Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

24 
3) Bitsiklik terpenlər- bir ikiqat rabitəli iki halqalı birləşmələrdir.  
4) Seskviterpenlər- C15H24 tərkibli biryarım (1,5) terpenlər də deyilir.  
5) Di-tri-tetra və politerpenlər. Onların tərkibində daha çox sadə quruluşa  
    malik terpenlər olur. 
Terpenlər insan orqanizmində baş verən maddələr mübadiləsi prosesinin tənzimində iştirak 
edən maddələrdən biridir. Ona görə də insanların normal inkişafı üçün gündəlik qida rasionlarında 
terpenlərin  və  terpenoidlərin  olması  vacibdir.  Fenol  birləşmələrinin  sintezi  yalnız  bitki  orqaniz-
mində baş verir, insan və heyvan orqanizmi isə bu maddələri hazır şəkildə bitki mənşəli qidalardan 
alır [2, s.178].
 
Efir  yağlarının  kompanent  tərkibinin  ayrı-ayrı  öyrənilməsi  böyük  təcrübi  əhəmiyyətə 
malikdir. Məqsəd bu təbii maddələrin farmokologiya sahəsində istifadəsini artırmaqdır. Efir yağları 
lap qədimdən tibbdə və kosmetologiyada  sakitləşdirici, antiseptik, antibakterial, iltihabəleyhinə tə-
sir, toksinləri təmizləyici, immun sistemi gücləndirici vasitə kimi istifadə olunub. Lakin son zaman-
lar bu maddələrin antioksidant xüsusiyyətləri daha çox araşdırılır. Təbii antioksidantlar hesabına ək-
sər xəstəliklərin qarşısını almaq mümkün olduğundan geniş istifadə spektrinə malikdir [5].  
Müasir  dövrdə  bitkilərin  tərkibində  olan  aktiv  maddələrin  antioksidant  təsirinin  tətbiqi 
istiqamətində  böyük  işlər  görülür.
 
Dünyada  hər  il  təbii  antioksidantlara  aid  simpoziumlar  və 
konfranslar  keçirilir.  Bu  mövzulara  “antioksidantlar  və  oksidləşdirici  stress”,  “antioksidantlar  və 
sağlamlıq”,  “antioksidantlar  və  uzunömürlülük”,  “antioksidant  terapiya”  və  s.  aiddir.    Maddənin 
antioksidant aktivliyi amperometrik metoddan istifadə etməklə qiymətləndirilir [7]. 
 
İnsan orqanizmində baş verən bioloji proseslər nəticəsində oksigenin aktiv formaları sayılan 
superoksid  radikalı,  hidrogen-peroksid  və  hidroksid  radikalı  əmələ  gəlir.  Xarici  orbitalında  tək 
elektronu olan bu qeyri-sabit molekullar ümumi halda sərbəst radikallar adlanır. Sərbəst radikalların 
normal  intensivlikdə sintez edilməsinin fizioloji əhəmiyyəti vardır.  Bu əhəmiyyətin  əsası  odur ki, 
sərbəst  radikallar  faqositar  xassəli  hüceyrələrdə  (monositlər,  qranulositlər,  toxuma  faqları)  əmələ 
gələrək  orqanizmə  daxil  olan  mikroorqanizmləri,  irimolekullu  yad  cisimcikləri  məhv  edirlər. 
Bununla  da  mühafizə  funksiyası  daşımış  olurlar.  Həmçinin  sərbəst  radikallar  hüceyrə  membran-
larında olan lipidləri parçalayaraq yeniləşmə prosesinə şərait yaradırlar. Lakin bu maddələrin həd-
dindən artıq çox sintez edilməsi patoloji proseslərlə nəticələnir. Çünki sərbəst radikallar hüceyrələrə 
hücum  edərək  membranları  zədələyir  və  nəticədə  ciddi  xəstəliklərə  səbəb  olur.  Maddələr 
mübadiləsinin pozulması, immunitet zəifliyi, stress, radioaktiv şüalar, alkoqol və nikatin maddələr 
bu  zərərli hissəciklərin yaranmasını sürətləndirən əsas faktorlardandır.
 
Fizioloji halda orqanizmdə 
sərbəst  radikalları  zərərsizləşdirən  maddələr  də  sintez  edilir.  Bu  maddələr  antioksidantlar  adlanır. 
Yaş artdıqca orqanizmdə sərbəst  radikalların miqdarı artır, onları  neytrallaşdıran maddələrin miq-
darı isə azalır. Bu məqsədlə qida ilə daima antioksidant  maddələr qəbul  edilməlidir. 
Antioksidant 
maddələr  lazımi  miqdarda  qəbul  edilmədikdə  xərçəng,  ürək  xəstəlikləri,  damarların  kirəclənməsi, 
yüksək təzyiq, vaxtından əvvəl qocalma kimi xəstəliklərə tutulma ehtimalı artır [3, s.312-313]. 
 
Hal-hazırda  elmə  sərbəst  radikalları  neytrallaşdırmaq  qabiliyyətinə  malik  olan  bir  sıra 
maddələrin  antioksidant  təsiri  məlumdur.  Lakin  bioflavonoidlərin  bu  təsiri  digər  maddələrdən 
üstündür. Bioflavanoldlər E və C vitamini kimi güclü  antioksidantlarla sinergist təsir göstərməklə 
yanaşı, bir çox vitaminləri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur. Məhz bu baxımdan, sər-
bəst  radikallara  qarşı  orqanizmin  təbii  müdafiəsini  gücləndirən  faydalı  xüsusiyyətli  bitkilərdən  və 
onlardan alınan efir yağlarından geniş istifadə olunmalıdır [6]. Bu səbəbdən də efir yağlı bitkilərin 
öyrənilməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir.
 
Lamiaceae fəsiləsinə aid olan bitkilərin əksəriyyəti antioksidant təsirə malikdir. Bu bitkilərin 
tərkibi əsasən terpenli flavonoidlər, fenol törəmələri ilə zəngin olduğundan önəmli fizioloji aktivliyə 
malikdir. Bitkilərin kimyəvi tərkibi müxtəlif olduğu üçün onların antioksidant təsirlərində fərqlilik 
müşahidə olunur.  
Efir  yağlarının  bioloji  aktivliyi  onun  tərkibində  olan  dominant  kompanentdən  asılıdır. 
Məsələn:  kəklikotu  bitkisinin  efir  yağının  dominant  kompanenti  timol  və  karvakroldur.  Bu 
maddələr  bitkiyə  antioksidant  xüsusiyyəti  verən  fenollu  törəmələrdir  [21;22].  Tədqiqatlardan 
müəyyən  olunmuşdur  ki,
 
kəklikotu  efir  yağının  antioksidant  təsiri  E  vitaminindən  zəifdir,  lakin 


25 
kəklikotu  efir  yağı  ilə  E  vitamininin  qarışığının  antioksidant  effekti  daha  yüksək  nəticə  verir.  Bu 
onu  göstərir  ki,  kəklikotu  yağı  ilə  E  vitamini  sinergik  təsirə  malikdirlər  [8].  Sürvə  bitkisinin  efir 
yağının  əsas  antioksidant  kompanentləri    karnasol,  karnasik  turşusu  və  rozmanol  fenollu 
törəmələrdir. Müəyyən edilmişdir ki, sürvə bitkisinin antioksidant təsiri kəklikotu yağından yüksək-
dir[16]. Həmçinin salvia sclareyanın xloroform ekstraktı aseton ekstraktından daha yüksək antioksi-
dant təsirə malikdir, bu ekstrakların hər ikisi də E vitaminindən yüksəkdir [12]. 
 
Baytarlıq  təbabətində  antioksidant  maddələrlə  zəngin  olan  bitkilərdən  daha  cox  istifadə 
edilir. Müəyyən edilmişdir ki, bu bitkilər sintetik antioksidantlardan daha güclü təsirə malik olmaq-
la, heyvanlarda immun  sistemi  gücləndirir, parazitlərə qarşı məhvedici təsir göstərir.  Helmintlərlə 
yoluxmuş sahib orqanizmlərdə sərbəst radikalların miqdarı artır. Bu radikalların miqdarının artma-
sına səbəb parazitin ifraz etdiyi toksik maddələrin sahib orqanizmdə antioksidant təsirə malik olan 
bir  çox  fermentativ  xüsusiyyətli  maddələri  (superoksiddismutaza,  katalaza,  qlutation  reduktaza) 
inhibisiya etməsi, C və E vitamininin hipovitaminozunu yaratmasıdır. Sərbəst radikallar sahib orqa-
nizmdə  membran  lipidlərini  peroksidləşdirərək,  membranların  zədələnməsinə  və  fizioloji  pro-
seslərin pozulmasına səbəb olur. Sərbəst radikalların miqdarının artmasını müəyyənləşdirmək üçün 
qanda  antioksidant  xarakterli  fermetlərin  fəallığı  təyin  edilir.  Bu  fermentlərin  fəallığının  azalması 
radikalların artmasını bildirir[9, 11, 14,18, 20]. 
 
Parazitlərlə mübarizədə belə bitkilərdən istifadə edilməsi qurdqovucu təsiri ilə yanaşı, sahib 
orqamizmin  müqavimətini  artırmaqla  orqanların  funksiyasını  qorumuş  olur.  Antiparazit  bitkilər 
heyvan orqanizmindən tez xaric olunduğundan məhsulların tərkibində keyfiyyət dəyişikliyinə səbəb 
olmur [15,19].  
Bu səbəbdən də təbii otlaq sahələrində həm antiparazit, həm də antioksidant təsirli bitkilərin 
növlərini, yayılmasını, heyvanlar tərəfində  yeyilməsini araşdırmaq bioloqların qarşısında duran ən 
mühüm  məsələlərdən  biridir.  Belə  bitkilərin  otlaq  sahələrində  əkilməsi  helmintlərlə  mübarizənin 
təbii yollarından biri sayılır.  
Hər  il  dünya  üzrə  təbii  antioksidant  maddələrə  maraq  artdığından,  bitkilərin  antioksidant 
təsirlərini  müəyyənləşdirmək  istiqamətində  bir  çox  tədqiqatlar  aparılır. 
Naxçıvan  MR  regionunda 
kontinental iqlimin olması, xüsusilə günəşli günlərin çoxluğu bitkilərin kimyəvi tərkibinin daha da 
zənginləşməsinə səbəb olur.
  Ölkəmizdə  yetişən  bu  bitkilərin  daxili  zənginliklərini  araşdıraraq  üzə 
çıxarmaq və istifadə spektrlərini müəyyənləşdirmək məqsədə uyğun tədqiqatlardandır.  
Tədqiqatımızın əsas məqsədi Lamiaceae fəsiləsinə aid olan bir necə bitkilərin efir yağlarının 
tərkibini və  heyvanlarda parazitlik edən nematodlara məhvedici təsirinin səmərəliliyini öyrənmək-
dir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Naxçıvan  Muxtar  Respublikasinin  dərman  bitkiləri.  AMEA  Naxçıvan  bölməsi  Bioresurslar 
institutu, Naxçıvan- 2014 səh. 4 
2.
 
Nəbiyev  Ə.Ə.,  Moslemzadeh  E.Ə.  Qida  məhsullarının  biokimyası,  Bakı  “elm”,2008.,444s; 
s.170 
3.
 
Əfəndiyev  A.M.,  İslamzadə  F.Q.,  İslamzadə  F.İ.  İnsan  biokimyasının  əsasları    I  cilid,  Bakı- 
“Şirvannəşr”, 2002, 320 səh. 312-314 
4.
 
Муравьева  Д.  А.  Фармакогнозия  —  М.:  Медицина,  1978,  Государственная  фармакопея 
СССР. Х-е изд, М.: Медицина, 1968 
5.
 
Прида  А.  И.  Природные  антиоксиданты  полифенольной  природы  (антирадикальные 
свойства  и  перспек-  тивы  использования)  /  А.  И.  Прида,  Р.  И.  Иванова  //  Пищевые 
ингридиенты. Сырье и добавки,  2004, №2. С, 76—78 
6.
 
 Рябинина  Е.  И.  Сравнительное  исследование  мелиссы  лекарственной  и  шалфея 
лекарственного  на  содержание  полифенолов  /  Е.  И.  Рябинина,  Е.  Е.  Зотова,  Н.  И. 
Пономарева, С. В. Рябинин // Вестник ВГУ, Серия, Химия. Биология, Фармация, 2009. — 
№2. — С, 32—36 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə