Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

30 
 
Taxıl  zərərvericilərinin  kütləvi  surətdə  artdığı  illərdə  kimyəvi  mübarizə  tədbirlərinin 
aparılması  zəruriyyəti  meydana  çıxır.  Taxıl  zərərvericilərindən  sümürtkən  böcəklərinə  qarşı 
kimyəvi  mübarizə  üsulundan  bir  sıra  alimlər  müvəffəqiyyətlə  istifadə  etmişlər.  Bunlardan 
İ.M.Belyayev, M.V.Qorlenko, Y.T.Dyakov (1970) və başqalarını göstərmək olar (6). 
 
Azərbaycan Respublikası şəraitində N.H.Səmədov (1964) apardığı təcrübələrə əsasən yazır 
ki, hektara 60 kq hesabı ilə 12%-li heksaxloran verəndə sümürtkən böcəklərinin sürfələrinin 76,6%-
i məhv olur (5). 
 
C.M.Preskott  (2002)  öz  təcrübələrinə  əsasən  italiya  çəyirtkəsi  və  asiya  çəyirtkəsinə  qarşı 
Fosforin  M  preparatından  yetkin  fərdlərdə  100  ml/10  l  su  dozada,  ziyankar  bağacıq  və  taxıl 
böcəyinə  qarşı  isə  Mayestro  5  EC  preparatından  uyğun  olaraq  erkən  dövrdə  20  ml/10  l  su  və  50 
ml/10  l  su  dozada  istifadə  edilməsini  göstərmişdir  (7).  Naxçıvan  Muxtar  Respublikasında  dənli 
bitkilərin  zərərvericilərinə  qarşı  kimyəvi  mübarizə  üsuludan  Ə.Ə.Cəfərov  (1977)  və 
Y.M.Məmmədov (1990-1994) istifadə etmişlər. 
 
Ə.Ə.Cəfərov (1977) sümürtkən böcəklərinə qarşı hektara 1,5-2 kq hesabı ilə 80%-li xlorofos 
və  2  kq  hesabı  ilə  metofos  çiləməklə  yüksək  nəticə  əldə  etmişdir.  Müəllif  eyni  zamanda  zəlicə 
böcəyinin  kütləvi  yayıldığı  illərdə  sahələrə  1,5-2  kq  80%-li  xlorofos  və  metafosla  dərmanlama 
aparılmasını  məsləhət  görmüşdür.  Taxıl  sovkasının  tırtıllarının  sahələrdə  çox  yayıldığı  illərdə  10 
sünbüldən  20  tırtıl  olduğu  şəraitdə  metafos  konsentratı  ilə  çiləmə  aparılmasını,  taxıl  hessen 
milçəyinin kütləvi çoxaldığı illərdə xlorofos, metafos və metotion preparatlarının istifadə edilməsini 
zəruri hesab edir (2, s. 24-29). 
 
Naxçıvan şəraitində Y.M.Məmmədov (1994) sərtqanadlı böcəklərə qarşı 3 il ardıcıl apardığı 
kimyəvi mübarizələrin nəticələrini aşağıdakı kimi göstərir. Kimyəvi preparatlardan 85%-li sevin 1,5 
kq, 35%-li fazolon 1,5 l, 30 %-li vofotoks 1,4 l,  40 %-li foksik 1,4 l, 40%-li metofos 1 l, 80%-li 
xlorofos  1,5  l  (etalok)  hər  hektara  tətbiq  etməklə  86,84%,  81,57%,  80,26%,  76,31%,  75%  və 
77,63%  texniki  effekt  almışdır  və  nəticədə  hər  hektardan  2,26  sentner  əlavə  məhsul  almağa 
müvəffəq olmuşdur (1). 
 
Tədqiqat  işimizlə  əlaqədar  olaraq  2015-ci  ildə  may-iyun  aylarında  Şıxmahmud  kəndinin 
əkin  sahəsində  10  hektarlıq  payızlıq  buğda  sahəsində  nəzarət  sahə  ayırmaqla  kimyəvi  mübarizə 
tətbiq etdik, aldığımız nəticələr aşağıdakı cədvəldə göstərilmişdir. 
 
Cədvəl 2 
Sümürtkən böcəklərinə qarşı mübarizədə sınaqdan keçirilən 
preparatların texniki səmərəliliyi  
 
 
 
 
 
 
 
Kimyəvi 
preparatlar
 
Hər hektara sərf 
olunma miqdarı
 
Mübarizədən əvvəl 
1 m
2
-də olan böcək 
sayı 
 
Mübarizədən 
sonra 1 m
2
-də 
olan böcək sayı
 
Texniki 
səmərəlilik 
(nəzarətə görə) 
 
Sevin  
Fazolon  
Metafos   
Nəzarət 
 
85%-li, 1,5 kq  
35%-li, 1,5 l 
40%-li, 1 l 
-
 
4 ədəd 
4 ədəd 
4 ədəd 
4 ədəd
 
0,5 
0,6 
0,9 
5
 
87,5% 
85% 
72,5% 
-
 
       
Cədvəldən göründüyü kimi mübarizə tətbiq olunan sahələrdə 1 m
2
-də həşəratların sayı 4-dən 
0,5:0,6 və 0,9-a endiyi halda, mübarizə tətbiq olunmayan nəzarət sahədə həşəratların sayı 4-dən 5-ə 
qalxmışdır.  Bu  da  təbii  ki,  məhsul  itkisinə  səbəb  olar.  Qeyd  etmək  lazımdır  ki,  dənli  bitkilərdə 
kimyəvi mübarizə üsulu məhsul yığımına 20-30 gün qalmış tamamilə dayandırılmalıdır. 
III. Bioloji mübarizə üsulu 
Zərərvericilərə qarşı bioloji mübarizədə bir çox amillər tətbiq olunmuşdur. Bir sıra yırtıcı və 
parazit həşəratların, quşların və müxtəlif göbələk xəstəliklərinin rolu göstərilmişdir: 
İ.İ.Meçnikov  (1880) sümürtkən böcək sürfələrinin parazit qurdlar tərəfindən məhv edilmə-
sini göstərmişdir. 
Sürfələrin  və  pupların  kütləvi  surətdə  muskardin  xəstəliyinə  tutulduğunu  hələ  1938-ci  ildə 
O.S.Moroşkina göstərmişdir. 


31 
A.V.Boqaçev  (1946)  Azərbaycan  şəraitində  sümürtkən  böcəklərinin  təbbi  düşmənlərindən 
İcdia  puadripunsrata  Fabr,  Tiphia  fomorata  Fabr,  Tophia  maria  Fabr  bir  çox  quşları  (alaçöhrə, 
zağca,  qara  toyuq,  sığırçın,  leylək  və  başqaları)  və  bir  sıra  yırtıcı  böcəkləri,  eyni  zamanda 
muskardinə və filaşeriya xəstəliyinə tutulduğunu göstərmişdir. 
Aparılmış  araşdırma  zamanı  (2015)  Naxçıvan  şəraitində  dənli  bitkilərin  əkin  sahələrinin 
şumlanması dövrü bir sıra quşların - zağcalar, alaqarğalar, leyləklər və s. traktorun arxasınca gəzə-
rək böcək sürfələrinin məhv etdiklərini və onunla bərabər yağıntının miqdarının çox olduğu illərdə 
sürfələrin muskardinə və filaşeriya xəstəliyinə tutulmasını müşahidə etdik. 
Bizim müşahidələrimiz də müəlliflərin fikirlərini təsdiq edir. 
Ədəbiyyat məlumatlarından məlum olmuşdur ki, xalisid Anapheslemoe Bark paraziti zəlicə 
böcəyinin yumurtalarını məhv edir. Tetrastipus endepa-razitinin yumurtaları, zəlicə böcəyinin sürfə-
lərini bütün yaş dövrlərində, hətta puplarını belə məhv edir. Lemofaqus paraziti öz inkişafını zəlicə-
nin sürfəsində keçirə bilir və pup mərhələsində onu məhv edir (7, s. 66-71). 
Dənli bitkilərin zərərvericisi olan sovkalara qarşı trixoqramma parazitinin rolu böyükdür.   
Ziyankar  bağacığın  təbii  düşmənləri  yumurta  yeyən  telnomuslar,  faziya  milçəkləri,  bir  sıra 
yırtıcı böcəklər və quşlardır. 
Naxçıvan  MR-də  mənənələrə  qarşı  7  nöqtəli  parabizən  böcəyinin  bioloji  mübarizədə  rolu 
böyükdür. Müşahidələrimiz zamanı mənənələrlə yoluxan sahələrdən həmin parabizən böcəklərinin 
mənənələri kütləvi məhv etməsini gördük. 
Bütün  bunlarla  bərabər  yuxarıda  göstərdiyimiz  mübarizə  üsullarını  bütövlükdə  və  ardıcıl 
şəkildə  aparılması  zərərvericilərə  qarşı  yüksək  əhəmiyyət  kəsb  etmiş  olur  və  bununla  da  məhsul 
itkisinin qarşısını almış olarıq.                                     
 
ƏDƏBİYYAT 
 
1.
 
Məmmədov Y.M. Naxçıvan  MR- da dənli  bitkilərin  sərtqanadlılar (Coleoptera)  faunası  əsas  
zərərvericilərə  qarşı  mübarizə  tədbirləri: Biol. elm nam. dis. ... avtoref., 1995, 21 s 
2.
 
Cəfərov  Ə.Ə.Dənli  bitkilərin  zərərvericiləri  və  onlara  qarşı  mübarizə  tədbirləri,  ADN,  Bakı, 
Azərnəşr, 1977, 56 s 
3.
 
Musayev  M.Ə.,Əliyev  S.V.Naxçıvan  MSSR-də  aparılmış  zooloji  tədqiqatların  yekunları  // 
Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri, Biologiya elmləri seriyası, 1982, № 6, s. 54-65 
4.
 
Əliyev C.Ə., Musayev Ə.C., Mövsümov Z.R., Süleymanov S.İ. Azərbaycan  SSR-də dənli taxıl 
bitkilərinin yetişdirilməsinə  dair  tövsiyələr. Bakı, 1981, 78 s 
5.
 
Səmədov,  N.H,  Səlimxanov  H.M.  Dənli  və  paxlalı  bitkilərin  zərərvericiləri.  Bakı,  Azənəşr, 
1964, 64 s 
6.
 
Беляев И.М., Горленко М.В., Дьяков Ю.Т.и др, Вредители и болезни  полевых  культур. 
М.: Россельхозиздат, 1970, 229 с 
7.
 
Прескотт Дж.М., Бурнетт П.А.,Сари Е.Е, Болезни и вредители пшеницы, Алмата, ГТЦ-
СИМИТ, 2002, 135 с
 
 
ABSTRACT 
Habib Huseynov 
Sakhavet Bayramov 
Leylabeim Seyidova 
 
Methods of dealing with major pest of grain crops in the conditions of the  
Nakhchivan Autonomous Republic 
Grain  growing is one of important branches of agriculture in the Nakhchivan Autonomous 
Republic. In order to increase the productivity of major food crops and get a high quality product it 
is necessary to explore and develop the appropriate measures on a scientific basis against a variety 
of pests and diseases prinosyashih serious economic harm to them, it is one of the most important 
issues facing science. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə