Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

20 
Araşdırma  zamanı  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  Boraginaceae  Juss.  fəsiləsi 
bitkilərinin,  təbii  fitosenozlarını  müəyyən  etmək,  onların  taksonomik    tərkibini  öyrənmək, 
təsnifatını  vermək,  faydalı,  nadir,  endemik,  senozəmələgətirici  dominant,  subdominant,  edifikator 
növlərini fərqləndirmək, onların biomorfoloji, bioekoloji, fitosenoloji xüsusiyyətlərini tədqiq etmək, 
nadir növ və fitosenozlarının, mühafizəsi, bərpası, səmərəli, uzunmüddətli istifadəsinə aid müvafiq 
tövsiyələr və təkliflər hazırlanmışdır.      
 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  Boraginaceae  Juss.  fəsiləsi  bitkilərinin 
araşdırılmasında aşağıdakı vəzifələrin yerinə yetirməsi nəzərdə tutulmuşdur:                                         
–Sümürgənçiçəkli bitkilərin genetik fondunun toplanması, tam öyrənilməsi və hərtə-rəfli təhlil 
edilməsi; 
– Taksonomik spektrin tərtib edilməsi; 
– Sistematik təhlil aparılması; 
– Bioloji və ekoloji təhlili; 
– Fitocoğrafi təhlili; 
– Senozəmələgətirici növlərin (edifikator, dominant, subdominant və b.) təhlili; 
– Endemik növlərin dəqiqləşdirilməsi və təhlili
– Nadir  və məhv olmaq təhlükəsi altında olan növlərin təhlil edilməsi;          
–Sümürgənçiçəkli bitkilərin əmələ gəlməsi, formalaşması tarixi və müasir  vəziyyə-           
tinin öyrənilməsi;                           
–Sümürgənçiçəkli bitkilərin yayılma qanunauyğunluqlarını təhlil etmək;   
–Sümürgənçiçəkli bitkilərin formasiya və assosiasiya səviyyəsində təsnifatı; 
– Sümürgənçiçəkli bitkilərin üstün olduğu formasiyalarının təsviri; 
– Sümürgənçiçəkli bitki fitosenozlarının məhsuldarlığı və istifadə perspektiləri: 
– Sümürgənçiçəkli bitkilərin səmərəli, davamlı istifadə olunması və mühafizəsi  yol- 
   larını araşdırmaq; 
–Sümürgənçiçəkli bitkilərə ekoloji və antropogen amillərin təsirini öyrənmək;  
–Sümürgənçiçəkli bitkilərin, az məhsuldar fitosenozlarının bərpası və mühafizəsi 
   üçün əməli tədbirlər  hazırlamaq; 
–Sümürgənçiçəkli bitkilərin yayılmasının xəritə sxeminin tərtib etmək. 
 
Bu vəzifələrin yerinə yetirilməsi prosesində əldə edilən uğurlar aşağıdakılardan ibarətdir: 
– Sümürgənçiçəkli bitkilərin genetik fondu toplanılmış, tam öyrənilmiş və yeni     
   xüsusiyyətləri aşkar edilmişdir.   
– Sümürgənçiçəkli bitkilərin taksonomik spektri tərtib və hərtərəfli təhlil  edilmişdir
–Sümürgənçiçəkli bitkilərin əmələ gəlməsi, formalaşması və müasir vəziyyəti  öyrə-  
nilmişdir;                           
–Sümürgənçiçəkli bitkilərin hündürlük qurşaqları üzrə yayılma qanunauyğunluqları     
  öyrənilmişdir;   
–Sümürgənçiçəkli bitkilərin formasiya və assosiasiya səviyyəsində təsnifatı 
verilmişdir; 
– Sümürgənçiçəkli bitkilərin üstün olduğu formasiyalar təsvir edilmişdir
– Sümürgənçiçəkli bitki fitosenozlarının məhsuldarlığı və istifadə perspektiləri   
  öyrənilmişdir: 
– Sümürgənçiçəkli bitkilərin səmərəli, davamlı istifadə olunması və mühafizəsi   
  verilmişdir; 
–Sümürgənçiçəkli bitkilərə ekoloji və antropogen amillərin təsiri öyrənilmişdir;  
– Sümürgənçiçəkli bitkilərin, iştirak etdiyi az məhsuldar fitosenozlarının  bərpası və   
  mühafizəsi üçün əməli tədbirlər hazırlanmışdır; 
–Sümürgənçiçəkli bitkilərin yayılmasının xəritə sxemi tərtib edilmişdir. 
Beləliklə,  ilk  dəfə  olaraq  Naxçıvan  MR  ərazisində  yayılmış  Boraginaceae  Juss.  fəsiləsinə 
daxil  olan  bitkilər,  onların  əmələ  gətirdikləri  fitosenozlar  tədqiq  olunmuşdur.  Boraginaceae  Juss. 
fəsiləsi üçün verilən cins və növlərin miqdarı 22 cins, 56 növ, 20 cins, 55 növ, 25 cins, 60 növ yox, 
24  cins  və  62  növ  olduğu  dəqiqləşdirilmişdir.  Fəsilə  nümayəndələrinin  sistematik  icmalı  və 


21 
taksonomik  spektri  tərtib  edilmişdir.  Regionun  flora  və  bitkiliyinin  formalaşmasında  rolu, 
sistematikası,  bioekoloji,  fitosenoloji  xüsusiyyətləri  öyrənilmişdir.  Təbii  ekosistemlərdə  eko-
biomorfoloji,  fitocoğrafi  təhlili  aparılmış,  nadir,  endemik  və  məhvolma  təhlükəsinə  məruz  olan 
növləri dəqiqləşdirilmiş, otlaq və biçənəklərdə məhsuldarlığı müəyyənləşdirilmişdir. 
İlk  dəfə  olaraq  yuxarı  və  yüksək  dağ  qurşaqlarında  yayılması  göstərilməyən  9  növün 
tədqiqat  zamanı  yeni  yayılma  arealları  aşkar  edilərək  əmələ  gətirdikləri  bitki  senozları  təsvir 
olunmuşdur.  Bitkilik  tiplərində  dominant,  subdominant  yaxud  komponent  kimi  iştirak  etdiyi  yay 
otlaqlarında,  subalp  çəmən  və  bozqırlarında,  alp  çəmənlərində,  alp  xalılarında  bitkiliyin  müasir 
fitosenoloji təsnifatı verilmişdir. Təsnifat 9 bitkilik tipi, 5 yarımtip, 25 formasiya sinfi, 91 formasiya 
və  141  assosiasiya  müəyyən  edilmişdir.  Tədqiqat  dövründə  Naxçıvan  MR  bitkiliyi  üçün  5 
formasiya və 7 assosiasiya yeni aşkar olunmuşdur.  
 
İlk  dəfə  Boraginaceae  Juss.  fəsilənin  taksonomik  tərkibində  ciddi  dəyişikliklərin  olduğu 
müəyyən  edilmişdir.  Məlum  olmuşdur  ki,  son  illərdə  fəsiləyə  2  cins  və  3  növün:  Buglossoides 
Moench  –  Buqlossoides;  Buglossoides  arvensis  (L.)  Johnst.  (Lithospermum  arvense  L.)  –  Çöl 
buqlossoidesi; Huynhia Greuter – Huinhia; Huynhia pulchra (Roem. et Schult.) Greuter. ex Burdet 
(Macrotomia    echioides  (L.)  Boiss.  p.p.  exel.  basionymo)  –    Gözəl  huinhia  və  Echium  italicum  
Jacq.  fəsilənin  növ tərkibibə daxil edilməsi,  Heliotropium kowalenskyi  sensu  M. Pop. növünün  H. 
tzvelevii  T.N.  Pop.  növünə  birləşdirilməsi  və  H.  europaeum  L.  subsp.  suaveolens  (Bieb.)  Lifard.) 
yarımnövünün    sərbəst    H.  suaveolens  Bieb.  növ  kimi  qəbul  olunması  göstərilmişdir.Tədqiqat 
əsasında  5  növün:  Caccinia  macranthera,  Heliotropium  ellipticum,  Heliotropium  europaeum, 
Myosotis  propingua,  Onosma  sericea  orta  dağ  qurşağında,4  növün  isə:  Lithospermum  officinale, 
Myosotis  silvatica,  Solenanthus  circinnatus,  Rochelia  disperma  subalpda  yeni  yayıldığı  müəyyən 
edilmişdir. 
 
Azərbaycanda  ancaq  Naxçıvan  MR  ərazisində  yayılmış,  az  öyrənilən,  itmək  təhlükəli  11 
(17,74%)  növ:  Heliotropium  szovitsii,Solenanthus  circinnatus,  Paracaryum  strictum,  Paracaryum 
laxiflorum,  Rindera  lanata,  Lappula  sinaica,  Lappula  sessiliflora  Arnebia  linearifolia,  Onosma 
gracilis,  Onosma  rupestris,  Rochelia  cardiosepala  Naxçıvan  MR  ərazisində  tədqiqat  zamanı 
axtarılıb tapılmış və bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Echium italicum L. növünün Anchusa 
azurea Mill. (A. italica Retz.)  olmadığı dəqiqləşdirib florada saxlanılmışdır.   
          Sümürgənçiçəklikimilər fəsiləsinə daxil olan cins və növlər əsas diaqnostik əlamətlərinə görə 
təyin  edilmiş,  onların  hündürlük  qurşaqları  üzrə  yayılma  qanunauyğunluğu,  bolluğu,  miqdarı 
nisbətləri, həyat formaları, senozəmələgətirici növləri, coğrafi – genetik əlaqələri, faydalı növlərinin 
bioloji  ehtiyatlarından  səmərəli  istifadə  olunması,  mühafizə  yolları  geniş  təhlil  olunmuş  və  elmi 
cəhətdən əsaslandırılmışdır.  
 
Tədqiq  olunan  fəsilənin  növlərinin  təbii  və  antropogen  təsirlərə  məruz  qalan  fitosenozları 
müəyyən edilmiş, onların bərpası,  yaxşılaşdırılması, məhsuldarlığının artırılması, mühafizəsi üçün 
müvafiq təklif və tövsiyələr hazırlanmışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Qurbanov E.M. Ali bitkilərin sistematikası. Bakı, 2009 
2.
 
İbrаhimоv Ə.Ş., Nəbiyеvа F.Х., İsmayılov A.H. Hеdypnоis crеticа (L.) Dum.-Cоurs. Nахçıvаn 
MR flоrаsı üçün yеni növdür // АMЕА-nın məruzələri, 2008, LХIV cild, №4, s.71-74 
3.
 
Ибадуллаева С.Д., Сеидов М.М., Ибрагимов А.Ш. Новые виды для флоры Нахчыванской 
АР,  Азербайджана  //  Волгоградский  Госуд.  Университет.  Первые  международные 
Беккеровские чтения, Волгоград, 2010, с. 145-147   
 
 
 
             
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə