Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   ...   29

 

monoqrafiyalarını şairin yaradıcılığına həsr edib. Bu 



kitablarda sənətkar elmi-nəzəri və emosional dərkin 

rəngləri  ilə  təqdim  olunub.  Biz  də  istədik  ki,  Paşa 

Qəlbinur  poeziyasına  “İtmiş  həsrət  kimi”,  “Rəngli 

göz  yaşları”,  “Ağlıma  gələnlər  başıma  gəldi” 

kitablarının    işığında  yanaşaq.  Beləliklə,  “Fərdi 

üslubun poeziyası” adlı kitabımız araya gəldi. Bizim 

şairin  poeziyası  haqqında  kitab  yazmaq  niyyətimiz 

öncədən olmayıb. Onun “Rəngli göz yaşları” kitabı 

əlimə  düşəndə  azadlıq  şeirləri  diqqətimi  çəkdi. 

“Yaxam  –  Qarabağım  düşmən  əlində”  adlı  bir 

məqalə  yazıb  “Xalq  qəzeti”  və  “Ədəbiyyat 

qəzeti”ndə  dərc  etdirdim  və  bu  kitaba  əlavə  olaraq 

daxil etməyi lazım bildim. “Ağlıma gələnlər başıma 

gəldi”  kitabını  oxuyanda  şeir-şeir  yarpaqladım.  Və 

hər  bir  şeirin  fikir  və  düşüncə  yozumunu  ayrı-ayrı 

sarı vərəqlərə yazdım. Sonra gördüm ki, bir kitablıq 

sözüm  var.  Paşa  Qəlbinur  fikir  və  düşüncə 

mənəviyyatımızın 

kübarlarındandır. 

Prof.Mirəli 

Seyidov  demişkən:  “Paşa  Qəlbinur  –  soykökü 

minillərdən  gələn  xalqımızın  etik  normalarının, 

genetik 

istedadının, 

qan 

yaddaşının 



uğurlu 

daşıyıcısıdır”

1

.  


2017-ci  ildə  bu  görkəmli  elm  və  sənət  xadimi, 

nüfuzlu  göz  həkiminin  65  yaşı  tamam  olur.  Onu 

indidən – 65 yaşının işığında salamlayıram! Canı və 

sözü  sağ  olsun  ucalı  şairimizin!  Sənətkara,  onun 

oxucularına,  xalqımıza  xoşbəxt  sabahlar,  bədii 

sözün daimi ucalığı ilə qalmağı arzulayıram! 



Müəllif 

                                                

1

M ir əli  Seyi dov.  Yen ə orada, s.  193



 

 



Birinci fəsil 

 

 Paşa Qəlbinur poeziyasının ənənə və 

yenilik  keyfiyyəti 

 

Paşa İsmayıl oğlu Musayev (Qəlbinur) 1952-ci 

il  martın  30-da  Şəmkir  rayonunun  Çinarlı 

kəndində dünyaya gəlib. 

1958-1968-ci 

illərdə 


Çinarlı 

kənd 


orta 

məktəbində,  1968-1974-ci  illərdə  N.Nərimanov 

adına  Azərbaycan  Tibb  İnstitutunun  müalicə-

profilaktika 

fakültəsində 

oxuyub, 


institutu 

fərqlənmə diplomu ilə bitirib. 1974-1978-ci illərdə 

Gəncə və Bakı şəhərlərində göz həkimi işləyib.  

1978-ci  ildə  S.M.Seçenov  adına  I  Moskva 

Tibb  İnstitutunun  aspiranturasına  daxil  olub, 

1981-ci  ildə  oftalmoloq,  akademik  M.M.Kras-

novun  rəhbərliyi  ilə  “Gözün  buynuz  qişasının 

bulloz 


distrofiyasının 

yeni 


cərrahi 

üsulla 


müalicəsi”  mövzusunda  namizədlik,  1987-ci  ildə 

“Gözün  yarımkeçirici  baryerləri”  mövzusunda 

doktorluq  dissertasiyasını  Moskva  şəhərində 

müdafiə edib.  

 P.Qəlbinur  1981-ci  ildə  N.Nərimanov  adına 

ATU-nun  oftalmologiya  kafedrasında  assistent 

kimi fəaliyyətə başlayıb.  

1989-cu  ildə  N.Nərimanov  adına  Azərbaycan 

Tibb  İnstitutunun  Oftalmologiya  kafedrasının 

professoru  seçilib.  1984-cü  ildə  “Ay  bir  əlçim 

buluddur”,  1990-cı  ildə  “Rəngli  göz  yaşları”  adlı 



 

şeir  kitabları  çapdan  çıxıb.  1987-ci  ildə  SSRİ 



Yazıçılar İttifaqının üzvü olub.  

P.Qəlbinur  Azərbaycan,  Türkiyə,  Rusiya, 

Türkmənistan,  İran,  İsveçrə,  Hollandiya,  ABŞ, 

Kanada, Almaniyada keçirilən elmi konfranslarda, 

konqreslərdə,  yığıncaq və simpoziumlarda iştirak 

edib. 


1996-cı  ildə  “İtmiş  həsrət  kimi”  şeirlər  kitabı 

çapdan  çıxıb.  “Rəngli  göz  yaşları”  kitabına  görə 

Araz ali ədəbi, 1999-cu ildə Azərbaycanda elmin, 

maarifçiliyin  inkişafında  xidmətlərinə  görə  Yusif 

Məmmədəliyev adına mükafata layiq görülüb. 

P.Qəlbinur  “Ay  bir  əlçim  buluddur”  (1984), 

“Payız  məktub”  (1987),  “Rəngli  göz  yaşları” 

(1990),  “İtmiş  həsrət  kimi”  (1996),  “Ağlıma 

gələnlər  başıma  gəldi”  (2003)  şeir  kitablarının 

müəllifidir.  

P.Qəlbinurun  həyat  və  yaradıcılığı  haqqında 

A.Əliyevanın  “Paşa  Qəlbinur”  (1996),  A.Məm-

mədovun 

“Qəlbinur 

poeziyası 

XXI 


əsrin 

astanasında”  (1999),  V.Yusiflinin  “Qəlbinur” 

(1999)  monoqrafiyaları,  habelə,  M.İsmayılın  “Ay 

bir  əlçim  buluddur”,  “Qürbətin  işıq  seli  kimi”, 

Ş.Hüseynovanın  “Nur  adlı,  işıq  andlı”,  B.Buda-

qovun  “Şair  Qəlbinura  məktub”,  V.Quliyevin 

“Gözlər  bizə  nə  deyir”,  S.Məmmədovanın  “Nur 

seli axan çeşmə”, V.Əliyevin “Nur mənim adımdı, 

işıq  andımdı”,  A.Abdullazadənin  “İşığın  yaşı”, 

Ə.Kürün  “İtməyən  həsrət  kimi”,  A.Mirseyidin 

“Qəlbinurun  işıq  metaforası”,  Ə.Ələkbərlinin 

“Həqiqi  sənətdə  Tanrı  möhürü  var”,  R.Behru-

dinin  “Ruhum  –  işıq,  bağrım  göz  yaşlarıdır”, 

 



V.Yusiflinin “Bu, Paşa Qəlbinurdur”, M.Baykalın 

“Dumanda  günəş  elçisi”,V.Sultanlının  “Ədəbi-

nəzəri  illüstrasiyalar”,  A.Kəngərlinin  “Bir  şairin 

poetik dünyası”, K.V.Nərimanoğlunun “Kəmiyyət 

və  keyfiyyət  baxımından”,  B.Azəroğlunun  “Paşa 

Qəlbinura”,  V.Bayatlının  “Şairlərin  məşhur  bir 

sözü  var”,  N.Həsənzadənin  “Paşa  Qəlbinur”, 

Qabilin 


“Ədəbiyyatla 

təbabət 


humanizmin, 

insanpərvərliyin 

müxtəlif 

təzahürləridir”, 

R.Rövşənin  “Mən  həkim  olmasam  da”,  F.Sadıqın 

“Təkcə  qəlbimi”,  Ş.Salmanovun  “Paşa  poeziyada 

yorulmadan  axtarır”,  V.Səmədoğlunun  “Paşa 

Qəlbinur  haqqında  söz  düşəndə”,  Ə.Əsgərlinin 

“Yaxam  –  Qarabağım  düşmən  əlində”  və 

başqalarının  elmi,  elmi-publisistik  və  publisistik 

məqalələri çap olunub.  

P.Qəlbinur  XX-XXI  əsrlər  poeziyamızın 

nümayəndəsidir.  O,  mühakiməli  şairdir.  Şeir 

yazmaq  əzabının  poeziyasını  özü  əyaniləşdirir: 

ürəyinə şeir tumu düşüb, – “qaya koğuşundakı bal 

dadını  verir...  işığı  içindən  üzünə,  gözünə  düşür. 

Qan  yeyir,  qan  aparır  şeiri,  ürək  kimi  döyünür. 

Çağa  da  qan  yeyir  –  böyüyür.  Şeir  gələndə 

ruhdan-bədəndən,  başdan-beyindən,  ciyərdən-

bağırdan  olur,  qeyri-adiləşir.  Şeirin  doğuşu  hələ 

dolmayan  göz  yaşı,  hələ  yonulmamış  baş  daşı 

kimidir,  dəli  yaddaşı  kimi  qopmur  beyindən. 

Mələklər aləminə köçür ruh,  mələk qanadı, mehri 

ruha  toxunur,  özləri  görünmür,  gözləri  olmaya-

olmaya  görüb  öldürmək  üçün  canı  hədəf  götürür, 

– məni yaz, – deyir, ruhun ehtizazı əzab verir şair 

ağlına.  (“Bilmirəm  bu  şeiri  necə  yazacam”)”.  Elə 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə