Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

53 


deyə onun öz təkidi ilə qardaşını güllələyirdi. Ata 

düşmən əlinə keçməsin deyə öz qızını öz əlləri ilə 

güllələyirdi.  

Şair  “beynini  o  zaman  yeyirdi  ki”,  düşmənin 

namərd  əlləri  ilə  körpə  bir  uşağın  ürəyinə, 

köksünə,  üz-gözünə  süngü  sancılırdı.  On  səkkiz 

yaşlı  qızın  donmuş  ayaqları  kəsilirdi.  Öldürülmüş 

meyidlərin üzlərinin dərisi soyulurdu...  

Şair “beynini o zaman yeyirdi ki”, öldürülmüş 

oğlanların  gözləri  çıxarılırdı...  Qadın  şöbəsi 

həkimlərinin  tükürpərdən  söhbətlərini  eşidirdi. 

Körpə  uşaq  ölmüş  ananın  döşünü  əmirdi...  Ağla 

sığmayan 

vəhşiliyə, 

işgəncəyə 

tuş 


olmuş 

körpələrin, 

qadınların, 

kişilərin, 

qocaların 

meyidlərini  görəndə  sənətkar  “beynini  o  zaman 

yeyirdi”...  Və  əzabı,  ağrısı,  işgəncəsi  ilə,  həm  də 

cahada,  intiqama  çağırırdı.  Şair  qeyəti  əzab 

çəkəndə, çırpınanda, darda qalanda – saqqallıların 

tutulan 


əsir 

qızların 

səsi, 

naləsi 


səsgücləndiricilərlə uzaqlara yayılanda şair qeyrəti 

intiqam,  cahad  deyirdi.  Xocalı  qırğınının  11 

dəqiqəlik  kino-xronikasına  baxmamaq  üçün  45 

dəqiqə  mübahisə  edən  millət  vəkillərinə  görə, 

qeyrətsiz 

rəhbərlərin 

xəyanətləri, 

amansız 


düşmənlərimizin  murdarlığı  önündə  əyilməz 

Azərbaycan naminə intiqam deyirdi şair. Cahad – 

qan fışqırırdı. Şairin damarları, cahad! 

Bu cahadda, səfərbərlikdə şair  köməyi – qəbri 

düşmən əlində qalan Dədə Ələsgərin çəkdiyi ah – 

zəlzələdən  güclü  ruhudur!  Şah  Baba  İsmayıl 

Xətainin,  Babəkin,  Cavanşirin  qeyrətinə  sığınan 

torpağıdır!  Təbrizin,  Əlibəylinin,  Təbrizlərin  qanı 

 

54 


tökülmüş 

torpağı-daşı, 

ruhuyla 

ucalanan 

göylərdir!  Yüz  min  insan  beyninə  toxunan  şair 

əlləridir  –  Tanrının  verdiyi  töhfəsi,  uçuş-inam 

qanadlarıdır!  

Şair 


cahadında, 

intiqamına 

çağırışında 

inamlıdır,  qərarlıdır!  Çünki  “Daşa  varlığınla 

inansan,  daş  da  göyərər”  dərkini  babaların 

öyüdlərindən, ruhlarından öyrənmişdir. 

Allah dərki, Allah eşqi – bu əbədi inam şairin 

köməyidir.  O,  müqəddəs  ruhdur.  Bir  zərrəlik 

hüceyrəyə  dünyanı  sığışdırandır,  darda  olanların 

arxası,  pənahıdır.  Şair  bu  inamla,  bu  qüdsal 

qüdrətlə 

də 


Azərbaycan 

oğullarını 

ayağa 

qalxmağa,  bir-birinə  kömək  olmağa  çağırır.  Şair 



Vətəni çağırır. Cahad fışqıran damarları ilə Vətəni 

çağırır, 

cahad 

deyə 


çağırır. 

Müqəddəs 

müharibəyə,  son  döyüşə  həmişə  hazır  olmağa, 

sərhəd  qalmağa,  əsgər  qalmağa  çağırır.  Olum,  ya 

ölüm! Bu, sənətkarın Vətən var olsun, əbədi olsun 

deyə həmişə diri olan, ünlü qalan məramıdır!  

P.Qəlbinur 

poeziyasında 

sürreallıq, 

ekzistensiallıq  varmı?  Var.  Bu,  P.Qəlbinurun 

poeziyasında  aşkar  təsirdimi?  Əlbəttə,  yox.  Bu 

sadəcə  dünyanın  o  başında  da,  bu  başında  da 

yaşayan  insanın  eyni  cür  düşünmək,  fikir-məntiq 

yürütmək  təbiiliyidir.  Eyni  cür  duyğu  və 

düşüncəni  dünyanın  o  başında  da,  bu  başında  da 

bəşəri insan yaşaya bilər – məntiqində P.Qəlbinur 

belədir:  “Hər  eşqin  ölüm  kimi  ayrılıq  məqamı 

var...”.  Tənqidçi-ədəbiyyatşünas,  prof.Ş.Salmano-

vun  da  qeyd  etdiyi  kimi:  “İnsan,  onun  sevgisi  və 



 

55 


düşüncəsi, yaddaşa bağlılığı, insanın işıq və sevgi 

həsrəti Paşa şeirlərinin özəllikləridir”

1

.    


Bəzən  sənətkar  özü  də  istəmədən  əsəbi, 

ehtizazlı hallar keçirir, həyatın sərt, acı həqiqətləri 

haqqında əsəbi düşünür:  

 

Əlim pula dəyib, 



Dula dəyibdir 

Şeir gəlmir eynimə. 

Bir qotur ləzzəti, it sədaqəti 

Gələ şeirimə. 

 

Paşa  da  B.Vahabzadə,  M.Araz,  X.Rza, 



N.Həsənzadə  və  başqaları  kimi  ömür  haqqında 

yazıb.  Fəqət  necə?  “Özümə  qıymadım  bu  gözəl 

ömrü”  şeirində  An  –  P.Qəlbinur  poeziyasında 

fəlsəfi  tutumdur.  Paşa  elə  yazır  ki,  hər  hökm, 

təsvir,  qənaət  bir  an  iz  buraxır;  sanki  şeirlər 

oxunanda  zaman  davam  etmir,  bir  an  kimi 

qurtarır:  Ömür  –  həyatın  rəngi,  təravəti,  yaraşığı, 

ölüm  –  taxta  qaşığa  qiyas  edilmiş  qobudur. 

Mənalandırma  və  qiyas  (bənzətmə)  P.Qəlbinur 

poeziyasının canıdır. 

 

Ömür gedir yaraşıqda, 



Ölüm taxta qaşıqda. 

 

P.Qəlbinur lirikasında dünyanın da obrazı var. 



Bu,  bəzən  mətn-strukturda,  bəzən  isə  azadə 

                                                

1

Ş am


il  Salm anov  /  Alt ay M

əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 191 

 

56 



misrada  ifadə  olunur.  Paşanın  azadələrindən 

(müfrəd)  bir  nümunə:  “Duzlusan,  dadlısan, 

məzəsən, dünya...” 

P.Qəlbinur  içdən  yazır,  yəni  içdən  yanır.  Nə 

dediyini  ürəkdən,  bağrından  bilir.  Əzabında  da, 

ağrısında  da,  sevincində,  səadətində  də  bu 

təzaddakı birliyi sonacan, için-için yaşayır: 

 

İçdin gözümün yağını 



Mən səni sevdikcə dünya, 

Oydun mənim gül bağrımı 

Sənə – can dedikcə, dünya. 

 

“Dünya”  şeirində  ənənəvi  mövzuya  fərdi-



psixoloji  dəyər,  qiymət  vermək  müəyyənliyi  var. 

Firdovsinin ölümünə, Sultan Mahmud Qəznəvinin 

Firdovsiyə  qızıl  vermək  xilafına  görə  yazılıb  bu 

şeir: 


Nə qədər haqlıya haqsızlıq satıb, 

Aləmin dərdini dərdimə qatıb, 

Qəlbinur, bilginən tez-tez aldadıb 

Bir ustad eləyir naşını, dünya. 

 

P.Qəlbinurun  “Səbr”,  “Duyğu”,  “Tanı”  kimi 



şeirləri 

psixoloji 

ovqatda, 

mənəvi-fəlsəfi 

plandadır: 

 

Bu dünyanın səbri 



Vaqif Səmədoğlunun səbri qədərdir. 

(“Səbr”) 

Gecələr görünmür – duyulur dəniz... 



(“Duyğu”) 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə