Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

18 
polluted areas than the others. And also it was found that all these species have  toxic effects  for 
humans, animals and plants which inhabit there.  
 
РЕЗЮМЕ 
К.С. Алкишиева 
С.А. Абдуллаева 
Токсичность видов рода chaetomium распространенные в  города Баку 
В данной работе определено
 токсичность видов рода 
Chaetomium 
распространенные в 
города  Баку.
  В  почвенных  пробах  было  выявлено  3 
токсичных 
видов 
рода  Chaetomium
.
 
Таким образом 
C.globosum, C.cupreum, C.atrobrunneum определены как доминантные виды. В 
тоже  время  виды 
входящий  в  состав  этого  рода  более  распространены  в  сравненем  с 
другигими  зонами.  Также  изучены  потенциальные  отрицательное  влияния  этих  видов  на 
человеки, животные и растительные организмы.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


19 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
 
 
 
 
 
 
 
 
AFAQ ƏLİYEVA 
UOT: 581.9 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ BORAGİNACEAE 
JUSS. FƏSİLƏSİ BİTKİLƏRİNİN ARAŞDIRILMASI PROSESİNDƏ ƏLDƏ 
EDİLƏN NƏTİCƏLƏR 
 
 
Açar sözlər: növ, fəsilə, flora, Boraginaceae Juss 
 
Key wordsspecies, family, flora, Boraginaceae Juss 
 
Ключевые слова: сорт,  семейства, флора, Boraginaceae Juss 
 
           Naxçıvan  Muxtar  Respublikası,  əsasən,  dağlıq  ölkədir.  Regionun  istər  dağlıq  hissəsində, 
istərsə də geniş sahələri əhatə edən digər tədqiqat ərazisində çoxsaylı qayalıqlar, daşlı-çınqıllı quru 
yamaclar,  çəmən  və  bozqırlar,  meşə  və  kolluqlar,  geniş  meşəkənarı  otlaqlar,  su  hövzələri  vardır. 
Qeyd  olunan  sahələrin    hər  biri  ayrı-ayrılıqda  özünəməxsus  flora  və  bitkiliyə  malikdir.  Onlar 
birlikdə  ərazinin  təbii  ekosistemlərini  əmələ  gətirir.  Naxçıvan  Muxtar  Respublikasınn  Arazboyu 
düzənliklərində (Sədərək, Şərur, Kəngərli, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Dəstə, Ordubad), 
eyni zamanda bütün dağlıq sahələrin bitki aləmində Sümürgənçiçəklikimilər – Boraginaceae Juss. 
fəsiləsindən olan bitkilər də iştirak edir.  
 
Ərazinin  dağlıq  sahələrinin    torpaq-iqlim  şəraiti  burada  müxtəlif  həyat  formalı  bitkilərin, 
həmçinin  bitkilik  tiplərinin  inkişafı  üçün  daha  əlverişli  olduğundan  böyük  zənginliyə  malikdir. 
Ərazinin yüksək dağlıq hissəsində Boraginaceae Juss. fəsiləsinin faydalı, nadir, endemik bitkiləri az 
öyrənilmişdir.  Bu  istiqamətdə  onlar  haqqında  tədqiqat  işlərinə  tək-tək  rast  gəlinir.  Buna  görə  də 
muxtar respublikanın florasında fəsilənin  rolu və əhəmiyyətinin  tədqiqi  problemi müstəqil mövzu 
olaraq işlənməsi zəruri hesab edilmişdir.  
Regionun dağlıq hissəsi, dağətəyi, aşağı dağlıq, orta dağlıq, yuxarı dağlıq və yüksək dağlıq 
qurşaqları  ilə  təmsil  olunur.  İstər  dağlıq  hissənin,  istərsə  də  Arazboyu  düzənliklərin  səhra, 
yarımsəhra  ekosistemlərində  oxşar  tərkibli  flora  və  bitki  örtüyü  mövcuddur.  Buna  baxmayaraq, 
onlarda  fərqli  bitki  növləri  və  fitosenozlar  da  diqqəti  cəlb  edir.  Bu  regionda  Boraginaceae  Juss. 
fəsiləsi  bitkilərinin  və  fitosenozlarının  tədqiq  olunması,  onun  təbii  sərvətlərinin  üzə  çıxarılması, 
mühafizəsi,  səmərəli  və  davamlı  istifadəsi  son  dərəcə  vacib,  təxirəsalınmaz  dövlət  əhəmiyyətli 
aktual məsələdir.  
Boraginaceae  Juss.  fəsiləsi  nümayəndələri  təbii  ekosistemlərdə  özünəməxsus  bioekoloji 
xüsusiyyətləri, fitosenoloji quruluşu, növ müxtəlifliyi ilə fərqlənir. Uzunmüddətli, intensiv otarma 
nəticəsində  dağlıq  sahələrdə  torpaqların  fiziki  xassələri,  mineral  tərkibi,  quruluşu  güclü  şəkildə 
dəyişmişdir. Təbii və antropogen təsirlərlə əlaqədar torpaqların eroziyaya uğraması prosesi artmış, 
bitki örtüyünün bozqırlaşmağa meyilliyi güclənmişdir. Ekosistemlərdə yerli aborogen bitki növləri 
azalmış, onların yerini adventiv, kosmopolit bitkilər tutmuşdur. Boraginaceae Juss. fəsiləsinə daxil 
olan bitkilər arasında qiymətli yem, dərman, bal verən və digər faydalı biki növləri ilə yanaşı,  nadir  
bitkilər də az deyildir. Digər tərəfdən, bu fəsilənin bir çox növü Azərbaycan respublikasında ancaq 
Naxçıvan  MR  ərazisi  üçün  səciyyəvidir.  Nax.  MR  florasına  çöl  tədqiqatları  zamanı  yeni  bitki 
növlərinin tapılıb əlavə olunması [5, s.71-74; 6, s. 145-147], az tədqiq olunmuş Boraginaceae Juss.  
fəsiləsində  də  yeni  növlərin  axtarışına  zəmin  yaradır.  Mövcud  təbii  ekosistemlərdə  və 
aqrofitosenozlardakı rolunu, faydalı növlərinin dəqiq yerini, bolluğunu, məhsuldarlığını, dəyişilmiş 
yeni  yayılma  məskənlərinin  aşkar  edilməsi  kimi  həll  olunması  vacib  digər  çoxsaylı  problem 
məsələlər Naxçıvan MR-də Boraginaceae Juss. fəsiləsinin tədqiqat obyekti kimi seçilib işlənməsinə 
əsas vermişdir.     


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə