Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

39 


halbuki  şair  demişkən:  “Dünya  başdan-başa  kef 

içindədi”. 

“Sən deyirdin” şeirində lirik qəhrəman çağırışı 

öz  içindən  götürür,  özünə  psixoloji  səfərbərlik 

elan  edir:  səhvləri  əzizlənir,  silah  kimi  gəzdirilir, 

ətalət  güllələnir,  sükunət  dənizə  tökülür,  paxıllıq 

şiş tək atılır, toxluqdan millət unudulur, neftindən 

od  götürüb  bayraq  kimi  yanır,  bütün  günahlar, 

səhvlərindən  qılınc  kimi  sıyrılır,  mütilik,  paxıllıq 

boyun kimi vurulur. Sonra lirik qəhrəman qeyrətin 

gücünə qından sıyrılıb çıxır: 

 

...Yansın bütün günahlarım! 



Yansın bütün ahlarım! 

Mənim xalqım ayılıbdı, 

Mənim xalqım yürüşdə! 

Səhvlərimdən qılınc kimi sıyrılmışam. 

Bu son döyüşdə 

Mütiləri, paxılları, 

Zəncir gəzən boyunları vuram gərək. 

Ay ürəyim, a qeyrətim qılınc çək! 

 

“Gilətanda bir ev qalıb” şeirində P.Qəlbinurun 



lirik  qəhrəmanı  təsvirlərlə  baş  verəni  göstərir; 

acısı ilə yaşayır, yenə də içinə çəkilir, çağırışa qol 

qoymur. 

Etiraf 


lirik 

qəhrəmanla 

qurtarır, 

tamamlanır,  lirik  qəhrəmanı  irəli  keçə  bilmir. 

Baxın: 

Bu yerlərə bir də gəldim, 



Aman Allah, bir də gördüm 

İtib gedən izlərimi, 

Gilətağda evlər qalıb 

Oyum-oyum gözlər kimi... 

 

40 


P.Qəlbinur poeziyasında birliyə çağırış, birliyə 

barışın  psixologizmi  ifadəsi  etbarilə  təzədir:  İlahi 

əməllə  şeytani  əməlin  antitezası  sual  şəklində  – 

sual  intonasiyasında  qurulur  və  cavab  açıq  qalır. 

Tarixi  suala  cavab  P.Qəlbinurda  da  açıq  qalırsa 

da, lakin təsdiq məzmunu aşılayır: 

 

Birimizin əli – tanrının ətəyində, 



Birimizin ... şeytan tütəyində. 

Necə sevə billik bir-birimizi?! 

 

“Oljas Süleymenova” şeirində makro və mikro 



misralar  əsasən  qrammatik  əsasa  (mübtəda  və 

xəbər) bağlanır. Sürətlənmə və ləngimə, azalan və 

artan  intervallar  demək  olar  ki,  olmur,  yaxud  az 

hiss olunur. Bu həm şair məntiqinin təmkinindən; 

məntiqdəki 

müdriklikdən; 

fikrin, 

ifadənin, 

frazemlərin  həm 

məcazi,  həm  də  həqiqi 

mənasında  duyula  bilir.  Paşanın  sərbəsti  hecaya 

yaxındır, anaklazalıdır. “Oljas Süleymenova” həsr 

olunmuş şeirdən bir parçaya diqqət edin: 

 

Dar günümdə 



 

   harayıma çatanım 

Atam, qardaşım hey! 

Qan axır vicdanımdan, 

Bağrımdan qan axır 

O qədər ki,  

 

 

Küçələr al qan! 



 

 

Səkilər al qan! 



 

 

Torpağım al qan! 



Göz yaşlarımız axır, 


 

41 


 

 

O qədər ki, 



Gözümüzün duzu çatmır... 

Göz yaşlarımız şirin, 

Al qanımız şirin. 

Torpağımız bal dadır, qardaş 

Torpağımız qanlı yaş... 

 

Eyham 



(assosiasiya), 

təşbeh 


əsasında 

mənalandırma, dəyərləndirmə, litota əsasında qart 

düşmən  tərəfindən  bir  millətə,  xalqa  münasibət 

şair təsvirində belədir: 

 

Cocuq bilib 



Tanklar keçdi üstümüzdən 

Göy üzündə 

Görünməyən ahlar qaldı 

 

 



 

tüstümüzdən. 

 

P.Qəlbinurun  “Sən  buda”,  “Birov  kimiyəm”, 



“Polis təfəkkürü, həkim ülfəti”, “Ay  Allah, bir az 

da  möhlət  ver  mənə”  kimi  şeirlərində  Allaha 

xitab,  mənəvi  düşüncə  müəyyənliyi  güclüdür. 

Paşanın  çox  şeirində  Allah,  ilahi  sözlərinə  rast 

gəlirik.  O,  Allah  adamıdır,  Allaha  etiqadlıdır. 

Onun sevgisi Allah nuru kimi hər şeydədir: 

 

Qışda bir ağ nağıl olub 



Yazda yenə göyərəcəm. 

Bu sevdanın sonu yoxdu 

Ölüb, ölüb diriləcəm. 

 

 



42 

Şairin  “Elmin  yollarında”  –  oğlu  Turala 

yazdığı  şeiri  dualı  şeirdir.  Əsər  irəlicədən  deyək 

ki, 


lirik 

“Mən”in 


elmə 

yiyələnməsinin 

məşəqqətini, 

əzablarını 

bədii 

əks 


etdirir. 

Orijinaldır. Bu şeir də yeni təşbehlər üstündə qərar 

tutub  –  məzmun,  ideya  bu  formanın  özündən 

qidalanıb təqdim edilmişdir. 

Elmə  yiyələnməyin  əziyyətini  ifadə  etmək 

üçün  şair  “başıma  gün  döydü,  dodağım  çat-çat, 

Ərəfat dağında müqufun kimi” – deyir. Şairə görə 

elm  də  –  “Məkkədə  Ərəfat  dağında.  Gün  altında 

dayanıb,  gün  çıxandan  gün  batana  qədər  dua  və 

zikr  etməkdir”.  Təşbehlər  silsiləsi  hər  dəfə  şeiri, 

ideya-məzmunu  irəli  aparır.  Elmin  yollarında 

kitablar – Kəbədir;  mürəkkəb – süd; nur – səsdir. 

Qələm tutiya, dəftər qiblədir. Elmə həvəs – Allahı 

sevmək  həvəsidir.  Şair  doğru  fikirdədir  ki,  daşlı-

kəsəkli 

elmin 


yollarında 

biliklər 

sirrinə 

yiyələnmək  özünüdərkdir.  Özünüdərkdən  Allah 

eşqi,  Allah  dərki  başlayır  və  hər  bir  elm  Allahı 

nişan vermək əlamətidir, Allaha yaxınlaşmada bir 

üsul – qayda, bir təlimdir.  

Lirik  “Mən”  elmi  dərketmədə  ardıcıl,  səbatlı 

və  əzimkardır.  Şair  bunu  ifadə  etmək  üçün  yenə 

təşbehlərə  üz  tutur.  Elmə  yiyələnməyə  dəvə 

susuzluğa  dözən  qədər  dözümlülük  lazımdır. 

“Elmin  yollarında  tikanlar,  odlar,  sizi  dəvə  kimi 

diddim,  çeynədim”.  Müqəddəs  peyğəmbərimizdə 

belə  bir  kəlam  var:  “Elm  ardınca  Çinədək  get”. 

Çin  Şərqin  timsalı,  elmin  və  mədəniyyətin  beşiyi 

deməkdir.  Şərq  –  günəş,  doğum,  Allah  nurunun 

təcəllası  deməkdir.  Elm  ardınca  getmək  Allahla 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə