Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

75 
                      
 
 
Şək. 2 Böyükşor (a) və Bülbülə (b) gölünün dib çöküntülərində AM-ın potensial risk 
indekslərinin orta qiymətlərinin faizi 
 
 
Abşeron yarımadasının 2 təbii gölünün fiziki-kimyəvi xassələrini öyrənmək üçün aparılmış  
tədqiqatlardan  bu  hövzələrin  ekoloji  tarazlığının  pozulduğunu  göstərir.  Ekosistem  üçün  daha 
təhlükəli  çirkləndiricilər  olan  əksər  neft  karbohidrogenləri  və  AM  suda  yaxşı  həll  olmur  və  dib 
çöküntülərində  toplanaraq  su  sistemlərinin  flora  və  faunasına  mənfi  təsir  göstərirlər. 
Çirkləndiricilərin müəyyən yollarla su təchizatı sistemlərinə düşməsi və yaxud təsadüfən (istirahət 
zamanı)  çirkli  göllərin  suyundan  istifadə  olunması  nəticəsində  qida  zənciri  vasitəsilə  insan 
orqanizminə daxil olması ilə əlaqədar potensial risk yaranır. Buna görə də, onların təmizlənməsi  və 
zərəsizləşdirilməsi  Azərbaycan  dövləti  və  mütəxəssislərinin  ciddi  narahatlığına  səbəb  olur. 
Azərbaycan Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Fərmanı ilə qəbul olunmuş “2006-2010-cu 
illərdə Azərbaycan Respublikasında ətraf mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı” na Abşeron 
yarımadasının  yüksək  dərəcədə  çirklənmiş  göllərinin  ləğv  olunması  da  daxil  idi.  Son  illərdə 
Abşeronda  bəzi təbii və süni göllərin torpaqla doldurulub ləğv olunması üzrə geniş işlər aparılır. 
Növbəti  mərhələdəki  bərpaolunma  işlərinə  göllərin  yerində  yaşıllıqların  salınması,  parkların, 
istirahət zonalarının və idman komplekslərinin yaradılması daxildir. Lakin yuxarıda qeyd olunduğu 
kimi,    çirkləndiricilərin  əksəriyyəti  uzun  müddət  parçalanmadan  ətraf  mühitdə  qalır  və  böyük 
əraziyə  yayılırlar.  Gələcəkdə,  onlar  müəyyən  biokimyəvi  və  kimyəvi  çevrilmələr  və  yaxud  təbii 
proseslər  nəticəsində  yenidən  ekosistem  üçün  təhlükə  mənbəyinə  çevrilə  bilərlər.  Doldurulmuş 
göllərdən zərərli maddələr süzülərək yenidən torpaqları, səth və qrunt sularını çirkləndirərək ciddi 
hadisələrlə  nəticələnə  bilər.  Buna  görə  də,  Abşeron  yarımadasında  ekosistemi  gələcəkdə  baş  verə 
biləcək  fəlakətlərdən  qorumaq  üçün  elmi  cəhətdən  əsaslandırılmış  tədbirlər  işlənib  həyata 
keçirilmədir.       
 
ƏDƏBİYYAT 
1.
 
Məmmədov  V.  A.,  Alosmanov  M.  S.  Abşeron  yarımadasındakı  göllərin  formalaşması, 
transformasiyası  və  ekoloji  vəziyyətinin  qiymətləndirilməsi,  /2-ci  Xəzər  Beynəlxalq  Su 
Texnologiyaları Konfransının materialları, Bakı, 2014, s, 470-478 
2.
 
Алиев Ф. Ш.  Оценка  естественно-природных условий северо-западной  
части Апшеронского полуострова в связи с очисткой от ртути района г  
 Сумгаит и захоронением отходов в безопасном в геологическом  
 отношении месте/Проблемы окружающей среды и природных ресурсов 
(обзорная информация), Москва, ВИНИТИ, 2002, выпуск 5, с. 76-91 
3.
 
Aliyev F., Khalilova H. The anthropogenic impact on surface water  resources in 
Azerbaijan// J. Energy and Environment, v.25, № 2, 2014, pp. 343-356 
0
10
20
30
40
50
Cd
Cr
Cu
Hg
Pb
Zn
Ei
%


76 
4.
 
Xəlilov Ş. B., Əliyeva  Ə. A. Abşeron göllərinin neft məhsulları ilə çirklənməsi / “Ətraf 
Mühit və ekologiya” Elmi-metodik konfransın materialları. Bakı, 1997, s, 117-118 
5.
 
Standard  methods  for  examination  of  water  and  wastewater,  American  Public  Health 
Association/  American  Water  Works  Association/  Water  Environment  Federation,  19
th
 
edition 1995, Washington DC 
6.
 
USEPA Test Methods for Evaluating Solid Wastes, 1986 
7.
 
Khalilova H. Kh., Mammadov  V. A.  Assessing the anthropogenic impact on heavy metal 
pollution in soils and sediments in urban areas of Azerbaijan’s oil  industrial region// Pol. J. 
Environ. Stud., 2016, vol. 25, № 1, pp, 159-166 
8.
 
Hakanson L. An ecological risk index for aquatic pollution control. A sedimentological 
approach, Water. Res.  14 (8), 975, 1980 
9.
 
Qiu H. Migration mechanism of organic pollutants in national water-body  
 sediments // Geopgraphy and Geology, 2011, vol. 3,  № 1, pp 239-246 
 
ABSTRACT 
                                                                                                                        Hadiya Khalilova  
Assessing the ecological status of water basins in the territories of the Absheron Peninsula 
subjected to anthropogenic  impact 
 
Ecological  status  of  two  water  basins  -    Boyukshore  and  Bulbula  lakes  being  subjected  to 
long-term  anthropogenic  impact  in  the  territory  of  the  Absheron  peninsula  have  been  studied  and 
assessed.  The  results  of  studies  have  shown  that  significant  changes  have  occurred  in  the  natural 
qualities  of  these  lakes  under  the  influence  of  various  anthropogenic  discharges  that  led  to  the 
violation if their ecological balances.       
 
РЕЗЮМЕ 
                                                                                                                       Хадия Халилова 
Оценка экологических состояний водных бассейнов  на подвергнувшихся 
антропогенному воздействию  территориях  Абшеронского полуосторова 
 
Экологические  состояния  двух  озер  –  Беюкшор  и  Булбуля,  которые  долгое  время 
подвергались антропогенному воздействию на территории Абшеронского полуострова, были 
исследованы  и  оценены.  Результаты  исследований  показали,  что  значительные  изменения 
произошли в естественных качествах этих озер под воздействием различных антропогенных 
выбросов, которые  привели к нарушению их экологического баланса.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə