Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

136 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
ABDULLA BABAYEV 
 Naxçıvan Dövlət Universitetinin 
Ümumi təbabət və gigiyena kafedrasının müəllimi 
UOT:616-001.27 
                         
    
RADİASİYA VƏ ŞÜA XƏSTƏLİYİ  HAQQINDA QISA MƏLUMAT. RENTGEN 
KABİNETLƏRİNDƏ RADİOLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNƏ DAİR 
SANİTARİYA NORMA VƏ QAYDALARI 
 
Açar sözlər: rentgen şüaları, elektromaqnit dalğaları, şüa xəstəliyi   
 
Keywords: radioactive rays, electromagnetic spectrum, radiation sickness 
Ключовые слово: рентгеновские лучи, электромагнитных волн, лучевой болезни 
 
 
Rentgen şüaları - 1895-ci ildə Vilhelm Konrad Rentgen tərəfindən kəşf edilmiş və X–şüaları 
(İks şuaları) adlandırılmışdır. Bu süalar elektromaqnit dalğaları şkalasında spektrin qamma şüaları 
ilə ultrabənövşəyi şüaları arasındakı dalğalar diapazonunda yerləşir. 
 
 
 
 
Radioaktiv  şüalar  gözlə  görünməyən,  müəyyən  cisimlərdən  müxtəlif  dərə-cədə  keçmə 
qabiliyyətinə  malik  olan  şüalardır.  Şüalanmanın  baş  verməsi  üçün  atom  və  ya  digər  bu  mənşəli 
istehsalat  müəssisələrində  baş  verən  qəzaların  olması  zəruri  deyil.  Şüalanma  RLS  (radiolokasiya 
stansiyası)  ətrafı  ərazilərdə,  tərkibində  uran  və  digər  radioaktiv  maddələr  olan  torpaqlarda,  neftlə 
çirklənmiş çöllüklərdə və s. ərazilərdə dövri olaraq baş verir.  
Güclü radiasiyanın təsirindən canlı orqanizmi təşkil edən toxuma və hüceyrələrdə ionlaşma 
reaksiyası  gedir  ki,  bu  da  onun  bioloji  qabiliyyətini  pozur  və  nəticədə  şüa  xəstəliyi  əmələ  gəlir. 
Şüalanmalar zamanı orqanizmdə hüceyrə səviyyəsində dəyişikliklər baş verir. Belə ki, hüceyrənin 
əsas hissələri olan nüvədə, xromosomlarda və digər orqanoidlərdə patoloji dəyişikliklər inkişaf edir. 
Ən  ağır  fəsadlaşma  genetik  strukturda  yaranır.  Şüa  xəstəliyinin  kliniki  gedişindən  (kəskin, 
yarımkəskin,  xroniki) asılı  olaraq orqanizmdə müəyyən patoloji hallar  baş verir. Müayinə zamanı 
dəyişiklik  ilk  növbədə  qanda  özünü  daha  qabarıq  şəkildə  büruzə  verir.  Sonra  fəsadlaşma  selikli 
qişalarda,  həmçinin  ürək,  qaraciyər,  dalaq,  böyrəklərdə,  baş  və  onurğa  beyində  qansızmalar, 
müxtəlif orqanlarda (həzm  sistemi,  ifrazat  sistemi  və s.) qanaxmalar şəklində aşkar  edilir. Kəskin  
şüa  xəstəliyində  dəridə  hər  hansı  bir  əlamət  üzə  çıxmaya  da  bilər,  lakin  tüklərin  tökülməsi  əksər 
hallarda  müşahidə  olunur.  Şüa  xəstəliyinin  əmələ  gəlməsində  orqanizmin  müqavimətinin  aşağı 
düşməsi mühüm əhəmiyyət kəsb edir. Yəni sinir, ürək-damar və endokrin sistemlərində, qaraciyər 
və  ifrazat  orqanlarında  olan  patoloji  dəyişikliklər,  habelə  kəskin  və  ya  xroniki  vitamin 
çatışmazlıqları  şüa  xəstəliyinin  inkişaf  etməsini  sürətləndirir.  Bütün  radioaktiv  şüalanmaların 
vaxtında  aşkar  edilərək  müalicəsini  təmin  etmək  üçün  ilk  növbədə  müasir  klinikalarda 
radiodiaqnostik  aparatlardan  istifadə  olunur.  Həmin  radiodiaqnostik  aparat  və  avadanlıqların 
yerləşdirilməsi, istifadəsi, onlardan mühafizə tədbirlərinə riayət olunmazsa personalların özləri belə 
şüa xəstəliyinə düçar ola bilərlər. İlk növbədə bu şüalardan biri də rentgen şüalarıdır. Rentgenoloji 
müayinələrdə  şüalar  bədənə  düşür  və  şüalanan  toxumaların  sıxlığından  asılı  olaraq  müxtəlif 
dərəcədə  zəifləyir.  Sümüklərdə  əks  olunma  əzələ  yaxud  daxili  orqanlara  görə  nəzərəçarpacaq 
dərəcə-də  yüksəkdir.  Yəni,  dəyişiklikləri  digər  orqanlardan  fərqli  olaraq  sümüklərdə  aşkar  etmək 
daha asandır.  Bədəndən  keçən şüa dəstəsi  rentgen aparatının  qəbuledici  hissəsinə düşür. Bu hissə 
əksər hallarda gücləndirici folqa ilə birlikdə qara rəngli, rentgen şüalarının təsiri ilə rəngini dəyişən 
plyonkadır. Şüaları tam keçirən toxumalar, məsələn ağciyərlər, adi rentgenoqrammada qara rəngdə 
alınır.  Sümük-lər  əksinə  olaraq  açıq  rəngli  görünür,  belə  ki,  rentgen  şüaları  sümüklərdə  yüksək 


137 
dərəcədə  zəifləyir.  Rengenoloqlar  rentgenoqrammanın  açıq  hissələri  haqqında  “tündləşmə”,  tünd  
hissələri haqqında isə  “açıqlaşma”  kimi danışırlar. 
  
Şüa  diaqnostikası  şöbələrinin  (kabinetlərinin),  şüa  terapiyası  və  radioizotop  diaqnostikası 
laboratoriyalarının  yaşayış  binalarında,  uşaq  və  yeniyetmə    müəssisələrində  yerləşdirilməsi 
qadağandır.  Şüa  diaqnostika  kabinetlərində  yalnız  süni  işıqlanmaya  yol  verilir.  Həmin  şöbələrə 
girişlər  isə    stasionar  xəstələr  və  tibb  müəssisəsinə  gələn  şəxslər  üçün  ayrı  olmalıdır.  Yoluxucu 
xəstəliklər, vərəm, mamalıq şöbələrinin rentgen kabinetləri, zəruri hasllarda isə poliklinika və qəbul 
şöbələrinin flüoroqrafiya kabinetləri ayrı-ayrı  yerləşdirilməlidir. Şüa terapiyası şöbələri digər şöbə 
və bölmələlə əlaqəsi olmayan sahələrdə yerləşdirilməlidir. Respublika Gigiyena və Epidemiologiya 
Mərkəzinin  (GEM)  gigiyenik  rəyi  olmadan  rentgen  və  ya  şüa  diaqnostikası  kabinetlərinin 
(aparatlarının) istismarına icazə verilmir.   
 
 
 
 
 
 
 
Şüa diaqnostikasına aid kabinet və otaqların sahələr üzrə minimal göstəriciləri Azərbaycan 
Respublikası  Səhiyyə  Nazirliyinin    07.02.2009-cu  il  tarixli  37  saylı  əmrinin    tələblərinə  cavab 
verməlidir. Rentgen kabinetlərinin işi zərərli istehsalat faktorlarına aid olduğundan personallar üçün 
6  həftəlik  iş  günündə  4  saat,  5  həftəlik  iş  günündə  isə  5  saatlıq  iş  günü  müəyyənləşdirilmişdir. 
Zərərliliyə görə  onlar süd və süd məhsulları ilə təmin olunmalıdırlar. 
 
 
 
 
Digər  şüalar  kimi  rentgen  şüaları  da  bioloji  təsirə  malik  olub  qammakvant  hissəciklərinin 
insan  orqanizminin  toxumalarına  ilkin  effektli  təsirindən  atom  və  molekullar  ionlaşır,  biokimyəvi 
reaksiyalar  somatik  və  genetik  istiqamətlərdə  sürətlənir.  Buna  görə  də  rentgenoloji  kabinetlərdə 
işləyənlər radioloji şəraiti, şüalanmanın kəmiyyət və keyfiyyət xarakterini düzgün qiymətləndirməli, 
“Radioloji  təhlükəsizlik  normaları”-nın  tələblərinə  uyğun  olaraq  səhiyyə  müəssisələrində 
təhlükəsizliyin təmin olunması üçün  gigiyenik norma və qaydalara  ciddi riayət etməlidirlər.  
Səhiyyə müəssisələrində ionlaşdırıcı şüa mənbələrində işləyən və həmin mənbələrlə təmasda 
olanlar  3  kateqoriyaya  bölünür: 
 
1.  A  kateqoriyası  –  rentgen  kabinetinin  personalları  və  ya  daimi  rentgen  aparatında 
işləyənlər (həkim-rentgenoloqlar, rentgenlaborantlar, sanitarlar);   
 
2. B kateqoriyası – 
tibb müəssisələrinin personalları, rentgen kabinetinin qonşuluğunda yerləşən və rentgen aparatı ilə 
əlaqəsi  olmayanlar,  bəzi  təsadüflərdə  rentgenoloji  müayinələrdə  iştirak  edən  anestezioloqlar, 
cərrhlar, o cümlədən xəstə-ləri müşayiət edən tibb işçiləri;  
3. C kateqoriyası – şəhər və rayonların  əhalisi. 
Həssaslığına görə şüalanmaya məruz qalan orqanizmin müxtəlif orqanları  3 qrupa bölünür:
 
1. Cinsiyyət vəziləri, qırmızı sümük iliyi;   
 
 
 
 
 
 
2. Əzələlər, qalxanvari vəz, qaraciyər, böyrəklər, həzm orqanları, bir və üçüncü  qrupa  aid  
olmayan  digər  üzv  və  orqanlar;   
 
 
 
 
 
3. Sümük toxuması, dəri örtüyü, əllər, bazu, diz və aşıq daban oynaqları.  Səhiyyə 
müəssisələrinin  ionlaşdırıcı  şüa  mənbələrində  işləyən  personalları-nın  kateqoriyalar  üzrə 
şüalanmanın  yol verilən doza həddi  (YVDH) belədir: 
 
 
 
 
 
 
Şüalanmanın yol verilən doza həddi  üzrə  
kateqoriyaları  
Orqanların qruplar üzrə şüalanma həddi R 
(rentgen) vahidlə 

II 
III 
A kteqoriyası üçün
  

15 
30 
B kteqoriyası üçün
 
0,5 
1,5 

 
 
Daxili  və  xarici  şüalanmaya  məruz  qalmalarına  görə  tibb  müəssisələrinin  personalları  iki 
qrupa bölünür: 
 
 
 
 
 
 
 
 
 
 
-  il  ərzində  YVDH  -dən  0,3  R  (rentgen)  yuxarı  şüalanma  üçün    üzərində  fərdi  dozimetrik 
nəzarət aparılanlar;   
 
 
 
 
 
 
 
 
-  il  ərzində  YVDH  -dən  0,3  R  (rentgen)  yuxarı  olmayan  şüalanma  üçün  üzərində  fərdi 
dozimetrik  nəzarət  aparılmayanlar.  Rentgen  kabinetlərində  personalların  təhlükəsiz  iş  şəraitini 
təmin etmək üçün təkcə rentgen şüalarından  yox, digər zərərli faktorların təsirindən qorunmaq da 
zəruridir.  Rentgen  aparatları  elə  quraşdırılmalıdır  ki,  personalların  cərəyan  daşıyıcılarından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə