Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

46 

 

D-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər” 



K-T 221 “Kassa” 

K-T 223 “Bank hesablaşma hesabları” 

7. Əmək qabiliyyətini itirməsinə görə ilk 14 təqvim gününə düşən müavinət 

hesablanmışdır: 

D-T 202 “İstehsalat məsrəfləri” 

K-T 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” 

8. Sosial sığorta fondu hesabına müavinat ödənilmişdir: 



D-T 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” 

K-T 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər” 

Sosial  sığortaqanunla  nəzərdə  tutulmuş  hallarda  fiziki  şəxslərin  itirilmiş 

əmək  haqqlarının,  gəlirlərinin  və  ya  əlavə  xərclərinin  konpensasiya  edilməsinə, 

habelə itirlməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 

Sosial  sığorta  məcburi  dövlət  sığortası  və  könüllü  (əlavə)  sığorta 

formalarında olur. 

Məcburi  dövlət  sığortası  işə  götürənlər  tərəfindən  bütün  əmək  müqaviləsi 

üzrə  işləyənlər  barəsində  həyata  keçirilir.  Qanunda  nəzərdə  tutlmuş  hallarda  digər 

şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 

Sosial  sığorta  hadisəsi  elə  bil  haldır  ki,  onun  baş  verməsi  ilə  sığorta 

olunanın,  sığorta  təşkilatlarından  sığorta  ödəməsi  hüquqi  yaranır.  Sosial  sığorta 

hadisəsinə aşağıdakılar aiddir: 

  pensiya yaşına çatmaq; 

  əlil olmaq; 

  ailə başçısını itirmək; 

  əmək qabiliyyətinin müvəqqəti itirilməsi; 

  hamiləlik və doğum; 

  uşağın anadan olması; 

  uşağa qulluq; 

  ölüm; 



47 

 

  sanatoriya-kurort müalicəsi zərurəti; 



  işsiz olmaq (qanunvericiklə müəyyən edilmiş dövr ərzində) 

Məcburi  dövlət  sığorta  haqqı  hüquqi  şəxs  statusunda  olan  müəssisələr,  onların 

filialları  və  nümayəndəlikləri,  habelə  başqasının  sosial  sığorta  edən  şəxslər  üçün 

hesablanmış əməyin ödənişinin 22 faizi miqdarında nəzərdə tutlur. 

Sığortaçı  sığorta  olunana  sosial  sığorta  şəhadətnaməsi  verir.  Şəhadətnamənin 

forması AR-nın Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir. 

Sığorta  edənlər  uçotda  olduqları  DSMF  –  yə  məcburi  dövlət  sığortası  üzrə 

rüblük  (illik  hesabat)  (forma  B1)  təqdim  edirlər.  Rüblük  hesabat  həmin  rübdən 

sonra gələn birinci ayın 20 dən gec olmayaraq təqdim edilir.  

Illik hesabat hər il üçün növbəti ilin mart ayının 1 – nə kimi təqvim edilməlidir. 

Uzun müddət xəstə olanlar əmək qabiliyyətini itirdiyi gündən başlayıb, xəstəlik 

müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəztəlik üzrə) 6 aydan 

çox olduqda yoxlanılmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. 

Əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə  ilk  14  təqvim  günü  üçün 

işəgötürənin vəsaiti hesabına müavinət ödənilir. 

Məcburi  dövlət  sosial  sığorta  ödəmələri  sosial  sığorta  hadisəsi  baş  verdikdə 

verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: 

 AR-nın qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; 

 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 

 hamiləliyə və doğuma görə müavinət; 

 uşağın anadan olmasına görə birdəfəlik müavinət; 

 qanunvericilikdə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatanadək  uşağa  qulluqla 

əlaqədar müavinət; 

 dəfn üçün müavinət; 

 sığorta  olunanların  sanatoriya  –  kurort  müalicəsi  üzrə  xərclərin  tam  ya 

qismən ödənilməsi. 

Əmək  pensiyaları  müvafiq  qanunvericilikdə  nəzərdə  tutlan  qaydalarda  və 

şərtlərlə verilir. 




48 

 

Əmək  qabiliyyətini  müvəqqəti  itirməyə  görə  müavinət  aşağıdakı  hallarda 



verilir: 

 xəstəlik və zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə; 

 sanatoriya-kurort müalicəsi zamanı; 

 xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda; 

 epidemoloji hallarda karantin zamanı; 

 vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi 

zaman və s. 

Əmək  qabiliyyətinin    müvəqqəti  itirilməsinə  görə  müavinət  ilk  14  təqvim 

günü  üçün  işəgötürənin  vəsaiti,  qalan  günlər  üçün  isə  məcburi  dövlət  sığorta 

haqları hesabına ödənilir.  

Əgər,  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  işə  bərpa  olunma  barəsində 

qərar  çıxarıldığı  gündən  sonra  da  davam  edərsə,  onda  müavinətin  xəstəlik 

vərəqəsində  göstərilmiş  ilk  14  təqvim  gününə  düşən  məbləği  işəgötürənin  vəsaiti 

hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 

Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda 

verilmir: 

 6 ay sosial sığorta stajı olmayan işçilərə; 

 işdən  boyun  qaçırmaq  məqsədilə  qəsdən  öz  sağlamlığına  zərər  vuran,yaxud 

da özünü yalandan xəstə kimi qələmə verən (simulyant) işçilərə; 

 törətdikləri  cinayət  zamanı  aldıqları  zədə  nəticəsində  əmək  qabiliyyətini 

müvəqqəti itirdikdə; 

 məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa); 

 həbsdə olduğu və məhkəmə-tibbi ekspertizası aparılan zaman. 

Əmək  şikəstliyi  və  ya  peşə  xəstəliyi  nəticəsində  əmək  qabiliyyətinin 

müvəqqəti itirilməsinə görə müavinət qazancın 100 % i miqdarında verilir.  

Əmək  şikəstliyi  və  ya  peşə  xəstəliyindən  başqa  əmək  qabiliyyətinin 

müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir: 

 əlillərə qazancın 150% i həcmində; 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə