Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

61 


rənglərində həm uyuşub qalmaq istəyir, həm  də o 

rənglərə  qarışmaqdan  qaçmaq  istəməyir.  Belə 

olanda,  poetik  mətn  öz  tamlığından  təqdim 

olunmaq  istəyir  tərəfimizdən.  Müəyyən  mətn 

parçası  doyumlu  effekti  verə  bilmir.  “Sən  özün 

yıxıldın,  ağlama  dünya”,  “Güllərin  üstündə,  nə 

duman,  nə  sis”,  “Yanmış  ocaq  yeri  var”  misraları 

ilə  başlayan  şeirlərdə  olduğu  kimi.  Biz  nümunə 

üçün  bir  poetik  faktı  –  “Göyərən  səs”  şeirini 

tamlığında təqdim edirik: 

 

Gecənin bağrında, 



 

 

Ay para qarğış... 



Qaranlıq, gecə qadağası, aramsız yağış... 

İşığın içində gül açmışam mən 

Buludun əynində, ruh biçimində, 

Yenidən dünyaya gəlmişəm deyən... 

 

O hansı nəfəsdi, o hansı səsdi? 



Mənim varlığımı dəyişdi belə. 

O hansı qüvvədi, hansı həvəsdi? 

Xəmiri çörəyə, qayanı gülə... 

 

İşığın içində İşıq göyərdi, – 



Bülbülün içində Səs göyərən tək! 

Neçə Rembrandta... dəyərdi, vallah! 

Bağrıma dedim ki, bu gecəni çək!  

Çək dedim ona. 

Batır əllərini mənim qanıma, 

Bu gecəni çək!.. 

 

 

62 



P.Qəlbinur 

həsrətin, 

hicranın 

rənglərini 

verdiyi,  portretini  çəkdiyi  kimi,  sevincin  də, 

toxluğun da rənglərini verir, – lakin yüksək əhval, 

nikbinlik  belə  şairin  poetik  dərkini  yenə  də 

“neqativə”,  yəni  həyati  olanın  ruhda  doğurduğu 

“natamamlığa” ötürür: 

 

Bəzən 



 

ayrılıram öz yükümdən –  

 

ağlımdan və eşqimdən. 



Yüngül bir şar kimi  

 

uçuram səmaya. 



Elə bil ki, 

Yoxuymuşam 

 

 

mən olan mən biçimdə, 



Həsrət deyilən şey yoxuymuş, Allah, 

Dərin-dərin bir kaha var içimdə... 

 

“Ucalardan  qorxanım”  şeirində  zirvə  ucalıq 



anlayışı  olaraq  mənalandırılır,  əvvəlcə  fiziki, 

bioloji,  sonra  isə  məntiqi,  poetik  olaraq.  Zirvəni 

fəth  etmək  iki  obraza  tuşlanıb  uçuş  götürür.  Biri 

şirin  hədəfə  doğru  sıçrayışı  (metaforik  –  təşbeh 

olaraq)  ifadə  etmək  mənasında.  Lirik  “Mən” 

deyir:  “Qollarımda  azman  gücü,  bağrımda  şir 

ürəyi döyünür”. Digəri qartalın zirvəni fəth etmək 

ecazını  ifadə  etmək  mənasında  (metaforik  olaraq) 

deyilir:  “Mən  qartalam,  ürəyimdən  qanadlarım 

böyüyür”.  Sanki  ibrət  vermək  üçündür  şeir.  Şair 

deyir: 

Ucalardan qorxanım 



Zirvələrdə şaxta, qar. 


 

63 


Yıxılmaq qorxusu, 

Yandıran şüalar... 

 

Şeirin  ən  poetik  yeri  son  bənddir  – 



konsovkadır.  Zirvə  şair  nəzərində  obraz  –  təşbeh 

olaraq  mənalandırılır.  Zirvə  zamanın  təkrarsız 

gözəlliyidir,  məğrur-məğrur,  iti  xəncər  gözlərin 

iliklərə  işləyən  ənginliyidir  (nə  gözəl!),  arzuların 

ulusudur, ciyər dolusu azadlıq iyidir. Hə gözəl! 

P.Qəlbinurun  “Rüşvətə”  şeirində  bu  yaramaz 

vərdişin  obrazı,  təşbehi  motorda  yanacaqdır,  son 

dayanacaqdır,  Vətəndə  pandemiya,  epidemiya, 

virus, yanğındır. 

Paşa  eyhama,  ironiyaya,  rişxəndə,  təşəxxüsə 

təsvirlə,  predmetləşdirmə  ilə  yox,  hissi-idraki 

səviyyədə  yer  verir.  Şair  bizim  məmləkətdə 

vəzifənin  doğurduğu  “gücü”  ifadə  etmək  üçün  – 

vəzifəm  yoxdur,  sözüm  keçmir,  –  hökmünü  belə 

mənalandırır:  

 

Beynimin, ürəyimin, qolumun gücü – 



Sözümün kəsərindən 

Milyon dəfə çox! 

Vəzifəm yox, babam,  

Bu məmləkətdə 

Vəzifəm yox!.. 

 

P.Qəlbinurda  giley,  ah-uf,  qəm-kədərin  özü 



yox,  onun  doğurduğu  fəlsəfəsi,  rəngi  var.  Lirik 

“Mən”  göstərdiyi,  etmək  istədiyi  qeyrətdən  gəlib 

illər uzunu, – bunu bilənlər də olub, – bilməyənlər 

də: 


 

64 


Yük oldu qeyrətim illər uzunu – 

Boynuma minənlər yəhər bildilər,  

Gözlərimdə çaxan ildırımları –  

Yadlar yox, doğmalar səhər bildilər... 

Ürəyim – əlləri qabar fəhlədi 

Neylədim qiymətsiz-urvatsız oldu. 

Mənim hər hüceyrəm qarışqa yüklü – 

Bu yükün altında qəddim əyildi... 

 

Lirik “Mən”in əzmi, qətiyyəti güclüdür: 



 

Qurşağacan yerə mismarlanmışam 

Dizimdə fil gücü, zəncir çeynərəm. 

Top atsan – elə bir qəzəbəm ki, mən 

 Onu nəfəsimlə durdura billəm!    

 

P.Qəlbinur  təşbehi  günün  adiliklərindən  də 



çıxarır: 

“Tut ağacı boyunca 

Tut yemədim doyunca” 

Balıq kürüsü kimi, 

Töküldülər getdilər 

Tut yemədim doyunca... 

 

Paşa  yaltaqlığın  təzahür  xüsusiyyətlərini  də 



yaxşı poetikləşdirir, mənalandırır: 

 

Mənim yollarıma daşlar helləmə... 



Mənim qanadlarım dəmir kimidi,  

Mənim yollarıma hellənən daşlar 

Dirilib quyruqlu tulaya dönür – 

Quyruq bulayırlar... tulalar indi. 




 

65 


 

P.Qəlbinurun bir çox miniatür şeiri ilk baxışda 

“soyuqqanlı,  etinasız”  görünür.  Çünki  belə 

nümunələrdə  hirs,  hikkə  yoxdur,  çox  şey  nəqli 

intonasiyada  oxucu  ixtiyarına  buraxılır,  –  sadəcə 

şair  düşündüklərini  özünəməxsus  şəkildə  poetik 

nəfəslə  təravətləndirib  təqdim  edir.  Metaforik, 

metonimik  məna,  fikir  naxışları  şeirlərdə  təzəliyi, 

işığı, parıltını gücləndirir: 

 

Bu yalanın  



          Qulağı çox uzundur, 

Bu yalanın usta kimi 

          əlləri də qızıldır. 

 

Yalan  P.Qəlbinurun  işlətdiyi    frazemlərin 

(xalq  ifadələri,  idiomları)  işləkliyi  ilə  yeni  forma 

qazanır.  Yalan  sahibinin  qanmazlığının  əlaməti 

(uzunqulaqlığı),  lakin  həm  də  “peşəkarlığı”  – 

yalan  ustası  olması  (əlləri  qızıldır)  orijinal  poetik 

təqdimatdır. Təşbeh yeniliyi də poetik işığı artıran 

müəyyənlikdir:  

 

Dənizin qabarma-çəkilmələri – 



Aşıq Ələsgərin qəbri – şeir mayağı – 

Sularda qaldı... 

 

Paşa 


bəzən 

poetik 


mücərrədliyində 

konkretlikdən (epik başlanğıcdan) çıxır, ünvansız, 

qeyri-müəyyən  duyulur.  Başa  düşmək  olmur  ki, 

(hər  halda  nə  isə  düşünmək  də  olar!)  belə 

misraların  mənbəyi,  ünvanı  haradır.  Altay 

Məmmədovun da yazdığı kimi “Paşa Qəlbinur öz 

 

66 


şeirlərində elə ifadələr işlədir ki, bunların yozumu 

xəyalı çox yerlərə, çox mətləblərə yönəldir”

1



 



Azadlıq kimi dadlıdır,  

Qafiyə kimi şirinsən... 

 

Sənətkar  “hər  şeydən”  poeziya  icad  etmir, 



onun  diqqətini  cəlb  edən  poeziya  nüvəsi,  epik 

başlanğıc,  maddi  və  mücərrəd  predmet  öz  obrazı 

ilə doğulanda Paşa şeir yazır – elə bu məqamında 

da mövzu, motiv yeni anlamda görünür. Zaman öz 

fəlsəfəsində,  poetik  özünüdərkdə,  çoxçalarlı 

görünür.  Şairin  poeziyasında  “zaman”  motivinin 

mövcud  bədii  ənənə  təcrübəsinin  izi  belə 

duyulmur. Baxın: 

 

Zaman – balıq kimi sürüşüb gedir 



Maral sürəyidir günlərim, Allah 

Hürküşüb gedir...    

 

P.Qəlbinurun  təbiət  mövzusunda  şeirləri  də 



vardır.  “Hər  hansı  bir  fikri,  duyğunu,  natural ruhi 

vəziyyəti poeziya  materialına çevirən belə obrazlı 

poetik  ifadə  tərzinə  Paşanın  hrə  hansı  bir  təbiət 

hadisəsi və onun konkret bir məqamını təsvir edən 

şeirlərində  də  tez-tez  təsadüf  edilir”

1

.    Təbiət 



mövzusunda  yazılmış  şeirlərdən  biri  “O  yay 

axşamı” 


adlandırılıb. 

Həsrətin, 

ovqatın, 

məhəbbətin  gətirdiyi  romantika  var  şeirdə. 

                                                

1

Al t ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əsri n  ast anası nda. 



Bakı:  “G əncli k ”,  1999,  s. 61

 

1



Ar i f  Abdull azad ə.  “R əngli  g ö

z  yaşl arı ” /    Alt ay M

əmməd o v.  

Q əlbi nur  poezi yası  XXI 

əsri n  ast anası nda.  Bakı:  “G əncli k ”, 

1999, s. 200

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə