Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   ...   29

 

bu  səbəbdəndir  ki,  şairi  tərcümə  edən  Yevgeni 



Reyn  yazır:  “Qəlbinurun  poeziyasında  tanıdığım 

böyük  şairlərdən  daha  güclü  şeir  enerjisi  və 

dünyanın 

heç 


bir 

şairini 


yada 

salmayan 

bənzərsizlik var. O, əsl şairdir”

1

.  



P.Qəlbinurun  şeir  formaları  öz  suyunu 

M.Müşfiq, R.Rza poeziyasından içir. Anaklazalıq, 

yəni 

hecalı 


sərbəst, 

sinkretik 

vəzn 

onun 


yaradıcılıq  üslubu,  bədii  mətni  üçün  səciyyəvidir. 

Baxmayaraq  ki,  o,  hecada  da  rahat  yazır.  Paşa 

xarici ədəbiyyatı da oxuyur. Onun poetik ruhunda 

Nazim  Hikmət  da,  Verxarn  da,  Uitmen  də,  Jarov 

da, Bezımenski də,  Anna  Axmatova da, Zoşşinko 

da 


duyulmaqdadır. 

“Onun 


bütün 

şeirləri 

mövzusundan, üslubundan asılı olmadan, hecadan 

da  yazanda,  sərbəstdən  də  yazanda  cazibədardır, 

ürəyə  yatımlıdır.  Doğma  Azərbaycan  türkcəsinin 

zəngin  söz  xəzinəsindən  və  bu  xəzinənin 

rəngarəng  çalarlarından  gərəyincə  faydalanmağı 

vardır  –  obrazlı  danışır,  lakin  şeirinin  obrazlılıq 

gücü  onun  bədii  məna  və  məntiqindədir:  Canlı 

danışıq  dilindən  alınan  və  hətta  ilk  baxışda  bəlkə 

də adi, bəsit, donuq və soyuq təsir bağışlayan söz 

və  söz  birləşmələri  belə  Qəlbinur  şeirində  odlu, 

koloritli bir məzmun daşıyıcısına çevrilir”

2



                                                

1

  Yevgeni  Reyn./ 



Altay  Məmmədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 197 

1

Az a d ə R ü



st əm ova  /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 197 

 

 

2



 

 

 



 

 

10 



P.Qəlbinur  N.Hikmət,  M.Müşfiq,  R.Rza, 

F.Qoca,  Ə.Kərim,  V.Səmədoğludan  öyrənib.  Bu 

poetik  mətndə  Ə.Kərim  nəfəsi  nə  qədər  səmimi 

duyulur!  

 

Zirvələrdə 



Zamanın təkrarsız gözəlliyi – 

Məğrur-məğrur, iti xəncər gözlərin 

İliklərə işləyən ənginliyi, 

Arzuların ulusu 

Və bir də 

Azadlıq iyi, 

Ciyər dolusu. 

(“Ucalardan qorxanım”) 

 

Paşanın 


“sərbəst” 

şeirinin 

səciyyəvi 

xüsusiyyəti 

budur 

ki, 


heca 

ilə 


sərbəstin 

texnologiyasından 

– 

anaklazalıqdan 



forma 

müəyyənləşdirir.  Hətta,  o,  mətnin  sonunda 

“gözlənilməzliklərdən” də çox yararlanır.  

 

Lap qısa şeir deyirdi  



İlyas Ər Nəfəs 

Çin dilində, 

İt dilində... 

 

P.Qəlbinur  poeziyasında  ənənəvi  bənd-qafiyə 



sistemi  azdır,  zəifdir.  Sərbəstlə  hecanın  qovuşağı 

olan  mətn  müəyyənliyi  –  lakin  Azərbaycan 

şeirinin verdiyi poetik imkanlar güclüdür: 

 

 




 

11 


Gözlərinin şövqüylə oyanmış, 

Yanağının rənginə boyanmış, 

Məhəbbətimdən  

Götür saxla bir az. 

 

Vicdanımdan yoğrulmuş, 



Ürəyimin odunda qovrulmuş, 

Məhəbbətimdən 

Götür saxla bir az. 

 

Sənətkar  ənənəvi  formalarda  yazmır  (qoşma, 



gəraylı,  müxəmməs  və  s.).  Bu  şəkilli  az  şeiri  var 

Paşanın. 

Onun 

poeziyası 



daha 

çox 


sintezləşdirmənin  nümunəsidir.  Bu,  onun  poetik 

düşüncə  tərzinin  fərdiyyətindən,  orijinal  təsvir-

ifadə  vasitələri,  bənd-qafiyə  quruluşu,  janr 

formaları  axtarışlarından  gəlir.  Amma    Paşa 

ənənəvi  formanı  işlədəndə  də  təzə  görünür;  

mənalandırma, 

dəyərləndirmə, 

müncəretmə 

keyfiyyəti, fikir və düşüncənin həssas deyim tərzi 

ilə 


ifadəsi 

və 


başqalarında. 

Görkəmli 

ədəbiyyatşünas Azadə Rüstəmovanın yazdığı kimi 

“Ənənədən yenilikçi ruhunda barınmanın ən bariz, 

parlaq nümunəsidir Qəlbinur şeirləri”

1



 

Lalədən həyalı, göydən çətirli 

Pəmbə buludlardan kirşanlı dağlar. 

Nanədən, yarpızdan, baldan ətirli 

Durna qatarına nişanlı dağlar. 

                                                

1

  Azad ə R ü



st əm ova /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI 

əs r i n  ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 197 

 

 

12 



Yarpız sinəsində kəklik düymələr, 

Bağrında narahat ürək döyünər, 

Əzəldən qaçağı tülə bürüyər. 

Yağıya sinəsi daşdandı – dağlar. 

 

Bu gecə Şuşada əllərim göydə... 



Gördüm qaranlıqdı – bu dünya boyda. 

Özüm daş, qeyrətim – bir göy quşuydu... 

Bağırdım! Zülmətə daşdandı dağlar. 

 

Paşa  hər  şeyi  özü  demir,  eyhamlardan, 



simvollardan,  işarələrdən  həssaslıqla  istifadə edir, 

düşüncənin  bir  tərəfini  açıq  qoyub  oxucuya 

ötürür, “oxu” məni, düşün deyir: 

 

Bayıldım... ayıldım, gördüm yuxudu, 



Dağlar Koroğlunun qeyrət ruhudu. 

Mənim təpərimi istilər uddu –  

Ələn göz yaşınla, yaşınla dağlar. 

 

O buz bulaqların soyutmur məni, 



Şehli gecələrin uyutmur məni. 

Silmə yaddaşımnan olub-keçəni, 

Elə bir qurbanın – Paşadı, dağlar. 

 

Paşa  bəzən  ədəbi  dilin  tələffüz  (orfoepik) 



normasının 

xüsusiyyətlərindən 

də 

yarınır. 



Fikrimizcə,  bu,  həmişə  yaxşı  hal  deyil:  “Silmə 

yaddaşımnan 

olub-keçəni” 

misrasındakı 

“yaddaşımnan”  sözü  “yaddaşımdan”  şəklində 

yazılmalıdır.  Təbii  ki,  bunun  ifadə,  tələffüz 

norması oxucu üçün “yaddaşımnan” şəklidir. 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə