Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə44/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   40   41   42   43   44   45   46   47   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

161 


Ariozo 

(ital. arioso – 

ariyasayağı) 

– 

ariyanın  növlərindən biri; kiçik həcmli, sərbəst  quruluşlu,  lirik  ahəngli 



ariya. 

 

Ariya 

(ital. aria – hava, t

əranə) 


– 

1. Operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində müğən-

nit

ərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş 



oxuma t

ərzli vokal əsər növü. 

Ad

ətən A.-dan əvvəl orkestr girişi və reçitativ səslənir. 



A.-

nın müxtəlif növləri var: arietta, ariozo, kavatina, kabaletta və s. 

2. Opera A.-

sı tipli solist müğənni üçün nəzərdə tutulmuş konsert pyesi. 

3. Ah

əngli melodiyaya malik instrumental pyesin adı.  



 

Arpecio 

(ital. arpeggio – 

arfada çalındığı sayaq) 

– 

akkordların çalınma tərzi olub, səslərin aşağıdan yuxarı-



ya doğru bir  yerdə deyil, növbə ilə ardıcıl səslən-məsini 

əks etdirir. 

A. ya h

əmin sözlə (adətən akkord sırasına aid olan), ya da 



şaquli  dalğavari  xətt ilə  müvafiq  akkordun  qarşısında 

bildirilir. 



 

Artikulyasiya 

(lat. articulare – s

əhih, aydın) 

– al


ətdə və ya səslə oxumada səslərin ardıcıl ifaçılıq üsulu. 

A. 


əsas növləri bunlardır: leqato, stakkato, portamento, qlissando. Bax: Ştrix. 

 

Asan musiqi 

- istirah

ət və əyləncə üçün nəzərdə tutulmuş asan qavranılan musiqi: estrada 

mahıları, rəqs musiqisi, operetta və caz bu qəbildəndir. 

 

 



Musiqi terminl

əri 


162 

Aşağı səs 

– 1. Çoxs

əsli musiqidə ən qalın səs –bas səsi; 

2. İkisəsli musiqidə altda yerləşən səs. 

 

Aşıq 

– bax: Az

ərbaycan musiqi terminləri –Aşıq. 

 

Atonal musiqi 

– 

bax: Atonallıq. 



 

Atonalizm 

– 

bax: Atonallıq. 



 

Atonallıq 

(yun. a – inkar bildir

ən sözönü və tonallıq) 

–  h


ərfi mənada  tonallığı  olmayan  musiqi  və  ya musiqidə  lad xüsusiy-

y

ətlərinin inkar olunması. 



Atonal musiqi n

ə  insanın  səslə  oxumasının  təbii keyfiyyətlərinə, nə  də 

musiqi s

əsininfiziki təbiətinə  əsaslanır.  Bu,  müxtəlif yüksəklikli səslərin 

ardıcıllığı  və  onların  akkordlarda  və  ya pərakəndə  şəkildə  bir yerə 

yığılmasıdır.  Bəzən riyazi hesablama yolu ilə  səslərin  nizamlanmasına 

əsaslanır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

163 




Bağlayıcı hissə 

– 

əsərin əsasə hissələri arasında keçid məqsədi daşıyan kiçik epizod. Adətən 



bağlayıcı  hissə  intonasiya  baxımından  əsas hissələrə  nisbətən o qədər də 

parlaq ifad

əli olmur. 

Sonata formasında əsas partiyadan köməkçi partiyaya keçid. 

 

Balet 

(fr. ballet, ital. ballo – 

oynayıram, rəqs edirəm) 

– 1. musiqili s

əhnə əsəri; məzmunu rəqslərlə ifadə olunan, orkestr musiqisi-

nin müşayiəti ilə göstərilən tamaşa; rəqslərdən ibarət teatr tamaşası. 

2. 

B. tamaşası üçün yazılmış musiqi əsəri; B. musiqisi müstəqil bədii əhə-



miyy

ət kəsb edir və konsert estradasında ifa olunur. 

Müxt

əlif məzmunlu baletlərdə (operada olduğu kimi) fantastik və əyləncəli 



süjetl

ərlə yanaşı, ən dərin və təsirli mövzular təcəssüm olunur. 

3. R

əqs sənəti. 



 

Baletmeyster 

(alm. balletmeister) 

– 

balet tamaşasının rəhbəri; balet rejissoru; rəqs müəllimi. 



 

Ballada 

(provans. ballada – r

əqs etmək) 

– 

1.  İlkin  mənada rəqslə  müşayiət  olunan  provansal  mahnısı;  sonradan  – 



lirik r

əvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər; 

2. XIX 

əsrdən vokal və instrumental musiqi pyesi. 




Musiqi terminl

əri 


164 

Banco 

(ing. banjo) 

– Amerika z

əncilərinin barmaqla çaldıqları musiqi aləti. 

 

Banda 

(ital. banda – d

əstə, xor, nəfəsli orkestr) 

– mis n


əfəs və zərb alətlərindən ibarət ansambl; müstəqil qrup kimi orkestrə 

daxil edilir; 

Opera tamaşalarında səhnəyə çıxarıla bilər; simfonik orkestrdə təntənəli və 

h

ərbi xarakterli epizodlar B.-ya həvalə olunur. 



 

Baqatel 

(fr. Bagatelle – oyuncaq) 

– m

əzmun və ifaçılıq baxımından çətin olmayan kiçik pyesin adı. 



 

Baraban, t

əbil 

– z


ərb aləti. Müxtəlif növləri var: 

1.  Kiçik baraban, h

ərbi baraban və  ya 

sad


ə  baraban (ital. tamburo militare) – 

kiçik ölçülü z

ərb alətidir, gövdəsi hər 

iki üzün


ə dəri çəkilmiş taxta və ya me-

tal silindrd

ən ibarətdir; iki taxta çubuqla 

vurmaqla  çalınır.  B.-da müxtəlif  çalğı 

üsulları vasitəsilə yüksək registrdə kəs-

kin v


ə  iti  vurğulu,  dəqiq ritmik ölçülü 

s

əslənmə əldə olunur. 



2. Böyük baraban (ital. qran cassa), b

əzən türk barabanı da adlandırlır – iri 

ölçülü z

ərb alətidir; gövdəsi ağacdan düzələn geniş silindrin üzərinə çəkil-

miş dəridən ibarətdir. Uclarına mahud parça bağlanmış çubuqla çalınır. Aşa-

ğı registrdə güclü səslənməyə malikdir. 



 

Barabançı, təbilçi 

– 

barabanda çalan şəxs. 



 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə