Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

43 


ünsiyyət,  ona  yetmək,  onunla  qovuşmaq  və  Allah 

nuru  ilə  işıqlanmaq,  axirət  qazanmaq  deməkdir. 

Bu fikrin yozumu, poetik ifadəsi şairdə belədir: 

 

Elmin yollarında ilahi nur var, 



O nurun dalınca piyada getdim. 

 

Elmə  yetmək  –  özünü  inkar,  özünü  təsdiqdir. 



Başlanğıcda  özünü  inkar,  sonda  özünütəsdiqdir. 

İki nöqtə arasındakı yol isə döyüşsüz, mübarizəsiz 

mümkün deyil. “Elmin yollarında ağır döyüşlər, o 

sənin özünlə mübarizəndir”.  

Elmə  yetmək,  zirvələr  fəth  etməkdir.  Allah 

ucalığına, 

Allah 

dərgahına 



yaxınlaşmaqdır, 

zirvəyə  yürüşdür.  “Uca  zirvələrdə  ağır  yürüşlər  – 

Əllərim donanda ağzıma təpdim”. 

Elmdə əzab olduğu qədər nəşə, sevinc və zövq 

var,  fəzilət  var.  Elmə  dəruni  eşq  insanı  özündən 

edəndir,  onu  tərki-dünya  edəndir,  öz  dünyasına, 

ruhlar  aləminə,  axirətinə,  Allahına  bağlayandır. 

Elmə aludəlikdə fiziki, nəfsi olan yoxdur, mənəvi, 

ideal 

olan 


vardır; 

elm 


təmənnasızlıq, 

umacaqsızlıq,  yalnız  Allahı  istəməkdir;  ucaları, 

ucalığı,  Allah  aliliyini  istəməkdir.  “Allahım!  Sən 

mənə  şirin  əzablar,  Əlçatmaz,  ünyetməz  ucalar 

verdin”. 

Dini  və  dünyəvi  biliklərə  yetmək  –  şair 

nəzərində  şəhid  olmaq  kimi  bir  şeydir.  Biliklərə 

yetmək  şairin  obrazlı  təfəkküründə  “Şəhid 

saatlarım,  şəhid  anlarım,  Zəmzəmim,  cənnətim, 

Məkkəm, Mədinəm”dir. 

 

44 


Paşa  fəlsəfi  mühakimələrlə  düşünməyi  sevir. 

“Qəlbinur 

filosof-şairdir. 

Yalnız 


hisslərə, 

duyğulara  deyil,  fikrə,  düşüncəyə  də  sirayət 

edir”

1

.  R.Rza,  Vaqif  Səmədoğlu,  Ramiz  Rövşən, 



Vaqif  Bayatlı  kimi!  Onun  “Rənglər”  silsiləsindən 

“Qara”  şeirində  R.Rza  ənənəsi,  forması  davam 

etdirilərək  qara  assosiasiyasının  bədii  tutumu  – 

obyektiv  və  subyektiv  dərk  səviyyəsində  ifadə 

edilir.  “Qara”  –  şairə  görə  işarələr,  simvollar, 

rəmzlər sistemidir. 3, 7 , 40 ölümə, 41 müharibəyə 

işarədir. “Qara” – ümumidir, onun analitik təhlili, 

analizi  fərdidir.  “Qara”  şeiri  ümumidən  fərdiliyə 

baxışın fəlsəfəsidir. “Rənglər” silsiləsindən “qara” 

–  daş  misalı,  yarımçıq  ömürlərin  qaralmış, 

boğulmuş səsi, gəlin olan gözəl dünyanın qayaya, 

dağa  qədər  olan  daşları  (hərəsi  bir  baş  daşı!),  bu 

gəlin  dünyanın  daş-qaşıdır.  Qəribədir:  təzadların 

orijinallığıdır qara və daş-qaş. 

Paşa  mühakimələr,  qənaətlər,  sorğular,  suallar 

və  hökmlər  vasitəsilə,  “qara”  fəlsəfəsinin  bədii 

dərkini  ən  müxtəlif  çalarlarda  əks  etdirir.  Şairə 

görə  həyatın  son  nöqtəsi  iki  nöqtədir:  əvvələ 

qayıdış edən – son nöqtə  və ölümün o üzü. Fəqət 

“qara” qara yox – əməl qədər işıqdır! 

P.Qəlbinur 

poeziyasında 

“qırmızı” 

assosiasiyası  Nəsimi  qanı,  qladiatorların  tökülən 

qanıdır! İnkivizitorların tonqalında qovrulan qanı! 

“Qırmızı”  –  şair  nəzərində  yalnız  qan  şəklində 

                                                

1

Az a d ə R ü



st əm ova  /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 196 




 

45 


duyumlanmır.  “Qırmızı”  –  Təbrizdən  Bakıyacan, 

hər obadan Qarabağacan ötürülən, verilən qandır! 

“Qırmızı”  –  müstəqim  mənadadır.  Həm  də 

“qırmızı” 

– 

qırmızıyanaq 



kukla, 

çiyələk, 

qırmızıdodaq,  qızılgül,  narçiçəyidir,  qırmızıların 

doğurduğu 

təbii 

real 


dəyər, 

qırmızıların 

doğurduğu fəlsəfi dərk və mühakimədir. 

“Narıncının”  (“Narıncı”)  fəlsəfəsi  də  şair 

tapıntısıdır:  müdirin  isteddadan  gördüyü,  aldığı 

reaksiya  –  allergiyadır.  Ümumiyyətlə,  narıncı 

müsbətdir, günəş, layla assosiasiyasıdır, baxır kim 

üçün, necə?! 

 

Olmayın başmaq, 



Şəffaf yaşmaq. 

Fərsiz müdirlərin, rəhbərlərin  

                        istedadlara 

verdiyi  reaksiya – allergiya, 

Günəş! 

Layla!.. 



 

Şair  təfəkküründə  sarı  (“Sarı”)  –  İsgəndərin 

zülmü;  dəhşətli,  şöhrətli,  məğrur  metal  (qızıl); 

Məcnunun  Leylini  gəzdiyi  səhra;  çörək  ətri;  “göz 

yaşından  sulanan  gül;  həmən  güldən  birini  də 

sinəsinə asan bülbül”dür.  

“Yaşıl”  –  svetoforun  rəngi,  Azadlığın  rəngi, 

“Qara  suya”  qarşı  xəstə  eynəyi,  “işığın  yası”  və 

Elmlər  Akademiyasıdır.  P.Qəlbinurun  işlətdiyi 

assosiasiyalar 

təzadların, 

münkəsirliyin 

və 

paralellərin,  düz  və  tərs  mütənasibliyindən  alınan 



ideya-məzmundur: 

 

46 



İnnən belə doğulacaq Məcnuna veriləcək 

                                                    həri, 

Elə həmin gün Xudafərindəki 

işıqfordan çilənəcək, aşağıdan birinci rəng – 

bayrağımdakı tək, Azadlığın rəngi,  

Leylanın ürəyi. 

“Qara su”ya mübtəla xəstənin eynəyi –  

İşığın yası. 

Son illərdə Azərbaycan Elmlər Akademiyası... 

“Mavi” rəng –  

ADRin, dənizin, səmanın rəngi, 

əxlaq dərsidir. 

İnqilabdakı nitqlər, vədlər, 

məscid, minarə, öz kitabı, öz rəngidir. 

“Yaşıl” – P.Qəlbinur rəngidir. 

Kəmər-kəmər daşınan odum-alovum. 

Azərbaycan Demokratik Respublikası. 

Hüseyn babamın könül dünyası, 

Dəniz dediyimiz – səmanın əksi. 

Əxlaq dərsi. 

Bəlgəli qızın, nişanlı oğlanın nəzakəti 

Cicim ayında qudaların söhbəti. 

Dəmir əllərə geyilən məxmər əlcəklər. 

Tarix boyu edilən inqilablardakı nitqlər,  

vədlər... 

Mehrinin gözləri, Leylalı günlərim. 

Məscidim, minarəm, öz kitabım, öz rəngim.  

 

“Göy” – şeirində P.Qəlbinur bədii mətni o biri 



şeirlərinə 

nəzərən 


genişləndirib, 

bir 


qədər 

mənsurluğa 

da 

varıb, 


geniş 

sintaqmlardan 

faydalanıb. Halbuki P.Qəlbinur da rənglər silsiləsi 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə