ƏMİRƏl-mö’MİNİN ƏLİ İbn əbutaliB ƏleyhiSSƏlamin həyati


Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti



Yüklə 469,96 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix15.03.2018
ölçüsü469,96 Kb.
#32087
1   ...   6   7   8   9   10   11   12   13   14

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti 

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi. 



1) Allah-taalaya ibadət

 özü də Əli (əleyhissəlam) kimi bir şəxsiyyətə məxsus olan 



ibadət!  Gör  Əli  (əleyhissəlam)  necə  ibadət  edirmiş  ki

  ibadətlə  məşhur  olan  İmam 



Səccad  (əleyhissəlam)  öz  ibadətini  Əli  əleyhissəlamın  ibadəti  qarşısında  heç  hesab 

edir. 


2) Qur’anın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük 

təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək; 



3)  Dünya  alimlərinin

  xüsusilə  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  vəfatından 



sonra  onun  dini  barədə  maraqlanan  və  Mədinəyə  gəlib  müsəlmanlara  suallar  verən 

yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat 

və  İncildən  xəbərdar  olması  başa  düşülən  Əli  əleyhissəlamdan  başqa  cavab  verən 

tapılmırdı. Əgər bu suallara cavab verən tapılmasaydı

 İslam aləmi rüsvay olardı. Elə 



ki

  Əli  (əleyhissəlam)  onların  suallarına  qəti  və  qaneedici  şəkildə  cavab  verirdi, 



Peyğəmbərin (səlləllahu əleyhi və alih) yerində oturmuş xəlifələrin üzü gülümsəyirdi. 

4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şər’i hökmlərini bəyan etmək; 

Bə’zi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki

  qazılar  onun  həllində  aciz 



qalırdılar.  Bu  cür  mühakimələrin  həlli  Əli  əleyhissəlamın  həyatının  əsas 

məsələlərindən  biri  idi.  Əgər  səhabələrin  içində  Peyğəmbərin  (səlləllahu  əleyhi  və 

alih) buyurduğuna görə, ümmətin ən biliklisi və qəzavət (mühakimə) işlərinə hamıdan 

yaxşı  xəbərdar  olan  Əli  (əleyhissəlam)  kimi  bir  şəxsiyyət  olmasaydı,  İslamın  ilk 

vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı. 

Bu cür yeni məsələlərin irəli gəlməsi İslamın bütün məsələlərinə (istər kiçik olsun

 

istərsə də böyük) elmi olan Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra 



elmli  və  hər  şeydən  xəbərdar  olan  öz  geniş  elmi  ilə  ümməti  səhv  yönəlmələrdən  və 

gümana


  qiyasa  əməl  etməkdən  qoruyan  mə’sum  bir  İmamın  peyğəmbərin  yerində 

olmasını  tələb  edirdi.  Bu  ləyaqət  isə  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  bütün 

səhabələrinin e’tirafına əsasən, Əli əleyhissəlamdan başqa heç kəsdə yox idi. 

Əli  əleyhissəlamın  qəzavətləri  və  onun  Qur’an  ayələrindən  çıxardığı  gözəl 

yeniliklər  hədis  və  tarix  kitablarında  öz  yerini  tapıb.  Bə’zi  alimlər  bunlar  haqqında 

ayrıca kitablar yazmışlar. 

5)  Ruhu  təmiz

  pak  və  seyri-süluk  üçün  hazır  olan  insanları  tə’lim-tərbiyə  etmək; 



Bu  yolla  onlar  İmamın  mə’nəvi  rəhbərliyi  sayəsində  mə’nəvi  kamal  qüllələrini  fəth 

edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mə’nəvi gözlə görürdülər. 



6)  Bir  çox  kimsəsizlər  və  kasıbların  dolanışığını  tə’min  etmək;  Hətta  İmam  öz 

zəhməti ilə bağlar salıb

 quyular qazıb onları vəqf edirdi. 



7) Xilafətdə  olanlar  siyasi məsələ  və  ya  başqa  işlərdə  çətinliklə  rastlaşıb  çıxılmaz 

vəziyyətə  düşdükdə

  e’timadlı  məşvərətçi  kimi  yalnız  Əli  əleyhissəlamı  görürdülər. 



Əli  (əleyhissəlam)  özünəməxsus  həqiqət  görünüşü  ilə  müşkülatı  həll  edir  və  yolu 

tə’yin edirdi. Bu məşvərətlərin bə’ziləri Nəhcül-bəlağədə və başqa tarix kitablarında 

gəlmişdir. 

Əlİ (əleyhİssəlam) və xəlİfələrİn elmİ və sİyasİ müşkülatının həllİ 

Tarix şahiddir ki

 Əbu Bəkr və Ömər öz xəlifəlik dövrlərində siyasi



 maarif


 əqaid


 

(əqidələr)  Qur’anın  təfsiri



  İslami  məsələlərin  əsl  və  fər’lərində  Əli  əleyhissəlama 

müraciət edirdilər və İmamın bu barədə verdiyi məşvərətlərdən

 yol göstərmələrindən 



bəhrələnirdilər. İndi bunların bir neçəsini oxucuların nəzərinə çatdırırıq. 


Romalılarla müharİbə 

Yeni  İslam  hökumətinin  əsas  düşmənlərindən  biri  Roma  imperiyası  olmuşdur. 

Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) 

ömrünün  son  anlarınadək  Roma  imperiyasının  təhlükəsindən  qafil  olmamışdı.  Hətta 

bir dəfə hicrətin səkkizinci ilində Cə’fəri-Təyyarın başçılığı ilə Şam istiqamətində bir 

ordu da göndərmişdi.Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç 

bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan bu məğlubiyyətin əvəzini çıxmaq 

məqsədilə  hicrətin  doqquzuncu  ili  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  böyük  bir 

ordu  ilə  Təbuk  məntəqəsinə  tərəf  getdi.  Ancaq  müsəlmanlar  düşmənlə  rastlaşmadan 

Mədinəyə  qayıtdılar.  Bu  səfərin  bir  sıra  parlaq  nəticələri  oldu.  Tarixdə  bunların 

hamısı  qeyd  olunmuşdur.  Romalıların  hücum  təhlükəsi  həmişə  Peyğəmbərin 

(səlləllahu  əleyhi  və  alih)  fikrini  cəlb  edirdi.  Bu  cəhətdən  Peyğəmbər  (səlləllahu 

əleyhi və alih) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu 

təşkil  edib  Şama  tərəf  göndərdi.  Bu  ordu  bir  sıra  səbəblər  üzündən  Mədinədən 

çıxmadı.  Ordu  Mədinənin  bir  neçə  kilometrliyində  olarkən  Peyğəmbər  (səlləllahu 

əleyhi və alih) dünyasını dəyişdi. 

Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  vəfatından  sonra  Mədinənin  siyasi 

vəziyyəti  Əbu  Bəkrin  xəlifə  seçilməsi  ilə  keçirdiyi  böhrandan  sonra  sakitləşdi. 

Xilafəti  ələ  keçirən  Əbu  Bəkr  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alih)  fərmanını 

(romalılarla  döyüş  fərmanını)  yerinə  yetirməkdə  ikiürəkli  idi.  (Yə’ni

  bilmirdi 



romalılarla  vuruşsun

  yoxsa  vuruşmasın.)  Buna  görə  də,  səhabələrin  bir  dəstəsini 



toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu 

Bəkri  qane  etmədi.  Nəhayət  Əbu  Bəkr  Əli  əleyhissəlamla  məsləhət  etdi.  Əli 

(əleyhissəlam) onu Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını yerinə yetirmək 

üçün ürəkləndirdi və buyurdu ki

 əgər vuruşsan



 qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) 

İmamın onu ürəkləndirməsindən sevinib dedi: “Yaxşılığa yozdun və xeyirliyə müjdə 

verdin.


1

” 

Əlİ (əleyhİssəlam) və İkİncİ xəlİfənİn onunla sİyasİ məsləhətlərİ 

Əli (əleyhissəlam) ikinci xəlifənin dövründə də siyasi

 elmi



 ictimai bir məsləhətçi 

idi. İndi ikinci xəlifənin Əli əleyhissəlamla siyasi məsləhətlərindən bir nümunəni sizin 

nəzərinizə çatdırırıq: 

Hicrətin  on  dördüncü  ili  müsəlmanlarla  Sasani  imperiyası  (iranlılar)  arasında 

Qadisiyyə  adlı  məntəqədə  çox  çətin  bir  döyüş  baş  verdi.  Gərgin  gedən  bu  döyüşdə 

müsəlmanlar  qalib  gəldilər.  Bu  döyüşdə  Sasanilərin  ordu  başçısı  Rüstəm  Fərruxzad 

çoxlu  sayda  döyüşçüsü  ilə  qətlə  yetirildi.  Bu  qələbə  nəticəsində  İraq  bütünlüklə 

İslamın  nəzarəti  altına  keçdi  və  Sasani  imperiyasının  paytaxtı  Mədain  şəhəri 

müsəlmanların  əlinə  düşdü.  İran  döyüşçüləri  canlarını  qurtarmaq  üçün  ölkənin 

içərisinə  tərəf  geri  çəkildilər.  Sasanilər  qorxurdular  ki

  İslam  ordusu  yavaş-yavaş 



irəliləyib  bütün  ölkəni  ələ  keçirə  bilərlər.  Bu  təhlükənin  qarşısını  almaq  məqsədilə 

Sasani imperatoru Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil 

etdi. Firuzana tapşırdı ki

 müsəlmanların ehtimal verilən hücumunun qarşısını alsın və 



vəziyyət yaxşı olarsa

 hücuma da əl atsın. 



Müsəlmanların ordu başçısı Sə’d ibn Vəqqas (bir ehtimala görə isə Kufə hökmdarı 

Əmmar  Yasir)  xəlifə  Ömərə  məktub  yazaraq  onu  düşmənin  hərəkətindən  xəbərdar 

edib  bildirdi  ki

  Kufə  ordusu  (o  vaxtlar  İslamın  əsas  nizami  bazası  Kufə  şəhərində 



                                                      

1

 Tarixi-Yə’qubi, c.3



 səh.39. 




Yüklə 469,96 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə