Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

67 


Sevinən,  məhəbbətlə  sevən  insanın  içindən, 

əhvali-ruhiyyəsindən  təbiətə,  təbiət  hadisələrinə 

münasibət ifadə olunub şeirdə. Bir yay axşamıdır, 

bürkülü bir yay axşamı. Lirik “Mən”in ürəyi çinar 

yarpaqları  tək  titrəyir.  Niyə?  Çünki  onun  əhvalı 

başqadır.  Bu  səbəbdən  “sərçələr  ona  ayın  işığını 

içən  kimi  görünür”.  Doğrudan  da,  sərçə  səsi, 

oxusu  xəyalda  elə  işıq,  xırdalanmış,  çiliklənmiş 

işıq  təsiri  oyadır  –  yeni  assosiasiya  duyumu 

yaradır.  Çinar  budaqları,  həmin  budaqlara  topa 

qonmuş sərçələrdən sanki çiçəkləyib – sərçələr öz 

rəngi, səsi, görümü ilə sanki sıx, xırda gülləri olan 

çiçək  topasını  xatırladır.  Ayın  işığını  içən  təkcə 

sərçələr  deyil,  həm  də  lirik  “Mən”in  sevgilisidir. 

Ay  işığını  içmiş  sevgilisini  görən  küçələr,  yollar 

sanki  yüyürüb  dünyanı  qucaqlayır.  O  yay  axşamı 

bənövşə  qoxuludur.  Göylər  dibsiz,  yerlər  sanki 

yoxdur – dünya lirik “Mən”in yüksələn xəyalında 

belədir. Çinarlar göylərin yeddi qatındadır. Ağ atlı 

oğlan  ağ  yel  atındadır.  Biz  də  yüksələn, 

qanadlanan 

xəyalımızla 

üzürük 

– 

üzürük. 



Fikrimizcə,  şeir  burada  qurtarmalıdır.  Sonra  şeiri 

davam  etdirməyə  lüzum  yoxdur.  Çünki  şairin 

sonrakı misraları poetik siqlətcə zəifləyir.  

P.Qəlbinur  qızılgülü  (“Qızılgül”)  torpağın 

həyası, 

isməti, 


Leylinin 

sağ 


əli 

kimi 


əyaniləşdirməsi  də  mənalıdır.  Sənətkarın  “Yuxu” 

şeirində  isə  təsvir  və  təhkiyə  daha  moderndir. 

Şeirin  mövzusu  yuxudur,  ideya  günün,  zamanın, 

vaxtın  əzabıdır.  Şair  yuxunun  qarma-qarışıq, 

qeyri-adi,  real  yox,  süliet:  kəllə,  güllə,  torpaq 

şəkilli  olmasının  obrazını  yaradır.  Oyum-oyum 

 

68 


olmuş  kəllənin  zaman  ağlını  yellərə  verib,  yana-

yana qalıb, isti qanla sulanmış güllə köçü məskən 

salıb.  Şairin  narahatlığının  səbəbi  aşkardır:  Köç! 

Bəlli  həqiqət!  Qanı  çəkmiş  torpaq  qaralıb  – 

zamanın  tavasında  qovrulub,  gicitkən  dalamış 

qəzəb  –  tarıma  çəkilmiş  tonqal  –  ürəklərin 

yandığı,  qalandığı  od-ocaqdır.  Bütün  bu  təsvir-

obrazlarda  qədimlikdən  gələn  geniş  zaman  poetik 

ifadə  olunmuş,  təbii  və  orijinal  məcazlar 

işlədilmişdir!  Bu  təsvirlərdə  zaman  həm  uzaqdır, 

həm  də  yaxındır,  gərilən  və  açılandır.  Bu  zaman 

real  olan  qeyri-adi  hissiyyat  və  dərketmədə,  

təhtəlşüurda,  şüuraltı  qatda  yuxu  təsiri,  assosiyası 

doğurub. 

Cansız  varlıqdan,  təbiətdən  alınmış  obrazın 

əyarı  bir  içim  suyun  ovucda  titrəməsi,  balıq  olub 

çabalamasıdır.  Əldən,  barmaqlar  arasından  axan 

su əldə sustalan balıqdır. Yenidən dənizə tullanan 

bir  ovuc  su  –  göz  qabağında  dirilən  balıqdı  – 

çapaladı. 

Təbiətdə,  dünyada  dəyişmələrin  kəmiyyət  və 

keyfiyyət 

şəkillərini, 

dünyanın 

itməməsi, 

hərəkətdə,  dəyişmədə  olması,  əzəlilik-əbədilik, 

başlanğıcdan  gəlib  –  başlanğıca  qayıdışın  orijinal 

bənzəyişləri  var  poetik  mətndə.  P.Qəlbinur 

predmetin  poetik  əyarını,  qiymətini  “baha”  verir, 

yeni 


dəyərdə 

göstərir, 

bənzərsiz. 

Təbiət 


mövzusunda  cansız  varlığa  can  –  məna  verir. 

Bənövşənin  obrazı  –  yarpağına  dirsəklənib 

düşünməsini  şair  onun  gözündəki  qaradan  – 

xəyaldan  oxuyur  –  ayaq  üstə  qalıb  düşündüyünü 

görür. 



 

69 


“Üç  yarpaq”  şeirində  sükutlu  və  parıltılı  olan 

üç  yarpağın  obrazı  ağcaqayının  günəşə  tuşlanmış 

barmağında 

üç 


yaşıl 

sədəfdir, 

yam-yaşıl  

zümrüddür, 

qız 

gözüdür. 



Yarpağın 

gözü 


ağcaqanadın, 

şairin 


gözü 

isə 


ailə 

üstündədir...Sənətkar  duyumu,  duyum  gözəlliyi, 

gözəlliyin  cazibəsi  hər  dəfə  sözə  çevriləndə  – 

şeiriyyətin ülviyyəti ifadə olunanda,  “transferans” 

ediləndə şeir hər dəfə itirir.  

“Borc”  şeirində  “dan”  obrazının  çox  qatda 

təsviri  tamlaşma  yaradıb.  Zaman  şiş  qayaları,  dik 

burunları  ovandır,  şəlalə  kimi  lirik  “Mən”in 

üstünə tökülür – çiliklənir, çiliklənib qaralır. Lirik 

“Mən”in yaddaşı oyanır. Bu oyanma sanki yanağı 

qaraxallı  bir  insafsızın  gülüşüdür  (qaraxal  – 

gülüş).  Xatirə  dağlarını  qar  alır,  başı  üstündə 

xəyal  –  bulud  qaralır.  Qara  ilə  gümüşünün  

doğurduğu 

obraz-assosiasiya, 

təzad 


dəyərləndirilir.  Lirik  “Mən”in  məhəbbəti  dağlara 

–  damlaların  daş  bağrını  oyduğu  dağlara  qısılıb 

için-için  ağlayır  –  şair  kədərinə  qahmar  durur. 

Lirik  “Mən”  bunu  borc  bilir  –  çünki  qalan 

məhəbbət  əmanəti,  dağlar  haqqı  lirik  “Mən”də 

saxlanılır  –  şairin  bu  haqqı  qaytaracaq  inamı, 

ümidi var. 

P.Qəlbinur rəngin təbii alımını sözün vasitəsilə 

mümkün  edir,  təbiət  halını  həssaslıqla  duya  bilib, 

onun  poetik  şəklini  qavrayış  və  təsəvvürlə  verir. 

Reallıqla  təsəvvür  arasında  insanın  mücərrəd 

kədər obrazı predmetləşdirilir. 

“Sarı  gül”  şeirində  bala  sərçə  obrazı  sarı  gülə 

müncər  olunur  –  Necə?  Bala  sərçənin  sinəsində 

 

70 


döyünən  ürək  yox,  yumurta  sarısıdır.  Ana  sərçə 

isə görünmür... Gözləmə sarı ətcə bala sərçəni sarı 

gülə döndərir, – həsrət bir az da saralır. 

P.Qəlbinur  daha  çox  hissi-psixoloji  olaraq 

obrazlaşdırma aparır. Şair duyğu və düşüncələrini 

adi,  ənənəvi  olanlardan,  öz  poetik  predmetindən, 

mövzu  yeniliyindən  keçirir  və  müvəffəq  olur  – 

modernlik budur! 

Qu  obrazı  yayın  ortasında  bir  topa  qardır, 

gölün  aynasında  üzən  “sual”dır.  Həsrəti  sulara 

səpən qəriblikdir, – bənzətmə həm predmetli, həm 

də mücərrəddir.  

Qu  –  ağ  gül  şaqqanaq  çəkib  gülən  göylərin 

dodağından  gölə  düşən  varlıq  –  gölün  gözünün 

ağıdır. (qarası qara qu). 

Göl  danışır  –  qırıq-qırıq  sözləri  ləpələrin  sulu 

dodaqlarında 

pıçıltıyla 

titrəyir, 

ördəklərdən 

düymələnən  yaxası  açılan  göl  –  ay  məməli  suya 

pıçıltıyla  şeir  deyir,  “kəlmələri”  çörək  kimi  ağ 

quya, qara quya ovxalayır. 

“Gecələr  işığa  sürtər  üzünü”  şeirində  obraz 

qərib  balıqdır.  Onun  doğurduğu  assosiasiya, 

paralellər  –  balığın  müncəri  olan  qəriblikdir, 

anaların  müncəri  daşlar,  göz  yaşları,  gecənin 

müncəri  isə  ulduzlardır.  Gecə  işıqsızlıq,  gündüz 

işığın  rəmzi  kimi  obrazlıdır.  Mücərrəd  olana  isə 

predmet, 

məfhum 

keyfiyyəti 



vermək 

isə 


P.Qəlbinur şeirində poetik yetkinlikdir:  

 

Gecə ulduzlara sürtəm üzümü 



Gündüzlər işığa. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə