Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

57 


Səni tanımırdım, tanıdım Vətən!.. 

(“Tanı”) 

 

“Mircavad 

Mircavadovun 

hələ 


çəkəcəyi 

“Ölüm” 


tablosu” 

şeirində 

qeyrətin 

obrazı 


qəribədir.  Şair  qeyrətin  məzmununu,  rəngini 

haradan  götürüb  gətirir,  –  günümüzdən  gətirmək 

olmazdımı,  –  düz  ən  qədimdən,  qaimlikdən, 

folklor  gələnəklərindən  gətirir.  Görəsən  niyə 

belədir,  –  dərk  edir  ki,  gələnəyi  olanda 

kəsilməzlik, fasiləsizlik olur, deməli, həyat davam 

edir.  Odur  ki,  onun  təsəvvüründə  qeyrət  –  istək 

yolunda  bığlı  ilan  dişində  ən  çətin,  ən  ağır 

ölümdür!  Ölümə  getməkdir,  onu  qəbul  etməkdir. 

Şair 


qeyrətsizliyi 

eyni 


“poetik 

müstəvinin 

fəzasında”  göstərir,  –  “qeyrətsizlik”  sol  döşündə, 

ürək  üstündə  puldur.  Leylasız  dünyadır;  xətayisiz 

–  unudulmuş,  köksüz,  ata-babasız,  əcdadsız 

ruhdur,  əziyyət  çəkən  ruhdur;  ən  ağır  budur  ki, 

ayaqlar  altından  çəkilən  torpaqdır;  başımız 

üstündən  yox  olan  göydür  –  imansızlıq, 

Allahsızlıqdır.  Tamamilə,  orijinal  obraz,  gerçək 

məzmundur  ki,  Araz  qeyrət  misalıdır.  Parpar 

yanan  qılıncdır.  Bu  qılıncın  sağ  və  sol  sahildən 

sıxılan  qəbzəsidir,  –  dəstəkdə  iki  əldir,  üst-üstə 

yapışan iki əl, – ölümsüzlükdür! 

Deməliyik  ki,  P.Qəlbinur  poeziyasında  hətta, 

ölçü-biçisiz,  kələ-kötür  görünən,  sanki  təsəvvürə 

yatmayan, qeyri-adi olan, təəccüb, heyrət doğuran 

bənzərsiz  bənzətmələr  (təşbehlər)  çoxluq  təşkil 

edir.  


 

58 


O,  “Qorxuram  dünyanın  günahlarından”, 

“Yumurta  yeyən  ilan  kimi”  şeirlərində  günahı 

obrazlaşdırıb.  Hələ  bir  yığcam  nümunəyə  diqqət 

yetirək, sonrasına baxarıq: 

 

Qorxuram, 



bilmədən, 

 Qatillərə 

İşıq bağışlayam 

Günaha batam  

 

–  deyən  şair  sözündə,  əlbəttə,  işıq  şərtidir, 



simvolikdir.  İnsan  günahsız  olanda,  günahsız 

qalmaq  istəyəndə,  ruh,  əzm,  iradə,  dözüm, 

dəyanət  də  kəsilmir,  insanın  ilahi  gücü  artır,  arzu 

böyüyə 


bilir, 

çıxılmazlıq 

genişlənir, 

işıq 


dağlarının  sonu  olmur,  kəsilmir.  Hər  dəfə  bir  cür 

günah  nəticə  etibarilə,  millətin  ad  və  soyadının 

dəyişməsi,  başqalaşmağımızdır.  Bir  “deputatın 

çörək 


ağacından 

asılı 


qalmaq” 

günahı 


Azərbaycanın üryan qalması, Xəzərdən su götürən 

qartalın – Azərbaycanın qan qusmasıdır. Qorxağın 

dünyanın günahlarından! 

Paşanın  poeziyasında  didaktika  yoxdur,  lakin 

obrazın 

psixoloji-məntiqi 

dərki 

əsasında 



“öyrətmə”, incə diktə əlamətləri vardır. 

Dərdin  psixoloji  anına  “enmək”  və  onu  öz 

anından böyütmək keyfiyyəti P.Qəlbinurun poetik 

aləmində orijinaldır: 

 

İndicə yuxuda 



Üz döndərdi hamı məndən, 


 

59 


Həyatın hərarəti 

Azaldı yer üzündən 

Sıfıra qədər endi... 

 

Səbr  haqqında  şeir  oxumuruq.  Səbrin  rəngini, 

işığını  verən  şeir  oxuyuruq.    İfrat  səbrlilik:  ətalət, 

qartımaq, qaxaclaşmaq deməkdir, ölüm deməkdir. 

Səbrimiz  dəniz  qədərdir,  –  bunun  da  həddi  var, 

daşır;  səbr  daşanda  dirilirik,  –  ölümün  içindən 

doğulmaq  başlayır.  İdeyanın,  məramın  poetik 

ifadəsi  mənalıdır:  Dənizin  də  durmağı,  sükutu, 

sakitliyi  –  azalma,  çəkilmədir  –  quruyuruq, 

azalırıq, ölürük, yox oluruq: 

 

Səbrimin içində boğuldum, Allah, 



Bu qədər səbri niyə vermisən 

Qəbrimin içində doğuldum, Allah 

Dənizi qurutmaq üçün sərmisən... 

 

P.Qəlbinur  ada  (obyekt,  predmet)  görə  şeir 



yazmır;  motivə,  mənaya,  dəyərləndirməyə,  ideya-

məğzə  əsaslanıb  (psixolojiyə,  ən  əlvan  rənglərə, 

işığa  və  sairəyə  görə)  şeir  yazır.  “Gəlin,  sizə  pay 

verim”  –  sərt  həqiqətləri  olan  şeirdir.  Şair  fakta 

fakt, 

dəlil 


göstərir: 

şair 


“həyəcan”ı 

obrazlaşdıranda  onun  bizim  üçün  “tanış”  tərəfini 

göstərir  (əsəblərimiz  ayıq,  dilimiz  gödək,  əsir-

yesir  çox,  qaçqın-köçkün  çox...),    həm  də  onu 

mənalandırır,  sosial-bəşəri  hüdudlarını  göstərir; 

onu  dünya  ilə  bağlayıb  həyəcanlarında  olan 

etinasızlıqları bildirir. Şair lirik “Mən”, lirik “Siz” 

obrazına  xitab  edəndə  əvvəl  özümüzü  qınayır, 

 

60 


həyəcanlarımızın  səbəblərini  bəlgələyir  (rüşvət 

iştahımızın  nəhr  udması,  çay  saxlaması,  dilimizin 

çeynəklərə  düşməsi,  Qərbin,  Şərqin  eynəyinə 

düşməsi...).  Sonra  bağrımızın  ləbələm  olan 

həyəcanlarından  ümumiləşdirici  təsvir  yönü  ilə 

söz açır:  

 

Torpaqların tapdaqdadır – 



Oğul-uşaq əsir-yesir, 

Yediyimiz çörək deyil, 

Durduğumuz yer deyil. 

Cəhənnəmin bir bucağı – 

Olub indi, 

  Azərbaycan – göz dağım! 

 

İngilis,  amerikan,  alman  kimlərəsə  xitab 



edərək  koka-kola  həyəcanları,  dünya  çempionatı, 

futbol  həyəcanlarının  gərəyindən  danışdığı  halda, 

Azərbaycan – göz dağı həyəcanlarından pay verir. 

Həyəcana tamarzı olan xoşbəxtlər kimi!  

Paşa  Qəlbinur  həyat  anlarının  sürətini  necə 

verir? 


Həmişə 

təbii, 


düzgün 

olaraq 


“neqativləriylə”,  bir  az  ölgün,  öləzimiş;  bir  az 

zəif,  bir  az  süst.  Lakin  bu  heç  vaxt  bədbinlik, 

ruhsuzluq  deyil.  P.Qəlbinurda  həyat  eşqi  çox 

güclüdür.  Elə  bu  hissdən,  bu  ruhdandır  ki, 

şeirlərindəki  səmimiyyət  də  orijinal,  heyrətli 

obrazlarıyladır. 

Baxın, 

şairin 


poeziyasında 

məhəbbətin, həsrətin nə qədər emosional çalarları 

yaşanmış  münkəsirli,  təzadlı,  çarpaşıqlı  hissin, 

duyğunun,  həyəcanların  poetik  rəngləri  var, 

həssas,  incə,  zərif  rəngləri.  Bu  rənglər  auramızın 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə