Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

49 

 

 8  il  və  daha  çox  ümumi  iş  stajına  malik  olan  işçilərə  qazancın  100  %  i 



həcmində; 

 öhdəsində    16  yaşa  çatmamış  (təhsil  alırsa  18)  və  daha  artıq  uşağı  olan 

işçilərə qazancın 100 % i həcmində; 

 5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə qazancın 80 % i həcmində; 

 21 yaşına çatmamış və 5 ilədək ümumi iş stajı olan ata anasız yetim uşaqlara 

qazancin 80 % i həcmində; 

 5 ilədək ümumi iş stajı olan işçilərə qazancın 60 % i  həcmində. 

Hərbi  qulluqçulara  və  xüsusi  rütbəli  şəxslərə  əmək  qabiliyyətini  müvəqqəti 

itirməyə  görə  müavinət  sosial  sığorta  stajından  asılı  olmayaraq  aylıq  təminat 

xərcliyinin 100 % i miqdarında verilir. 

Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətın həcmi həmkarlar 

ittifaqlarının üzvlüyündən asılı deyildir. 

Respublikanın  vətəndaşı  olmayan,  lakin  burada  işləri  və  məcburi  dövlət 

sosial  sığorta  haqqı  ödəyən  işçilərə  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə 

görə müavinət ümumi əsaslarla ödənilir. 

Müavinətin məbləği təyin edilərkən ümumi iş stajı pensiya qanunvericiliyinə 

müvafiq olaraq əmək qabiliyyətinin itirildiyi günədək hesablanır. 

Hamiləlik  dövründə  və  doğuşdan  sonrakı  dövr  üçün  işləyən  qadınlara  126 

təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) 

müddətinə  ödənişli  məzuniyyət  verilir.  Doğuş  çətin  olduqda  2  və  daha  çox  uşaq 

doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 

Uşaq  doğularkən  ailəyə  qanunvericilikdə  müəyyən  olunmuş  məbləğdə 

birdəfəlik  müavinət  hesablanır.  2  və  daha  çox  uşaq  olduqda  birdəfəlik  müavinət 

hər uşağa görə verilir. 

Uşaq ölü doğulduqda müavinət verilmir. 

Dəfn  üçün  müavinət  işçi  vəfat  etdikdə  və  ya  onun  himayəsində  olan 

aşağıdakı ailə üzvləri öldükdə verilir: 

 arvadı (əri); 




50 

 

 18  yaşına  çatmamış  və  ya  əmək  qabiliyyəti  olmayan  uşaqları,  qardaşları  və 



bacıları (yaşından asılı olmayaraq); 

 valideynləri; 

 babası və nəvəsi; 

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyıtin 

müavinət  təyin  edən  kommisiyası  və  ya  kommisiyanın  səlahiyyət  verilmiş  üzvləri 

tərəfindən təyin edilir. 

Sığorta  olunanların  sanatoriya  –  kurort  müəssisələrində  müalicə  olunmaq 

üçün aldıqları yollayışların dəyəri məcburi dövlət sosial sığortası hesabına ödənilir. 

Belə  xərclərin  maliyyələşdirilməsi  üçün  ADSMF  tərəfindən  mərkəzləşdirilmiş 

qaydada  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasına  ayrılmış  vəsait 

hesabına həyata keçirilir. 

“Pensiya təminatı üzrə” kommersiya təşkilatları üçün 31 №  MMUS 

Bu standart 32 maddəni əhatə edir və Respublika Maliyyə Nazirliyinin 2009 

cu il 13 yanvar tarixli əmri ilə təsdiq olunmuşdur.  

Standartın  başlıca  məqsədi  pensiya  planlarının  hazırladığı  illik  maliyyə 

hesablarını  forma  və  məzmunu  ilə  birlikdə  pensiya  planları  tərəfindən  istifadə 

edilməli olan mühasibat qaydalarının müəyyən edilməsidir. 

Bu standart maliyyə hesabları hazırlayan müəssisələrin pensiya tıminatı üzrə 

maliyyə hesabatlarına tədbiq olunmalıdır.  

32 №   standartda aşağıdakı anlayışların mənaları açıqlanır: pensiya təminatı 

planları,  müıyyən  edilmiş  haqlar  üzrə  pensiya  planı,  maliyyələşmə,  iştirakçılar, 

pensiya  tıminatı  planının  xalis  aktivləri,  nəzərdə  tutulan  pensiya  ödənişlərinin 

diskontlaşdırılmış aktuar dəyəri, zəmanət verilmiş pensiya təminatı. 

 

2.7. “Qiymətləndirilmiş ohdəliklər, şərti ohdəliklər və şərti aktivlər uzrə” 

kommersiya təşkilatlari ucun 10 № li milli muhasibat ucotu standartindan 

istifadə imkanları 

Bu Standartın məqsədi qiymətləndirilmiş ohdəliklər, şərti ohdəliklər və şərti 

aktivlərlə  bağlı  tətbiq  olunan  tanınma  meyarının,  qiymətləndirmə  əsaslarının  və 



51 

 

maliyyə  hesabatlarında  acıqlanmalı  olan  məlumatın  muəyyən  edilməsindən 



ibarətdir. 

Bu Standart, Ucot Qaydaları  nəzərə alınmaqla, Azərbaycan Respublikasının 

Muhasibat  Ucotu  haqqında  Qanununun  10-cu  maddəsində  muəyyən  edilmiş 

kommersiya  təşkilatları  tərəfindən  hazırlanan  illik  maliyyə  hesabatlarına  və 

birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarına  tətbiq  edilir.  Muhasibat 

ucotunu  tənzimləyən  quvvədə  olan  normativ-huquqi  aktlar  ilə  bu  Milli  Muhasibat 

Ucotu  Standartı  arasında  ziddiyyət  yarandığı  halda,  hazırkı  Standart  tətbiq 

edilməlidir. 

  

Bu standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir. 



Qiymətləndirilmiş  ohdəlik  –  vaxtı  və  ya  dəyəri  qeyri-muəyyən  olan 

ohdəlikdir. 



Ohdəlik  yaradan  hadisə  –  odəməkdən  başqa  muəssisənin  digər  cıxış 

yolunun  olmaması  ilə  nəticələnən  huquqi  və  ya  konstruktiv  ohdəlik  yaradan 

hadisədir. 

Huquqi ohdəlik – aşağıdakılardan yaranan ohdəlikdir: 

- muqavilə (onun acıq-aydın və ya qizli şərtləri vasitəsilə); 

- qanunvericilik; və ya 

- qanunun digər əməliyyatı. 



Konstruktiv  ohdəlik  –  aşağıdakı  hallar  movcud  olduqda,  muəssisənin 

fəaliyyətindən irəli gələn öhdəlikdir: 

-  kecmiş  təcrubəyə  əsasən,  dərc  olunmuş  siyasət  vasitəsilə  və  ya  kifayət  qədər 

konkret  cari  bəyanatla  cıxış  edən  muəssisə  muəyyən  ohdəlikləri  qəbul  edəcəyini 

digər tərəflərə bəyan etmişdir; və 

- nəticədə, muəssisə bu ohdəlikləri yerinə yetirəcəyi barədə həmin digər tərəflərdə 

əsaslı umid yaratmışdır. 

Ehtimal  olunan  –  bir  məfhum  kimi,  hər  hansı  hadisənin  baş  verməsi  onun 

baş verməməsindən daha inandırıcı olması halı anlamına gəlir. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə