Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   73   74   75   76   77   78   79   80   81

 
165 
 
aşır.  Yaranmış  imkandan  istifadə  edib  yeni  üsulla  hazırladığımız  dərsləri  təkcə  tələbələrin 
öyrənməsi üçün deyil, həm də bəzi müəllimlərin tanış olmadıqları interaktiv üsulların və YTT-nın 
tədrisdə əhəmiyyəti, istifadə qaydalarını öyrənmələrinə imkan yaratdıq. Müəllimlər arasında univer-
sitetdaxili  sorğu  keçirib  interaktiv  üsullara  münasibətlərini  müəyyənləşdirməyə  çalışdıq.  Nəticə 
gözlənilən idi - bu sahədə hələ bir çox problemlər qalmaqdadır. Təbliğat işlərinin aparılması, açıq 
dərslərin geniş müzakirəsini keçirməyə ehtiyac vardır. Qloballaşan dünyada istənilən şəxs yaşadığı 
ölkədən asılı olmayaraq onlayn təhsil ala bilir. Elektron təhsil ölkənin təhsil səviyyəsinin əsas gös-
təricisidir. Bu səbəbdən də Boloniya prosesinin əsas atributlarından biri elektron Boloniyadır. Yəni 
müasir universitetlərdə elektron təhsilin, virtual təhsilin inkişafı mühüm şərt kimi irəli sürülür. 
Bəzi rus pedaqoqlarının «Müasirləşmə və innovasiyalı inkişaf XXI əsrdə Rusiyanın rəqabətə 
davamlı cəmiyyət olmağa imkan yaradır və bu da vətəndaşlara layiqli həyat təmin edir» (2, 6) - fikri 
birbaşa  mənası  ilə  tam  bir  absurddur.  Dolayısı  ilə  bunu  cəmiyyətdə  yüksək  inkişafa  çatmaq 
şanslarından biri kimi dəyərləndirə bilərdilər. Əslində müasir texnologiyalar, innovasiyalar gələcək 
kadrların yetişməsi üçün tramplin rolu oynayır. Bu resurslar peşəkar, yenilikçi pedaqoq əlində bilik-
lərə çatmaq üçün açar, digərləri üçün dərs prosesini xaosa döndərmək, tənbəllik üçün vasitədir.  
Ənənəvi  kagız  kitablarla  elektron  kitabları  müqaisə  etsək:  «1.  Elektron  kitabda  mətndə 
axtarış,  böyük  istinadlara  keçid,  qeyd  və  seçmə  təsvir  edilə  bilər;  2.  Bir  qurğuda  1000-dən  artıq 
kitab saxlanıla bilər; 3. Kiçik həcm və ölçüyə malik olduğu üçün daşımaq asandır; 4.Şriftin forması-
nı  və  ölçüsünü  dəyişmək  mümkündür;  5.  Animasiyalı  şəkillərə,  multimediyalı  kliplərə  baxmağa 
imkan  verir;  6.  Elektron  kitabın  kağız  kitabdan  baha  olmasına  baxmayaraq,  elektron  mətn  kağız 
mətndən xeyli ucuzdur; 7. Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir 
(3).  Elektron  kitabların  digər  özəlliyi  isə  oxucunu  dinləyiciyə  cevirmək  xüsusiyyətidir  ki,  bu  da 
müxtəlif varianlarda öyrənənin işini yüngülləşdirməyə hesablanmışdır. Bu vasitə ilə XXI əsr insanı-
nı  elmi  və  bədii  ədəbiyyatların  oxunmasına  istiqamətləndirmək  də  mümkündür.  Həqiqətən  də 
internetdən,  elektron  resurslardan  istifadə  edən  hər  kəs  üçün  elektron  kitablar  hazırlamaq 
məqsədəmüvafiqdir. 
İnformasiya texnologiyalarının təkcə şəhər məktəblərinə deyil, rayon, kənd məktəblərinə də 
inteqrasiyası  artıq  kənd  müəllimlərinin  də  bu  prosesə  qoşulmasının,  yeni  layihələri 
qiymətləndirməsinin  şahidi  oluruq.  Bir  çox  region  müəllimlərinin  internetdə  problemlə  bağlı 
məqalələri  diqqətimizi  cəlb  edir.  Ali  məktəb  müəllimləri  içərisində  də  maraqlı  ideyalar,  təhlillər 
çoxluq təşkil edir. Ən maraqlı ideya tərəfdarları ilə əlaqə yaradıb təcrübə mübadiləsinə nail olmaq 
təşəbbüsünü  irəli  sürməklə  qarşıdakı  illərdə  respublikanın  bütün  ali  və  orta  məktəb  müəllimlərini 
problemin həlli, inkişafı istiqamətində fikir mübadiləsinə dəvət edirik. Əgər təşəbbüsümüzə qoşulan 
müəllimlərin sayı yetərincə olarsa, konfrans təşkil etmək işin xeyrinə olardı. Konfransda müzakirə 
ediləcək  məsələləri  aşağıdakı  kimi  müəyyənləşdirmək  istərdik:  Onlayn  təhsil,  distant  təhsil, 
multimedia  proqramları,  biologiyanın  tədrisində  istifadə  edilməsi  səmərəli  hesab  edilən  müxtəlif 
proqramlar. Qoşulmaq istəyən həmkarlarımız da müzakirə etmək istədikləri problemi təklif edə bi-
lərlər. Bəzən ali və orta məktəb müəllimlərindən bəziləri sual edirlər: əvvəllər İKT, internet, multi-
media  yoxdu,  elm  öyrədilmirdimi?  Bir  sözlə,  elektron  təhsil  resursları  zəruridirmi?  (4).  Elektron 
Təhsil Resursları - tədris məzmunlu elektron formadır və onları səsləndirmək üçün müxtəlif elek-
tron mexanizm və maşınlardan istifadə edilir. ETR adi dərslikdən fərqlənir və interaktivliyi isə şa-
girdin  müstəqil  işləməsini  təmin  edir.  ETR  -  mətn,  tekstoqrafik  və  multimediaya  ayrılır.  Bu  da 
imkan verir ki, keçiləcək material həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil, 
cədvəl  şəklində,  həm  də  multimedialı  təqdimat  kimi,  illüstrasiyalar,  səsli,  tərkibində  video, 
animasiya,  audio,  məzmun  və  interaktiv  üsullardan  istifadə  ilə  çatdırılsın.  Elektron  dərslik  (e-
dərslik) portalı da öyrənənlərin elektron dərsliklərdən rahat istifadə etməsi məqsədilə hazırlanmış-
dır.  Elektron  dərslikləri  şagirdlər  həm  onlayn  olaraq  portal  daxilində  onlayn  rejimdə,  həm  də  öz 
fərdi  kompüterlərinə  yükləyərək  oflayn  rejimdə,  istədikləri  vaxt  və  məkanda  istifadə  edə  bilərlər. 
Bundan əlavə, yaradılmış elektron dərslikləri planşetlər vasitəsilə də rahat istifadə etmək mümkün-
dür. 


 
166 
 
       Son illər “BAKINƏŞR”, “BAKIMEDİA” və Müasir Texnologiyalar Mərkəzi Azərbaycan Res-
publikası  Təhsil  Nazirliyi  ilə  birgə  hazırlanmış  müxtəlif  elektron  vasitələrin  iş  prinsipini 
öyrənməklə  istənilən  fənnə  dair  elektron  resursların  yaradılması  xüsusilə  biologiyanın  tədrisində 
müsbət  irəliləyiş  olacaqdır.  Ali  və  orta  məktəb  dərsliklərinin  hazırlanması  prosesinə  alim, 
metodistlərlə  yanaşı  fənn  müəllimlərinin  cəlb  olunması  da  tədrisin  təşkilində  mühüm  rol  oynaya 
bilər.  Elektron  resursların  hazırlanmasında  interaktiv  rejimin  yaradılmasına  da  diqqət  artırılmalı, 
təkcə illüstrasiyalar deyil, video materiallardan, məntiqi suallardan istifadə olunmalıdır: 
 
 
                                       Bu hansı canlıdır? 
 
             Tip:                                                      Gözləri: 
            Sinif: 
                                             Qidalanması: 
           Uzunluğu:                                              Çəkisi: 
           Həyat tərzi:                                           Mənbə: 
        Yaxşı olardı ki, elektron vəsaitlərin hazırlanması zamanı, illüstrasiyaların izahı əvəzinə həm də 
videofraqment  yerləşdirilsin  və  daha  aydın  anlaşılma,  yaddaqalmanın  davamlılığı  üçün  şərait 
yaradılsın.  Məsələn, şəkillərə slayd,  yaxud plakatda baxmaqdan əlavə ayrı-ayrı  orqanlar sistemini 
əks  etdirən  videoyazı  yerləşdirilsin.  Əgər  videomaterialın  izahı  səsləndirilmirsə,  müəllim  əlavə 
izahatla verilmiş biliklərin dərinləşdirilməsinə kömək edə bilər. 
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə