Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

81 


sətirarası, həm də bütöv bədii mətn boyu – mövzu 

kimi 


təqdim 

olunur. 


“İşıq 

cərrahı” 

işıq 

mövzusundadır.  Şeirin  fəlsəfəsi  lirik  “Mən”in, 



P.Qəlbinurun göz cərrahiyyəsi zamanı bir məqamı 

– 

əməliyyat 



vaxtı 

bərqərar 

olan 

Əllərin 


hakimiyyətini  –  qaranlıqla  işığın  radar  tutmayan 

sərhəddinə  uçan  əllərin  poeziyasını  təqdim  edir. 

An  –  hökm,  qənaət,  dəyər  və  qiymət,  orijinal 

poetik 


məqamdan 

mənalandırılır, 

fəlsəfəsiləşdirilir:  

 

Ürəyim kimidi, 



Mən yatanda da  

                Oyaq olur əllərim. 

 

P.Qəlbinur  poeziyasında  işığın  bir  müncəri 



sevgi,  məhəbbətdir.  Onun  lirikasında  orijinal 

məhəbbət  şeirləri  də  çoxdur.  Vaqif  Yusifli  yazır: 

“Paşanın sevgi şeirləri də onun yurd ağrısını ifadə 

edən  şeirləri  kimi  mənə  doğma  göründü.  Bu 

şeirlərdəki  ağrı  da  adamı  göynədir,  çünki  o  ağrı 

sənin  də  ağrı-acına  qatışa  bilir.  Onun  bu  sevgi 

şeirini ən yaxşı poeziya nümunəsi hesab edirəm”

1



“Paşa  Qəlbinur  gözəl  şairdir.  Çünki  bu  “gözəl” 

sözündə  onun  dünyanı  şair  kimi  duyduğu  və 

həkim  kimi  gördüyü  “göz”,  yenə  şair  və  həkim 

kimi  toxunduğu  “əl”  sözləri  birləşib”

2

.    Paşa 



məhəbbət motivinə Əli Kərimsayağı bəzən nəsihət 

tərzindən də yanaşır:  

                                                

1

Va qi f  Yusifli /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əs r i n 



ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 208

 

2



Va qi f  Bayatlı  Ö

n ər.  Yen ə orada,  s. 209

 

 

82 



Gözəl qız 

Aldanma şöhrətə 

İsti qış günündə 

Gül açmaq istəsə 

Qönçə qalar. 

Tələsmə 


Sonra gec olar. 

 

“Yağış  döyür  pəncərəmi”  şeirində  örtülü 



təşbeh  əsasında  təbiət  motivi  ilə  insan  əhvalının 

anı, 


çaxan 

ildırım 


sayağı 

“an” 


olaraq 

poetikləşdirilir:  

 

İldırımdan  



               infarkt olur göydə bulud! 

Yağış döyür pəncərəmi: unut, unut... 

 

Şeirdə  təbiətin  obyektiv  təsvirinin  lirik  “Mən” 



üzrəinə 

subyektiv 

olaraq 

köçürülməsi 



düşündürücüdür,  mənalıdır.  Yağış  xatirələrin 

dilini  danışır:  “Yağış  döyür  pəncərəmi,  unut, 

unut...”. 

P.Qəlbinur  gözəlin  göy  gözlərinin  şəklini 

orijinal  təşbeh  vasitəsilə  nə  qədər  səmimi  təsvir 

edir: 


Qar üstə gördüyüm mavi göyərçin – 

Sənin gözlərin... 

 

Paşanın  məhəbbət  şeirləri  andan  doğulur, 



psixoloji,  ehtizaz  təsiri  oyadır,  bu  səbəbdən  mətn 

də çox qısa olur. P.Qəlbinur poeziyasında sevinən, 




 

83 


gülən,  yüngül  obraz  –  təcəssüm  yoxdur,  ağrıyan, 

əzab çəkən poeziya – obraz var:  

Ürəyim hovuzda  

           ağ balıq kimi  

Zarıyır... 

Səsini 


          eşidəmmirsən 

Tufanlar dağıdır, didir içimi  

Bayırda gün çıxıb, gündə çimirsən... 

 

Əlvanlıq,  təsvirdən  təsvirə  ötürülmə,  sanki 



kölgədən  işığa,  işıqdan  kölgəyə  psixoloji,  həyati 

keçidlər  şeirdəki  ritmi,  ahəngi,  ekspressivliyi 

artırır,  məcazlar  silsiləsi  lirik  “Mən”in  ovqat 

əlvanlığını canlandırır: 

 

Qanımda həll olan şirin duz kimi, 



Gəzişir ruhumda bir göyərçin əl, 

Yazağzı Şəmkirdə tutan buz kimi 

Bir az etibarsız, bir az da gözəl...  

            

 Fikrin,  hiss-həyəcanın  fəlsəfi-psixoloji  ifadəsi 

şairin  poetik  təfəkküründə  həm  də  güclü 

təşbehlərlə, metaforalarla təqdim edilir: 

 

Səni başa düşmək çətindən-çətin, 



Zəhərli dişləri var bu həsrətin. 

 

Təcəssüm  –  şəxsləndirmə  ilə  emosiyanın 



ifadəsi də Paşanın obrazları üçün səciyyəvidir:      

 

Sənsizlik hər yerdə izləyir məni, 



 

84 


Sənsizlik yol kəsib gözləyir məni.  

 

P.Qəlbinur  fikri,  mənanı  şüa  kimi  buraxır,  – 



ardınca  qaçmır,  onu  izləmir,  –  tez  də  əl-ayağını 

yığışdırır,  qırıq-qırıq  adlıq  cümlə  –  sintaqmlarla 

hər dəfə poetik cəbhəsini göstərir: 

 

Dənizin içində balıqlar... 



gecənin bağrında sən və mən. 

Dənizdə sirlər var, 

gecədə ruhlar... 

Günahsız, günahkar...  

 

P.Qəlbinurun fərdi bədii üslubunda lirik obraz 



– “Sən”  və  “Mən” qarşıdurmasında,  müxtəlifliyin 

birliyində  dəyərləndirmə,  əyarlandırma  davamlı 

poetik göstəricidir. P.Qəlbinur sözündə anafora və 

epiforaların, 

təkrirlərin 

çoxçalarlılığı 

var. 

Məhəbbət şeirlərində də belədir: 



 

Qara gözlərində işıqdan izim, 

Qara gecələrin çətiri bizim 

Aylı gecələrin ətiri bizim 

Gündüzlər hamının, gecələr bizim. 

 

P.Qəlbinur  poetik  fikri  təqdim  edəndə  fikrin 



(poetik  və  ya  publisistik  –  fərqi  yoxdur)  əhatəsi, 

parıltısı, parlaqlığı ola bilən emosinal siqlət misra 

boyunca  yayımlanır  –  sanki  müsbət  yüklü 

“elektronlar” naqil – misra boyunca axır və təsirli 

effekt yaradır: 

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə