Əlizadə Əsgərli



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix16.08.2018
ölçüsü5,57 Mb.
#63564
1   2   3   4   5   6   7   8   9   ...   29

 

25 


Deyirlər ki, 

Ucaboylu Burla xatun, 

Qorqud babam 

Sənə 


Bu gün mənə deyiləsi 

Söz tapşırıb. 

Nəsil-nəslə  

Min illərlə qurtarmayan 

Dağ tapşırıb, duz tapşırıb. 

 

Bəzən 



məramını, 

məqsədini 

ayrı-ayrı 

düşüncələrdə  ifadə  edən  şair,  bəzən  də  birbaşa 

hədəf  götürür.  Bayatı  formalı  şeirdə  siyasi 

düşüncəni, milli birlik ideyası, çağırışı aşılayır: 

 

Qızılda ətim dayanmır, 



Sümükdə itim dayanmır 

Bölünənlər bir oldular 

Niyə millətim oyanmır?! 

 

P.Qəlbinur  poeziyasında  da  Araz  ayrılmaların 



obrazı  olaraq  mənalandırılır.  “Xəyalımda  yallı 

getdi  dağlarımız”  şeirində  Arazın  poetik  fikir 

baxımından ifadəsi orijinaldır:  

Dağlar – əzəmət, qürur – millət qüruru 

Araz – gözümün işıq çəkən damarında itən...çay... 

İşıq aydınlıq, sərhəddir – Arazı itirəndir. İdeya 

belədir: 

Bax, indicə 

Xəyalımda yallı getdi dağlarımız, 

Araz boyu, 

Tikan-tikan məftilləri 

 

26 



Xıncım-xıncım elədi 

Yallı getdi dağlarımız 

Araz boyu... 

Ciyərimin cadar-cadar təşnəsindən 

Axıb-axıb getdin, Araz 

Gözlərimin işıq çəkən 

Damarında itdin, Araz... 

 

Sənətkarın  “Üç  alma”  şeirində  Araz  –  sərhəd 



ayrılığı şairin lirik qəhrəmanını səbrsiz edir, nəfəsi 

çatmır ki, ayrılığa dözsün: 

 

Üç alma düşəydi göydən, üç alma, 



Biri bu tayına düşüb bitəydi, 

Biri o tayına düşüb itəydi. 

Alma daşınaydı Xüdafərindən 

Almalar Araza düşüb itəydi 

Almalar Araza batıb çıxaydı. 

İldırım çaxaydı, şimşək çaxaydı 

Göylərin bağrından Araz axaydı. 

Üç alma düşəydi, göydən üç alma 

Mənim Araz arzum, 

Araz muradım 

Gözümdə qalma sən, gözümdə qalma. 

 

P.Qəlbinur  Vətən  obrazında  İnsan  görür, 



İnsanda 

Məhəbbət, 

Məhəbbətdə 

Gözəllik, 

gözəllikdə  Azadlıq  görür.  Fikrət  Sadıq  yaxşı 

yazır:  “İnsan  –  insan  olandan  insan  olmaq 

bəşəriyyətin  ən  ülvi  arzusu  olub  bu!  Yalnız 

İnsanlıq  olan  yerdə  həyat  var.  Həyat  olan  yerdə 

Məhəbbət  var.  Bu  üçü  bir  olan  yerdə  də  Gözəllik 



 

27 


var.  Bu  dördü  birləşəndə  Azadlıq  da  gərəkdir  ki, 

bir  ömür  yaşana!”

1

.  “Azadlıq  deyirəm”  şeirində 



Azadlığın  nisbi  həqiqət  meyarları,  psixoloji 

dəyərləri  ifadə  olunur.  Azadlıq  –  həsrət  ideyası 

Durna  simvolu  ilə  mənalandırılır.  Şeir  başdan-

başa 


assosiasiyalar 

üzərində 

qurulmuşdur. 

Psixoloji  ağrı,  əzab  şeiri  təhkiyə  boyu  bürüyür  – 

şair 

əzab 


çəkir. 

Təkrarsız 

təşbehlərdən, 

eyhamlardan,  əyaniliyin  epik  nüvəsindən  çıxış 

edən  şair  mücərrəd,  fərdi  Azadlıq  İnsanını 

psixoloji,  hissi-emosional  olaraq  əyaniləşdirir. 

Şair  Vətənin  maddi  nemətlərinin  onun  özü  üçün 

həm  də  bir  bəla  olduğunu,  varından  həm  də  əzab 

çəkdiyini  anlamaq  dərdi  ilə  ifadə  edir.  Fərdi 

əzabları  ilə  üz-üzə,  göz-gözə  qalan,  etiraflarında 

didilib-parçalanan  lirik  “Mən”  bəzən  sustalır, 

qovrula-qovrula  qalır,  yalnız  “sətiraltı,  sözaltı 

eyhamlarla,  sinekdoxalarla,  metonimiyalarla  – 

azadlıq  əleyhdarlarını  qarğımaqla  təsəlli  tapır. 

İnsan  özünün  fiziki  gücü  ilə  deyil,  daxili  ahları-

amanlarıyla soyumaq istəyir: 

 

Azadlıq! – deyirəm,  



Hər ayıma yüz ... verib 

        Minə!!! 

Əyin satan dilbazlar. 

Əsəbimdə yallı gedən  

Kəndirbazlar, 

Saqqallılar, dazlar... 

                                                

1

  Fi kr ət  Sadı q  /  Alt ay M əmm ədov.  Q əlbi nur  poezi yası  XXI  əs r i n 



ast anası nda.  Bakı:  “G əncli k ”,  1999,  s. 210

 

 



28 

Sizə mənim gücüm çatmır,  

     Ahım çatar!.. 

 

Təəssüf ki, bəzən Paşa tam ciddi, özü də əzabı 



ilə  olanı  mətləbi  elə  sonluqla  qurtarır  ki,  buna 

təəssüflənirsən, acığın da tutur ki, niyə belə poetik 

şeiri zəif sonluqla qurtarır? Bilmirəm.  

 

Eheyy!!! 



“Göydən gələn beş durnalar”, 

Alın mənim bu naləmi. 

Alın mənim bu naməmi –  

Ötürün göylər tərəfə,  

Ötürün göylər tərəfə. 

Qayıdıb çatar hədəfə 

Ya “nehrədə”, 

Ya “nimçədə”...  

 

 Paşa  Qəlbinur  “Hörümçək  torunda  can  verən 



cücü”,  “Sən  buda”,  “Qeybdən  səslər”  şeirlərini 

azadlıq  mövzusunda  yazmışdır.  “Sən  buda” 

şeirində 

azadlıq 

düşmənləri 

“nəmənələr” 

adlandırılır.  Allaha  xitab  P.Qəlbinurda  bir  forma-

məzmun yetərliyidir. Lirik “Mən”in Allaha etiqadı 

həmişə  onun  natamam  olmasından  boy  verir, 

“bəlkə  bizi  sən  budasan  göyərə  bilək,  ilahi”  – 

deyir.  Lirik  “Mən”  hər  dəfə  Allahı  ilə  olanda 

tamlaşır. 

Azadlığın 

doğurduğu 

assosiasiya 

P.Qəlbinurda belədir: 

 

“Azadlıq” – deyəndə  



Yeddi yerdən  


 

29 


                   

 

30 



dodağımız çatladı... 

Azadlığa çatanda  

       Yerinə duz səpdilər... 

       Yetmiş il yağı yığdılar 

                                ağı qaldı. 

        Müşfiqlərdən, Cavidlərdən 

            Göz dağı qaldı...  

 

Şair  Azadlıq  obrazını  “Hörümçək  torunda  can 



verən cücü” şeirində də orijinal ifadə edir: 

 

Hörümçək torunda can verən cücü, 



Sənin azadlığın mənim əlimdə 

Bir su içimi... 

Hörümçək başının üstünü alıb, 

Mənim taleyimsə bir özgəsinin 

Bircə imzasından asılı qalıb... 

 

Həmişə  konkret, predmetli təsvir yolu  götürən 



sənətkar  “Gecə  gözlərimdə  böyüyüb  mənim” 

şeirində 

poetik-publisistik 

biçimlə 


azadlığın 

ümumi bədii obrazını canlandırır:  

 

“Azadlıq qovulub, xəstəlik qalıb”,  



Müstəmləkə sözü – cövhəri ləkə. 

Ləkə poladlaşıb, lövbərin salıb 

Oğullar gərəkdi süngünü çəkə,  

Çəkə bu süngünü, bağrımdan çəkə, 

Babamız qızılı duza dəyişib, 

Siz mənim qan axan yaralarıma 

Duz səpin Azadlıq göyərdi bəlkə?! 

 



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə