Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   ...   29

 

19 


ki,  biz  ürəyimizdən  həmişə  pay  umuruq  sanki 

dilənçi  kimi.  Ürək  bizi  dolandırır,  yaşadır.  Öz 

varı,  öz  səxavətilə.  Sadəcə  belə...  Şeirdə  şairin 

psixologizm  üçün  müəyyənləşdirdiyi  obraz  – 

təşbeh,  doğrudan  da,  yerindədir.  Bəzən  lirik 

“Mən” o qədər əzab çəkir  ki, heç nəylə toxtaqlıq, 

təskinlik  tapa  bilmir.  Psixoloji  təzad,  şeir  mətni 

üçün müəyyənlik qazanır: 

 

Sinəsi dağlıyam, bağrı dağlıyam, 



Bu nur şəlaləsi duyammaz məni. 

 

P.Qəlbinur  şeirlərini  bir  nəfəsə  yazmayır, 



əziyyətlə,  içdən  yazır.  Bəzən  o,  bir  şeirin  sonuna 

1982-1984  (“Bu  gecənin  saat  beşi”)  yazır. 

Halbuki kiçik bir şeirdir. 

Paşanın  şeirlərini  asanlıqla  başa  düşmək,  dərk 

etmək  olmur.  Bəzən  qeyri-müəyyən  qavrayış 

şeirlərindəki 

fikir 

və 


düşüncəni 

psixoloji 

hissiyyatları  ilə  birlikdə  “min  yerə  yozur”.  Yəni 

P.Qəlbinur 

poeziyası 

intellektual 

poeziya 

olduğundan  oxucudan  yüksək  fəlsəfi  səviyyə, 

hazırlıq,  poetik  zövq,  həssas  duyum  tələb  edir, 

deməli, həm də hazır oxucu istəyir.    

Paşa  həssas  şairdir,  ürəyinin  səsi  ilə  şeirə 

intonasiya,  ahəng  gətirir,  təmkinlə  danışmağa 

meyilli  olur.  Şairin  obrazları  şeirimizin  ənənəvi 

olanlarından  ayrılır;  ilk  baxışda  gözümüz, 

zövqümüz 

öyrəşmir 

təşbehlərə, 

təşbehlər 

silsiləsinə,  əslində  obrazın  yaratdığı  təsvir  – 

əyaniləşdirmə, qavrayış və təsəvvür poetik effekti 

artırır; şeirin dadı-tamı ilə duyğulanırıq: 

 

20 



Bir yağışlı gündə, 

Qurbağa qədər sevinə bilsəm – 

Bu dağı aşa bilərəm... 

Bir yağışlı gündə, 

Qarışqa qədər darıxa bilsəm – 

Zorilərlə savaşa bilərəm... 

 

Bir meynə barmağı, 



Bu acı torpaqdan 

Döşünə bal yığırsa, 

Arzularım çin olacaq... 

 

Barmağımın ucunda  



İşıqlar çimçəşirsə 

Qaranlıqlar dağılacaq 

Gün olacaq...  

 

  P.Qəlbinurun  şeirlərinin  hər  biri  əslində 



analiz  predmetidir.  “Onun  şeirləri  istər  mövzu, 

istərsə  də  forma  baxımından  kifayət  qədər 

rəngarəngdir. 

O, 


istənilən 

mövzunu 


özününküləşdirməyi  bacarır,  hətta  poeziyanın 

min  illərdən  bəri  müraciət  etdiyi  ənənəvi 

predmetlərə  də,  yeni  gözlə  baxa,  onların  indiyə 

qədər  diqqətdən  yayınmış  hansısa  cəhətini, 

xüsusiyyətini üzə çıxara bilir. Paşanın şeirlərində 

diqqəti  çəkən  başqa  bir  cəhət  şairin  müəyyən 

ölçü  daxilində  eksperimentdən,  fəal  forma 

axtarışından 

sərf-nəzər 

etməməsidir”

1

.   


                                                

1

Vi l ay ət  Quli yev  XXI  əsr d ə  g ö



r ü

ş ən əd ək  /  Alt ay M

əmməd o v.  

Q əlbi nur  poezi yası  XXI 

əsri n  ast anası nda.  Bakı:  “G əncli k ”, 

1999, s. 184

 



 

21 


P.Qəlbinur  poeziyasında  –  motiv,  psixoloji 

müxtəliflik  o  qədər  zəngindir  ki,  onlarda 

qruplaşma, ümumiləşdirmə aparmaq əslində çətin 

olur. Bununla belə, biz “nəyisə”, – bu “nəyisəni” 

tapmaq  isə  həmişə  asan  olmur,  –  əsas  götürüb 

təhlil aparırıq.    

 

   


 

22 


İkinci fəsil 

 

Şairin poeziyasının bədii obrazları və 

ideya-məzmun xüsusiyyətləri 

 

P.Qəlbinur  folklor  nümunələri,  xalq  ifadələri, 

məcazları,  idiomları  ilə  təsvirləri  əyaniləşdirir. 

Məna,  fikir  mətnə  “möhürlənir”.  Sənətkar  bu 

kontekstdə daha görümlü olur:  

 

Dilimi çaldın, ay ilan! 



Gözümü tökdün, ay şeytan! 

Əlimi kəsdin, ay cəllad! 

Yağımda qovurdun məni... 

İçindən qovulan adam –  

Getməyə yerin qalmadı. 

Gölündə boğuldum dünya  

Bir saman çöpün olmadı. 

 

Bəzən  pıçıltı  ilə  danışan  sənətkar  sərt 



həqiqətlərdən  yazanda  sərtləşir,  lap  kəsə  yol 

götürür,  mətləbini,  məramını  birbaşa,  yaxın 

məsafədən deyir, çünki vətəndən danışır. 

 

Qoyunların buynuzsuz doğur, 



Qurdların sığır. 

İlan-çayan çıxır 

Seçki qutularından... 

 

Qartalların neft qusur, 



Şairlərin susur... 


 

23 


Masamda sapsarı – 

vərəmli səməni 

Dilənçi kökünə kim saldı səni, 

Vətənim? 

 

P.Qəlbinur  poeziyasında  da  Vətənin  obrazı 



yaradılıb.  “...  Onun  poetik  aləmində  fərdiliklə 

ictimailiyin, 

“MƏN” 

və 


“DÜNYA” 

münasibətlərinin  uğurlu  nisbətindən,  intim  hisslər 

çərçivəsindən  kənara  çıxıb  çağdaş  İNSANLIĞI 

narahat  edən  hadisələrə,  problemlərə  maraq 

göstərməsindən,  ana  yurd,  vətən  dediyimiz  bu 

torpağın 

rəngarəng 

gözəlliklərinə 

sevgi 

bəsləməsindən  və  bu  sevgini  bütün  çalarlarıyla, 



dərdləriylə,  ağrı-acılarıyla  birgə  canlandırmaq 

ehtirasından  bəhs  etmək  olar”

1

.  Paşa  Vətənə 



çatmağı  “tərənnüm”dən  başlamır,  “təsvir”dən  yol 

götürmür.  Vətənə  doğru  Sabir,  Mirzə  Cəlil, 

müasir 

günümüzdə 



Ramiz 

Rövşən, 


Vaqif 

Səmədoğlu, 

Vaqif 

Bayatlı 


kimi 

gözlənilməzlikləriylə 

yol 

gedir, 


Vətənə 

ağrılarından  keçib  yetmək  istəyir.  Şair  Vətən 

yolunda  dizin-dizin  sürünməyi,  deməli,  ona  cani-

dildən  xidmət  etməyi  oğulluq  hesab  edir. 

P.Qəlbinur  Vətənə  tibbi-bioloji  nəzərdən  qiymət 

verəndə,  ənənə,  dil  doğmalığı  ilə  bərabər,    elmin 

məntiqini  də,  fəlsəfəsini  də  gətirir  şeirlərinə. 

“Vətən”  şeirində  olduğu  kimi.  Şairə  görə 

Azərbaycan 

müstəqil 

düşüncənin, 

müstəqil 

                                                

1

Adi l M



irseyi d.  İşı q m

etaforası.  Alt ay M

əmm ədov.  Q əlbi nur 

poezi yası  XXI  əsri n  astanası nda.  Bakı:  “G ənclik ”, 1999,  s. 202

 

 

24 



mövqeyin  (vətəndaş)  yoxluğu,  sərvəti  özgənin 

olan,  yeri-yurdunu  qürbət  bildiyi  insanların 

ölkəsidir. 

Sənətkar 

Azərbaycanın 

dünya 


siyasətində 

gücünü, 


yerini 

arzulayır. 

Şair 

narahatlıqla,  həyəcanla  Çeçenistan,  Dağıstan, 



Əfqanıstan  silsiləsində  Azərbaycanı  da  görmək 

istəyir: 

Çeçenistanda –  

qarışqa fili yıxır... 

Dağıstanda –  

anaş toyuq ilanı... 

Əfqanıstan – 

yeddi başlı əjdahanı... 

Azərbaycan hanı, hanı? 

 

 



Qulları ali təhsilli, 

Nökərləri alim olan. 

Torpağının altı-üstü sərvət olan 

Vətənləri özlərinə qürbət olan 

Bir ölkə var 

 

 



bu dünyada...  

          

Sərt  ittihamdır.  Şair  Azərbaycan  mənliyini 

birliyə səsləyir.  

Paşa  “Duz  saray”  şeirində  birlik,  həmrəylik, 

ünsiyyət, 

səmimiyyət 

düşüncəsini 

tarixin 

“gözündən 

keçirib” 

təzə 


poetik 

duyumda 


günümüzə  yetirir.  Naxçıvan  Duz  mədənində  8 

otaqlı  qədim  saray  tapılmışdır.  Şair  bu  faktı 

mənalandırır: 

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə