Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

121 


 

 

 



 

 

122 



Lirik  “Mən”  –  “bu  gecənin  saat  beşini”,  bu 

gecənin metonimiyasını tək yaşasa da, onu həm də 

ümumiyə  aid  edir  (“Bu  gecənin  saat  beşi  tək 

deyil”). 

Və 

ümumilikdəki 



fərdiliyi 

belə 


ümumiləşdirir  ki,  “bu  gecənin  saat  beşi”  hər  gün, 

hər  gecə  təkrar  olunur,  –  deməli  lirik  “Mən”in 

sevgi, həsrət əzabı hər gün yaşanır: 

 

Bu gecənin saat beşi tək deyil 



Neçə-neçə mininci, 

Sənsiz keçən gecəmdi. 

 

P.Qəlbinur psixologizmləri canlandıranda daha 



həssas,  daha  incə,  daha  zərif  olur  və  ən  kiçik 

miniatürü  belə  seçib  süsləyir,  anın  psixologizmi 

obyektiv, statik olaraq fotolaşdırılır, anın psixoloji 

şəklini çəkir. Təbiət lövhəsi, etüdünün doğurduğu 

psixologizmi sənətkar belə canlandırır: 

 

Bu dağlarda görmüşəm 



Odla qarı qol-boyun 

Dan yeri qızaranda. 

 

Bəzən  anın  psixologizmi  şair  tərəfindən 



mənalandırılır,  subyektiv  dəyər,  meyar  qazanır,  – 

yenə də müəyyənlik təşbeh vasitəsilə olur: 

 

Sükutu – ləngərli əruz vəznidi,  



Hiddəti – dağları titrədən ürək. 

 

Epik  ünsürlər  də  şair  psixologizminə  – 



psixoloji təşbehlərə təkan ola bilir:  


 

123 


 

Hardasa bir sərçə sınmış qıçını 

Sürüyür özüylə quru çöp kimi... 

 

Təşbeh-assosiasiya 



şair 

psixologizminin 

ifadəsi üçün də əsas olur: 

 

Lalənin “qan təzyiqi” 



Neçə yüzü keçibdir. 

 

Şair  psixologizmin  ifadəsində  ən  kiçik 



“formatı”, qəlibi götürür, örtülü təşbehlər bir tərəfi 

ilə təsvir görümü, panoramı açır:  

 

Qışda sərçələrdən çiçəklər çinar. 



 

“Mən  səndən  ayrıla  bilsəm”  şeirində  obraz 

hicran,  həsrət,  intizardır.  Onun  məcazı  təbiət  dili 

ilə  ifadə  edilmişdir.  Şair  bu  şeirdə  təbiət-insan 

münasibətlərini, 

insan-təbiət 

oxşarlıqlarını 

poetikləşdirir: 

 

Dəniz sənin kimi dəlisov gözəl 



Mavi gözlərinin eynidi bu gün. 

Gah enir harasa dərinliklərə, 

Gah da qılınc kimi sivrilir, gülüm 

Baş qoyub sahildə ayaqlarıma 

Qılıqlı-qılıqlı tulalar kimi 

O yana, bu yana çevrilir, gülüm. 

 

 

124 



Əslində  Paşa  Qəlbinurun  bu  tipli  şeirləri 

postmodernist 

düşüncənin 

xüsusiyyətlərini 

canlandırır. 

Paşanın  təkrirləri,  əsasən,  leksik  təkrirlərdir. 

Bunlar  bədii  mətnin  müxtəlif  yerində  gələ  bilir, 

misraiçi  və  mətniçi  görünür.    Belə  təkrirlərin 

anafora,  epifora  olan  nümunələri  vardır.  Şairin 

daha  çox  istifadə  etdiyi  təkrirlər  misra  içi 

təkrirlərdir.  

 

Əlvida demirəm, əlvida sənə 



Mən öz ürəyimi qoyub gedirəm. 

                                 (“İşığın kölgəsi”) 

Gedirəm, gedirəm, gedirəm hələ. 

                                      

                                     * * * 

Quş olub, quş olub uça bilmərəm, 

Mən sənin əlindən. 

Sizin qanınızdan ölən olmayıb, 

Olmayıb, olmayıb, olmayıb, dünyam! 

 

Yox! Mənim dərdimdən ölən olmayıb, 



Yalandı, yalandı, yalandı yalan. 

 

P.Qəlbinurun anaforalarına tipik bir nümunə: 



 

Sənsiz 


           ürəyimdən daş asılıbdı, 

Sənsiz  nəğmələrim yanır dilimdə 

Gecənin əlində qalmışam, gülüm, 

Gecənin əlində... 

Yoxuymuş insafı gecələrin də!.. 

 

Mənim ürəyimdə gecələr həsrət 




 

125 


Mənim gözlərimə tökülür telin 

Mənim gözlərimdə çalınan nəğmən  

Gecələr yatmağa qoymayır, gülüm, 

Gecələr... 

Gecənin əlində qalmışam, gülüm, 

Gecələr yandırır xatirələri, 

Gecələr işıqla bürünür həsrət 

Gecələr üstümə tökülür mənim 

Gecələr, gecələr... 

                                   (“Gecələr”)  



 

Şairin epiforaları üçün də bir nümunə: 

 

Quş olub, quş olub uça bilmərəm, 



Mən sənin əlindən qaça bilmərəm. 

 

Assosiasiyalarla 



düşünmək 

P.Qəlbinurun 

üslubunda  şeirində  poetik  genişlikdir.  Onun 

assosiasiya  metaforaları  təsvirə  həm  də  əlavə 

keyfiyyət gətirir, ekspressivliyi gücləndirir: 

 

Üstü tozlu xatirələr 



Yarpaq-yarpaq yuyulur 

Yağış yağır... 

 

Assosiasiya  belədir  ki,  lirik  “Mən”in  ilk 



eşqinin  olacaqları  yağışlı  gündə  yağışın  əliylə 

oyanır,  yada  gətirilir.  Sonra  obraz,  assosiasiya 

belə  davam  etdirilir:  “Torpaq  üstdə  xatirələr 

göbələyi  –  qabar-qabar”.  Bu  orijinal  poetik 

nümunədə  mükəmməl  təşbeh  yaradılmış  (ada  su 

içində 


nədirsə 

– 

bir 



göbələyə 

oxşamaq 


 

126 


əyarındadır)  və  yaddaşda  yaşayan  xatirələrimizin 

ovqatını əyaniləşdirmişdir.  

Yağış  yağdıqca,  xatirələr  oyandıqca  –  ürək  də 

dil  açır,  kövrəlir,  sinirlənir,  “ürək  də  həmin 

xatirələrdən xəbər tutub sinədə at oynadır”:  

 

Yağış yağır...   



Gecə yağır 

Yatmışları oyadır 

Ürəyim də xəbər tutub 

Sinəmdə at oynadır. 

 

Yağışın  yağmağı,  xatiratların  oyanışı  şairin 



lirik  “Mən”ində  ürəyin  ritmi,  sürəkliliyidir. 

Ürəyin  çırpıntıları,  atın  ritmik  qaçışı,  yürüşü 

deməkdir, – bu isə şairin həssas duyumudur.     

Assosiativ  fikir  P.Qəlbinurun  poeziyasında 

ekspressivlik  yaradan  keyfiyyətdir.  O  səliqəli 

şairdir.  Onun  bədii  formasını  korlaya  bilən  “nə 

isə”  tapmaq  çox  azdır.  Hiss  olunur  ki,  şairin  yazı 

prosesi  ağır  keçir,  yaradıcılıq  laboratoriyasında 

rahatsızlıq 

olur. 


Bu, 

Paşanın 


görünür, 

zəhmətkeşliyi,  söz  məşəqqətli,  söz  işgəncəsi 

çəkməsi  ilə  bağlıdır.  Bir  nümunə  (“Mircavad 

Mircavadovun  hələ  çəkəcəyi  “ölüm”  tablosu” 

şeirindən): 

Yanmış arzuların külü – rəng, 

unudulmuş ana dillərini – 

Dənizlərin çoxalan ölü balıqlarını, 

Qarnı göyə ağ-ağ çək – 

Göylərin qəzəbini – infarktını 

İldırıma bax çək. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə