Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

105 


P.Qəlbinur  poeziyasında  təşbeh  –  epitet 

hibridliyi  dominantlıq    təşkil  edir.  Üstün  olan 

nədir  –  təşbehlə  epitet  olanın  birliyindən  alınan 

duyumsuzluq və idraksızlıq – bu, həm də duyulan, 

idrak  ediləndir.  Bu,  poetik  söhbətdir,  poetik 

intəhasızlıqdır: 

 

Ay gözlərin 



            işığında yol gedirəm. 

Sabahıma baxır mənim 

Ucalardan Ay gözlərin. 

 

“Ay  gözlər”də  həm  epitet,  həm  də  təşbehdən 



nə  isə  vardır.  Bu  “nə  isə”  olan  psixoloji 

gizlinlərdir. 

Paşanın təşbeh-metaforaya yaratmaq ustalığına 

da bir misal: 

 

Nərgiz kimi çırtlayar 



     süd dişləri. 

Süd dişləri – qarçiçəyi.   

 

Bir nümunə də təşbeh-litota üçün: 



 

Aya bax – o totuq əllərin boyda. 

 

Şairin açıq təşbehlərinə aid bir nümunə: 



 

Yuxu kimi, duman kimi 

Bu sevgilər çəkiləndi, 

Olsa-olsa bir dən kimi 

Şum yerinə əkiləndi... 

 

106 



 

P.Qəlbinur 

poeziyasında 

adətən 


aşağı 

intonasiyada 

danışır 

və 


əsasən 

adilikləri 

danışdırır;  duyğu  ilə  faktı  ortaq  başlanğıcda 

götürür,  obrazlılığı  daha  çox  “sıxır”  söz-qəlibdə. 

O,  adilikləri  “böyüdərək”  danışır.  Lakin  sənətkar 

ictimai-siyasiyə,  geniş  “formatlı”  poeziyaya  da 

yer  verir  –  fərdi  üslubunu  saxlamaq  şərti  ilə! 

Halbuki  Paşa  daha  çox  təşbeh  yeniliyində, 

gözlənilməzliklərində, 

bənzəyənlə 

bənzədilən 

arasında olan tapıntıları, axtarışları üzə çıxarmağa 

meyil edir və buna nail olur: 

 

... Matros yuxusunda kapitan qızı, 



Qobsek ürəyində qızıl, 

Nar çiçəyində yağış damlası – 

Qubanın ağ alması... 

 

Təəsüf  ki,  şair  ciddi  mətləblərdən  yazanda 



onun poetik məcazları bəzən qüsurlu da olur:  

 

Əlimizdə zülməti 



Kəsib – doğrayan bıçaq. 

Vətənimin gözünə 

Araz boyda ağ gəlib, 

Kəsə bilmirik ancaq... 

 

Belə  bir  metafora  –  təşbeh,  təsvir  –  ideya 



vermək 

caiz 


 

deyil: 


Vətəni, 

torpağı 


əlacsızlaşdırmaq  olmaz,  –  belə  məntiq  ideya-

estetik cəhətdən qüsurlu görünür. 




 

107 


 

108 


Şeirimizin 

poetik 


ənənələrinə 

münasibətdə 

adiliyin  ifadəsində  bənzərsizliklər  çox  olur.  Bunu 

əsasən şairin metafora və təşbehləri yaradır: 

 

Sən uzaq diyarda rəngi boğulmuş 



İçinə tökülmüş termos kimisən. 

Sənin ürək kimi sıxılmağın var!.. 

Səni qarsalayıb bu soyuq, bu qar  

Bizim soyuqlarda gözəldin, ey nar. 

 

P.Qəlbinur  bəlkə  də  poeziyamızda  ilk  dəfədir 



ki,  bir  misradan  ibarət  olan  şeir  yazır.  Onun  ən 

kiçik  miniatür  şeirləri  belə  metafora  –  təşbeh 

üstündədir. 

P.Qəlbinur 

təsvirlərində 

təşbeh 


eyhamdan,  işarədən  sərf-nəzər  deyil.  Eyhamdan 

isə  bir  qayda  olaraq  mənalandırılmış  fikir  və 

düşüncə yükü ötürülür. Bəlkə belə deyil? Baxın: 

Bülbül qonur ürəyimə – dimdiyi qan!.. 

P.Qəlbinur 

psixoloji 

halın 

hər 


dəfə 

təkrarsızlığını  poetikləşdirir.  O,  ömür  yolundakı 

ağlı-qaralığı  tamamilə  orijinal  obrazda  verir. 

“İşığın  kölgəsi”  şeirində  gecikən  eşq  “gözü 

kölgəli” – təşbehi ilə təzəlik tapıb:  

 

İçimdə bir işıq yanır elə bil, 



İşığın kölgəsi düşür gözümə. 

Gecikən eşqimdi gözü kölgəli 

Günahkar olmuşam özüm-özümə. 

 

Şairin  təsvirlərində  əyanilik  bir  qayda  olaraq 



orijinal təşbehdə, metaforada yaradılır.  

 



 

109 


Yağış yağır...  

Gölməçələr 

Yanıb-sönən göz-göz olur. 

 

P.Qəlbinur hərdən ifratlara da varır. Təşbehləri 



yerində olmur:  

 

Bu gecə yuxuda çörək görürdüm –  



Əllərin çörəkdi, isti, ətirli. 

Öpməli, and içməli! 

Bir yol gördüm – “Qıl körpümdü”. 

Taleyim ordan keçməli. 

 

Bizcə,  əlin  çörəyə  qiyas  edilməsi  o  qədər  də 



caiz  deyil.  Bu,  nə  qədər  şərtiliklə  verilsə  belə, 

poetik strukturda yerini ala bilməmişdir. 

Şeirdə  obyekt  çörək  olduğu  halda,  uzaşıb 

bənzədiləndən  danışılır  (əllər).  Taleyin  yalnız 

əldən (qadın əlindən) ötürülməsi nə qədər caizdir? 

Əlbəttə,  şair  başa  düşüləndir,  onun  poetik  fikri, 

düşüncəsi  və  emosiyası  da  aydındır.  Ancaq 

məqsədin  ifadəsi,  təzahürü  bir  tərəflidir  (taleyin 

yalnız qadın əlindən asılılığı – ?).  

P.Qəlbinuun təşbehləri çox halda metaforalarla 

bir  yerdə  olur,  yəni  poetik  lövhələr,  əsasən,  iki 

təsvir  vasitəsinin  birikməsi  ilə  yaranır.  Lakin  şair 

yalnız metaforalar hesabına da təsvirlər yaradır və 

poetik  düşüncəni  mənalandırır.  Bəzən  mövzu 

metafora 

ilə 


başlayıb 

qapanır, 

poetik 

mənalandırma,  “köçürülmə”  hesabına  təmin 



olunur: 

 

 



110 

Fəxri qarovulda dayanıb 

Bürküdə yarpaqlar 

Şəhidlər xiyabanında... 

 

Şair şəhidlər xiyabanının müqəddəsliyini ifadə 



etmək  üçün  keşikçi  əsgər  ilə  yarpaqlar  arasında 

bir oxşarlıq aramış, “əsgər”ə aid olanı “yarpaqlar” 

üzərinə 

köçürmüş 

və 

poetik 


mənanı 

qüvvətləndirmişdir.  

P.Qəlbinur 

psixoloji, 

mücərrəd 

olana 


predmetləşdirmə,  təcəssüm,  şəxsləndirmə  görümü 

verməklə obraz-metafora da yaratmışdır. Məsələn: 

 

Mənim günahlarım özümdən gözəl, 



Özümdən vəfalı çıxdılar Allah!.. 

 

Şair  bircə  misra  ilə  də  sevgi,  məhəbbət 



ehtizazını  ifadə  edə  bilir.  Pəncərədə  işıq  yanır  və 

lirik  “Mən”in  gecəsinə  od  düşür.  Bu,  köçürmənin 

– metaforanın emosional vəcdidir: 

 

Sənin pəncərəndən od alıb gecəm... 



 

Yaxud: 


Mənim yuxularımda suda aysan sən... 

 

P.Qəlbinur  hətta  etnoqrafik  təsvirlər  də 



yaradır. 

Fikrin 


(emosiyanın) 

rəngi 


olur 

təsvirlərində: 

 

 

 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə