144
Nəticə
Muxtar respublikanın təsərrüfatlarında saxlanılan camışların anoplosefalyatoz invziyalarının
ekstensivliyinin orta göstəricisi 17,2% olmuşdur. Sestodların növ mənsubiyyəti araşdırılarkən 28
nüsxə M.benedeni (54,9%), 11 nüsxə Th.giardi (21,5%), 7 nüsxə M.expansa (13,7%) və 3 nüsxə
A.centripunctata (5,9%) aşkar edildi. Bağırsaqlardan tapılmış 2 sestodun (3,9%) xarakterik
əlamətləri formalaşmadığı üçün təyin edilmədi.
Aparılan araşdırmalarda aşkar edilmiş sestodların minimal və maksimal uzunluqları,
həmçinin, sestodların inkişaflarının yetişkənlik fazaları da müəyyənləşdirilmişdir. Camışların
bağırsaqlarından tapılan sestodun ən kiçiyinin uzunluğu 9,8 sm, ən böyüyünün uzunluğu isə 5,63
m-ə çatmışdır. Camışların bağırsaqlarında da parazitlik edən anoplosefalyat növlərindən
M.benedeni növü daha çox müşahidə edilmişdir. Heyvanların anoplosefalyatlarla intensiv
yoluxması, helmintlərin aralıq sahiblərinin otlaqlarda geniş yayılmasından birbaşa asılıdır.
Biohelmintlər olan bağırsaq sestodları inkişaflarının sürfə mərhələsini müxtəlif torpaq
həşəratlarının (oribatid gənələri, ayaqquyruqlular və s.) bədənində keçirirlər.
ƏDƏBİYYAT
1.
Məmmədov E.N. Camışlarda parazitlik edən anoplosefalyatların ilin
müxtəlif fəsillərində
yetkinlik strukturu // Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri. Bakı, 2012, IV cild, №1,
s.126-130
2.
Memmedov E. Nahçivan Özerk Cumhuriyetinde ruminatlarda Anoplocephalidae türlerinin
yayğınlığı // Kafkas Üniversitesi Veteriner fakültesi dergisi. Kars, Türkiye, 2011, cilt 17, sayı 4,
s. 581-584
3.
Арабханов Б.Г. Аноплоцефалятозы буйволов в Азербайджанской ССР: Автореф.
дис. … канд. вет. наук. Баку, 1971. 26 с
4.
Мамедов А.К. Изучение гельминтофауны крупного рогатого скота, буйволов и
зебу в Азербайджане / Сб. Работ по гельминтол., посвящ. 90-летию со дня рожд. Акад.
К.И.Скрябина. Москва, 1971, с. 208-213
5.
Мамедов Э.Н. Эпизоотологическая характеристика анополоцефалятозов крупного
рогатого скота в Нахчыванской Автономной Республике / Мат. V-ой Международной науч-
практич. конференц. (Одесса, Лондон, 26 мая-2 июня 2001 года), с.7-8
6.
Мигачева Л.Д., Котельников Г.А. Копроовоскопическая диагностика стронгилятозов
овец // Тр. Всес. ин-та гельминтол. им. Скряб
ина Москва, 1989, т.30, с. 87-92
7.
Ивашкин В.М., Мухамадиев С.А. Определитель гельминтов крупного рогатого скота.
Москва: Наука, 1981, 259 с
8.
Прядко Э.И, Казкенов А.А., Губайдулин Н.А. Гельминты копытных животных. Алма-
ата: Кайнар, 1974, с.158-160
ABSTRACT
Etibar Mammadov
Anoplocephalates of buffolos in the Nakhchivan Autonomous Republic
Per 2013-2015 in various areas of Nakhchivan АR with the methods carpological and
helminthological dissection of thin intestines of buffalos were studied the
species structure of agents
of anoplocephalates. 46 intestines of buffalos were observed. By results of dissection intestines
were found 4 species of anoplocephalates:
Moniezia expansa,
M.benedeni, Thysaniezia giardi and
Avitellina centripunctata. As a result of researches 46 intestines of buffalos were found 51 cestodes
from which 7 was (13.7 %)
M.expansa, 28 were (54.9 %) -
M. benedeni, 11 (21.5%) were
Th.giardi
and 3 were (5.9 %)
А. centripunctata. Average intensity of invasion at small cattle varied between 1
to 4 (mean 4.2±0.5) helminthes.
146
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
ELSEVƏR ƏSƏDOV
asadoves@mail.ru
ƏLİ TAHİROV
Naxçıvan Dövlət Universiteti
UOT:638
AZƏRBAYCANDA ARIÇILIQ MƏHSULLARININ İSTEHSALININ MÖVCUD
VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ (NAXÇIVAN İQTİSADİ RAYONU ÜZRƏ)
Açar sözlər: bal arısı, bal, vərəmum, mum, çiçək tozu, arı südü
Key words:
honey bee, honey, propolis, beeswax, pollen, royal jelly
Ключевые слова: медоносная пчела, мед, прополис, воск, пыльца, маточное молочко
Azərbaycanın coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu,
müxtəlif və məhsuldar torpaq örtüyü, bu ərazidə arıçılığın qədim zamanlardan bir sıra təsərrüfat
sahəsi kimi inkişafına səbəb olmuşdur.
Azərbaycanda arıçılığın bütün inkişafının mərhələlərini (vəhşi arı balı toplamaq, meşə arıçılığı
(ibtidai arıçılıq) və mütərəqqi arıçılıq) keçməsini tarixi mənbələrdən görmək mümkündür (5; 6: 9).
Azərbaycanın ən qədim yaşayış məsgənlərindən olan Naxçıvan Muxtar Respublikası, eyni
zamanda Qafqazda arıçılığın ən erkən yarandığı bölgələrdən hesab olunur.
Hal-hazırda muxtar respublikada arıçılıq özünün ən yüksələn dövrünü yaşayır. Naxçıvan
arıçılığı tarixən olduğu kimi, yenə də Azərbaycan arıçılığının ən böyük payını təşkil edir. Belə ki,
təkcə son 15 il ərzində muxtar respublikada arı ailələrinin miqdarı artaraq 70 minə çatmışdır (10;
11).
Cədvəl 1 . Azərbaycan Respublikası
ərazisində mövcud olan
arı ailələrinin sayı (2000-2013-cü illər üzrə)
Göründüyü kimi Naxçıvan MR-də arı ailələrinin hazırki sayı bütün Azərbaycanda mövcud
olan arı ailələrinin miqdarının 28,82%-ni təşkil edir ki, ərazi bölgüsünə görə baxdıqda bu çox böyük
bir rəqəmdir. Bu baxımdan da yerli şəraitdə arıçılığın inkişafı istiqamətində elmi-praktiki işlərin
İqtisadi rayonlar və illər
2000
2005
2010
2013
Bakı şəhəri
-
98
-
-
Abşeron iqtisadi
rayonu
826
709
849
850
Gəncə-Qazax
iqtisadi rayonu
10301
21951
33434
35431
Şəki-Zaqatala iqtisadi rayonu
10765
18432
31886
40077
Lənkəran iqtisadi rayonu
10536
17715
24770
30126
Quba-Xaçmaz iqtisadi rayonu
4956
6173
12215
15299
Aran iqtisadi rayonu
965
2302
5464
6476
Yuxarı Qarabağ iqtisadi rayonu
1053
3575
5264
7446
Kəlbəcər-Laçın iqtisadi rayonu
1384
4297
11515
16354
Dağlıq
Şirvan iqtisadi rayonu
3566
7640
15143
17594
Naxçıvan iqtisadi rayonu
12620
22063
52685
68705
Naxçıvan MR üzrə nisbət
22,15%
21,02%
27,26%
28,82%
Respublika üzrə cəmi
56972
104955
193225
238358