Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

142 
 Toplanılmış
 
51 nüsxə sestodun növ tərkibi V.M.İvaşkin və Q.S.Muxamadiyev tərtib etdikləri 
helmint təyinedicilərinə, həmçinin, E.İ.Pryadko, A.A.Kazkenov və N.A.Qubaydulinin hazırladıqları 
“Dırnaqlı heyvanların helmintləri” perfokart təyinediciyə əsasən müəyyən edilmişdir [7, 8]. 
 
                                                   Eksperimental hissə  
Nümunələr  götürülən  zaman  heyvanlarda  aparılmış  profilaktiki  dehelmintizasiyaların  vaxtı 
nəzərə  alınmış,  əsasən  tədbirlərdən  2-3  ay  əvvəl  və  ya  sonra  koproloji  müayinələr  aparılmışdır. 
Helmintoloji  müayinələrin nəticələri 1-ci cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi muxtar 
respublikanın  təsərrüfatlarında  saxlanılan  camışların  anoplosefalyatozlarla  yoluxması  o  qədər    də 
yüksək deyildir (İE-17,2%). Camışların bir qədər fərqli yaşama tərzinə, qidalanma xüsusiyyətlərinə 
malik olaması, onların anoplosefalyatozlarla nisbətən zəif  yoluxmasına səbəb olur. 
                                                                                                     Cədvəl 1 
Müxtəlif yaş qrupuna aid camışların   anoplosefalyatozlarının rayonlar üzrə  yayılması 
(helmintoovoskopik müayinələrə görə) 2013-2015-ci illər üzrə 
 

№ 
Rayonlar 
Müayinə 
edilən 
heyvan 
sayı 
Yoluxmuş 
heyvan 
sayı 
İnvaziyanın 
ektensivliyi 
İE % 
Bir qram kalda 
anoplosefalyat 
yumurtalarının 
orta sayı 
1. 
Sədərək 
71 
14 
19,7 
98,2±2,1 
2. 
Şərur 
99 
21 
21,2 
102,5±3,1 
3. 
Kəngərli 
24 

20,8 
99,4±2,5 
4. 
Babək 
55 

14,5 
86,1±3,4 
5. 
Culfa 
82 
16 
19,5 
88,2±5,1 
6. 
Şahbuz  
59 

11,9 
75,9±3,2 
7. 
Ordubad 
46 

13,0 
82,9±2,3 
Cəmi: 
436 
77 
 
 
Orta göstərici: 
 
 
17,2 
90,5±3,1 
 
Helmintoovoskopik  müayinələrin  nəticələrinii  təhlil  edərək,  camışlarda  anoplosefalyatoz 
invaziyalarının ekstensivliyi müəyyən edilmişdir. İnvaziyanın ekstensivlik dərəcəsi ən yüksək  (İE-
21,2%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  102,5±3,1)  Şərur  rayonundakı,  ən  aşağı  isə 
Sahbuz  rayonundakı  (İE-11,9%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  75,9±3,2) 
təsərrüfatlardan götürülmüş kal nümunələrində olmuşdur.  
Digər  rayonlarda  aparılmış  helmintoovoskopik  müayinələrin  nəticələrini  təhlil  edərkən, 
Sədərək rayonunda invaziyanın ekstensivliyi  İE-19,7%, bir qram kalda sestod  yumurtalarının sayı 
98,2±2,1;  Kəngərli  rayonunda  İE-20,8%,  bir  qram  kalda  sestod  yumurtalarının  sayı  99,4±2,5); 
Babək rayonunda İE-14,5%, bir qram kalda sestod yumurtalarının sayı 86,1±3,4; Culfa rayonunda 
İE-19,5%, bir qram kalda sestod  yumurtalarının sayı 88,2±5,1; Ordubad rayonunda isə İE-13,0%, 
bir qram kalda sestod yumurtalarının sayı 82,9±2,3 olmuşdur.  
Tədqiqat işlərində  Muxtar Respublikanın müxtəlif rayonlarında kəsilmiş 46 baş camışın nazik 
bağırsaqlarında  helmintoloji  müayinələr  aparılmışdır.  Araşdırmalar  nəticəsində  yoluxmuş  12 
bağrsaqdan (26,1%) 51 nüsxə sestod tapılmışdır. İnvaziyanın intensivliyinin orta göstəricisi 4,2±0,5 
helmint/heyvan  olmuşdur.  Aşkar  edilmiş  anoplosefalyat  nümunələrini  araşdırarkən,  camışlarda  4 
növ sestodun:  Moniezia expansa, M.benedeni,  Avitellina centripunctata və Thysaniezia  giardi-nin 
ərazidəki  heyvanlarda  parazitlik  etdiyi  müəyyən  edilmişdir.  Helmintoloji  yarma  müayinələrinin 
nəticələri 2-ci cədvəldə  verilmişdir. 
Sədərək rayonunda camışların 9 bağırsaq nümunəsinin helmintoloji müayinəsində aşkar edilən 
14 nüsxə anoplosefalyatların minimal uzunluğu 9,8 sm, maksimal uzunluğu isə 4,65 m olmuşdur. 
Anoplosefalyatların növ tərkibini araşdırarkən 6 nüsxə M.benedeni, 5 nüsxə Th.giardi və 2 nüsxə 
A.centripunctata  sestodlarının  olduğu  müəyyən  edilmişdir.  Helmintoloji  müayinələrdə  bir  sestod 


143 
inkişafının  başlanğıc  mərhələsində  olduğundan,  strobila,  yetkin  və  hermofrodit  buğumlar 
formalaşmamışdır. Buna görə də onun növ mənsubiyyətini müəyyən etmək mümkün olmadı. 
Sərur  rayonunda  aparılan  helmintoloji  yarma  müayinələrində  11  bağırsaq  nümunəsindən  18 
sestod tapılmışdır ki, bunların minimal uzunluğu 11,5 sm, maksimal uzunluğu isə 5,63 m olmuşdur. 
Müaynələrin gedişində bağırsaqlarda yalnız iki anoplosefalyat növü aşkar edilmişdir. Bunlardan 12 
nüsxə  M.benedeni,  5  nüsxə  isə  M.expansa  olmuşdur.  Bir  sestodun  növ  mənsubiyyəti  təyin 
edilməmişdir.  
 
                                                                                                                       Cədvəl 2 
Camışlarda  parazitlik edən  anoplosefalyatların  növlərə   görə yayılması  
(helmintoloji yarma müayinələrinə görə) 
 
Kəngərli  rayonundakı  ət-kəsim  məntəqələrindən  götürülmüş  8  nazik  bağırsaq  nümunəsinin 
müayinəsi  zamanı  9  nüsxə  sestod  tapılmışdır  ki,  bunların  minimal  uzunluğu  1,25  m,  maksimal 
uzunluğu isə 4,36 m olmuşdur. Anoplosefalyatların növ tərkibini araşdırarkən 5 nüsxə M.benedeni, 
3 nüsxə Th.giardi və bir nüsxə A.centripunctata sestodlarının olduğu aşkar edilmişdir. 
Babək rayonunda aparılan helmintoloji müayinələrdə 6 nazik bağırsaqdan 4 sestod tapılmışdır 
ki, bunların minimal uzunluğu 3,97 m, maksimal uzunluğu isə  4,78 m olmuşdur.  Bu helmintlərdən 
2 nüsxə M.benedeni, 2 nüsxə isə M.expansa növlərinə aid olmuşdur.  
Culfa  rayonunda  aparılan  helmintoloji  yarma  müayinələrində  bir  bağırsaq  nümunəsindən  3 
sestod tapılmışdır ki, bunların minimal uzunluğu 3,66 m, maksimal uzunluğu isə 4,83 m olmuşdur. 
Müayinələrin gedişində  aşkar edilmiş 3 nüsxə  sestodun  M.benedeni olduğu müəyyən edilmişdir. 
Ordubad rayonunda helmintoloji müayinə edilən 5 bağırsaq nümunəsindən  yalnız birində  3 
nüsxə sestod aşkar edilmişdir. Sestodların minimal uzunluğu 2,45 m, makisimal uzunluğu  3,86 m 
olmuşdur. Aşkar edilən sestodların növ mənsubiyyəti araşdırılarkən hər 3 nüsxə helmintin Th.giardi 
olduğu müəyyən edildi. 
Sahbuz  rayonunda  helmintoloji  yarma  müayinəsi  aparılmış  3  bağırsaq  nümunəsinin  heç 
birində anoplosefalyatlara rast gəlinməmişdir. 
 
 

№ 
Rayonla

sestod 
sayı  
(nüsxə

M. be
ne
de
ni
 

M.  e
xpa
nsa
 

A.c
entripunc
tat
a
 

Th.giar
di
 


yin  ol
unmamış
 

1. 
Sədərək 
14 

42,9 



14,


35,7 

7,1 
2. 
Şərur 
18 
12 
66,7 

27,8 





5,5 
3.  Kəngərli 


55,5 



11,


33,3 


4. 
Babək 


50,0 

50,0 






5. 
Culfa 


100,









6. 
Şahbuz 










 
7.  Ordubad 








100,



Cəmi: 
51 
28 
 

 

 
11 
 

 
Orta 
göstərici: 
 
 
54,9 
 
13,7 
 
5,9 
 
21,5 
 
3,9 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə