Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   2   3   4   5   6   7   8   9   ...   81


vanları  eyni  şəraitdə  saxladıq.  IV  qrupdakı  heyvanlar  nəzarətdə  olmaqla  adi  yemləmə  şəraitində 
saxlanıldı.  
Tədqiqat müddətində orta nəticəni almaq üçün 3 dəfə bitki verilməmişdən əvvəl, 3 dəfə veri-
lən müddətdə, 3 dəfə isə verildikdən sonra həm təcrübə, həm də nəzarət qrupunda olan heyvanların 
bədən temperaturunu ölçürdük.  
Bədən  temperaturu  heyvanın  yaşından,  cinsindən,  günün  vaxtından  və  orqanizmin  fizioloji 
vəziyyətindən asılıdır. Cavan, həmçinin  erkək heyvanların bədən temperaturu  yaşlılara və dişilərə 
nisbətən  yüksək olur. Eyni  zamanda axşam heyvanların  temperaturu  gündüzə nisbətən aşağı  olur. 
Heyvanlar nisbətən uzun müddət ac qaldıqda onların temperaturu aşağı enir. Bütün bunları nəzərə 
alaraq  heyvanları  qruplaşdırarkən  onların  cinsiyyət  və  yaşını  nəzərə  alırdıq.  Qoyunların  
temperaturunu  hər  gün  eyni  vaxtlarda  ölçürdük.  Heyvanların  temperaturu  kimyəvi  və  fiziki 
tənzimlənmə  hesabına  daim  sabit  qalır.  Kimyəvi  tənzimlənmə  istilik  tənzimlənmə  mərkəzinin 
fəaliyyəti  hesabına  əzələ,  qara  ciyər,  həzm  traktında  və  s.  orqanlarda  mübadilə  prosesi  hesabına 
istiliyin əmələ gəlməsinin orqanizmin fəaliyyətinə uyğunlaşmasıdır. Fiziki tənzimlənmə isə ayrılan 
istiliyin  heyvanı  əhatə  edən  mühitin  temperaturasından  asılı  olaraq  xaricə  verilməsidir  [3,  s.  358-
363], [4, s. 230-240]. Toksiki təsirə malik preparatlar istilik tənzimi mərkəzinə, istilik  yaradan or-
qanlara təsir edərək istiliyin əmələ gəlməsini zəiflədir. Eyni zamanda kapillyar qan damarlarına tə-
sir  edərək  onların  genişlənməsinə,  bununla  da  istilik  verilməsini  artıraraq,  bədən  temperaturunun 
aşağı düşməsinə səbəb olur. Bu məqsədlə antihelmint təsirə malik bitkilərin orqanizmə təsirini öyrə-
nərkən heyvanların bədən temperaturunun dəyişilməsinin öyrənilməsi zəruridir. Bədən temperaturu-
nu ümumi metodikaya əsasən civəli termometri düz bağırsaqda 10-15 dəqiqə saxlamaqla ölçürdük. 
Aparılan tədqiqatların nəticəsi göstərir ki, çaşırla acılığın birlikdə müalicə, müalicə dozasının 
3 və 5 dəfə artırılmış miqdarları heyvanların temperatur nizamlama fəaliyyətinə mənfi təsir etmir. 
Bitkinin verilmə müddətində müalicə dozasını almış heyvanların temperaturu orta hesabla 39,85
0
C, 
müalicə dozasının 3 dəfə artırılmış miqdarını alan qrupun 39,38
0
C, 5 dəfə artırılmış dozanı alanların 
38,76
0
C,  nəzarət  qrupunun  isə  39,14
0
C  olmuşdur.  Preparatın  verilməsi  qurtardıqdan  sonra  həmin 
göstəricilər  orta  hesabla  müvafiq  olaraq  39,58
0
C,  39,22
0
C,  38,72
0
C  və  39,08
0
C  həddində  qeydə 
alınmışdır. 
Hər iki bitkidən ibarət qarışığın təcrübədə verilən müalicə, onun 3 və 5 dəfə artırılmış dozaları 
heyvanların  ümumi  vəziyyətinə  toksiki  təsir  etməyərək  onların  davranışı,  hərəkət  koordinasiyası, 
yunun vəziyyəti normal olmaqla, selikli qişalarında qan durğunluğuna təsadüf edilmədi. Davranışın, 
hərəkət  koordinasiyasının  normal  olması  qarışığın  mərkəzi  sinir  sisteminə,  əzələ  tonusuna  toksiki 
təsir  etmədiyini  göstərir.  Yunun  normal  rəngdə,  formada  olması  qarışığın  təsirindən  qoyunların 
dərisində,  maddələr  mübadiləsində  patoloji  vəziyyətin  yaranmadığını  sübut  edir.  Qan  dövranında 
durğunluq,  damarların  keçiriciliyində  qeyri  normal  vəziyyət  yarandıqda  qanın  formalı  elementləri 
selikli qişalarda damar ətrafı nahiyələrə sızaraq ləkələrin yaranmasına, hətta qan azlığına səbəb olur.  
Apardığımız təcrübələrin nəticələri yüksək antihelmint səmərəyə malik çaşır-acılıq qarışığının 
müalicə dozasının, onun 3 və 5 dəfə artırılmış miqdarlarının heyvanlarda maddələr mübadiləsinə və 
onun hesabına nizamlanan bədən temperaturuna mənfi təsir etmədiyini göstərir. 
  
ƏDƏBİYYAT 
 
1.  Абрамов  И.  Патологическая  анатомия:  Отравления.  17  март,  2004. 
http://www.vetmedical.ru/ bible/articles/show?id=47 
2.  Дамиров  И.А.,  Прилипко  Л.И.,  Шукюров  Д.З.,  Керимов  Ю.Б.  Лекарственные 
растения Азербайджана. Баку: Маариф, 1988, 304 с.  
3. 
Елисеев  А.П.,  Сафонов  Н.А.,  Бойко  В.И.  Анатомия  и  физиология 
сельскохозяственных животных. М.: Агропомиздат, 1991, 479 с 
4.  Костин  А.П.,  Мещеряков  Ф.А.,  Сысоев  А.А.  Физиология  сельскохозяйственных 
животных. М.: Колос, 1983, 473 с 
5. Магеррамов С.Г. Влияние лекарственного антигельминтного растения борщевика на 
общее  клиническое  состояние  и  физико-химические  свойства  мочи  овец  /  Материалы 



конференции  Роль  науки  в  интенсификации  сельского  хозяйства.  Новосибирск,  Сибирское 
отделение ВАСХНИЛ, 1990, ст. 51-52  
6.  Магеррамов  С.Г.  Токсикологическая  оценка  лекарственного  растения    борщевика  // 
Бюл. ВИГИС, 1990, № 54, с. 96  
7.  Магеррамов  С.Г.  Гистологические  изменения  внутренних  органов  овец  под 
влиянием  борщевика  //  Актуальные  вопросы  профилактики  и  ликвидации  заразных  и 
незаразных болезней животных. Тематический сборник трудов АзНИВИ, 1991, s. 168-171 
8.  Магеррамов  С.Г.  Гельминтоцидные  пастбищные  растения  и  токсиколо  гическая 
оценка борщевика: Автореф. дис…канд. вет. наук. М., 1991, 26 с 
9. Флора Азербайджана. Баку: Академии Наук Азербайджанской ССР, 1955, т. 6, 540 с. 
10.  Черепанов  С.К.  Сосудистые  растения  России  и  сопредельных  государств  (в 
пределах бывшего СССР). Санкт – Петербург: Мир и семья – 95, 1995, 990 с 
 
ABSTRACT 
 
The effect of ferula-bitterness plants on the body temperature of animals 
            In  our  experiments  we  studied  that  the  effect  of  ferula-bitterness  mixture  of  antihelmint 
affect  on body temperature of animals.  We fed the animals  with  the treatment and treatment  dose 
(6g/kg) of mixture increased by 3 and 5 times within high calorie food for two days  and took  the 
body temperature of animals before experiment, during experiment and after experiment. We found 
out that the body temperature of animals in experiments was not out of norm during the term when 
treatment and treatment  dose of mixture increased for several times  was given to the animals. At 
the  end  it  turned  out  that  the  average  body  temperature  of  the  group  of  animals  which  ate  6g/kg 
ferula was 39,58°C , which ate 18g/kg ferula was 39,22°C , which ate 30g/kg ferula was 39,08°C. It 
shows that the plants do not have toxical effect. 
 
РЕЗЮМЕ 
 
Влияние смеси ферулы-хвойника на температуру  
тела животных 
 
В  опытах  были  исследованы  влияние  на  температу  тела  животных  смеси  ферулы-
хвойника,  имеющей  антигельмитным  действием.  Животных  кормили  терапевтической 
(6г/кг) трех и кратной увеличенной дозой смеси с комбикормом в течение 2 дней и измеряли 
температуру  тела  до,  во  время  и  после  кормления.  При  введении  терапевтической  смеси  и 
несколько  увеличенной  дозы  температура  тела  не  отклонилась  от  нормы.  После 
прекращения кормления растений в группе, получившая 6 г/кг дозы температура тела была 
39,58  0С,  получившая  18  г/кг  –  39,22  0С,  30  г/кг  –  39,08  0С.  Полученные  эти  показатели 
доказывают,  что  смеси  ферулы-хвойника  отрицательно  не  действуют  на  обмен  вещества  – 
температуру тела.  
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə