Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

47 


üçün əsasən adlıq cümlələr, cümlə – intonasiyalar 

səciyyəvidir: 

 

Göy 


“Əbu-İshaqi” firuzəm – 

Ürəyimdən su içən gözüm – Göy gölüm. 

Çətin-çətin  günlərimdə  dərin-dərin  quyuların 

dibindən 

əllərimi uzatdığım, gözlərimi zillədiyim – uzaqlıq. 

Uşaq  vaxtı  Gəncədə  İmamzadənin  böyük 

günbəzindən ruhuma süzülən işıq. 

“Koroğlunun”

 

üverturası



 

 



qanqarışıq damarımnan 

axan qeyrət, 

Rəsul Rzanın, Səttar Bəhlulzadənin ürəyimin 

içindəki, içindəki gözləri... 

Zəlzələnin səsi. 

Ərənlərim – el oğullarım, ləyaqətimi, 

namusumu qoruyan sədd, 

bayrağıma çıxan rəng... 

 

“Bənövşəyi” 



şeirində 

işarə, 


eyham 

və 


oxşatmalar  hesabına  predmeti  canlandırma  əsas 

xüsusiyyətdir; 

poetik 

mətnə 


indiki 

zaman 


təhkiyəsi,  mühakimə,  təsvir  ahəngi  və  təşbehlər 

silsiləsi qovuşur: 

 

Gəl ay bahar, gəl ay bahar, 



Göy qurşağı, 

Son ilməndən 

           lələklər sal, 

Sancılsınlar torpağıma – 

sual-sual. 

 

48 



Min suallı həyəcana 

Bürünsün qoy, 

O tay, bu tay. 

Zaman keçir 

Bələkdəki körpələr də 

Pələngləşir, şirləşirlər. 

Sökülür Berlin divarı –  

Bölünənlər birləşirlər... 

Xan Arazın bu tayında  

Şəhidlərin xiyabanı 

... Gözlərində həsrət yaşı. 

O tayında zindan olub, 

Bir yuxulu bənövşəyə, 

Mərziyənin qəbir daşı. 

 

P. Qəlbinurun poetik nəzərində “Ağ” – hər şey 



ağdan  ayrılır,  başqa  rənglərə  dolur.  Şair 

mənalandırma  və  əyaniləşdirməni  müqayisələr, 

bənzətmələr hesabına ifadə edir:  

 

Ləpələnən dənizdir 



Elə bil ki, qəbiristan 

Qağayı döşü kimi, 

Boylanır baş daşları. 

... 


Şəlalə! 

Yalnız həyat! 

Özünü qayadan at, 

Dünyanın yaşı qədər! 

Yoxsa ölüm sənə də,  

Sənə də yaxın gələr. 

 



 

49 


 

50 


Ağ – ölümsüzlük, uçuş, mübarizə, yaşamaq əzmi, 

inadıdır. 

Rənglərlə  bağlı  fikrimizi  belə  ümumiləşdiririk 

ki,  prof.A.Rüstəmova  demişkən;  P.Qəlbinur 

rənglərində  “səs  və  sözün  vəhdəti  başlıca  tutumu 

qan  çalarları  rəng  üzərində  köklənmiş  neçə 

tablonu göz önünə gətirir. Poeziya və təsviri sənət 

ecazkarlığı sanki üst-üstə düşür, vəhdət təşkil edir. 

Şair  rəssama  çevrilir,  rəssam  şairə.  Hələ  şeirin 

musiqi ahəngi, ritmi. Bir neçə sətirlik parçada biz 

poetik fikrin xariquladə hikməti ilə tarixin heç bir 

zaman  unutmayacağı  neçə-neçə  dəhşətli  faktların 

məşum mənzərəsini duyar kimi oluruq... Bax, belə 

bəhrələnir ənənədən əsl novator şairdir”

1



P.Qəlbinur 



dünya 

şöhrətli 

oftalmoloq 

S.Fyodorova  həsr  etdiyi  şeirdə  dahi  xislətini, 

başqasının  irəli  çıxmamaq  istəyini,  hissini  belə 

ifadə edib: 

 

Bütün dahilərin oxusunu sevdin, 



Dirisini sevmədin rusun səması... 

 

“Novxanıda  nar  ağacı”  şeiri  təbiətə,  ağaclara 



yiyəsizliyin  kədər  fəlsəfəsi  hər  dəfə  bənd-bənd, 

duyum-duyum  obrazın  qatını  açır.  Assosiativ 

olaraq 

“ağac” 


obrazına 

şairin 


münasibəti 

mühakiməli  ifadə  olunur,  bədii  mənalandırma 

mətnin poetik strukturuna ekspressivlik keyfiyyəti 

aşılayır: 

                                                

1

Az a d ə R ü



st əm ova  /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 196 




 

51 


İçib gözünün yaşını – ağlamaz, 

Ağlayammaz bu ağac... 

Yanır ayaqları, ciyəri yanır 

İçib qurtarıbdı göz yaşlarını. 

Qum cibi – cibim kimi su saxlamaz... 

İsti qanını içib, 

Biçib küləklər boyunu.                          

İçib gözünün yaşını – ağlamaz, 

Ağlayammaz bu ağac... 

Ayağını qum yandırır, başını gün, 

Harayına çatan yox. 

Əli yoxdu dilənə 

Dili yoxdu ağa deyə. 

Hanı onu sulayacaq əmilər? 

Yayın cırhacırında  

Yəqin “qul bazarında”... 

 

P.Qəlbinurun  güclü  fəlsəfi  essesi  “Cahad”dır. 



Şair  fikrinə  əsas  üçün  fakta,  informasiyaya  əl 

atanda  da  bizim  üçün  yeni  olan,  eşitmədiyimiz, 

ağlımıza  belə  gətirmədiyimiz  –  dünya  biliklərinə 

əl atır, fakt və təbabətin imkanları əsasında şeirlər 

yaradır.  P.Qəlbinuru  “oxumaq”  üçün  dünyanın 

rənglərinə, 

məsələn, 

Muğamın 


rənglərinə, 

təbabətin  rənglərinə  gərək  vaqif  olasan  –  belə 

olanda qismən onun poeziyasının “fitrətinə” bələd 

olmaq  olar,  əks  təqdirdə  oxucu  sadəcə  olaraq 

hissi-emosiyası  ilə  qəlbini  doyumladır,  –  bu  “nə 

isə”, bu “mafiha” (hər şey) idraka gedib çatmır. 

Beləcə,  Qarabağın  –  Azərbaycanın  o  “cahad”, 

çağırış çağlarında Paşa Qəlbinur da cahad etmişdi. 

Həm  fiziki-əməli,  həm  də  poeziya  əzablarının 

 

52 



ağırlığı  altında  “cahad”  elan  etmişdi,  cahada 

çağırmışdı.  

İki Ceviz ləpəsi insan beyninin iki yarımkürəsi 

– ikisi də yeməli... Bəli, təəccüblənməyin, ikisi də 

yeməli.  Şair  yazır:  “Qərb  ölkəsində  tutiya 

(delikates)  sayılan  və  yalnız  ən  varlı  adamların 

menyusunda  olan  bir  yemək  (təam)  var:  “Diri 

meymun beyni. Canlı meymun xüsusi bir qurğuya 

fiksə  olunur.  Başının  qapağı  kəsilib  götürülür. 

Meymun  bağırır  və  adam  qaşıqla  diri  meymunun 

beynini yeyir...” 

Sənətkar  da  Xocalı  faciəsi  günlərində,  XX 

əsrin  ən  böyük  faciələri  törədiləndə  “öz  beynini 

yeyirdi”. 

“Mənim 

qənaətimcə, 



dramaturji 

gərginlik  şair  sözünün  canıdı,  cövhəridi.  Ürəyi 

dramatik gərginlik keçirməyən şair fikir bətnindən 

şeir  doğa  bilməz,  yazdığı  ancaq  “qafiyəli” 

cümlələr  ola  bilər.  Poetik  essedə  “iki  qoz  ləpəsi 

(ceviz içi) insan beyninin kiçik  modelidir...” deyə 

bilmək  üçün  Paşa  Qəlbinur  olmaq  lazımdı,  Paşa 

Qəlbinur  kimi  sözün  dramaturji  yükünü  hiss 

etmək, dramatik fırtınasını duymaq lazımdı”

1

. Şair 



həmin  mənəvi-psixoloji  əzabların  –  ruhun 

əzablarını  çəkirdi:beynin  əzabını,  ağlın  əzabını, 

yaddaşın  əzabını  çəkirdi.  “Beynini  o  zaman 

yeyirdi 


ki,” 

onda 


gecələrin 

qaranlığında 

qaçhaqaçda  Ana  üç  aylıq  Salatınını  –  balasını 

düşmənlər  səsini  eşitməsin  deyə  öz  əlləri  ilə 

boğurdu.  Yaralı  qardaşı  düşmən  əlinə  keçməsin 

                                                

1

İ l ham   Rəhim li.  Poezi yanı n  dram aturgi yası  /  Alt ay M əmməd o v.  



Q əlbi nur  poezi yası  XXI 

əsri n  ast anası nda.  Bakı:  “G əncli k ”, 

1999, s. 205

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə