Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

77 


Daha nə deyəcəyəm sənə. 

İşıq – anamdı mənim, 

Ulduz nənəm! 

Adı işıq, özü işıq! 

Sən də işıqsan Aysel, 

Hələlik bir qaşıq, 

Daha nə deyim, Aysel?  

Bil bu dünya, böyük işıq zolağıdı. 

Onu dil-dil, 

                  gecə-gecə doğrayıb qaranlıq, 

... 

Nədənsə söhbətim uzanır bu gecə  



Ona görə ki, bu sadə, adicə 

Suala cavab tapa bilmirəm. 

 

Şair 


– 

lirik 


“Mən” 

suala 


təşbehlərlə 

yaxınlaşmaq  istəyir.  Ayselin  özündən  –  dolayısı 

ilə  işığa  söz  demək  üçün  Ayseldən  –  uşaqdan 

başlayır. Sualına cavaba belə yaxınlaşır: 

 

Nədir işıq? 



İşıq – 

Qırmızı yanaqlı, 

Narıncı saçaqlı, 

Sarı güllü, 

Yaşıl şallı, 

Mavi gözlü, 

kirpiyinin “göy xalısı” 

                          göy üzündən 

Saçına bənövşə taxmış 

Bir gözəlin ağ paltarıdı... 

 

78 


Heç  kim  bu  işığın  “tərcümeyi-halını”n 

təşbehini  belə  orijinal  verməyib,  –  üstünlük 

vermirəm,  –  sadəcə  poeziyamızda  müncərini 

təsəvvür  etmirəm.  P.Qəlbinur  şeirin  sonunda 

ümumiləşməyə – gözlənilməzliyə üz tutur:  

 

Bayaqdan saydıqlarım  



                  işıq deyil 

İşığın bir hissəsidi. 

Belədirsə, nədir işıq? 

Dünyada hamının boynunda haqq var, 

Bircə günəş minnətsizdi. 

Minnətsizlik işıqdı, Aysel. 

 

İşıq Allah nurudur! 



Paşanın  şeirlərində  bir  çox  halda  obyekti  – 

mövzunu  haradan,  necə  başlamaq  müəyyənliyi 

konkret  olmur,  o  çox  münkəsir,  spektral 

“naxışlar”    seçir,  bu  onun  poetik  psixologizminin 

daxili  keyfiyyətindən  gəlir,  –  məhz  bu  cür  gəlir, 

başqa  cür  yox,  –  mövzu,  məzmun,  ideya  da  belə 

müəyyənləşir  və  sanki  bunlar  ortaqlıq,  eyniyyət 

təşkil  edir  şairin  ecazlı  poeziyasında.  “Uzaqlar 

yaxın olur” şeirindən: 

 

Heykəllərə “adam” deyən Ayselim, 



Adamlara nə deyirsən görəsən? 

Bu dünyada 

Hər adama adam demək olmayır, 

Heykəlin də hamısına 

Salam vermək olmayır, 

Sən yadıma düşəndə 




 

79 


Xəzər boyda nanəliyim 

Həzin-həzin titrəyir...  

 

Məhz  hissi,  psixoloji  keyfiyyət  predmetin  öz 



daxili təbiətdən alınır – hal halı çağırır: 

 

Ağ işığı gülə-gülə 



Dolur, sinəmə dolur. 

 

Uzaqlar yaxın olur...   

 

P.Qəlbinur poeziyasında “işıq” mövzusu geniş 



yer  tutur,  yaradıcılığının  əsas  leytmotivinə 

çevrilir.  “Məncə  çağdaş  şeirimizdə  bəlkə  də  ən 

İŞIQLI  şairdi  Paşa.  Müşfiqin  də  şeirlərində  belə 

işıq  –  tanrı  möhürü  vardı.  Niyə  nakam  Mikayıl 

Müşfiq  düşdü  yada?  Mikayıl  Müşfiqin,  Paşa 

Qəlbinurun  SÖZ  İŞIĞINI  görüb  də  bu  İŞIĞIN 

sehrinə  düşməmək  mümkün  deyil”

1

.    İşıq 



P.Qəlbinur poeziyasında bir obraz, bir predmetdir. 

“Ay  gözlərin”  şeirində  işıq  –  Aydır,  daha  dəqiq 

“ay  gözdə”  işıqdır,  –  şair,  lirik  “Mən”  bu  göz 

işığında  yol  gedir,  o  gözlərlə,  deməli,  işıqla, 

səadətlədir. 

İşıq  –  əriyən  qaranlıqdır,  işıq  –  Ay  güllər 

üstünə  çilənən  ətirdir.  İşıq  –  Ay  güllər  üstünə 

çilənən  ətirdir.  İşıq  –  gümüşü  sularda  uşaq 

gülüşüdür.  Bu  dünya  da  uşaq  gülüşü,  uşaq 

təmizliyində  arınandır.  Şair  nəzərində  bu  bir 

istəkdir,  Ayselinə  verilə  biləcək  bir  istək.  Göy 

                                                

1

Adi l M irseyi d.  İşı q m



etaforası  /  Alt ay M

əmm ədov.  Q əlbi nur 

poezi yası  XXI  əsri n  astanası nda.  Bakı:  “G ənclik ”, 1999, s.203

 

 



80 

güzgüsü  də  bir  işıqdır  –  torpağa  göylərin  şəkli 

düşür. İşıq – Ay – o totuq uşaq əlləridir:  

İşıq – sərçələrin içdiyi su, ağacların içdiyi sudur. 

İşıq  –  körpülərdən  keçən  yollardır  (həm  həqiqi, 

həm məcazi). 

İşıq – görüşə (yollarla) gedən arzulardır.  

Diqqqət  edin,  həssaslığa  bax:  P.Qəlbinur 

yolları arzularla həmahəng edib (həm də etməyib), 

onları  işığa  müncər  edib.  Tükənən,  qurtaran 

yollardan  sonra  arzular,  tükənməz,  doyulmaz, 

bitməz  arzular  –  deməli,  yenə  də  işıq  başlayır. 

Yollardan  o  yana  –  arzu  qolları  başlayır.  İşıq 

sürəti  kimi  uzanan  relslər  qollar  kimi  açılır, 

arzuları çağırır, arzulara calanır. Şair “Yollardan o 

yana  arzu  qollarım”  –  deyir.  İşıq  –  yol  relsləri 

sürətlə  şütüyür,  yanlara  açılır,  sanki  qapı  kimi 

taybatay açılır. “Yollardan o yana qapılarım var”. 

Bir  diqqət  kəsilin:  İşıq  –  qapısı  bağlı  qəfəs, 

sinə  qəfəsidir  –  ürəkdə  yuvadır,  ürəkdə  qandır, 

kürə  kimi  fırlanandır,  dolanandır,  dünyadır  –  işıq 

ürəkdir, ürək  kimi, nəfəs  kimi döyünəndir, açılıb-

yumulandır,  işıq  olan  –  işıq  ötürəndir,  ürək  – 

dolanan bu dünyadır, dünyaya qiyas olandır. “İşıq 

–  dünyadır”.  İşıq  –  gözə  dolan  dəruni  işıqdır, 

şəlalədir. İşıq – tufanlı dənizdə yelkən – ürək üçün 

mayakdır.  Yaşamaq  əzmidir.  Bu  əzm  lirik 

“Mən”in  borcundan  –  fəqət  hansı  borcdan  – 

həyata  gəlmək  borcundan  irəli  gəlir.  Şair 

gözlənilmədən  “o  qədər,  o  qədər  borcum  var” 

deyir ki!  

  “İşıq  cərrahı”  şeirində  işığın  və  şeirin 

fəlsəfəsi  P.Qəlbinur  poeziyasında  həm  sətiraltı, 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə