Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

127 


 

P.Qəlbinur assosiasiyadan fikrə, düşüncəyə yol 

götürən  –  belə  poetik  məqama  üstünlük  verən 

şairdir: 

Qızıl payız. Ömür yarı 

Əl uzanır sənə sarı, 

Yol uzanır sənə sarı... 

Gözlərimin kökü sarı. 

 

Sarı  –  ömür  qürubu,  yetən  payız  deməkdir. 



Poetik  paralellərlə,  oxşatmalarla  assosiasiya 

yaratmışdır  sənətkar.  Fikrin  məqamı  bircə  sətirdə 

“gözlərimin  kökü  sarı”  –  şəklində  sərrast  ifadə 

olunmuşdur.  

Şairin  obrazlarını  həmişə  sadə,  aydın,  konkret 

də təsəvvür etmək olmur. Paşanın elə təsvirləri var 

ki,  onlarda  obrazlar  birikir,  hətta,  –  kontekstdən 

alınır. Məsələn, metonimiya-metafora hibridi: 

 

Qışı qova-qova yazı gətirdin. 



 

“Qışı  gətirmək”  metonimiya,  “qışı  qovmaq” 

metaforadır.  

Yaxud metafora-təşbeh hibridi: 

 

Min il mürgü döyən dağlar kimiydim. 



 

“Dağların 

mürgüləməsi” 

metafora, 

lirik 

“Mən”in “dağa” oxşadılması təşbehdir. 



P.Qəlbinurun  bədii  üslubunda  obrazlar  qeyri-

adi, qulağımız, gözümüz öyrəşmədiyi müncərlərlə 

bağlı şəkildədir. Eyni zamanda bunlar emosiya və 

 

128 



fikirlə  o  qədər  yüklənir  ki,  misra  daxilində  söz-

sözə,  ifadə  ifadəyə  bənd  edilməklə  ekspressivliyi 

gücləndirir. Məsələn, litota şəklində: 

 

Gülün ləçəyində yeriyə billəm 



Şamın budağında əriyə billəm. 

Yaxud: 


İynənin gözündən əriyək keçək. 

 

P.Qəlbinur  mükəmməl  obrazlılığın  rəngin 



nümunələrindən  yarınmışdır.  Məsələn,  bir  poetik 

şeirində 

onun 

istifadə 



etdiyi 

obrazların 

müxtəlifliyinə bir diqqət edin: 

 

Hiperbola: 

Elmin yollarında qayalar sərt-sərt, 

Dişim-dırnağımla qopartdım sizi. 

Təzad (obyektlə subyekt arasında): 

Elmin yollarında ağır döyüşlər 

O sənin özünlə mübarizəndir.  

Oksimoron: 

Allahım, sən mənə şirin əzablar...        



Substansiya:  

Əlçatmaz, ünyetməz ucalar verdin. 



Epitetlər: 

Şəhid saatlarım, şəhid anlarım. 

 

Paşanın  şeiri  elmə  ibadətlə  yazılmış,  Allah 



fəzilətlərinin, 

mütləq 


zəkanın 

nuru 


kimi 

ideyalaşdırılmışdır. 

 Əyarlı,  qiyaslı  şeir  P.Qəlbinur  poeziyasında 

bir  poetik  siqlətdir,  çəkidir!  Obrazlı,  aforizmli, 




 

129 


hikmətli  misralar  şeiri  ucalı,  məramlı,  “minarəli” 

edir,  onu  Tanrıya  yaxınlaşdırır.  İdeya,  dəyər  də 

həmin hökmlərdə sonuclanır: 

 

Dünya insan sevgisindən 



Milyon dəfə kiçikdir. 

İnsan dünyadan böyük! 

Sən, balaca Ayanım 

hamıdan böyük, 

sevgisiz ömür – dünya boyda yük!..   

 

P.Qəlbinur  sanki  “tətiyi”  ayağa  çəkir,  zaman 



eyniyyətində  müxtəlifliyin  birliyindən  istifadə 

edərək, daha ciddi mətləbləri çözüb ideyanı hədəf 

götürür, bədii-fəlsəfi məntiqini hədəfə ötürür: 

 

Pişiklərin insan səsləri 



Tarın təzə həvəslisi, 

            Ozon dəliyi, 

Çirkləndirir gecəni... 

 

P.Qəlbinur  şeir  yazanda  diqqəti  mövzunun 



obrazlılığına  doğru  yönəldir,  təsvir  və  ifadə 

vasitələrilə 

misraları 

yükləyir, 

bənzərsizlik 

yaradır,  onun  bədii  intonasiyaları,  ritm,  poetik 

mətnə  təravət  gətirir,  lirik-analitik  məzmun  və 

təhkiyə,  poetik  dəyər  və  qiymət  bədii  bütövlüyün 

mündəricə keyfiyyətlərindən olur:    

 Paşa həmişə qafiyə işlətməyə meyil etmir: 

 

Şamı yazıq-yazıq... 



                     utandığından 

 

130 



Başı qoltuğunda gördüm o günü. 

                                 (“Şam”) 

Paşa  yazıqlığı,  mütiliyi  ifadə  etmək  üçün 

həssas  müşahidə  əsasında  şamın  yanmasını  yaxşı 

mənalandırıb: 

Şamı yazıq-yazıq... 

                     utandığından 

Başı qoltuğunda gördüm o günü... 

 

Yaxud  harda  gəldi  “baş  qırxmaq”,  özü  üçün 



mənfəət  düşünməyən  ifadəsi  olaraq  “Tanıdığım 

bir adam” şeirindən: 

 

Əyni – “Azalın” təyyarələri kimi 



nimdaş – təhlükəli, 

Beyni – yarımkürə. Kodu – yemək. 

Vətənə məhəbbəti – dəllək, dəllək, 

dəllək. 


 

P.Qəlbinur  poeziyasında  eyhamların  söz  altı, 

sətiraltı  mənalarından  da  geniş  istifadə  edir. Məs: 

hun  dili,  alman  dili,  nar  çubuğu  şairin  poetik 

təfəkküründə hansı mənanı doğurur? Alın yazıları 

ilə  olan,  alın  yazılarında  qalan  P.Qəlbinur  hərdən 

elə  görünür  ki,  belə  yazılara  qarşı  çıxır.  Onda 

“alın  yazısına  dağ  basmaq  istəyir”.  Bu  alın 

yazıları  nədirsə,  hər  halda  şairin  istəyi  kimi  hun 

dilində  (vəhylər),  hər  halda  türkün  ilkinliyində 

qalmağında  qərarlı  olan  deyildir.  Alman  dilində 

də eləcə – mədəniyyət dili kimi, yüksək bəşər dili 

kimi  eləcə!  Şair  “tale  yazılarını”  Allahdan  gələn 

kimi  Allaha  da  ötürmək,  qaytarmaq  istəyindədir. 




 

131 


Şairə  görə  bu  yazılar  nədirsə,  hər  halda  haqdan 

gələn  kimi  deyildir.  Heç  nədən  –  “ağdan” 

başlanğıc,  heç  nəyə  –  “ağa”  qayıdış  olmalıdır 

əslində. Şair bu səbəbdən: 

 

Mən alın yazıma dağ basa bilsəm, 



Qədim hun dilində yazardım onu... 

Qələmim olmasa, nar çubuğuyla 

Ya alman dilində cızardım onu, 

Ya da ki yazısız ağ vərəq kimi 

Atardım göylərə  

                          Allaha doğru...  

 

–  deyir.  Bu  tipli  şeirləri  yüz  yerə  yozmaq  olar. 



Paşanın 

şeirləri 

psixoloji-idraki 

olduğundan 

çoxqatlı fikir, düşüncə hökmünə malikdir.  

P.Qəlbinurun  poeziyasında,  əsasən,  “təmiz” 

mövzu,  bir  yerdən,  bir  mənbədən  başlanğıc 

götürən  mövzu  yoxdur,  “əhatəsi”  ilə,  əlvan 

motivləriylə qaynaqda olan mövzu vardır: 

 

Qum üstü səngərdi, 



Yerlə sürünən əsgərdi – 

Bakı bağlarında meynələr 

Üzü Qarabağa... 

Üzü Qarabağa qibləmiz... 

Qurbanların üzü Qarabağa... 

Qarabağdan doğur sabahımız 

Haydı Qarabağa. 

                          (“Qarabağ”) 



 

Yaxud:              

 

132 


Ömür faniliyi.                           

Bu dünyada nəyim var ki?! 

Bir canım var: 

        O da kirəlik...    

                

Paşa  müqayisələrdən  //  paralellərdən  də  çox 

istifadə edir (eynəkli əmi itlə, mən ürəyimlə): 

 

Dəniz kənarında  



İt gəzdirən eynəkli əmi 

Sən it gəzdirirsən 

              Mən  ürəyimi. 

 

“Ürəyimə  yağış  yağır”  şeirində  obyektiv  olanı 



subyektiv  müstəvidən  –  əyarlı  təqdim  etmə 

P.Qəlbinurda  poeziya  fərdiyyəti,  mətn,  kontekst 

müəyyənliyidir: 

 

Ürəyimə yağış yağır 



Damla-damla, ağır-ağır. 

Ürəyimə həsrət damır, 

Səssiz-səssiz, fağır-fağır. 

 

P.Qəlbinur 



azadələrlə 

(tək 


misra 

ilə), 


gözlənilməz  sətirlərlə  də  hədəfi  götürür,  anlarla 

yol gedir: 

 

Yol uzanır sənə sarı... 



Gözlərimin kökü sarı... 

 

“Sual” şeirindən: 



 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə