Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

50 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
DAŞQIN QƏNBƏROV 
MUSA PİRİYEV 
                                                                                                                 Naxçıvan Dövlət Universiteti 
UOT:581 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN ASTRACANTHA 
CİNSİNİN KOL VƏ KOLCUQ NÖVLƏRİ 
 
Açar sözlər: kol, kolcuq, növ, cins, areal,sinif 
Keywords: bush, shrub, species, genus, habitat, class 
  
Ключевые слова: куст, кустарниковые, вид, род, ареал, класс 
 
  
  Astracantha və Astragalus növlərinin morfoloji əlamətləri onların həyati formaları, gövdənin 
və  yarpağın  anatomik  quruluşu,  tükcüklərlə  örtülmə  xüsusiyyətləri,  paxlanın  quruluşu  və  onun 
açılma  üsulları  ilə  xarakterizə  olunur.  Əlamətlərin  analizi  dəyişkənliyin  amplitudası,  nadirliyi, 
filogenetik  xətlərin  qohumluq  sistemindəki  homologiya  və  paralelizm,  həmçinin  adaptiv 
ixtisaslaşmaların xarakteri haqqında təsəvvür yaradır. Bu da öz növbəsində əlamətlərin taksonomik 
və  diaqnostik  əhəmiyyətini  differensasiya  etdirməyə,  onların  bioloji  müxtəliflik  materialları 
üzərində ənənəvi müqayisəli-morfologiya metodunu təkmilləşdirməyə imkan verir.   
   Astracantha  və  Astragalus  növlərinin  polimorfizminin  əlamətlərindən  biri  onların 
müxtəlifliyi  və  biomorfoloji  formaların  mümkün  vəziyyət  sahələrinin  məhdud  sektorunda  həyata 
keçirilməsidir.  Belə  ki,  məsələn,  paxlalılar  fəsiləsinin  yaxın  qohum  formalarının  bol  olmasına 
baxmayaraq bu cinslərdə ağac və lianlar yoxdur. Həmçinin, onlar ixtisaslaşmış ehtiyat qida toplayan 
yeraltı orqanlardan məhrumdurlar. Astracantha və Astragalus növləri arasında meşə qrupu bitkiləri 
çox  deyil,  bəzi  növləri  isə  hətta  meşə  örtüyü  altında  ancaq  daha  çox  işıq  sevən  bitkilərin 
assosasiyasına  daxil  olurlar.  Meşə  zonasında  bu  növlər  günəşli  sahələri  –  meşə  kənarlarını  və 
talaları, dərələrin yamacını və çılpaq qayalıqları tutmağa çalışırlar. Meşəsiz landşaftlarda - çöllərdə 
və  səhralarda  əsasən  kserofitlərin  üstünlük  təşkil  etdiyi  növlərin  mövqeyi  daha  aktivdir.  Yüksək 
dağlıq zonanın arid iqlimində təkamülün  gedişi ikinci mənşəli kolların meydana çıxmasına şərait 
yaratmışdır.  Burada  ox  orqanların  odunlaşması  tendensiyası  nəinki  gövdələrə,  həm  də  yarpaqlara 
(saplaqlar-tikanlar), hətta çiçək qruplarına şamil olunur.  
   Astracantha  cinsində  zoğların  odunlaşması  tendensiyasına  adaptiv  ixtisaslaşma  kimi 
baxmaq  olar.  Çoxillik  mezofil  otlar  kəskin  quraqlıq  iqlim  şəraitində  yarım-otşəkilli    kseromorf 
olurlar,  yəni  birillik  yerüstü  və  çoxillik  yeraltı  odunlaşmış  zoğlara  malikdirlər  ki,  bu  da  onları 
çoxillik yerüstü skelet oxları sistemini saxlayan kol və kolcuqlardan fərqləndirir. Beləliklə, otşəkilli 
tipdən kolşəkilli tipə tədricən keçid cinsin biomorfoloji təkamülünün özünəməxsus əlamətlərindən 
biri hesab edilir. 
    M.Q.Popova görə bitkilərin həyat formaları təkamülün geriyə dönməzliyi prinsipinə uyğun 
olaraq  biristiqamətli  reduksion  xarakterə  malikdir:  ağac→(kol)→  çoxillik  ot→(ikiillik)→birillik. 
(2).  Bitkilərin  vegetativ  təkamülünün  gedişinin  biristiqamətliyini  A.P.Xoxryakov  və 
T.İ.Serebryakov    təsdiq  edirlər  [4,7].  Arid  iqlimdə  otlardan  yarımkollara,  kollara  doğru 
transformasiyanın mümkünlüyü haqqında fərziyyəni Sveleva qədər V.N.Qolubev  və Y.İ.Proxanov  
söyləmişlər  (3).    
     Q.P.Yakovlev  kolşəkilli  astraqalların  ot  formaların  törəmələri  olduğunu  ehtimal  edir  [5]. 
Oduncağın  anatomiyasının  müqayisəli  analizinə  əsasən  A.A.Yaçenko  traqakantoid  astraqalları 
ikinci  dəfə  odunlaşmış  hesab  edirdi.  “Otlar”    anlayışının  məzmununa  dair  diskussiyalarda 


51 
Z.E.Qatçuk  hər  bir  taksonomik  qrup  üçün  hər  iki  əmələgəlmə  yolunun  mümkünlüyünü  və  həllini 
fərz edən Y.İ. Proxanovun  mövqeyini obyektiv hesab edir [6].   
Ədəbiyyat  materialları  və  tədqiqatlarımız  nəticəsində  Naxçıvan  MR-da  Astracantha  cinsinə 
aid kolcuq və kol formalı 14 növə  rast gəlinir. Aşağıda həmin növlərin coğrafi areal tipləri, sinifləri 
üzrə yayılması və bioekoloji xüsusiyyətləri verilir (1). 
Astracantha cinsinə daxil olan kol, kolcuq növlərin coğrafi areal tipləri və sinifləri üzrə 
yayılması 

              Növlər
 
Coğrafi areal sinifləri  Coğrafi areal tipləri
 

A.andreji (Rzazade) Czer.  
Şimali İran 
Kserofil 
1.
 

A.aurea (Willd.) Podlech  
Ermənistan-İran 
Kserofil 
2.
 

A.barba-carpina (Al.Theod., Fed. &  
Rzazade) Podlech 
Şimali İran 
Kserofil 
3.
 

A.flavirubens (Al.Theod., Fed. & Rzazade) 
Podlech  
M.O 
M.O 
4.
 

A.gudrathi (Al.Theod., Fed. & Rzazade) 
Podlech  
M.O 
M.O 
5.
 

A.insidiosa (Boriss.) Podlech  
Kiçik Asiya 
Kserofil 
6.
 

A.jucunda (Al.Theod., Fed. & Rzazade) 
Czer  
Şimali İran 
Kserofil 
7.
 

A.karabaghensis (Bunge) Podlech  
Şimali İran 
Kserofil 
8.
 

A.karjaginii (Boriss.) Podlech  
Şimali İran 
Kserofil 
9.
 
10 
A.meyeri (Boriss.) Podlech  
M.O 
M.O 
10.
 
11 
A.microcephala (Willd.) Podlech  
Ermənistan-İran 
Kserofil 
11.
 
12 
A.oleifolia (DC.) Podlech  
Ermənistan-İran 
Kserofil 
12.
 
13 
A.stenonychioides (Freyn & Bornm.) 
Podlech  
Şimali İran 
Kserofil 
13.
 
14 
A.vedica (Takht.) Czer.  
Şimali İran 
Kserofil 
1.A.  andreji  (Rzazade)  Czer.-  Andrey  astrakantası.  Hündürlüyü  90-185  sm  olan  koldur. 
Budaqları  bərk  və  əyri,  2-3,5  mm  uzunluğunda  tikanlarla  örtülüdür.  Yarpaq  ayaları  4-5  mm 
uzunluğunda,  başlanğıcdan  qalın,  ağ-tüklü,  yumurtaşəkillidir.  Yarpaqları  4-6  cüt,  ucu  qəhvəyi 
tikanlı,  elliptik-neştərvari yarpaqcıqlıdır. Çiçəkləri 2-3 ədəd olub uzun sünbülvari çiçək qrupunda 
toplanıb və  yarpaq qoltuğunda  yerləşir. Ləçəkləri kasacığa bərabər, qalın, dibdən ensiz, çılpaqdır. 
Kasacıq 5 mm uzunluğunda, qalın, ağ-yunlu, dişli borucuğa bərabər parçalanmışdır. Dişicik  tünd 
sarı damarcıqlı, kasacıqdan 2 dəfə uzundur. Tacı sarı olub, qara damarlıdır.  
Toxumları  qəhvəyi,  2,5  mm  uzunluğunda,  1  mm  enindədir.  İyul  ayında  çiçəkləyir,  avqust 
aylında  toxumları  yetişir.    Kserofitdir.  Atropatan  coğrafi  areal  tipinə  daxildir.    Naxçıvan  MR-in 
aşağı dağ qurşağında çınqıllı, gilli yamaclarında rast gəlinir.  
2. A. aurea (Willd.) Podlech. - Qızılı astrakanta. Çoxillik bitkidir.  
Yastığabənzər koldur, 5-25 sm hundürlükdə olan tikanla sıx örtülmüşdür. Tikanları 2-3,5 sm 
uzunluqdadır.  Yarpaqları  5-10  cütdür,  adətən  mürəkkəbdir,  uzunsov-neştərvari,  ellipsvari,  yaxud 
ellipsvari-xəttidir,  hər  iki  tərəfdən  uclara  doğru  daralmışdır.  Çiçəkləri  yarpaq  qoltuğunda  4-8 
ədəddir, kürəşəkilli çiçək qrupunda yığılmışlar. Ləçəkləri 15-20 mm uzunluqda, sarı və ya solğun 
sarıdır.  Paxlası  4  mm-ə    uzunluqdadır,  yumurtaşəkillidir,  birtoxumludur,  ağ  tükcüklüdür, 
biryuvalıdır.  İyul-avqust  aylarında  çiçəkləyir  və  avqust-sentyabr  aylarında  toxumları  yetişir. 
Kseromezofitdir. Atropatan coğrafi areal tipinə daxildir. Naxçıvan MR-in “Qırmızı kitabına” daxil 
edilmişdir.  Şahbuz  rayonunun  Keçili,  Biçənək,  Külüs.  Ağbulaq,  Ordubad  rayonunun  Qapıcıq, 
Qaranquş, Soyuqdağ, Göy-Göl, Culfa rayonunun Ərəfsə kəndi ərazisinə yaxın olan Aracıq dağında, 
Şahbuz və Babək rayonunun yüksək dağ ərazilərində və alp qurşağında rast gəlinir. 
3.  A.  barba  -  carpina  (Al.Theod.,  Fed.  et  Rzazade)  Podlech.-  Keçisaqqal  astrakanta. 
Hündürlüyü 50-70 sm yoğun tikanlarla örtülmüş qalın budaqlı koldur. Budaqları 1-2 sm diametrli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə