Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

31 


Paşa  Qəlbinurun  “Azadlıq”  şeirində  orijinal 

məcazlar var:   

Suda üzən  

           ağnaz  

                 yuvası kimi  

Göylərim, Allahım əhdimi saxlar. 

 

Qışın yazağzında bahar nəsimi 



Dönər ürəyimə, dönər o ahlar. 

 

 Birincidə 



təşbeh 

açıqdır 


(Bənzədilən, 

bənzəyən,  bənzətmə  qoşması:  ağnaz  yuvası, 

göylərin  əhd  saxlaması  ağnaz  yuvası  kimi). 

İkincidə  təşbeh  örtülüdür.  Burada  həm  həqiqilik, 

həm  də  məcazilik  vardır.  Bahar  nəsiminin  ürəyə 

dönməsi,  udulmasında  bir  həqiqilik  xüsusiyyəti 

var, onun bir ah kimi qiyas edilməsi isə məcazilik 

effektidir.  

Paşa  Qəlbinurun  azadlıq  mövzusu  təbii  olaraq 

Qarabağ  mövzusunu çəkib gətirir. “Azadlıq idealı 

Ana  obrazı  kimi  Qəlbinurun  bir  çox  şeirlərində 

nəqərat  kimi  səslənir.  Şair  üçün  azadlıq  insanın 

yaşaya bilməsi üçün müqəddəm şərtlər olan çörək, 

hava və su kimi ən başlıca nemətlərdən biridir:  

 

Arzuların ulusu  



Və bir də 

Azadlıq iyi, 

Ciyər dolusu...”

1

  



                                                

1

Al t ay M



əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əsri n  ast anası nda. 

Bakı:  “G əncli k ”,  1999,  s. 68- 69

 

 

32 



Onun  bir  şeiri  “Sahibsiz  məzarlara  kim  keşik 

çəkir”  adlanır.  Sahibsiz  məzarlar  ...  necə 

bilirsiniz? Bu adı həm müstəqim, həm də dolayısı 

ilə  başa  düşmək  olmazmı?  Məzarlar  doğurdanmı 

sahibsizdir?  Yoxsa  şair  eyhamı  başqadır?! 

Başqadır!  Məzarların  sahibi  var.  Məzar  dövlət 

tərəfindən  qorunmalıdır.  Dövlət  məzara  yiyə 

olmalıdır.  Şair  unutqanlıq  ideyasını  ifadə  edir. 

Təlqin  edir  ki,  “yuxularıma  şəhid  qəbirləri  gəlir. 

Hər bir qəbir bir zirvədir, – zirvədən zirvəyə vəhşi 

hind  quşları  –  keygidarlar  uçur,  qəbirdən-qəbirə 

gəzir.  Buna  Qartal  dözmür,  dözmür  ki,  zirvələr 

olan  şəhid  qəbirləri  arasında  hind  quşları  uçuşur. 

Zirvələrə  çəkilən  şəhidlik  qartal  ucalığında 

olmalıdır.  Təəssüf  ki,  şəhid  qəbirləri,  şəhidlər 

arasında  olan  adilik  –  keygidarlarla  müşayiət 

olunur.  Bundan  şair  ürəyi  göynəyir.  Alının  (20 

noyabr  1989-cu  ildə  şəhid  olmuş  telejurnalist  Alı 

Mustafayev) goruna şimşəklər, göylər işıq çəkdiyi 

halda,  qəbri  –  yeri  yiyəsizlikdən,  baxımsızlıqdan 

göynəyir... Qəbirlərə keşik çəkən yoxdur... 

 

Alının goruna  



           şimşəklər işıq çəkir!.. 

Sahibsiz məzarlara kim keşik çəkir? 

 

Şair  müqəddəs  bildiyi  torpağına  yiyəliyi  belə 



ifadə edir: 

Bizim marşalımız vergiyığandı  

Sizin paşanızın əlində silah... 

 



 

33 


Şair  Xocalı  faciəsinə  dünyanın  etinasızlığını 

da təsirli formada ifadə edir:  

 

Düşmənin kəsdiyi südlü döş kimi 



           Qışqırır qanlı süd 

                    ürəyimin içində 

İstəmir, görmür (guya)  

Xocalını, Qarabağı bu dünya. 

 

Şair  Azərbaycan  əsgərinin  əl-qolunu  bağlayan 



xarici  siyasi  qüvvələrin  mövqeyini  də  orijinal 

bədii üsulla ifadə edir: 

 

Sındırıblar, 



Qarabağa gedəcək  

Zirehli maşınımı – 

                 yerimir... 

Hansı günahım üstdə 

Allahım döyüb məni?! 

Ağlayır ruhum – 

                    kirimir... 

 

P.Qəlbinur 



poetik 

fikrin 


ifadəsində 

təzadlardan  da  tez-tez  istifadə  edir.  Onun 

şeirlərində təzadların mənalandırılması orijinaldır. 

“Yaxam  –  Qarabağım  düşmən  əlində”  şeirində 

şairin  lirik  qəhrəmanı  gözlərini  qapayır.  Göz 

Vətəndir.  Gözün  əhatəsi  sərhəd.  Göz  qapanır. 

Qapaq  sərhəddə  durur,  –  dağdan  ağır  divar  olur 

hər  bir  göz  qapağı  –  əsgər.  Onda  Vətən,  gələcək 

gözəldir.  Biz  qoruyanda,  keşikdə  duranda  gözəl 

 

34 


olur,  gözəllik  olur!  Şair  Vətən-əsgər  dərkini  belə 

orijinal mənalandırıb: 

 

Gözlərimi qapayanda  



Sərhəddimə  

          gahdan divar hörürəm, 

Sabahları 

          daha gözəl görürəm. 

 

Başqa 


bir 

poetik 


münasibətdə 

gözün 


qapanması  –  məcazlaşma  effekti  deyildir.  Gözün 

qapanması  həm  də  yuxudur,  yatmaqdır.  Sərvaxt 

babalar 

isə 


həmişə 

oyaq 


olmuşlar. 

Şah 


İsmayılların diri ruhu göz yummağa – toxtamağa, 

dincəlməyə belə aman vermir. Çünki qart düşmən 

var,  –  gecə-gündüz  yatmayıb  planlar,  torlar, 

toplar,  tanklar  qurur,  fürsət  gözləyir.  Baba  ruhlar, 

qaya ruhlar isə dur, vur deyir. O ruh ki, bu gün də 

ovunmur,  əzab  çəkir.  O  qılınc  ki,  “Topxanada 

dörd yüz ildi mürgü döyür”, dustaqdır, həbsdədir, 

–  bu  gün  eloğlulara,  qardaşlara,  türkeşlərə  vur,  – 

deyir. 

Şair  öyüd,  nəsihət  edir,  gözünü  yum,  düşün, 



dərk  elə,  gör.  Onda  da  görmürsənsə,  kor  ol,  kor 

ol...  Qarabağ  –  itirilən,  qalan  Qarabağ  düşmən 

əlində 

yaxamızdır, 



gözlərimizə 

çökən, 


gözlərimizdə qalan Vətən xəritəsidir! 

P.Qəlbinurda  eyhamlar  diridir,  sərtdir,  qətidir. 

Şair  əsas  hədəfi,  məqsədi  şüuraltıya  ötürür,  onu 

oyaq,  həssas  saxlayır.  Qarabağa  münasibətdə 

onun işlətdiyi misralara diqqət yetirək: 

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə