Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

35 


Dirilər kimi getdik, uduzduq, 

Ruhlar kimi yağaq, Qarabağa! 

Diri-diri döyüşəndə ucuzduq 

Ruhlar kimi yağaq Qarabağa! 

 

Eyham  budur  ki,  şair  təlimsiz,  hazırlıqsız 



döyüş  zonalarına  göndərilən  əsgərlərin  ucuz-ucuz 

ölümlərini  bircə  sətirdə  ifadə  etmişdir:  “Diri-diri 

döyüşəndə ucuzduq”. 

Biz 


tarixi 

kökümüzdə 

olanda, 

tarixi 


keçmişimizdə  qalanda  daha  ulu,  möhtəşəm, 

qüdrətli  idik.  Bu  səbəbdən  sənətkar  “ruhlar  kimi 

yağaq  Qarabağa”,  ruh  babalar,  ərənlər,  igidlər, 

alplar olaq, – deyir. Milli ruhdan düşmə, ruhla ol! 

Qeyrətlə ol! – deyə nəsihət edir.  

Bu günün, müasirliyin rişələri tarixi köklərdən 

az gəlir, az güc alır; cəsurluq, qəhrəmanlıq mirası, 

varisliyi  urvatlı  görünmür.  P.Qəlbinur  poetik 

fikrində  bu  səbəbdən  də  “Dirilər  kimi  getdik, 

uduzduq” – deyir. 

Lirik  ovqatdan  siyasi  olaylara  vara  bilir 

P.Qəlbinur.  “Dostumuz  yox”  deyəndə  dünya 

ölkələrini  nəzərdə  tutur,  onların  Azərbaycana  – 

Qarabağ  məsələsinə  biganəliyinə  işarə  edir. 

“Gözümüzdə  yaşımız  çox”  misrasının  yozumu, 

mənası,  dərki  Azərbaycanın  tarixi  faciələrinə, 

ölümlərə,  torpaq  və  insan  itkilərinə  işarədir. 

Diqqət  edin,  sənətkar  sətiraltı,  mətnarası  olaraq 

siyasilərin,  iqtidarların  Qarabağ  döyüşçülərinə 

olan  münasibətinə  necə  xallar,  işarələr  vurur.  O 

döyüşçülər  ki,  öz  təşkilatında,  təsisatında  birləşib 

iqtidarın  səbatsız  siyasətinə  Qarabağ  məsələsində 

 

36 


etiraz  edib,  nümayişlərə  çıxıb,  piket  keçirib, 

bəyanatlar  verib,  müraciətlər  edib;  elə  bu 

səbəbdən  də  təqib  olunub,  dağıdılıb,  tutulub  – 

qiymətdən,  şöhrətdən  salınıb;  ucuzlaşdırılıb,  milli 

qürura,  heysiyyata  təcavüz  edib;  vətənpərvərlik 

ruhunda  olan  kəsilməzliyə  zərbə  vurub,  – 

gəncliyin  vətənpərvərlik  dərsinə  etina  etməyib. 

Şair: 


Bəndənin döyüşçüsü olduq, 

Ölkənin döyüşçüsü olduq, 

Cəbhənin döyüşçüsü olduq –  

–  Ucuz olduq! 

 

Ucuz  olduq!  Sərt  ittihamdır!  Şair  Allah 



qüdrəti, haqqın döyüşçüsü olaraq “Yağaq – yağaq 

Qarabağa”  deyir,  –  aman  vermədən,  səngimədən, 

toxtamadan, dincəlmədən: 

 

Onda bizə süngü batmaz, 



Onda bizi güllə tutmaz 

Onda bizə raket çatmaz 

Yağaq – yağaq Qarabağa! 

 

Şair əzabıyla, ağrılarıyladır! İşgəncə keçirir ki, 



Qarabağda  aydın  səhərlər,  qütb  ulduzlu  səhərlər, 

xoruz  banlı  səhərlər  hələ  ki,  açılmır,  “Qarabağın 

səhəri  ban  götürmür”.  Hələ  ki  Qarabağ  torpağı 

uğrunda  qanlar  tökülmür,  “Qarabağın  torpağı  qan 

götürmür”.  Hələ  ki  torpaq  namusu  uğrunda 

mübarizə, 

qan-qada, 

ölüm-itim 

yoxdur, 

“Qarabağın namusu can götürmür”. 




 

37 


Görk,  namus,  qeyrət,  hiddət,  etiraz,  qəhrəman 

nümunəsi olan şəhid ruhlarımızın bizdə olan sehrli 

geni,  mifi  ilə  yağaq  Qarabağa  deyir  şairin  lirik 

qəhrəmanı. Şair fikri, düşüncəni misralar, sətirlər, 

sözlər  arasında  nə  qədər  sıxdığına  fikir  ver. 

A.Rüstəmova  yazır:  “Qəlbinur  şeirinə  xas  bir 

cəhət  haqqında  da:  çox  lakonikdir.  Zər  naxışlı, 

qara  cildli  kitabçada  bəzən  iki-üç,  hətta  bir 

misralıq  şeirlərə  təsadüf  etmək  olar  və  bu 

baxımdan  da  Qəlbinur  özünəməxsusdur.  Lakin 

Qəlbinur  yığcamlığı  –  lakonizmi  özündə  dərin 

intellektual  məna  yükü  daşıyır!”

1

.  “Yay”  o  qədər 



sıxılır  ki,  daha  güclü  açıla  bilsin.  P.Qəlbinur 

misraları  da  belədir.  Baxın,  aşağıdakı  sətirlərdə 

cəmiyyətin  ən  müxtəlif  qüvvələrinin  sanki  birliyi 

(uşaq,  gəlin,  ana,  nənə...);  sonra  bu  müqəddəs 

birliyin,  bakirəlik  (namus)  naminə  döyüş  ruhu; 

daha  sonra,  qan  ağlayan  Azərbaycan  naminə, 

Allah  naminə  çağırışı;  nəhayət,        insanın  daxili 

varlığında  anbaan  yüksəlişi,  qüruru,  əzəməti, 

şəhid  ruhlarla  qovuşması,  ağır-ağır  daşlar,  şəhid-

şəhid  ruhlar  kimi  Qarabağa  yağması  Paşanın 

poetik nəzərində çox orijinaldır. 

P.Qəlbinurun “Hər gecə” şeirində bəzən təsvir 

o  qədər  romantik,  mifik,  xəyali  olur  ki,  sanki 

gözümüz  qarşısında  hər  şey  vağam  olur, 

vakuumlaşır,  enib  qalxırıq,  çəkisizlikdə  uçuruq  – 

qeyri-adi,  naməlum  ruhla,  miflə  qovuşuruq. 

Baxın, təsəvvür edirsinizmi? 

                                                

1

Az a d ə R ü



st əm ova  /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 197 

 

38 


Uzun hörüklərdən hörülən gecə, 

Qanlı kirpiklərdən görünən gecə, 

Qanlar şirin dadır, torpaqdan bal dadır 

Axı yuxularım məni aldadır... 

 

Şair  tez  də  xəyali  olandan  enir,  bizi  reallığa, 



sərt həqiqətlərə səsləyir: 

 

Hər gecə, 



Gülabın ətrinə ruh gələn kimi 

Qonuram Göyçəyə, Qarabağa mən. 

İsti yuvasından 

Zorla qoparılan qız-gəlin kimi 

Qəzəbə, qınağa çağırır Vətən! 

Çağırır Vətən! 

 

Qəzəbə,  qınağa  çağırır  Vətən!  Yalnız  qəzəblə, 



qınaqla,  –  düşmənə  nifrətlə,  olümlə  dolanda  – 

yalnız belə olanda günahdan silkinmək olar, onda 

Allah  da  bağışlayar,  şəkkimizə  görə  bağışlayar; 

günah sahibi şəkk sahibidir, şəkk gətirənlər günah 

edərlər.  Bu  səbəbdən  də  Paşa  qadir  Allaha  “Bizi 

dərgahına  bağışla”,  “Nə  cəzan  vardısa,  ver  də 

bağışla”  –  deyir.  Günahlı,  suçlu  olanlara  dağ 

çəkdir, at cəhənnəmə; yerdə qalanları, yaşayanları 

yenə  bağışla.  Şair  hesab  edir  ki,  bütün  bu 

cəzaların,  çəkilən  dağların  səbəbi  etdiyimiz 

günahlardır – millətə millət, məmləkətə məmləkət 

kimi baxa bilmirik! 

Millətə,  məmləkətə  sahib  olmaq  üçün  sərhəd, 

əsgər  olmaq,  “gözləri  qan  tutmaq  gərək”dir, 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə