Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   10   11   12   13   14   15   16   17   18

38 

 

və  1947  –  48  -ci  illərdə  pirimidin  nukleotidlərinin  biosintezinin  aralıq  məhsulu, 



boy faktoru olduğu aydınlaşdırıldı. 

     Farmakoloji  xüsusiyyəti:  Hüceyrə  membranı  fosfolipidlərinin  əmələ  gəlməsi, 

B

12

  vitamininin  metabolizmi,  pantoten,  fol  turşusu  və  metionin  mübadiləsində 



iştirak  edir,  zülal  sintezini  stimulə  edir,  qaraciyərin  işini  normallaşdırır, 

hepatositlərin  regenerasiyasına  təsir  edir,  reproduktiv  prosesləri  yaxşılaşdırır, 

miokardın  yığılma  aktivliyini  artırır,  ribonuklein  turşusunun  və  uridinfosfatın 

sintezində əsas maddədir, pirimidin əsaslarının - urasil, sitozin, timin biosintezində 

iştirak edir. 

     Farmakokinetikası: Qəbul olunan dozanın 10 % - i mədə - bağırsaq traktından 

sorulur. Qaraciyərdə oratidin-5-fosfata çevrilir. Sidiklə xaric olur. 

    Orat  turşusu  çatışmazlığında  anabolik  proseslər  tormozlanır,  çəki  azalır,  boy 

artımı zəifləyir, dəri xəstəlikləri meydana çıxır. 

     Yüksək  dozada  istifadə  etdikdə  qaraciyər  distrofiyası,  mədə  -  bağırsaq 

pozğunluğu, dəridə qızartı, allergik dermatit yaranır.   

     İstifadəsinə  göstəriş:  qaraciyər  və  öd  yolları  intoksikasiyası,  sirroz,  viruslu 

hepatit, xronik ürək çatışmazlığı, miokard infarktı, ateroskleroz, dermatit, mədə və 

12 bağırsağın xorası, Botkin xəstəliyi, nefropatiya, ekzema, neyrodermit, psoriaz, 

ixtioz.  

     Tibbdə  kalium  oratat  formasında  istifadə  edilir.  Az  toksikdir,  teratogen  və 

embriotoksik təsiri yoxdur. 

     Pantoqam  turşusu (B

15

  vitamini)  – Suda həll olan vitaminəbənzər maddədir.  

Gündəlik təlabat 50 - 300 mq - dır. İlk dəfə 1950 - ci ildə Yapon alimləri tərəfindən 

öküzün  qaraciyərində  müəyyən  edildi.  1951-  ci  ildə  Ernsom    T.  Krebs  tərəfindən 

ərik  toxumundan  ayrıldı,  sonradan  paxlalı  bitkilərdə  və  düyü  kəpəyində  olduğu 

müəyyənləşdirildi. 1955 - ci ildə Krebs kimyəvi tərkibini müəyyən etdi və sintezini 

həyata keşirdi. 

     Farmakoloji  xüsusiyyəti:  Ürək  -  damar  sisteminin  fəaliyyətinə,  hipofiz, 

böyrəküstü  vəzin  funksiyasına  təsir  edir,  tərkibində  mütəhərrik  metil  qrupu 

olduğuna  görə  toxumalarda  gedən  metilləşmə  reaksiyasında,  kreatin  sintezində 



39 

 

metil  qrupunun  donatoru  kimi  aktiv  iştrak  edir,  xolinin  sintezinə  təsir  etməklə, 



qaraciyərin  piy  degenerasiyasının  qarşısını  alır,  alkoqol  və  narkotik  maddələrlə 

zəhərlənmədə  müsbət  təsir  edir,  piroüzüm  və  süd  turşularının  toxumadaxili 

oksidləşməsini  sürətləndirir.  Lipotrop,  antioksidant  təsirə  malikdir.  Lipid 

mübadiləsinə  təsir  etməklə  xolesterini  azaldır,  O

2

  –  in  toxumalar  tərəfindən 



mənimsənilməsini  yaxşılaşdırır,  toxumaların  O

2

  çatışmazlığına  dözümlülüyünü 



artırır,  əzələdə  keratinfosfatazanı,  əzələ  və  qaraciyərdə  qlükogeni  artırır, 

hipoksiyanı  aradan  qaldırır,  oksidləşmə  -  bərpa  prosesini  aktivləşdirir, 

detoksikasiya prosesin gücləndirir. 

     Farmakokinetikası:  Mədə  -  bağırsaq  traktından  tez  sorulur.  T

Cmax

  -  1  saatdır. 



Ən  yüksək  konsentrasiyada  qaraciyər,  böyrək,  mədə  və  dəridə  toplanır.  HEB  -  i 

keçir.  Metobolizmə  uğramır.  Dəyişilməmiş  formada  48  saat  müddətinə  67,5  % 

sidiklə, 28,5 % nəcislə xaric olur 

     Çatışmazlığında  sinir  sisteminin  normal  fəaliyyəti  pozulur,  hipoksiya,  ürək-

damar sistemi xəstəlikləri yaranır. 

Yüksək dozada başağrısı, adinamiya, yuxululuq, taxikardiya törədir.  

     İstifadəsinə  göstəriş:  ateroskleroz,  xroniki  koronar  çatışmazlıq,  ağciyər 

enfizeması, pnevmoskleroz, xronik hepatit, xroniki alkoqol intoksikasiyası, sirroz, 

revmatizm.  

İstifadəsinə əks - göstəriş: qlaukoma, hipertenziyanın ağır forması.  

     Kalsium  panqamat  –  D  -  qlikon  turşusu  və  dimetilqlisin  efirinin  kalsium 

duzudur. Suda həll olur, spirtdə həll olmur.  

     Karnitin  (B

T

  vitamini)  -  qamma  trimetilamin  beta  oksiyağ  turşusudur.  Suda 

həll  olur.  Qaraciyərdə  və  böyrəkdə  qlutamin  turşusundan  sintez  olunur,  miqdarca 

əzələdə daha çox olur. Orqanizmdə sintezi üçün C, B

3

, B



6

, B


9

, B


12

 vitaminlərinin, 

lizin, metioninin olması vacibdir. Gündəlik təlabat 300 - 900 mq - a qədərdir. İlk 

dəfə 1905 – ci ildə rus biokimyaçısı Quleviç tərəfindən sintez ediimişdir. 1962 – ci 

ildə orqanizmdə fizioloji rolu müəyyənləşdirilmişdir. 

     Farmakoloji xüsusiyyəti: Yağları mitoxondiriyə daşıyır, yanmasına və hüceyrə 

daxilinə  keçməsinə  səbəb  olur,  zülalların  və  karbohidratların  oksidləşməsinin 



40 

 

qarşısını  alır,  energetik  balansı  təmin  edir,  yağ  turşularının  metabolizminin  son 



mərhələsində asetil koenzim  = A əmələ gəlir. Ondan xolin və ATF sintez olunur. 

Anabolik, antihipoksik və antitireoid təsir göstərir.  

     Farmakokinetikası

Qəbuldan 

saat 


sonra 

plazmada 

maksimum 

konsentrasiyada toplanır. Orqanizmdən  sidiklə xaric olur. 

     Karnitin  çatışmazlığı  piylənmə,  ürək  -  damar  sistemi  xəstəlikləri,  yorğunluq, 

immun sisteminin zəifləməsinə səbəb olur. 

     Yüksək dozada qaraciyərdə piy distrofiyasına səbə ola bilər. 

     İstifadəsinə  göstəriş:  fiziki  yorğunluq,  uşaqlarda  boyatma  zəiflədikdə, 

hipotrofiyada anabolik maddə kimi, əzələ çəkisini artırmaq üçün, tireotoksik zobun 

yüngül  forması,  qaraciyər,  mədəalti  vəz,  ürək  -  damar  xəstəliklərinin  kompleks 

müalicəsində 

     Lipoy  turşusu  (N  vitamini)  -  yağda  həll  olan  vitaminəbənzər  maddədir.  

Sutkalıq təlabat 30 mq, maksimal 70 mq - dır.    

     Farmakoloji  xüsusiyyəti:  B  qrup  vitaminlərə  xas  biokimyəvi  reaksiyalarda 

iştirak  edir.  Karbohidrat,  zülal  və  lipid  mübadiləsində,  digər  antioksidant 

maddələrin  C  və  E  vitaminlərinin  orqanizmdə  qalmasında  və  funksiyasının 

güclənməsində  iştirak  edir,  qalxanabənzər  vəzin  normal  fəaliyyətini  təmin  edir, 

qlükozanın utilizasiyasını artırır, ağır metal duzlarının xaric olmasını sürətləndirir, 

qaraciyərin detoksikasiyaedici funksiyasını artırır. Lipoy turşusu piroüzüm turşusu 

və  α  -  ketoturşusunun  oksidləşmə  -  dekarboksilləşməsində  iştirak  edən 

fermentlərin prostetik qrupudur. Antioksidant, lipotrop, spazmolitik təsirə malikdir. 

     Farmakokinetikası:  Biomənimsənilməsi  30%  -  dir.  T

1/2


  –  20  -  50  dəqiqədir. 

Qaraciyərdə  oksidləşir  və  konyuqasiyaya  uğrayır.    80  -  90%  -  i  böyrəklərlə  xaric 

olur. 

     Orqanizmdə  çatışmazlığı  piroüzüm  və  ketoturşuların  toplanmsına  səbəb  olur, 



metabolitik asidoz, polinevrit, əzələ spazmı, miokardodistrofiya törədir. 

     Artıqlığı zamanı törənən effekt və baş verən dəyişikliklər müəyyən edilməyib.  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə