Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

134 
 SEVOFLURAN  ən    çox  istifadə  olunan  ınhalyasiyon  anestetikdir.Metabolizma  nəticəsində  
florid  ortaya  çıxir.Serum  floridin  səviyyəsi  >50  mmol/  L  olması  artıq  böyrək  çatmazlığı  riski  ilə 
əlaqədardır.Sevofluran  CO
2
  adsorbentləri  ilə    reaksiyaya  girərək  ‘’Bileşik  A’’adında  qüvvətli  bir 
neyrotoksinin    yaranmasına  səbəb  olur.  Bir  çox  araşdırmalara  görə    XBX-də      plazmada  olan 
floridini, sidiklə  xaric olunanı ilə  müqayisə etdikdə hec bir dəyişiklik olmadığı aşkarlanmışdır.  Bu 
səbəbə görə XBX də uyğun bir anestetik olduğu fikirləşilir. 
DESFLURAN  ve  İZFLURAN  böyrəyə  toksiki  təsiri  olmadığı  üçün  XBX-  də  rahatlıqla 
istifadə oluna bilər. 
                         MİORELAKSANTLAR 
XBX –lərində uyğun miorelaksant seçilməsində əsas məsələ böyrəklərdən həmin dərmanların 
xaric olmasi  ,təkrar  olaraq həmin dərmandan istifadə edildikdə dərmanın  toxumalarda toplanması,  
yəni kumulyasiyasi və aktiv metabolitlərin olub olmamasını bilməkdir. Xroniki böyrək xəstələrində 
miorelaksantların  yayılma  həcmi  geniş  olduğu  üçün  ,  ilkin  dozanı  artırmaq  lazımdır,    sonrakı  
dozalara isə  cox vaxt ehtiyac olmur ya da aşağı dozalarda işlətmək lazımdır. 
ATRAKÜRYUM  və  Cis-ATRAKÜRYUM    Hoffman  göstəricisi  yeni  dərmanlarin  xaric 
olmasi  göstəricisi  qeyri-spesfik  esterazlarla  parçalandıqlarına  görə  böyrək  funksiylarındakı 
dəyişikliklər bunlara təsir etmir. 
VEKÜRONYUM  isə  30  %  nisbətində  böyrəklərdən  xaric  olur.Qaraciyərdə  isə    aktiv  bir 
metabolit  olan    3-hidroksi  veküronyuma  çevrilir.  Böyrək  çatışmazlığı  olan  xəstələrə  bu  relaksant 
təkrar verildikdə onun  təsir müddəti uzanır.ROKÜRONYUM əsas öd yolları ilə xaric olur, ancaq 
33  %  i  24  saat  ərzində  sidiklə  xaric  olur.Böyrək  çatışmazlığında  klirensi  39%  nisbətində 
azalır.Əzələ  boşalması  aradan  qaldırmaq  üçün  asetilxolin  esteraza  ingibitoru  olan  neostiqmin 
klirensidə  XBX  olan  xəstələrdə  azalır.Bu  hal  parasimpatik  təsirin  artması  ilə 
nəticələnir.Bradikardiya  və  AV  blok  təsirini  qarşısını  almaq  məqsədilə  eyni  zamanda  atropin  də 
istifadə olunmalıdır. 
SUGAMMADEKS  modifikasiya  olunan  bir  siklodekstrin  həlqədir  və  steroid  tərkibli  
miorelaksantlardan 
olan 
vekuronyum 
və 
roküronyuma 
birbaşa 
bağlanaraq 
təsir 
göstərir.Sugammadeks  –veküronium/roküronium  birləşməsi  suda  həll  olur  və  böyrəklərdən  xaric 
olur.Araşdırmalarda  Sugammadeks  sidiklə  dəyişmədən  xaric  olduğu    və  bundan  sonra    əzələlərin 
relaksasiya  təsiri tam aradan qalxdığı  üçün, böyrək funksiyalarına təsir etmədiyi deyilir və diyaliz 
xəstələrində qorxmadan istifadə edilə bilər. 
                               Opioid Analgetiklər. 
Remifentanil    potent  bir  reseptor  aqonistidir.Təsir  müddəti  çox  qısadır.İnfuzyon  şəklində 
istifadə  olunsada,  dərmanin  kumulyativ  təsiri  yoxdur.  Diyaliz  xəstələrində    bunun  təsir  müddəti 
uzansada və klirensi azalsada, bu vəziyyətin klinikaya təsiri çox azdır. 
Fentanil  qaraciyərdə  dəyişikliyə  məruz  qalır  və  aktiv  metaboliti  yoxdur.  7%  i  dəyişmədən 
sidiklə  xaric  olur.  XBX  də  klirensi  azalmır  ancaq  cox  diqqətə  carpan  dərəcədə    klinikaya  təsir 
göstərmir. 
Morfin  qaraciyərdə  dəyişikliyə  məruz  qalır  və  70  %  i  morfin-3-lukronid  olan  metabolitlərə 
çevrilir.Morfinin  xaric  olması  böyrəyin  funksiyalari  ilə  əlaqədardır.Böyrək  xəstəliyinin    son 
dövrlərində  təsir  muddəti  2  saatdan  27  saata  qədər  uzana  bilər.Bu  səbəblə  XBX  olan  xəstələrdə 
morfinin  dozası  azaldılaraq  istifadə  olunmalı  və  əməliyyatdan  sonrakı    dövrdə  həyati  vacib 
orqanların fəliyyətinə daha uzun müddət nəzarət olunmalıdır. 
                                      Nəticə. 
Xroniki  böyrək  xəstəliyi  olan  xəstələrin    əməliyyat  önü  və  sonrakı  dövrlərdə  ölüm  faizinin 
yüksək olması  ilə xarakterizə olunur.Bu səbəblə  həmin xəstələr əməliyyat  önü dövrdə  hər tərəfli 
yoxlanilmalı  və  dəyərləndirməlidir.Müvafiq tam hazırlıqlardan sonra  təcili olmayan əməliyyatlara 
başlamaq  olar.Əməliyyat  önü  dövrdə  böyrək  funksiyalarının  yüksəltdirilməsi  anestezioloq  və 
cərrahın  ilk  hədəfi  olmalıdır.Əməliyyat  önü  dövrdə  əsas  məqsəd  xəstələri  böyrəklərində  qan 
dövranını    qorumaq,    arterial  tezyiqi  stabilləşdirmək  ,  şəkər  göstəricilərinin    norma  daxilində 
saxlanması və hal hazırda var olan xəstəliyin daha da kəskinləşməsinin qarşısını almaqdadır. 
 


135 
ƏDƏBİYYAT 
1.Golden 
D,Corbett 

,Forni 
LG 
.Peri-operativ 
renal 
dysfunction:prevention 
and 
management.Anaesthesia 2016 ;71 Suppl 1:51-57 
2.Walsh  M,Devereaux  PJ,  Garg  AX  ,et  al.Relationship  between  intraoperative  mean  arterial 
pressure  and  clinicial  outcomes  after  noncardiac  surgery  :toward  an  empirical  definition  of 
hypotension. Anesthesiology 2013;119(3): 507-515 
3.Eilers  H,Liu  KD,Gruber  A,Niemann  CU.Chronic  kidney  disease:implications  for  the 
perioperative period .Minerva Anestesiol 2010 ;76(9) :725-736 
4.Suleymanlar  G,Utas  C,Arinsoy  T  et  al.  A  population-based  survey  of  Chronic  Renal  Disease  In 
Turkey—the CREDIT study.Nephrol Dial Transplant 2011;26(6) :1862-1871 
5.Coresh  J,Selvin  E,Stevens  LA,et  al.Prevalence  of  chronic  kidney  disrase  in  the  United  States 
.JAMA 2007;298(17):2038-2047 
6.Craig  RG,  Hunter  JM  Recent  developments  in  the  perioperative  management    of  adult  patients 
with chronic kidney disease .Br J Anaesth 2008;101(3):296-310 
7.  Wagener  G,Brentjens  TE  .Anesthetic  concerns  in  patients  presenting  with  renal  failure. 
Anesthesiol Clin 2010 ;28(1): 39-54 
8. Anestezi Dergisi 2016 ;24(1):2-7 
9.Kliniki  Anesteziyoloji:  G.Edward  Morgan  Jr  ,Maged  S.Mikhail,    Michael  J  .Murray    2010. 
Dördüncü baskı 
10.Yoğun Bakım. Prof.A. Haydar Şahinoğlu. 2003 
11.Lobaz  S,Sammut  M,Damodaran  A.Sugammadex  rescue  following  prolonged  rocuronium 
neuromuscular  blockade  with  recuraristion  in  s  patient  with  severe  renal  failure  .BMJ  C  ase  Rep 
2013 :7:2013 
12.Naguib  M.Sugammadex  :another  milestone  in  clinical  neuromuscular  pharmacology  .  Anesth 
Analg 2007;104(3):575-581                                    
ABSTRACT 
 
In elder population the incidence of chronic kidney disease increases. As the population ages, 
anesthesiologists are challenging the fact that the number of patients with chronic kidney disease  is 
rising. Anesthetic management of patients with chronic kidney disease is really challenging because 
it  requires  an  ultimate  knowledge  about  the  pathophysiology  of  the  disease  and  the  interaction 
between the anesthetic drugs and comorbidities. 
In  this  review  we  aimed  to  present  the  features  of  chronic  kidney  disease  and  highlight  the 
facts related to anesthesia. 
РЕЗЮМЕ 
 
С возрастом число больных  с  хронической  почечной  недостаточностью возрастает. С 
возрастанием  числа  больных  старого  возраста,  анестезиологам  приходится  более  часто  
встречаться  c больными  с  хронической  почечной  недостаточностью.  
Выбор  метода    анестезиологического    пособия    у    этих    больных    крайне  
затруднителен.  Поэтому    у    этих    больных    крайне    важно    иметь    всестороннюю  
информацию    о    сопутствующих    заболеваниях    и    действиях    анестезио-логических  
препаратов.  Наша    цель    в    этой    статье,  обострить    внимание    на    действие  
анестезиологических  препаратов при  хронической  почечной  недостаточности. 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
         
  
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə