Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

71 


 

72 


Emosiyanın,  psixologizmin  qəribə,  gözlənilməz 

təzahürü,  təşbehləri  olur.  O,  Paşanın  şeirlərində 

həmişə orijinal deyimə, təsvirə ciddi-cəhd edir:  

 

Baxışıma tablamayan qız kimi. 



Bilmirəm baxırlar hayana dağlar. 

Yayın nəfəsindən al bir üz kimi 

Lalədən qızarıb boyana dağlar. 

                                        (“Dağlar”)  



 

Çox  həssas  müşahidə,  predmeti  yaxından 

öyrənib  bədii  təhlilə  cəlb  etmə,  onu  daxili 

komponentlərinə  ayırıb  təqdim  etmə  P.Qəlbinur 

sənətində üslub keyfiyyətidir: 

 

Gəlindir, duvağı başındakı qar, 



Yaz gəlib, elə bil toyudur, ağlar 

Sellər ruh oynadan bir cəngi çalar, 

Qayalar qoşular oyuna, dağlar. 

                                     (“Dağlar”)   

 

“Günlərin  bir  günü”  şeirində  Paşanın  lirik 



“Mən”i  ürəkdən,  içdən  dinir,  lirik,  hissiyyatlı, 

emosiyalı  danışır,  danışanda  içindən  nazilir, 

içindən qırılır. Qışqıranda da içdən qışqırır, tez-tez 

yox, təmkini itirəndə, özünü unudanda. Buna görə 

də  P.Qəlbinurun  sənətində  psixoloji  romantika 

çox,  patetik  romantika  yox  dərəcəsindədir. 

Psixoloji 

realizm 


Paşa 

poeziyasının 

üslub 

məziyyətidir: 



 

 



 

73 


Aya bax, döşünü sıxır gecəyə, 

Yoxsa mən bu qədər havalanmazdım. 

Bu aylı gecədə, – bu möcüzədə, 

İtirdim özümü, itirdim, azdım. 

 

Sənin nəğmələrin çılpaq qağayı 



Sənin nəğmələrin udubdu ayı – 

Dimdiyi işıqlı, bənövşə döşlü 

Qağayı, ay qağayı! 

 

P.Qəlbinurun 



obrazlı 

mənalandırmaları 

müqayisədən, paralellərdən doğulur. Bədii mətnin 

əvvəlində  başladıqlarını  sonunda  tamamlayıb 

mənalandırır:  qaya  daş,  yaddaşdır,  itirilmədir. 

Mətnin əvvəlində və sonunda lirik “Mən” yollarda 

daş olub qalır:   

 

Yaxşı ki, Qobustan qayaları var –  



Xalça, üzük ... olsa, aparardılar. 

London muzeyində “Şeyx Sənan” kimi 

Gözümün odunnan qoparardılar. 

 

Yaxşı ki, Qobustan qayaları var –  



Yoxsa torpağıma saxsı basdırıb 

Yaşımı geriyə çəkən olardım. 

Vallah, bacarmazdım, çocuq qalardım. 

 

Yaxşı ki, sən varsan, Azərbaycanım – 



Anam, mehribanım, fəxrim, Turalım... 

Ruhum, ana dilim, son həyəcanım... 

Sizsiz bu yollarda daş olum, qalım. 

                                  (“Qobustan qayaları”) 

 

74 


P.Qəlbinur  ecazında  lövhə  də,  idilliya  da  bir 

obyektiv  görüntüdür.  Epik  ornamentlər  şair 

duyumu,  obrazlılığı  ilə  birləşib  nəqli  sintaksislə 

“hərəkət” məzmunu kəsb edir. Təşbeh – paralellər 

əyaniliyi gücləndirir: 

 

Təpələr – qız döşü, düzəngah – sinə, 



Cüyürlər bulaqdan əmər dağları, 

Dağlara çən düşür, çən düşür yenə –  

Sürüşüb üstümə gəlir yaylığı. 

 

Təşbeh  gözlənilməzlikləri  çoxdur  P.Qəlbi-



nurun  poeziya  ecazında.  Poetik  yetkinlik  də 

budur: 


 

Göy beşliyim – göz altında yumruq kimi 

                                              göyərir 

Yadıma yuxusuz gecələr düşür... 

Bir bulud ilişir 

                üç günlük aya  

... Şabaş bir gözəlin əlindən düşür. 

 

P.Qəlbinurun  daha  çox  işlətdiyi  obraz  işıqdır



Onun zərif lirikasında işıq halının min bir rəngini 

duyuruq.  Paşa  işıq  motivi  ilə  bağlı  nə  varsa  şeirə 

gətirir, – o həmişə  mənzum formanı əsas götürür, 

istisna hallarda nasiranə bir təhkiyə də verir: 

Bir  dünya  işığına  möhtac  adam  danışırdı  ki, 

tanış  olmayan  şəhər  küçələrində  tinə  çatanda,  ən 

durğun  havada  belə,  əsən  xəfif  (həzin)  mehdən 

bilirəm ki, keçiddi... 




 

75 


İşıq-rəng 

dili, 


əyar 

və 


eyhamlarla, 

mənalandırma və dəyərləndirmə ilə poetik mətn – 

forma 

qurmaq 


P.Qəlbinurda 

poetik 


müəyyənlikdir.  Onun  poeziyasında  “standartlar” 

yoxdur  –  ənənə  onun  şeir  mətnində  bir  yolluq 

“əriyir”, alt qata keçir.  

“Bu  gecə  qanımda  işıq  sayrışır”  şeirində  işıq 

(obraz) şair nəzərində həm şairin qanında, həm də 

kainatın  dibsiz  dərinliyindədir.  Şair  hər  hansı  bir 

bəyaz  nöqtəsidir  bu  kainatın,  ulduzlu,  işıqlı 

qalaktikanın. Bu işıq sürətli qalaktikada yer, insan 

bir nöqtədir, işıq sürətində görünən bir nöqtə. Bəs 

sönən  ulduzlar  nədir?  Şair  nəzərində  sönən 

ulduzlar  “hər  axan  ulduz”  ölən  dilidir.  O,  ruha 

düşəndə,  işıq  olanda  təzədən  alovlanacaq.  Şair 

metafora, 

metonimiyalarla, 

təkrir 

və 


bənzətmələrlə  əyaniliyi,  panoramı  gücləndirir.  O, 

folklor 


gələnəkləri 

əsasında 

orijinal 

bənzətmələrdən  forma  biçir,  Xətai  ruhuna  düşən 

ulduzdan danışır. Xətai qılıncı ulduz dilimidir şair 

nəzərində.  Lirik  qəhrəman  o  qədər  işıqlanır  ki, 

“ürəyi  içində  qızıl  balıq  olur,  arzuları  nağıl 

danışır,  şair  adiliyi  aşır,  qeyri-adi  şərtiliklər 

əsasında  emosiyasını  canlandırır,  bu  qızıl  balığın 

–  ürəyin  gözündən  düşən  yaş  “cüt  çaxmaq 

daşıdır”,  babaların  oyanan  –  daş  ruhudur. 

P.Qəlbinur  ənənəvi  yolla  gedib  bunları  ifadə 

etməyib, 

tamamilə 

yeni 

yolla 


– 

orijinal 

bənzətmələr  yolu  ilə  gedib  –  təzə  olub.  Şair  dəfə 

bir  mənalandırma,  fəlsəfə  –  mühakimə,  anlayış 

doğurur.  Reallıqla  ehtizaz  vəhdətləşib  şairi 

özündən  edir,  onu  işıq  aləminə  bürüyür  və  Allah 

 

76 


nuruna,  göylərə  qovuşdurur.  Şair,  onun  lirik 

“Mən”i poetik bir gecəni belə yaşayır, ruh arzu ilə 

olanda  yanqu  başlayır,  daşlar  çaxılanda  arzular 

yanır,  onda  şair  qələmi  yaza  da  bilir  işıq  dilində, 

kəsə  də  bilir  zülmət  gecəni.  Ulduzlu  göylər  onun 

and-aman yeri, ulduzlar, göylər köməyi olur: 

 

Bu gecə canımda işıq sayrışır 



Bu gecə qanımda ulduz qaynaşır. 

Özüm,özüm boyda işıldaquşam     

Ürəyim içimdə qızıl balıqdı 

Mənə arzuları nağıl danışır... 

Gözündən cüt damla yaş bağışlayır,  

Yaş deyil, cüt çaxmaq daş bağışlayır. 

 

Ürəkdən  gələn  göz  yaşı  əslində  şairin  özü, 



ruhudur 

– 

onu 



mürəkkəb 

təşbehlərlə, 

metaforalarla başqa varlıqlara ötürür. 

P.Qəlbinur  şeirlərin  adları  ilə  də  oxucunu 

düşündürür: “Ürəyə dünyanın işığı sığar”... 

Şair  şeir  boyu  analitik,  mühakiməli  bədii 

təhlillər  aparır,  mövzuya,  predmetə  aid  olanın 

keyfiyyət  hissələrini  göstərir.  Qəlbində  doğan 

suala  kifayət  qədər  yaxından  cavab  vermək 

istəyir,  lakin  adekvat  cavabı  verməkdə  aciz  bilir 

özünü;  biz  tama  olsa-olsa  hissələrlə,  qismən 

yaxınlaşırıq.  İşıq  sualının  cavabı  şair  nəzərində 

nədir?  Şair  bu  suala  metaforalarla,  təşbehlərlə 

yaxınlaşmaq istəyir: 

 

Nədir işıq?! 



Mən 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə