Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

22 
ABSTRACT 
Afag Aliyeva 
Result  got  in  research  process of  boraginaceae  juss. Family plamts  in Nakhchivan  
Autonomous  Republic 
 
It is stated about results of the research of plants including Boraginaceae Juss. family in the 
territory of Nakhchivan Autonomous Republic in the article. It is noted that 12 (19, 35%) species: 
Heliotropium  tzvelevii,  Heliotropium    szovitsii,  Solenanthus  circinnatus,  Paracaryum  strictum
Paracaryum  laxiflorum,  Rindera  lanata,  Lappula  sinaica,  Lappula  sessiliflora,  Arnebia  
linearifolia,  Onosma  gracilis,  Onosma  rupestris,  Rindera  cardiosepala  in  Azerbaijan  only  were 
spread in Nakhchivan Autonomous Republic, studied insignificantly, having danger of disappearing 
were found during research in  Nakhchivan Autonomous Republic territory and their bio-ecological 
peculiarities  were  studied,  Echium  italicum  L.  species  being  not  Anchusa  azurea  Mill.  (A.  italica 
Retz.)  specified and was kept in flora. 
 
 
РЕЗЮМЕ 
 
 
 
 
 
 
 
 
 
Афаk Алиева 
Результаты, достигнутые в процессе исследования растений семейства  boraginaceae  
juss.  На территории  Нахчыванской  Автономной Республики 
 
В  статье  говорится  о  результата  исследования  на  территории  Нахчыванской 
Автономной Республики растений, входящих в семейство Boraginaceae Juss. Отмечается, что 
в  Азербайджане  только  на  территории  Нахчыванской  Автономной  Республики 
распространены  12  малоизученных  сортов  (19,  35%):  Heliotropium  tzvelevii,  Heliotropium 
szovitsii,  Solenanthus  circinnatus,  Paracaryum  strictum,  Paracaryum  laxiflorum,  Rindera  lanata, 
Lappula  sinaica,  Lappula  sessiliflora,  Arnebia  minima,  Onosma  gracilis,  Onosma  tenuiflora, 
Rochelia  cardiosepala  найденных  и  изученных  во  время  исследований  на  территории 
Нахчыванской Автономной Республики биоэкологические особенности, сохранены в флоре 
сорта Echium italicum L. и уточнено что оно не является Anchusa azurea Mill. (A. italica Retz.) . 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
  Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent 
M.Piriyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


23 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
ƏZİZƏ HÜSEYNOVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:581 
 
LAMİACEAE FƏSİLƏSİNƏ AİD OLAN EFİR YAĞLI BİTKİLƏRİN ANTİOKSİDANT 
XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: efir yağları, bioflavonoidlər, sərbəst radikallar, antioksidantlar  
Key words: essential oils. bioflavonoids. Free radicals. Antioxidants 
Ключевые  слова:  эфирный  масла,  биофлавоноиды,  свободные  радикалы,  антиокси-
данты  
 
Elmi-texniki  tərəqqi  əsrində  bitkilərin  kimyəvi  tərkibinin  öyrənilməsi,  hər  bir  biokimyəvi 
maddənin  insan  və  heyvan  orqanizminə  təsiri, onlardan  müxtəlif  dərman  formalarının  və 
preparatların hazırlanması ən aktual məsələlərdən biri olmuşdur. 
Məsələnin aktuallığı ondadır ki, bu 
sahədə  bir  çox  elmi-tədqiqat  işləri  yerinə  yetirilsədə,  hələ  də  araşdırmalar  tamamlanmamışdır. 
Məlum  olduğu  kimi,  hazırda  kimyəvi  dərman  preparatlarından  uzaqlaşan  və  təbii  üsullarla 
müalicəyə üz tutan dünya səhiyyəsində bitki mənşəli dərmanlardan istifadəyə xüsusi önəm verilir. 
Azərbaycan  florasında  rast  gəlinən  və  fitoterapiyada  əvəzsiz  qiyməti  olan  dərman  bitkilərindən 
istifadə qaydalarının göstərilməsi müasir dövürdə mühüm əhəmiyyət kəsb edir.  
Naxçıvan Muxtar Respublikası flora və bitki örtüyünün zəngin və rəngarəngliyi ilə bir çox 
ölkələrdən  fərqlənir.  Müəyyən  edilmişdir  ki,  MR  ərazisinin  bitki  öytüyündə  750-800  növə  yaxın 
dərman  bitkiləri  vardır.  Bu  bitkilərdən  132  növü  tibb  aləmində  istifadə  edilən  rəsmi  (ofissinal
dərman bitkiləridir və həmçinin  qeyd edək ki,  bu bitkilərdən 30 növünün təbii  ehtiyatı boldur [1, 
s.4].  Ölkəmiz  bu  zənginlikdən  daxili  farmokologiyada  istifadə  etməklə  yanaşı,  həmçinin  dünya 
bazarına xammal ixrac etmə patensialına da malikdir.  
Bitkilərin  müxtəlif  orqanlarında  bioloji  aktiv  maddələrdən  qlikozidlər,  aşı  maddələr, 
qətranlar,  üzvi  turşular,  alkaloidlər,  fenol  törəmələri,  flavanoidlər,  efir  yağları  sintez  edilir.  Bu 
biokimyəvi  birləşmələr  farmokoqnoziyada  bir  çox  xəstəliklərin  müalicəsində  öz  təsdiqini  tapmış 
maddələrdir
 
[4].  
 Efir yağı bitkinin yarpaq və çiçəklərində sintez edilən, xüsusi iyə malik olan lipofil xassəli 
uçucu  maddədir.  Bu  maddələrin  tərkibi  müxtəlif  üzvi  birləşmələr  kompleksindən  ibarətdir.  Efir 
yağlarının əsas kompanenti terpenlər və terpenoidlər (90%) olmaqla yanaşı, tərkibində az miqdarda 
fenol törəmələri, saponi  və s. maddələr də olur. Fenol törəmələri içərisində bioflavonoidlərə daha 
çox  rast  gəlinir.  Müəyyən  edilmişdir  ki,  efir  yağlarının  antibakterial  və  antioksidant  təsiri  fenol 
törəmələrindən,  xüsusilə  bioflavanoidlərdən  asılıdır  [13].  Flavanoidlər  və  fenollu  birləşmələr 
aromatik  nüvəsindəki  hidroksil  qrupunun  hidrogenini  asanlıqla  verərək  sərbəst  radikalları  neytral-
laşdıra bilir [17]. Bu səbəbdən də flavanoidlər və fenol birləşmələri antioksidant xarakterli maddələr 
sayılır.  Lakin müxtəlif efir yağlarının tərkibində olan terpen və fenolların fərdi öyrənilməsi zamanı 
müəyyən edilib ki,  terpenlər də fenollar qədər antioksidant xarakterə malikdirlər [10].  Terpenlər 
tərkibi ikidən artıq izopren qalığı olan açıq zəncirli və ya tsiklik formalı, spesifik ətirə, dada malik 
üzvi  birləşmələrdir.  Onlar  bitkilərə  xoş  iy  və  dad  verir.  Bitkilərdə  terpenlərin  bir  sıra  oksigenli 
birləşmələrinə  (spirtlər,  aldehidlər,  turşular  və  s.)  təsadüf  olunur.  Belə  birləşmələrə  terpenoidlər 
deyilir. Terpenlər (C10H16) quruluş təsnifatına görə beş sinfə bölünür [2, s.170]. 
 
1) Alifatik terpenlər-üç ikiqat rabitəsi olan açıqzəncirli karbohidrogenlərdir.  
2) Monotsiklik terpenlər-ikiqat rabitəsi olan birhalqalı altıtağımlı qapalı    
     birləşmələrdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə