Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

85 


Böyük xoşbəxtliyim varıydı, onu da əlimdən aldın –  

Sənə inanmaq xoşbəxtliyimi...  

 

Paşanın poeziyasında lirik “Mən” işi, məqsədi, 



amalı  yolunda  həmişə  əziyyət  çəkir.  Ona  görə  də 

Allahı  ilə,  anası,  özüylə,  gözüylə  tək  qaldığı 

halda, qadınına məni tək qoyma deyir: 

 

Mən Allahla danışanda çıxma yoluma. 



Mən Anamla danışanda çıxma yoluma. 

Mən özümlə danışanda, çıxma yoluma 

Mən gözümlə danışanda, çıxma yoluma!..  

Ancaq məni, bu dünyada tək qoyma, tək qoyma...  

  

Məhəbbət  şair  nəzərində  ümmandır,  dənizdir. 



O gələndə dənizdə ümman da ülviləşir. Şair nəzəri 

ilə daşır, bakirələşir, göylərə qovuşur. Göy dənizə, 

dəniz göyə dönür. Kainat bütövləşir – yerin dərki, 

eşqi olur. Allah eşqi –  Allah dərki!  Sufiyanə  eşq! 

Bəli, sufilik təkliyin eşqi ilə bərabər, ikidən birliyə 

könül verməkdir. Lirik “Mən” “səni sevdiyimi heç 

kimə demə” deyəndə – nə isə “qopur tökülür”, nə 

isə  “kiçilir”,  nə  isə  “gücdən,  kökdən  düşür”,  ona 

görə də o, heç kimə “demə” deyir məcazi olaraq: 

 

Səni sevdiyimi heç kimə demə 



Dənizi göylərə qaldırmışam mən.   

 

P.Qəlbinurun 



məhəbbət 

şeirləri 

daha 

yığcamdır:  amma  çəkimlidir,  çəkilidir,  şeirlərində 



mahiyyət,  məqsəd,  mətləb  kəsə,  işıq  şüası  kimi 

kəsə  təqdim  olunur.  Fikir  və  düşüncədə  iqrari  və 

 

86 


inkarı  hökmlər  olur,  mətn  məntiq  üzərində 

qurulur,  daxili  monoloq  və  ya  dialoq  nəqletmə 

təhkiyəsini izləyir: 

 

Öz dünyandan hara belə 



Çıxıb getdin, niyə qorxdun? 

Həsrətimin əlləriylə 

Gəldim sizə, evdə yoxdun... 

 

P.Qəlbinur sevgisinin əzabı, işgəncəsi var... 



 

Bağrımın başı sökülüb, 

Yenə səni sevirəm. 

Üzümün suyu tökülüb 

Yenə səni sevirəm. 

 

Adıma şam yanır Allah evində, 



  oduma can yanır...     

   Yenə səni sevirəm. 

 

“Götür  saxla  bir  az  məhəbbətimdən”,  “Mən 



ilhamı 

gözlərimlə 

görmüşəm”, 

“Bir 


dost 

itirmişəm”  şeirləri  lirik  “Mən”in  özüylə  –  daxili 

nitqində  ikinci  şəxslə  həsb-halıdır.  Bu  həsb-halda 

məhəbbətin təzadlı, rahatsız təsdiqi var: 

 

Çay axır... içində daşlar əriyir... 



Ancaq əriməyir o günlərimiz. 

 

P.Qəlbinurun  “Ürəyim  dəstəyə  uzalı  qalıb” 



şeiri  lirik  “Mən”in  sevgi  həsrətini,  sevgi 

“damğalarını”  əlvan  obrazlarla  təsirli  əks  etdirir. 




 

87 


Saat  12-dir,  gecədir.  Telefon  səslənir.  Telefon 

dəstəyi  qara  mələkdir  –  obraza  qiyasdır.  Niyə 

mələk?  Çünki  bu  səsdə  kömək,  ün  var,  ecaz  var. 

Əldə  olan  qara  dəstək  öz  “səsində”  alışır  – 

metaforik  olaraq.  İdiomatik  olaraq  lirik  “Mən”in 

tüstüsü başından çıxır – fəqət, dinmir, dinə bilmir. 

Bu telefon səsi lirik “Mən”in sinəsində dağlamağa 

yer  qoymur”.  O,  bu  yolda  özgə  yol  görmür, 

həsrətdən  göynəyən  lirik  “Mən”  Allahından  açıq 

bir  yol  diləyir.  Məcnunluğun  “yarı  ölü,  yarı  diri” 

olan sevdasından qurtarmaq istəyir.  

Fikrimizcə,  P.Qəlbinurun  poeziyasında  təsviri 

predmetləşdirmək  xüsusiyyəti  daha  güclüdür.  Bu 

mənada  ki,  başqa  şairlərdə  predmeti  ümumi 

təsvirdə  canlandırma  üstün  poetik  keyfiyyətdirsə, 

P.Qəlbinurda ümumini daha çox konkretləşdirmə, 

ümumi 

mənanı  daraltma  xüsusiyyəti  daha 



səciyyəvidir.  Məs:  başqaları  “qəlb”  deyəndə  Paşa 

Qəlbinur  “qəlbimin  küncü”  deyir.  Niyə  belə? 

Çünki bu ümid kiçikdir, fəqət həm də əlacdır:  

 

Qəlbimin küncündə bir ümid yatıb, 



                  qıvrılıb yatıb. 

Onu səsləməyə dilim gəlməyir 

Onu oyatmağa əlim gəlməyir 

Qorxuram oyana, qanadlana o 

Qorxuram oyana, od tutub yana. 

Qorxuram, qorxuram, qorxuram. 



                                        (“Qorxuram”) 

 

P.Qəlbinurun  şeirlərinin  adı  da  qulağımıza, 

gözümüzə 

hələm-hələm 

öyrəşməyir, 

qəribə 


 

88 


səslənir,  bir  az  Mayakovski,  bir  az  da  bizimkilər 

sayağı:  R.Rza,  Ə.Kərim,  F.Qoca,  V.Səmədoğlu, 

Nurəngiz  Gün  sayağı.  Məs:  “Sabahlardan  o 

yanda”, “Göz yaşını təbəssümünlə söndür” və s.  

P.Qəlbinurun 

poetik 


səmimiyyətində 

psixologizmin 

rəngləri, 

kədərin, 

qüssənin, 

boşluğun  rəngləridir.  Anın  əlində  şair  varlığı 

çırpınır.  Ayrılıq  –  gecikən,  uzanan  andır.  Şair 

qədəmində  “heç  yüz  il  də  sonra  qayıtmayacaq” 

andır.  An  –  vaxt  bir  eşqə  bir  qız  qurbanlıq  edib. 

Doğmalardan,  doğmalıqdan  yaranıb  bu  həsrət, 

ayrılıq.  Şair  bu  fikirdədir  ki,  maddi  görünənlərin 

özü  beynimizdə,  dərkimizdə  neqativdir,  bir 

duman,  bir  ilğımdır.  Bu  səbəbdən  də  haqla 

haqqına  olan  haqq  aşığı  ilə  haqdan  ayrılan  aşıq 

kimidir.  Bu  ağ  həsrət  hardasa  bal  dadır.  Aşıq  isə 

“bu  ilan  ilində  ilan  dilidir,  ilan  kimi  dil  çalır,  nə 

ölə,  nə  qala  bilir”.  Səadət  mövcudluğunda  –  yer 

üzündə  də,  xəyalda  da  “tamdır”,  taleyimizdə, 

ömrümüzdə,  ağlımızda,  idrakımızda,  həyatımızda 

“arzular,  ümidlər  yandıqca,  söndükcə,  tükəndikcə 

yetimləşən  “Mən”dir.  Taleyin  şıltaqlıqları  sinə 

göynədir, dözməyib ünümüzü aləmə yayır, – ətirli 

nərgizlər  belə  əzilir.  Lirik  “Mən”  tale,  səadət 

əzabkeşini  görəndə  belə  toxdaya  bilmir.  Barı  yer 

üzündə  həsrətlər,  hicranlar,  ayrılıqlar  tükənsin, 

heç  olmasa,  “qoy  hamının  xilasına  bu  ayrılıq 

bizim  olsun”.  Lirik  “Mən”  bu  “ayrılığı”  bir  rəng 

kimi  “onu saçlarının xınasına” qatır, gözü doysun 

deyə.  O  saçların  da  xına  rəngi  bu  həsrətdə, 

hicranda  ağarır.  Şair  bağrı  bu  tale  zərbələrinə 

dözmür, əlvida deyə bilir bəyiminə. 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə