Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

35 

 

     Xolin  xlorid  -  2  -  hidroksietiltrimetilammonium  xloriddir.  Şərti  olaraq  B  qrup 



vitamininə  aiddir.  Suda,  spirtdə  həll  olur.  Orqanizmdə  sinir  oyanıqlığında  iştirak 

edən mediator asetilxolinə çevrilir, zəif M - xolinomimetik təsir edir. Daxilə qəbul 

etdikdə  dispeptik  pozğunluq,  sürətlə  venadaxili  yeritdikdə  istilənmə  hissi,  ürək 

bulanma, bradikardiya, arterial təzyiqin enməsi, hətta kollaps törənə bilər.  

Xolin xlorid və xolin salisilat formasında buraxılır. 

    Biotin  (B

7

  və  ya  H  vitamini)  -  kimyəvi  quruluşuna  görə  tiofen  halqası,  sidik 

cövhəri,  valerian    turşusu  kimi  baxmaq  olar.  Suda  həll  olan  vitaminəbənzər 

madddədir.  Gündəlik  təlabat  30  -  100  mkq,  hamiləlik  və  laktasiya  dövründə  20 

mkq əlavə qəbul edilir. 1901 – ci ildə Ulders boy atmanı sürətləndirən vacib maddə 

müəyyən etdi “bios” adlandırdı (yunanca “bios” - həyat deməkdir). 1927 – ci ildə 

Boas  yumurtada  avidin  –  tormozlayıcı  maddə  X  faktorunun  olduğunu  müəyyən 

etdi və  H vitamini adlandırdı. Send Gyorgy kimyəvi quruluşun, 1935 - ci ildə  isə 

Kegl yumurta sarısından kristal formada ayırdı, biotin adlandırdı. 

     Farmakoloji  xüsusiyyəti:  Karbon  turşularının,  yağ  turşularının,  sidik  cövhəri, 

purin əsasları və kreatinin sintezində, asetil konzim A - nın  dekarboksilləşməsində 

iştirak  edir,  qanda  qlükozanı  tənzim  edir,  qlikoneogenezə  nəzarət  edir,  sinir 

sisteminin  normal  fəaliyyətini  təmin  edir.  PP,  B

5

,  B


9

,  B


12

  vitaminlərinin 

mübadiləsində iştirak edir. Biotin yağ turşularının sintezinin aralıq mərhələlərində 

iştirak edən fermentlərin, CO

2

 bağlanmasını kataliz edən karboksilaza fermentinin 



prostetik qrupudur.  

     Farmakokinetikası:  Nazik  bağırsaqlardan  passiv  diffuziya  yolu  ilə  sorulur. 

Sorulduqdan  sonra  fosforlaşır.  80%  zülallarla  birləşir.  T

1/2 


-  26  saatdir.  Anadan-

gəlmə  biotinaza  çatışmazlığında  T

1/2 

-  2  dəfə  azalır,  10  -  14  saata  enir.  HEB  və 



plasentar baryeri keçir. Əsasən sidiklə, az bir hissəsi isə bağırsaq möhtəviyyatı ilə 

xaric olur. 

 

     Yumurta  ağının  tərkibində  avidin  adlı  maddə  var,  o  biotinlə  birləşib  onun 



sorulmasının qarşısın alır və avitaminoza səbəb olur. Çatışmazlığı qanda şəkərin və 

xolesterinin  miqdarını  artırır,  anemiya  yaranır,  iştahanın  itməsi,  seboreyalı 

dermatit, dərinin quruması, qabıqlaşması, dil məməciklərinin atrofiyası, yorğunluq, 



36 

 

yuxululuq,  paresteziya,  hiperesteziya,  ürəkbulanma,  sinir  sistemi  pozğunluğu, 



depressiya,  halyusinasiya  və  əzələ  ağrısı  kimi  klinik  əlamətlərin  meydana 

çıxmasına səbəb olur.  

Hipervitaminozu  müəyyən  edilməyib.  Mutagen,  teratogen  və  kanserogen  təsiri 

yoxdur. 


     İstifadəsinə  göstəriş:  saç  tökülməsi,  seboreyalı  dermatit,  qaraciyər  sirrozu, 

şəkərli diabet, anemiya, depressiya, dəri və selikli qişa iltihabı, mialgiya. 

     Biotin 1000 mkq dozada kapsul halında buraxılır. 

     İnozitol  (B



vitamini)  –  kimyəvi  quruluşuna  görə  altı  atomlu  siklik  spirtdir, 

bioloji  aktiv  forması  mioinozindir.  Suda  həll  olan  vitaminəbənzər  madddədir. 

Gündəlik təlabat 500 - 1500 mq - a qədərdir.  1848 – ci ildə alman kimyacısı  Libix 

inozitolun lipotrop və antiaterogen təsirinin olduğunu müəyyən etdi. 1902 - ci ildə 

vitaminəbənzər maddələr sırasına daxil edilib.  

     Farmakoloji  xüsusiyyəti:  Yerinə  yetirdiyi  fizioloji  funksiyalara  görə  xolinə 

yaxın birləşmədir, lesitinin əsas komponentidir. İnozin fosfatid formasında plazma 

lipoproteninləri  və  hüceyrə  membranı  fosfolipidlərinin  tərkibinə  daxildir,  yağ 

mübadiləsini  tənzim  edir,  xolesterini  qanda  azaldır,  ateroskleroz  və  piylənmənin 

qarşısını  alır,  boy  atmaya  təsir  edir,  DNT-nin  replikasiyasında  iştirak  edir,  sinir 

keçiriciliyini  yaxşılaşdırır,  mədə  -  bağırsaq  traktının  hərəki  aktivliyini  artırır, 

kalsiumun  hüceyrədaxili  depolardan  çıxmasını  təmin  edir,  kalsium  və 

maqneziumla  suda  həll  olmayan  birləşmə  əmələ  gətirir,  görmə  funksiyasına  təsir 

edir. 


     Farmakokinetikası:  İnozitol  mio  -  inozit  formada  bağırsaqlardan  Na

-  asılı 



nəqlolunmayla sorulur. Sonra epimeraza fermentinin təsirindən D – xiro - inozitola 

çevrilir.  Ən  yüksək  miqdarda  onurğa  beyin  mayesində  (70  %)  və  hippokampda 

(27%) toplanır. Orqnizmdən sidiklə xaric olur. 

     Hipovitaminozunda  yuxusuzluq,  qanda  xolesterinin  artması,  çəki  artıqlığı,  boy 

atmanın  ləngiməsi,  qaraciyərdə  piy  infiltrasiyası,  qəbizlik,  görmə  pozğunluğu, 

dəridə səpgi və  saçın tökülməsi müşahidə olunur. 

Hipervitaminozunda allergik reaksiya törənir. 



37 

 

    İstifadəsinə  göstəriş:  depressiya,  Alsheymer  xəstəliyi,  ateroskleroz,  sirroz, 



hepatit,  qaraciyər  piy  distrofiyası,  diabetik  nefropatiya,  piylənmə,  sonsuzluq,  saç 

tökülməsi. 



     Para  -  aminobenzoy  turşusu (B

10

  vitamini)  – Suda həll olan vitaminəbənzər 

maddədir,  hüceyrələrin  (o  cümlədən,  bakteriyaların)  artıb  -  çoxalmasında  mühüm 

rol oynayır. Gündəlik təlabat 100 mq, maksimal 300 mq - a qədərdir. İlk dəfə 1939 

- cu ildə Stemp bu vitaminin rolu haqqında məlumat vermişdir. 

     Farmakoloji  xüsusiyyəti:  Toxumalarda  fol  turusunun  sintezində  iştirak  edir, 

amenoreya zamanı aybaşı siklinin bərpa olunmasına kömək edir, Bazedov xəstəliyi 

zamanı  müsbət  təsir  edir,  purin,  pirimidin,  amin  turşu  və  mürəkkəb  zülalların 

sintezində iştirak edir, birləşdirici toxumanın fəaliyyətini normallaşdırır. O, günəş 

şüası təsiri altında dəri səthində fotokimyəvi dəyişikliyə uğrayaraq, piqmentləşmə 

prosesini  sürətləndirən  maddəyə  çevrilir.  Beləliklə,  dəridə  melaninin  əmələ 

gəlməsini  sürətləndirməklə  piqmentləşmə  prosesini  təmin  edir,  saç  və  dəriyə 

qoruyucu  təsir  edir. Antihistamin  və  antioksidant  təsirə  malikdir,  MSS-nı  stimulə 

edir, qalxanabənzər vəzin fəaliyyətini tənzim edir. 

     Farmakokinetikası:  Bağırsağın  yuxarı  hissəsindən  sorulur.  2  saatdan  sonra 

qanda maksimal konsentrasiyada (2 - 70 mkq % - ə qədər)  toplanır. Koenzim A - 

nın  iştrakı  ilə  asetilləşərək,  12  saata  böyrəklər  vasitəsilə  sidiklə  tamamilə 

orqanizmdən xaric olur 

      Çatışmazlığında dəri və tüklər piqmentsizləşir, başağrısı, anemiya, depressiya, 

boy atmanın dayanması və qaraciyərdə piy distrofiyası baş verə bilər. 

     Hipervitaminozunda  qalxanabənzər  vəzin  funksiyası  pozulur,  ürəkbulanma  və 

qusma olur. 

     İstifadəsinə  göstəriş:  fol  defisitli  anemiya,  artrit,  fiziki  və  zehni  yorğunluq, 

boyartmanın ləngiməsi, əzələ distrofiyası .  

     Orat turşusu, urasilkarbon turşusu (B

13

 vitamini) - Gündəlik təlabat 50 - 300 

mq, maksimal 900 mq - a qədərdir. Suda pis həll olur. Orat turşusu ilk dəfə 1904 - 

cü  ildə  Biscaro  və  Belloni  tərəfindən  müəyyənləşdirilmiş  və  1905  –  ci  ildə  inək 

südündən  alınmışdır.  1930 –  cu  ildə  M.  Bachstez  onun  strukturunu  müəyyən  etdi 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə