Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   ...   29

 

13 


P.Qəlbinur  mövzuya,  predmetə  çoxtərəfli 

poetik  baxış  edir,  onun  “qarmon  dilləri”  kimi 

“tərəflərini” açır; analiz, analitik təhlil, mühakimə 

onun şeirlərində fərdi xüsusiyyətdir. Şeirin adı ilə 

ümumi  olanı,  sonra  onun  fərdi  xüsusiyyətlərini, 

“detallarını” analiz edir. “Mövzu axtarışları və hər 

mövzuya da forma biçimi tapmaq, təzə-tər ovqatla 

dolu 


yazılar 

P.Qəlbinuru 

yaşıdlarının 

sıx 


cərgəsindən  bir  addım  irəliyə  çıxarır.  Mən  onun 

boyatımını bir neçə ildir ki, izləyirəm... Və bu illər 

ərzində 

onun 


necə 

özünü-özünü 

axtarıb 

tapdığının,  püxtələşdiyinin  şahidi  oluruq.  Elmi 

axtarışları  P.Qəlbinurun  şeirlərinə  konkretlik, 

daxili  gərginlik,  müasir  ritm  və  yenilik  nəfəsi 

gətirir...  Yəni  elmi  axtarışlarla,  poetik  axtarışlar 

bir-birini  tamamlayır,  bir-birinə  inkişaf  təkanı 

verir...”

1

.    



       Həyat 

Morqun həyətindəki 

Bu gözəl güllər kimi 

Çox çalarlı – bir rəngli... 

 

Göz açıb yumunca 



Yaşanan illər kimi 

Çoxsəsli – bir haraylı... 

 

Vəfalı, vəfasız 



         gözəllər kimi 

                         ötərgi... 

                                                

1

 M



əmm əd  İsm ayıl.  İl k  kit aba 

ö

n  s ö



z  /  Alt ay M

əmməd o v.  

Q əlbi nur  poezi yası  XXI 

əsri n  ast anası nda.  Bakı:  “G əncli k ”, 

1999, s. 207

 

 



14 

Məcnunnan betər səfil, 

Zəlzələ qədər qəfil! 

Yeyilə bilməyəcək qədər şirin, 

Deyilə bilməyəcək qədər acı... 

 

Paşanın  şeirləri  oxu  prosesində  beynə  həzz 



gətirdiyi  qədər  iztirab,  işgəncə  də  verir;  məntiqi 

təfəkkürü  bədii  təfəkkürə  yaxınlaşdıra  bilmək 

bacarığı  ondan  nə  qədər  güclü  diqqət,  əzmkarlıq 

istəyir. 

Şairin 

poeziyasında 



əsrarlı 

halların 

– 

psixologizmin  ifadəsi  həmişə  yeni  formada  – 



təşbeh  özünəməxsusluğunda,  təzadda  üzə  çıxır. 

“Mənim uzun şeirlərim” şeirindən: 

 

Həsrət kimi acı təm, 



Dünya kimi şirindi. 

Heyif ki, 

Uzatdım, uzanmadı 

    indi... 

 

Paşa  steorotipləri  qıran  şairdir  –  təsvir,  ifadə, 



obraz  orijinallığı  onun  poeziyasının  yenilikçilik 

keyfiyyətlərindəndir. 

 

Ehtiyac boylanır quyu dibindən 



                         Metal diş kimi... 

 

P.Qəlbinur  məşəqqət  çəkən  şairdir,  o  sözə  o 



qədər  həssas,  məsuliyyətlə  yanaşır  ki,  şeiri,  sözü 

daha çox düşündüklərinə, duyduqlarına çatdırmaq 

istəyir. Buna görə də bədii mətn, söz üzərində çox  



 

15 


 

16 


işləyir,  zərrəbin  dəqiqliyi  ilə  mətnə  diqqət  yetirir. 

Bunu sadəcə şeirlərinin əlyazmalarında da görmək 

mümkündür.  Yaxşıdır  ki,  “Ağlıma  gələnlər 

başıma  gəldi”  şeir  kitabında  da  şair  bəzi 

şeirlərinin  əlyazma  mətnlərini  də  verib,  – 

fikrimizə ayətdir. 

... 

Mən böyük ov kimi qovulmaqdayam, 



Yenə də mən sənə, tapındım, Allah! 

Çörək ağacından asma sən məni, 

Nadan pəncəsinə atma, sən Allah! 

 

 



İşıqdan bir qala hörüb oturdum, 

Oxlandı bürcləri gözəl dünyamın. 

və ya 

Nursuzlar pay alıb, çıxıb getdilər, 



Qaldı zillətləri, buzu dünyamın... 

 

Təhdid,  ifşa  P.Qəlbinur  poeziyasında  ideya-



məzmun  keyfiyyətidir.  O,  məzmunu  qabardanda 

adətən  formanın  yeni  məcazlarından  istifadə  edir. 

Onun  poetik  nəzərlərində  “ayağısürüşkənlik  – 

qapılardan  yığılan  deputat  səsidir,  qorxu-hürkü 

yaşaya-yaşaya  vəzifə  xatirinə,  çörək  xatirinə 

ürəklərini  yeyirlər.  Çünki  ürəksiz  yaşayırlar, 

ürəyi-qəlbi  olan  qorxularla,  ucuz  ad-san,  şan-

şöhrət,  vəzifəpərəstliklə  yaşamaq,  qorxularla 

yaşayanlar  əskik  yaşayanlardır”,  –    bu  həmişə 

belədir: 

Qapılardan yığılan  

Deputat səsi kimi 

Ayağı sürüşkənlər! 



 

17 


Vəzifənin ağzına 

Çörəyinin yerinə 

Ürəyini təpənlər – 

Ürəksiz yaşayanlar. 

 

P.Qəlbinur  şeirində  epik-lirik  təsvir  təhkiyəsi 



azlıq təşkil edir. 

 

Bir gözəl şəhərdə, gözəl oteldə 



Yadıma düşdünüz Hüseyn baba, Tila nənə. 

Dünyanın uzağı gözəldən-gözəl, 

Və lap uzaqları necədi görən?.. 

 

Bu  da  vardır  ki,  Paşa  bir  uşaq  mövzusuna,  bir 



də  beynəlxalq  mövzuya  birbaşa  mətn  demək  olar 

ki, ayırmır –  əsasən sətrarası, mətniçi və ya motiv 

halında münasibət bildirir.  

Şairin  geniş  mətnə,  epik  təhkiyəli  təsvirlərə 

sanki səbri yoxdur, biryolluq onlardan qaçır. Onun 

poeziyası  üçün  mükəmməl  toxumalı  miniatür 

“naxışlar” (epik ornamentlər) xasdır.  

Paşanın eyni vaxt kəsiyində fikri, mənanı həm 

həqiqi,  həm  də  məcazi  olaraq  oxucuya  ötürmək 

vərdişi də vardır: 

 

Çəkir məni kitablar 



Qumar cazibəsi tək... 

 

Kitab  hara?  Qumar  hara?  Kitab  da  gəlirdir  – 



mənəvi,  qumar  da  gəlirdir  –  maddi.  Bu  gəlirin 

ifadə  forması  üçün  şair  kitab  (bənzəyən),  qumar 

(bənzədilən) 

predmetlərini 

poetik 

fikrə 


gətirmişdir.  

 

18 



 P.Qəlbinur  şeirlərini  bəzən  bədii  publisistika 

üzərində  də  kökləyir,  –  forma-mətni  belə 

müəyyənləşdirir, – lakin sonadək davam etdirmir, 

çünki darıxır ki, poetizmsiz olan  forma, təsvir ilə 

gedər,  bunu  isə  özünə  rəva  bilmir,  poetizmliyə 

varır: 


 

Ürəyim 


Qısılıbdı qəfəsinin dar küncünə  

Zingildəyən yabalanmış it küçüyü  

Qəfəsinin divarları  

       yemədiyi sür-sümüyü. 

 

Sənətkar  göstərir  ki,  sadəcə  təsvir  və  təhkiyə 



lirikası  ilə  irəli  getmək  olmaz  –  poeziya  irəliləyə 

bilməz.  Poeziyaya  fəlsəfi-əxlaqi,  intellektual-

psixoloji 

münkəsirliyin 

mürəkkəbliyi 

olan 


poeziya,  təbii  poeziya  lazımdır  –  dünya  adiliyi, 

sadəliyi  ilə  yox,  mürəkkəbliyi  ilə  duyulur,  dərk 

olunur.  

Paşa  Qəlbinur  şeirlərinə  ad  seçəndə  də 

gözlənilməzliklərdən istifadə edir. İlk baxışda adla 

mətn  arasında  bağlantı  duyulmur.  Sonra  görürsən 

ki,  metaforik  olaraq  ad  mətni  tamamlayır. 

Məsələn, “Dilənçi” şeirində belə bir təsvir var: 

 

Ürəyinin döyüntüsü 



Min tümənlik yorğa atın 

Yerişindən də gözəl... 

 

Şair  bu  təsvirə  ad  verib  “Dilənçi”.  Necə  başa 



düşək? Bir az düşünəndə  mətn imkan  verir deyək 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə