir.  



 

Elmin yollarında qayalar sərt-sərt 

Əlçatmaz, ünyetməz ucalar verdin. 

 

Şairin poeziyasında bəzən də mücərrəd anlayış 



misradaxili yox, mətniçi də təzahür edir. Belə olan 

da  mücərrəd  “istəyin”  ifadəsində,  ümumən, 

xəyali, 

romantik, 

zərif 

tülə 


bürünmüş 

predmetləşdirmə keyfiyyəti diqqəti çəkir:  

 

Dünyanın bu başından 



Səni haraylayıram Ayan,Ayan! 

Sən məni anam qədər, 

Bəs mən səni nə qədər 

İstəyirəm görəsən? 

 

P.Qəlbinurun 



bədii 

üslubunda 

əyanilik, 

predmetləşdirmə  daha  çox  təşbehlər  hesabına 

görüntüləşir, bənzəyənlə bənzədilən təbii xəyalda, 

təsəvvürdə,  təxəyyüldə  birləşir  –  şair  bənzəyənin 

ən  yaxın  bənzədilənini  tapıb  təqdim  edir, 

həssaslıqla, zərif psixoloji effektə: 

Gümüşü sularda uşaq gülüşü. 

Doğurdanmı  uşaq  gülüşü,  yoxsa  suların 

nurdan, işıqdan gümüşü rəngi bu poetik lövhədən 



 

137 


uşaq  gülüşü  doğula  bilərmi,  –  bunu  P.Qəlbinur  – 

qəlbin, sözün gözü ilə görüb mənalandırmışdır.         

Paşa  I,II,III  növ  təyini  söz  birləşmələrinin 

şeirimizdə  işlənən  ənənəvi  formalarından  çox 

zaman imtina edir, yeni poetik növlərini yaradır: 

 

Polis təfəkkürü, həkim ülfəti 



Qarışıb ruhumun dərinliyinə. 

İlham pəriləri – nur səltənəti, 

Zaman çocuq kimi dərs keçir mənə. 

 

Əslində,  P.Qəlbinurun  psixoloji  şeirləri  lirik-



poetik  monoloqlarıdır.  Şairin  poetik  intonasiyası 

lirik  “Mən”in  I  şəxsə  müraciəti  və  onun  ətraf 

aləmlə  hər  cür  bağlantısı  –  müxtəliflikdəki 

birliyinin  doğurduğu  intonasiyadır.  Bu  intonasiya 

əsasən  sakitdir,  soyuqdur,  təmkinlidir.  Belə  ritm 

və  ahəngdə  artan  və  azalan  intervallar,  əsasən, 

azdır,  ahəngin  ritmik  olaraq  qalxıb  enməsi, 

sürətlənməsi və ləngiməsi ayrı-ayrı fərqləri nəzərə 

almasaq,  əsasən,  azdır.  Lakin  Paşanın  şeir 

intonasiyası  simmetrikdir,  mətnboyu,  mətnarası 

intervallarda  müəyyənləşir.  Şairin  intonasiyası 

güclü 


obrazlılıqda, 

təşbehlərdəki 

gözlənilməzliklərdə, 

bənzəyənlə 

bənzədilən 

arasında  ilk  baxışda  qeyri-mümkün  görünən 

oxşarlıqlarda ritmik müəyyənlik qazanır: 

 

Bağ evində çıl-çıraqda  



        Yuva quran qaranquş. 

İldırımın  

       Budağından sallanan  

                            Şair kimisən...  

 

138 


P.Qəlbinur  emfatik  vurğuların  bir  hissəsi,  əmr 

cümlələri  əsasında  güclü  poetik  fikir  ifadə  edir. 

Torpağından  aralı  olan  xalq  –  üz  nuru,  göz  fəri, 

diz  təpərindən  uzaqdır,  məhrumdur.  Və  torpaq 

itkisinin  səbəbi  şair  nəzərində  Allah  qarşısında 

etdiyi 


günahlardır, 

dilədiyi 

əhvlərdir, 

bağışlamalardır! 

 

Üzümün nuru – qayıt üzümə, 



Gözümün fəri – qayıt gözümə, 

Dizimin təpəri – qayıt dizimə, 

Torpağım, torpağım, qayıt özümə! 

Allahım, Allahım, məni bağışla! 

 

Həmcins 


üzvlər, 

ritmik 


sadalama 

intonasiyaları  P.Qəlbinur  şeirində  xüsusi  ahəng 

doğurmuşdur. 

“Bu  eşqlə”  şeiri  hecada,  qarışıq  hecadadır, 

sinkretikdir. 

Emfatik 


vurğuların 

nəqli 


intonasiyasına aid olan şeirdir:  

 

Baxışların, gözlərin 



Mavi qar uçqunları, 

Sən məni batıra bilərsən, gülüm 

Quş olub, quş olub uça bilmərəm, 

Mən sənin əlindən qaça bilmərəm. 

 

Lirik  “Mən”in  daxili  sevgi  həyəcanları 



rahatlıqla  nəqli  poetik  sintaksisdə  təqdim  olunur. 

Sevdiyi  qızın  mavi  gözlərini  qar  uçqunlarına 

müncər  edən  lirik  “Mən”  o  gözlərdə  batmaqdan 

qorxur,  quş  olub  onun  əlindən  qaça  bilməkdən 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə