Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   21   22   23   24   25   26   27   28   29

 

111 


Mənli günlərini sıxma gözünə... 

             

*  *  * 

Sözüm tumurcuq tutub  

 

        o bahar nəfəsindən... 



 

Yaxud: 


O tər bənövşəlik 

 

 



    üzməyənindir... 

 

P.Qəlbinur 



poeziyasında 

təşbehin 

“yetişməsi”nin  bədii  dil  xüsusiyyətləri  var.  Onun 

təşbehləri 

çeşid-çeşid, 

rəng-rəngdir. 

Demək 

olarmı  ki,  aşağıdakı  təşbeh  örtülü  və  ya  açıq 



təşbehdir?  Belə  təşbehlərin  poetik  duyumu, 

özgünlüyü var:  

 

Sən yadıma düşəndə  



Xəzər boyda nanəliyim 

Həzin-həzin titrəyir...  

 

Yaxud:  


 

Bir qanad çaşır kimi 

Yuxuma girir uşaqlığım...    

          

 P.Qəlbinur  metaforadan  da  geniş  istifadə 

etmiş, 


onun 

əlvan 


poetik 

nümunələrini 

yaratmışdır. 

Şair 


metafora 

yeniliyini 

gözlənilməzliklərdən,  fəqət  mümkün,  təbii  ola 

bilənlərdən  yaradır  və  onun  poetik  sintaksisində 

sintaqmlar  (söz  birləşmələri,  ismi  birləşmələr) 

yeni görünür: 

 

112 


Uzun gecələrimdə 

Qaranlığın ətrisən, 

 

 

Sükutun səsi. 



 

“Ay  gecəyə  hicran  sıxır”  şeirində  təşbeh  və 

metafora  əvəzlənəndir.  Təşbeh  və  metaforada 

qiymətləndirmə və dəyərləndirmənin ifadəsinə aid 

bir nümunə: 

 

Yarpaqların titrəyişi –  



Bir şəlalə yaraşığı. 

(Qovur, qovur qaranlığı) 

Ay işığı. 

Yerə düşüb çay bir gümüş kəmər kimi... 

Dağlar çimir, köynəyində işıldaquş düymələri. 

Ay gecəyə hicran sıxır: 

Qızılgülün qönçələri –  

Çarpan ürək. 

Ancaq onu 

Sevməyənlər görməyəcək. 

Görməyəcək,  

Ay gecəyə hicran sıxır... 

Künc-bucaqda  

Dizin-dizin sürünməkdən 

Qaranlığın dili çıxır 

Ay gecəyə hicran sıxır... 

 

Metaforalar  təkrirlər  və  epiforalar  hesabına 



mətnə sürəklilik gətirir: 

 

İşıqlar içimnən keçib gedirlər, 



İnsanlar ruhumnan içib gedirlər, 


 

113 


Gedir, yollar gedir, çaylar gedirlər, 

Anlar, dəqiqələr, aylar gedirlər... 

Günəş batan yerə, nərgizlər yatan yerə... 

Bu nə kor karvanı, bu nə kəcavə?! 

 

P.Qəlbinur  şeirlərində  epitet  –  metafora  – 



örtülü təşbeh birliyindən də danışmaq olar: 

 

Yellənir Qalaylı Qayalar çayda. 



 

Şair  nəzərində  Qalaylı  Qayalar  –  əslində 

parlaq  dalğalardır,  dağ  kimi  oynayır.  Dağ  olub 

oynayır dəryada. 

Şairin  xitablı  metaforalarına  bir  nümunə. 

Ayanına müraciətlə: 

 

Gəl ürək, gəl görək, gəl boynuma min. 



Ürəyim boynumda 

                  dünyanı gəzək. 

 

P.Qəlbinurun şeirlərində satirik çalar nə zaman 



üzə  çıxır?  Özü  ilə  mühit  arasında  təzadda.  Şairin 

poeziyasında  psixoloji  təzadla  bərabər,  özü  ilə 

mühit  arasında  olan  təzad  da  vardır.  Sənətkarın 

bədxahları  ilə  “dialoqu”,  daxili  “monoloqu” 

başlayanda intonasiya dəyişir. “Pıçıltı” ilə danışan 

P.Qəlbinur  səsini  qaldırır,  düşmən  tərəfə  aman 

vermək istəmir. “Ay nuru kimi” şeirindən: 

 

Qurd kimi yalnızam, şir kimi güclü! 



Sən mənim yoluma çıxa bilməzsən. 

Sən deyən deyiləm; sən olammaram – 

Pul kimi hamının xoşuna gələm... 

 

114 



P.Qəlbinurun  etiraflarında  M.Yaqubun  istiliyi, 

səmimiyyəti  var.  Çünki  belə  etirafların  müncəri, 

əyarı  lirik  “Mən”in  daxili  təzad  keyfiyyətini  üzə 

çıxaran təbiətin özüdür, ona aid olanlardır: 

 

Mənim bir az – gülnən yaxınlığım var, 



Mənim bir az – aynan yaxınlığım var. 

Ayın nurundan çox üzdə həyam var, 

Kürün suyundan çox ilham payım var. 

 

P.Qəlbinurun  işlətdiyi  poetik  vasitələrindən 



biri  təzaddır.  Bədii  təzad  onun  poeziyasının  həm 

mətn-strukturunda,  həm  də  sətiriçi,  sətiraltı  ifadə 

vasitəsi  kimi  özünü  təzahür  etdirir.  Şairin  istifadə 

etdiyi  təzadlar  obyektiv,  obyektlə  subyektarası, 

habelə,  obyektin  doğurduğu  psixoloji  təzadlar 

kimi  ifadə  olunur.  Təzad  şairin  poeziyasında 

güclü poetik fiqurdur. Ümumən P.Qəlbinur poetik 

mətni  təzadlar,  daha  çox  psixoloji  təzadlar 

üzərində qurmağı təbii görür. Hesab edir ki, insan 

ömrü  bu  qədər  ki,  təzadların  ağuşunda  qövr  edir, 

deməli,  onun  bədii-fəlsəfi  də  daha  çox  təbii 

olmalıdır.  Bu  baxımdan  P.Qəlbinurun  təzadları 

obyektlə  obyekt  və  ya  obyektlə  subyekt  arasında 

nisbətdə azlıq təşkil edir. Onun təzadları daha çox 

subyektlə 

subyektin 

əksliyinə 

əsaslanan 

təzadlardır.  Yəni  sənətkar  əsasən,  özünü  ifadə 

etdiyindən  lirik  “Mən”lə  lirik  “öz”ü    arasındakı 

təzadları daha qabarıq əks etdirir. Bunlar psixoloji 

–  fikir  və  düşüncənin  emosiya  ağuşunda  ifadəsi, 

bərqi  olan  təzadlardır.  “Mən  ağ  işığam”  şeiri 

başdan-başa  təzad  üzərində  qurulmuş  şeirdir. 




 

115 


Mövzu  məhəbbətdir,  obraz  işıqdır,  subyekt  lirik 

“Mən”dir!  Şair  təzadı  hissin,  emosiyanın  təzadı 

kimi  yox,  fikir  və  düşüncənin  fəlsəfəsi  kimi 

qavrayır,  onun  fəlsəfi  fikrin  dərkində  isə  həmişə 

bir ağrı, bir iztirab olur: 

 

Mən indi hər yandan görünürəmsə, 



Səni mən görürdüm, 

İndi görmürəm. 

sındırdın sən məni, bilmədin ancaq 

mən ağ işığam. 

 

P.Qəlbinurun bədii üslubunda bəzən bir sözün 



və  ya  sintaqmın  (söz  birləşməsinin)  altında  belə 

metafora  –  antonim,  geniş  bir  məzmunu 

gücləndirən  emosiya,  işıq,  həyəcan,  təəssürat, 

xəyal  işarır.  Baxın:  “Çiçəklər,  çiçəklər  içsin 

səsimi”,  “Sənin  gözlərinin  dərinliyi”  kimi  deyim 

bənzərsizlikləri  mətn  boyu  şeiri  süsləyir,  işığı, 

boyanı  artırır,  emosiya,  intonasiya  rənglərini 

çoxaldır, təravətli edir. 

 

Bu yol taleyinin yol şəhərində 



Tufan döyəcləyir, didir içimi. 

Başıma yağışlar, yağışlar yağır, 

Yağışa qarışıb qarğışlar yağır. 

Ayaqlarım ağır, qollarım ağır, 

Bu necə göldür ki, bal dadır. 

Çiçəklər, çiçəklər içsin səsimi. 

Sənin gözlərinin dərinliyində  

Ölürəm... 

                                (“Dünya ətir gölündə”)  

 

116 



 

P.Qəlbinurun təzadlarında bəzən şeirin adı çox 

işıqlı  (“Dünya  ətir  gölündə”)  olur,  mətn-məzmun 

isə  həsrət,  kədər,  onun  şirin  yaşamından  hasil 

olur: 

 

Dənizdən boylanan mavi gözlərin, 



Həsrəti gözümnən axır dənizə 

Göydən ulduzumuz baxsa da bizə 

Biz ki, baxammırıq... 

Yerdə göz-gözə. 

                        (“Mən səndən ayrıla bilsəm”) 

 

Yaxud:  


Üşüyürsə 

               ağ ayının balası, 

Qışda gülə de 

               dərdini... 

 

Belə  nümunələrdəki  təzadlar  bədii  paralellər, 



bərabər sürətli misralar üzərində qurulub. 

P.Qəlbinurun 

şair 

“Mən”i 


psixoloji 

sarsıntılarını,  əzablarını  içdən  “oxuyur”;  halının 

tərcümanlığını  hər  an  yeni  obrazda  –  təsvir  və 

ifadə məcazlarında, o qədər sadə, səmimi verir ki, 

heyrət etməyə bilmirsən. P.Qəlbinur poeziyasında 

publisistika  imkanlarının  özü  belə  şeirlərin  poetik 

dərki üçün açılış verir: 

 

Sənsiz qalsam, 



qolları kəsilmiş fədai kimi 

yuxularımdan qan sızar 




Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə